Cümə axşamı, 2024-04-18, 12:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 7:39 AM

Həqiqət olduğu kimi... 1

ƏHLİ SÜNNƏ VƏ CAMAATIN FİQH MƏNBƏSİ

Əhli-sünnə və camaatın fiqhinə müraciət etsək, onun Quran və sünnətdən çox uzaq olduğunu görərik.

Onların mənbəsi Quran və sünnədən əlavə raşidin xəlifələri, səhabə və onlardan sonra gələnlərin (tabein) sünnəsidir. (Onlar hamısı hədis alimləridir.) Daha sonra qiyas, istehsan, icma onların mənbələrindəndir.

Onların fikrinə görə dediyimiz bu mənbələr Allahın dininə hakimdirlər.

Dəlilsiz söz deməmək və başqalarının töhmətinə məruz qalmamaq üçün onların özlərindən bir neçə dəlil gətiririk. Əzizi oxucunun bu barədə yaxşı nəticə almasına ümidvarıq.

Biz əhli-sünnə ilə ilk iki mənbə haqqında (Quran və sünnə) bəhs etmirik. Çünki bu iki mənbədə onlarla ixtilafımız yoxdur. Vacib də elə budur ki, bu iki mənbəyə müraciə edilsin Nəql, əql və icma da onu göstərir. Mütəal Allah buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbər sizə hər nə versə, onu götürünæ nəyi qadağan edirsə, ondan əl çəkin.”("Həşr” surəsi, 7-ci ayə. )

Həmçinin:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

"Allah və Peyğəmbəri bir işə hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.” (Əhzab” surəsi, 36-cı ayə)

Bunlardan əlavə, daha başqa ayələr vardır ki, şəri hökmlərin, yalnız Kitab və Peyğəmbərin sünnəsindən ələ gəlməsini göstərir. Amma bizim onlarla söhbətimiz onların özlərindən artırdıqları başqa mənbələr haqqındadır.

BİRİNCİ: RAŞİDİN XƏLİFƏLƏRİ

Onlar bu hədislə istidlal edirlər: "Siz mənim sünnəmdə, məndən sonra raşidin xəlifələrin sünnəsinə itaət edin, onlardan möhkəm tutun.”("Termizi”, 5-ci cild, səh. 43, hədis: 2676; "Sünəni ibni Macə”, 1-ci cild, səh. 15-16, hədis: 42; "Şəbul-iman”, Beyhəqi, 6-ci cilld, səh. 67, hədis: 7516; "Müsnədi Əhməd ibni Hənbəl”, 4-cü cild, səh. 126-127)

"Düz danışanlarla birlikdə” kitabında bu hədis barəsində söhbət etmişdik. Hədisdə olan raşidin xəlifələrindən məqsəd Əhli-beyt imamlardır. O kitabı oxumayanlar üçün burada bir neçə dəlil gətiririk.

Buxari, Müslüm və digər hədisçilər Allah rəsulunun xəlifələrinin on iki nəfərdə tamamlanmasını demişlər. Həzrət buyurur: "Mənim canişinim on nəfərdir. Hamısı Qüreyşdəndir.” Bu səhih hədis göstərir ki, məqsəd Əhli-beyt imamlarıdır.

Deyə bilərsiniz ki: İstər şiələrin dediyi Əhli-beyt imamları olsun, istərsə də sünnülərin dediyi dörd raşidin xəlifələri, hər halda fiqh mənbəsi üç şeydir: Quran, sünnə və xəlifələrin sünnəti.

Bu söz əhli-sünnət məzhəbinə görə düz, şiələrin məzhəbinə görə isə düz deyildir. Çünki (irəlidə dediyimiz kimi) Əhli-beyt imamları özlərindən (dinə) heç nə artırmamışlar. Onlar öz cədləri Allah rəsulundan öyrəndikləri və saxladıqları sünnəti lazım olan zaman xalqa çatdırırdılar.

Amma əhli-sünnət və camaat öz kitablarını Əbu Bəkr və Ömərin sünnəti ilə doldurmuş və fiqhin əsası qərar vermişlər. (Hərçənd ki, kitab və sünnətlə müxalif olmuş olsun.)

Sözsüz, Ömər və Əbu Bəkr bu hədisə daxil deyildirlər. Əgər Həzrət Peyğəmbər (s)-in bu hədisdən məqsədi onlar olsaydı, onda Həzrət Əli (ə) onların sünnəsi ilə hökumət etməkdən boyun qaçırmazdı.

Başqa bir tərəfdən əgər Həzrətin məqsədi onlar olsaydı, Həzrət Əli (ə) Peyğəmbər (s)-in sözü ilə müxalifətçilik etməzdi və onların sünnətinə əməl edərdi.

Beləliklə, hədis Ömər və Əbu Bəkrin raşidin xəlifələrdən olmamasını göstərir. Hərçənd əhli-sünnət Əbu Bəkr, Ömər və Osmanı raşidin xəlifələrindən bilir. Həzrət Əli (ə)-a gəldikdə isə onu uzun müddət raşidin xəlifələrindən bilməmiş, sonradan onlara əlavə etmişlər. Ondan öncə isə o həzrətə minbərlər üstündə lənət göndərirdilər, Belə olan surətdə, necə deyə bilərlər ki, onun sünnəsinə itaət etmişlər?!

Əgər Cəlaləddin Süyutinin "Tarixul-xüləfa” kitabında gətirdiyi rəvayətə diqqət etsək, əqidəmizin nə qədər düz olmasını başa düşə bilərik.

Süyuti Hacib ibni Xəlifədən nəql edib yazır: Ömər ibni Əbdül-Əzizin xilafəti zamanı moizə etdiyini gördüm. O öz xütbəsində dedi: Agah olun, o şeyi ki, Allah rəsulu və onun iki yoldaşı sünnət qoyubdur, bizim dinimizdir və ona itaət edəcəyik. Onlardan başqa hər şey ki, adət və sünnət olubdur, boşlayacağıq.("Tarixul-xüləfa”, Süyuti, səh. 241.

)

Həqiqət burasındadır ki, səhabələrdən bir çoxu və o cümlədən Əməvi və Abbasi xəlifələri bu fikirdədilər ki, Əbu Bəkr, Ömər və Osmanın sünnəti eynilə dinin özüdür. Ona əməl etməli və öz həddində saxlamalıdırlar.

Beləliklə, əgər bu üç xəlifə Peyğəmbərin sünnətinin yayılmasının qarşısını alarsa (irəlidə gördük ki, elə aldılar da), onda təkcə onların sünnətinə əməl etməkdən savayı bir şey qalmır.

İKİNCİ: BÜTÜN SƏHABƏLƏRİN SÜNNƏSİ

Əldə olan şahid və dəlillərə görə, əhli-sünnə və camaat heç bir istisna olmadan bütün səhabəbələrə itaət edirlər.

Onlar bu barədə əsası olmayan bir hədislə istidlal edirlər. Biz bu hədis haqqında "Düz danışanlarla birlikdə” kitabında geniş bəhs etmişik. Hədis belə deyir: "Mənim səhabələrim ulduza bənzəyirr, onların hansına itaət etsəniz, yolu taparsınız.” İbni Qəyyim Covziyyə bu hədisin səhabənin nəzərinin höccət olmasına dəlil olmasını bildirir.("Elamul-muvəqqiin”, 4-cü cild, səh. 122.

)

Şeyx Əbu Zöhrə bu həqiqətə etiraf edib deyir: Görürük ki, əhli-sünnə fəqihləri, səhabələrin bütün fətvalarına əməl edirlər”. Başqa bir yerdə əlavə edib deyir:

"Səhabələrin sözlərinə və fətvalarına istidlal etmək əksər fəqihlərin adətidir. Şiələr isə bu barədə onlarla müxalifdir.”(Bu daha bir dəlildir ki, şiə Quran və sünnətdən başqa heç nəyə etimad etmir.

)

Amma İbni Qəyyim Covziyyə fəqihlərin nəzəriyyəsini qırx altı üsulla isbat etmişdir ki, onların hamısı möhkəmdir.

Biz Şeyx Əbu Zöhrəyə deyirik: Quran və sünnə ilə müxalif olan dəlillər necə möhkəm ola bilər?! İbni Qeyyimin gətirdiyi bütün dəlillər hörümçək toruna bənzəyir. Sən özün onları bir-birindən ayırıb deyirsən:

"Şukani deyir: Həqiqət səhabələrin sözünün höccət olmamasıdır. Çünki sübhan olan Allah Mühəmməd (s)-dən başqa heç kəsi bu ümmət üçün göndərməmişdir. Bizim bir Peyğəmbər (s)-dən başqa peyğəmbərimiz yoxdur. Ondan sonra gələn səhabələr və başqalarının vəzifəsi Kitab və sünnədə olan dinə itaət etməkdir. Hər kəs Allahın dinində bu ikidən əlavə bir şeyin olmasını desə, dində sabit olması mümkün olmayan bir söz demişdir. Allahın fərman vermədiyi bir qanun çıxarmışdır.(Şeyx Əbu Zöhrənin kitabı, səh. 102)

Salam olsun Şukaniyə ki, haqqı söyləmiş, düz söz dilinə gətirmişdir və məzhəb təsiri altına düşməmişdir. Onun sözü hidayət imamlarının sözü ilə uyğundur. Əgər əməli də sözü ilə uyğundursa, onda Allah onu sevindirsin.

ÜÇÜNCÜ: TABEİNİN SÜNNƏSİ

Biz əhli-sünnə və camaatın tabeinin nəzərlərinə əməl etməsini görürük. Ovzai, Süfyan Suri, Həsən Bəsri, İbni Üyeynə və bir çox başqaları öz iddialarına görə, dörd məzhəb imamlarının ictihadına əməl edir, onlara təqlid edirlər. Baxmayaraq ki, dörd məzhəb imamları tabeinin tabeləridir.

Səhabələr çox yerdə öz səhvlərinə etiraf etmiş və demişlər: Biz bəzi şeylər demişik ki, onlara özümüzün etiqadımız yoxdur. Əbu Bəkr bir məsələnin cavabında deyir: "Mən öz nəzərimi deyirəm. Əgər düz çıxarsa, Allahdandır. Əgər düz olmazsa, ya məndən, ya da Şeytandandır.” Ömər öz yoldaşlarına deyir: "Mümkündür sizin xeyrinizə olmayan fətvalar verəm və mümkündür sizin xeyrinizə olan işlərdən sizi saxlayam.”("Nisa” surəsi, 59-cu ayə.)

Əgər onların elmi bu qədərdirsə və özləri zənn və gümana əməl edirlərsə, müsəlmanlara layiqdirmi ki, İslamı tanıdıqları halda, onların sözlərini və sünnətini mötəbər sayıb, fiqhi mənbələrindən istifadə etsinlər. Bütün bunlardan sonra "mənim yoldaşlarım ulduz kimidir” hədisindən əsər-əlamət qalarmı?

Peyğəmbərin məclisində iştirak edib elm öyrənən səhabələr belə olarsa, onlardan sonra onlardan elm öyrənən və fitnələrdə iştirak edənlərin halı necə ola bilər?

Dörd məzhəb imamları Allah dinində öz nəzəriyyələri əsasında söz demiş və etiraf etmişlər ki, sözlərini ehtimal və güman üzündən deyirlər. Onlardan biri deyir: Bu bir şeydir ki, mən onu düz bilirəm. Mümkündür, bir başqasının nəzəri də düzgün olsun. Əgər belədirsə, nə üçün müsəlmanlar özlərini onlara itaətə məcbur edirlər?

DÖRDÜNCÜ: ƏMİRLƏRİN ÜSULU

Əhli-sünnə və camaat bu üsulu "Səvafiul-üməra” adlandırırlar. Bu ayəni də "Ətiullahə və ətiur-rəsul və ulil-əmri minkum” (Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!) ("Nisa” surəsi, 59-cu ayə.) onların barəsində olduğuna dəlil gətirirlər.

Onlar "ulul-əmr”dən məqsədin – hansı yolla hakimiyyəti gəlmələrinə baxmayaraq – bütün əmirlərin olduğunu zənn edirlər. Etiqadları da budur ki, bu hakimləri Allah onların boyunlarına mindirmişdir. Buna görə də onlara itaət edib, sünnələrinə əməl etmək vacibdir!!!

İbni Həzəm Zahiri əhli-sünnə və camaatın cavabında deyir: Sizin dediyinizdən belə çıxır ki, əmirlər Allahın dinində və Peyğəmbərin şəriətində istədiklərini batil və istədiklərini də ona əlavə edə bilərlər. Bu barədə dinə bir şey artırmaqla, ondan bir şey azaltmağın arasında fərq yoxdur. Hər kəs buna icazə verərsə, ümmətin icmasına əsasən kafirdir.

Zəhəbi İbni Həzəmə cavab verərək deyir: Bu, düzgün xəbər deyildir. Çünki ümmətin bütün alimləri – Davud ibni Əli və onun ardıcıllarını çıxmaqla – bu nəzərdədirlər ki, "ulul-əmr”in öz ictihadı və nəzəri əsasında hökm və fətva verməyə haqqı vardır. Əlbəttə, bu şərtlə ki, hökm verdikləri hadisə haqqında hər hansı bir nəss olmuş olsun. Və deyirlər: Nəssə və aşkar buyuruq qarşısında ictihad edə bilməzlər. Beləliklə, məlum olur ki, onlar icazə verilmiş şeyləri dinə artıra bilərlər, amma istədiklərini batil edə bilməzlər.

Biz Zəhəbinin cavabında deyirik: Sən hansı icmadan danışırsan, halbuki özün Davud ibni Əli və ardıcıllarını istisna edirsən?! Niyə görə onun ardıcıllarının adını çəkmirsən? Nə üçün Əhli-beyt imamlarını və şiələri istisna etməyibsən? Sənin fikrincə, onlar İslam ümməti deyil?! Yoxsa əmirlərə yaxın olmaq istəyi səni onlara dinə istədiklərini artırmaq icazəsi verməyə məcbur edib? Məgər İslam adı ilə hökumət edən əmirlər Quran nəsslərindən, ya Peyğəmbər nəsslərindən bir şey bilirdilərmi ki, o yerdə də dayanaydılar?

Öncə dediyimiz kimi, əgər ilk iki xəlifə (Əbu Bəkr və Ömər) Quranın və Peyğəmbərin nəssləri ilə müxalifətçilik etmişlərsə, onlardan sonra gələnlər bu dəyişilmiş nəsslərə necə bağlı qala bilərlər?

Əgər əhli-sünnət və camaat fəqihləri hakimlərin Allahın dinində istədiklərini etməyə icazə verirlərsə, onda Zəhəbinin onlara itaət etməsi heç də təəccüblü deyildir.

"Təbəqatul-fuqəha” kitabında gəlmişdir ki, Səid ibni Cübeyr dedi: Abdullah ibni Ömərdən ilanın hökmü haqqında soruşdum.

Dedi: İstəyirsən desinlər ki, İbni Ömər elə dedi, İbni Ömər belə dedi?!

Dedim: Bəli, sənin dediyinlə şad və qane oluruq.

İbni Ömər dedi: Bu barədə əmirlər danışmalıdır. Allah, Onun Peyğəmbəri və onlardan xəbər verənlər gərək danışsınlar.

Səid ibni Cübeyrdən rəvayət olmuşdur ki, belə dedi: Rəca ibni Həyat Şamın böyük fəqihlərindən idi. Onun barəsində axtarış apardıqda, gördüm ki, şamlıdır və deyir: Əbdül-Məlik ibni Mərvan bu barədə belə demişdir.("Təbəqatül-füqəha”, Səid ibni Cübeyrin halı; "Təbəqati İbni Səd”, 6-cı cild, səh. 258)

İbni Sədin "Təbəqat” kitabında Müseyyib ibni Rafedən nəql edirlər ki, dedi: Əgər bir şeyin haqqında qəzavət ola və onun barəsində nə Qurandan və nə də sünnətdən bir söz olmaya, onu "səvafiyul-üməra” adlandırır, onların öhdəsinə buraxırlar. Onlar da elm əhlini o işə görə yığır və sonda alınan nəticə hər nə olur-olsun haqdır.("Təbəqati İbni Səd”,)

Biz isə deyirik: Quran buyurmuşdur:

وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ

"Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxlular) korlanıb gedərdi. (Aləm bir-birinə qarışıb, nizamı pozulardı.) Xeyr, Peyğəmbər onlara haqla (Quranla) gəldi, lakin onların əksəriyyəti haqqı xoşlamır.”("Möminun” surəsi, 70-71-ci ayələr)

BEŞİNCİ: ƏHLİ-SÜNNƏ FİQHİNİN DİGƏR MƏNBƏLƏRİ

Onların arasında "qiyas”, "istehsan”, "istishab”, "sədde babe zirae və icma” daha çox məşhurdur. İmam Əbu Hənifə hədisləri bir kənara qoyub qiyasa əməl etməkdə çox məşhurdur. Malik isə Mədinə camaatının əməlindən istifadə etmək və "sədde babe zirae”də tanınmış, imam Şafei isə səhabələrin fətvasına müraciət etməkdə şöhrət tapmışdır. O, səhabələri on dərəcəyə bölmüş və onları "əşərətun mubəşşirətun” (behişt müjdəsi verilmiş on nəfər) adlandıraraq başqalarına üstünlük vermişdir. Onlardan sonra ilk hicrət edənlər, sonra ənsar və daha sonra isə fəthdən sonra müsəlman olanları (muslimətul-fəth) qərar verdi. Bu "muslimətul-fəth” həmin o kəslərdir ki, Peyğəmbər (s) Məkkəni fəth edəndən sonra onları bağışlamış və onlar da müsəlman olmuşdular.(Mənaqibi Şafei”, 1-ci cild, səh. 443-444.)

İmam Əhməd ibni Hənbəl ictihaddan çəkinmək, fətvadan uzaq olmaq, səhabələrə (hər kəs olur-olsun) itaət etməkdə məşhur olmuşdur. Xətib Bağdadi ondan nəql edib deyir: Bir kişi halal və haram barəsində ondan bir məsələ soruşdu. Əhməd ona dedi: Allah səni bağışlasın, bizdən başqa kimdən istəyirsən soruş, fəqihlərdən soruş, Əbu Sovrdan soruş.(Tarixi-Bağdad”, 2-ci cild, səh. 66.)

Məruzi ondan nəql edir ki, dedi: Hədis bir yana qalsın, xalqın sualları barəsində də hər kəs məndən bir şey soruşsa, ona cavab verməyəcəyəm.("Mənaqibi imam Əhməd ibni Hənbəl”, səh. 57. )

Əhməd ibni Hənbəl həmin o kəsdir ki, bütün səhabələrin (heç bir istisna olmadan) ədalətli olması nəzəriyyəsini irəli sürmüşdür. Onun bu nəzəri əhli-sünnət və camaatda çox təsir qoymuşdur.

Xətib Bağdadi tarixi kitabının ikinci cildində Məhəmməd ibni Əbdürrəhman Seyrəfidən nəql etmişdir ki, deyir: Əhməd ibni Hənbələ dedim: Əgər Allah rəsulunun səhabələri bir məsələ haqqında ixtilaf etsələr, onların sözünə diqqət yetirib düz olanına itaət edə bilərikmi?

Mənə dedi: Allah rəsulunun səhabələri arasında nəzər verməyin caiz deyildir.

Dedim: Yolu nədir?

Dedi: Hər hansına istəyirsən, itaət et.

Biz deyirik: Məgər haqla batili bir-birindən ayıra bilməyənə təqlid etmək olarmı? Təəccüblüdür! Həmişə fətva verməkdən qaçan Əhməd necə olur ki, burada fətva verərək "hər hansı səhabəyə istəyirsən, itaət et” hökmünü verir! Özü də onların sözündə heç bir axtarış aparmır!

Şiə və sünnünün fiqhi mənbələri haqqında qısa da olsa, təhqiq etdik. Bu bəhsdən başa düşürük ki, Peyğəmbər (s)-in sünnəsinə əməl edənlər yalnız şiələrdir. Onu heç nə ilə əvəz etmirlər. İş o yerə çatmışdır ki, Peyğəmbər sünnəti onların şüarı olmuşdur. Hətta onların düşmənləri buna şəhadət verirlər.

Amma əhli-sünnətə gəldikdə isə, onlar hər səhabənin, tabeinin və hakimin sözünə itaət edirlər. Onların kitabları və sözləri özlərinin əleyhinə şəhadət verir. Gələn fəsildə (Allahın köməyi ilə) onların işinin necəliyini görəcək və biləcəyik ki, Peyğəmbərin sünnəsi ilə heç bir işləri yoxdur.

Biz bu barədə nəticə almağı oxucuların ixtiyarına qoyuruq ki, özləri kimin əhli-sünnə və kimin əhli-bidət olması barədə özləri hökm çıxarsınlar.

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 584 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]