Çərşənbə günü, 2024-04-24, 4:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:29 AM

Həqiqət olduğu kimi... 2

2-ÖMƏR İBN XƏTTAB
Keçən bəhslərdən aydın olduğu kimi, o, Peyğəmbər (s)-in qiymətli sünnəti ilə müxalifətçilik etməkdə qəhrəmandır. O həmin kəsdir ki, həyasızcasına "Peyğəmbər sayaqlayır, Allahın kitabı bizə bəsdir” cümləsini işlətmişdir. O, (Peyğəmbər) heç vaxt həvayi-həvəs üzündən söz demir” – (ayəsinə göz yummuşdur. Ömər bu ümmətin yolunu azmalarının baisi olmuşdur.(Bu sözə dəlil Peyğəmbər (s)-in buyruğudur: "Sizin üçün elə bir məktub yazacağam ki, ondan sonra heç vaxt azmayasınız.” Həmçinin İbn Abbasın sözüdür ki, deyir: "Əgər o məktub yazılsaydı, bu ümmətdən iki nəfər belə ixtilaf etməzdi.” Ömər həmin o kəsdir ki, Peyğəmbər (s)-in məktub yazmasının qarşısını almış, onu sayıqlamaqda (nəuzubillah) müttəhim etmişdi! O, belə etmişdi ki, Peyğəmbər (s) məktub yazmaqda israr etməsin. Belə isə, məlum olur ki, o, ümmətin (haqq) yoldan çıxmasına səbəb olmuş və onları hidayət olmaqdan məhrum etmişdir. )
Həmçinin o, Zəhra (əleyha-salam)-ı həmişə inciməyə çalışmış, əziyyət verib, onu qorxutmağa, onun vəhşətə düşməsinə səbəb olmuşdur. Evinə həmlə edərək uşaqlarını qorxutmuşdur.
O, Peyğəmbərin sünnətindən hər nə yazılmışdısa, yığıb yandırmış, xalqa Peyğəmbər (s)-dən hədis söyləməkdən qadağan etmişdi. Ömər bütün ömrü boyu – o Həzrətin sağlığında belə – onun sünnətini ayaq altına qoymuş, Üsamənin qoşununun hərəkət etməsinin qarşısını almışdı. Əbu Bəkrə kömək bəhanəsi ilə Üsamə ilə hərəkət etməmişdi.
O, "müəllifətu qülubihim” payında Quranla müxalifətçilik edib, onların payını verməmişdi.
Həcc və qadınların mütəsində Quran və sünnətlə müxalifətçilik etmişdi.
Bir dəfəyə üç təlaq vermə hökmündə Quran və sünnətlə müxalifətçilik etmiş, onu üç təlaq hesab etmişdi. (Halbuki bir məclisdə yalnız bir təlaq sayılır.)
Təyəmmümün vacib olmasında Quran və sünnətlə müxalifətçilik etmiş və "su olmayan zaman namaz qılmaq vacib deyildir”, – demişdir!
Müsəlmanların işində casusluq etməmək məsələsində Quran və sünnətlə müxalifətçilik etmiş və bu bidəti İslamda qoymuşdu!
Azanın bir qismətini kənara qoyub başqa bir şeyi ora əlavə etməklə Quran və sünnətlə müxalifət olmuşdu.
Xalid ibn Vəlidi hədd cari edəcəyi ilə hədələməsinə baxmayaraq, sonda Quran və sünnətlə müxalifətçilik edərək bu həddi yerinə yetirmədi.
Müstəhəb namazın camaatla qılınmasının qarşısını almaq göstərişinə baxmayaraq, Peyğəmbərin sünnəti ilə müxalifətçilik edib bu bidəti "təravoh” namazında həyata keçirdi və rəvaclandırdı.
Beytül-mal bağışlaması məsələsində Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik edib müsəlmanlar arasında fərq qoydu və İslamda ümmətin təbəqələrə bölünməsi bidətini həyata keçirdi.
Öz nəzərinə əsasən, şura məclisi yaratmaqla Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik edib, bunu Əbdürrəhman ibn Ovfa tapşırdı!!
Təəccüblü burasıdır ki, bütün bunları görə-görə əhli-sünnət onu məsum həddinə çatdırır və deyirlər: "Onun ölümü ilə ədalət də öldü!”
Həmçinin onun haqqında nəql edib deyirlər: Onu qəbrə qoyduqları zaman iki mələk gəlib ondan sual etmək istəyəndə, Ömər onların üstünə qışqırıb dedi: "Sizin Allahınız kimdir?” Onlar dedilər: "Bu, Faruqdur. Allah bunun vasitəsilə haqq və batili ayırır!!!”
Bu, həqiqətdə Bəni-Üməyyənin İslam və müsəlmanları ələ salıb, onlara rişxənd etməsi deyilmi? Bu cür şeyləri özünün tünd əxlaqı ilə məşhur və Peyğəmbər (s)-in sünnəti ilə müxalif olan adam üçün düzəltməmişdirmi?(Müslüm öz "Səhih” kitabının 4-cü cildinin 59-cu səhifəsində qeyd etmişdir: İbn Abbas və İbn Zübeyr iki mütə (həcc və qadın) barəsində ixtilaf etdilər. Cabir İbn Abdullah dedi: Biz Peyğəmbərin sağlığında onların hər ikisini edirdik. Bundan sonra Ömər bizi o iki işdən çəkindirdi və biz də daha etmədik. )
Elə bil ki, öz əməlləri ilə deyirdilər: "Mühəmmədin zəmanəsi keçmiş və bizim zəmanəmiz çatmışdır. Biz hər nə istəyiriksə, din adı ilə ixtira edir və hər nə istəyiriksə, deyirik. Siz özünüzün və inandığınız Peyğəmbərin istədiyinin əksinə olaraq bizim nökərimiz olmusunuz.” Sizin fikrinizcə, bu, intiqam alma deyilmi?
Bu yolla yenidən Qureyşin – başda Bəni-Üməyyə olmaqla (ki, həmişə İslamla mübarizə edib vuruşmuşdur) rəhbər olmasının təzələnməsi deyildirmi?
Ömər ibn Xəttabın Peyğəmbərin sünnətini aradan aparmağa çalışması, Peyğəmbərin qarşısında onunla müxalifətçilik etməsi və onu ələ salması məsələsinə diqqət etdikdə, heç də Qüreyş tərəfindən onların başçılığını öz öhdəsinə götürməsi qeyri-mümkün sayılmır. Onların onu öz böyük rəhbərləri bilməsi də istisna olunmur. Çünki İslam meydana gəldikdən sonra, o, Qüreyşin deyən dili və İslama müxalif qəhrəman olmuşdu. Peyğəmbər (s) dünyadan getdikdən sonra öz böyük hədəflərinə yetişmək, arzularını həyata keçirərək qüdrət sahibi olmaq və cahiliyyət adət-ənənələrini geri qaytarmaq üçün o, bir vasitə idi.
Təsadüfi deyildir ki, Ömər ibn Xəttab öz xilafəti zamanı Peyğəmbərin sünnəti ilə müxalifətçilik edərək "məqami-İbrahimi” (Məkkədə) cahiliyyət zamanında olduğu yerdən də arxaya keçirdi.
İbni Səd "Təbəqati-kubra” kitabında və bir başqa tarixçilər qeyd etmişlər ki, Peyğəmbər Məkkəni fəth etdiyi zaman "məqami İbrahimi” Həzrət İbrahim və İsmailin zamanlarında olduğu kimi Kəbəyə yapışdırdı. Belə ki, ərəblər cahiliyyət zamanı onu oradan geri çəkmiş, indiki yerə qoymuşdular. Ömər ibn Xəttab qüdrətə çatdıqdan sonra onu – Peyğəmbərin və Əbu Bəkrin zamanında evə yapışmış halda olmasına baxmayaraq – bu günkü yerinə gətirdi.
Sizi and verirəm Allaha! Peyğəmbər (s)-in Həzrət İbrahim və İsmailin rəftarını diriltmək sünnətini aradan aparıb yenidən cahiliyyət adətini həyata qaytarmaq üçün Ömər ibn Xəttabın dəlili vardırmı?!
Belə olan təqdirdə, Qüreyş necə onu rəhbərliyə çatdırıb, onun üçün fəzilət və məqamlar düzəltməsin? Onu xilafətə çatdıran dostu Əbu Bəkr onun kimi olmamış, zəiflik göstərmişdi. Buxari də bu mətləbi rəvayət etmişdir. Amma Ömər Əbu Bəkrdən fərqli olaraq xilafəti ələ keçirən kimi öz şücaətini işə salıb bu yolda çox zəhmət çəkdi.
Bu, onun İslamda qoyduğu bidətlərin azacıq bir hissəsi idi. Bütün bunlar Quran və Peyğəmbərin sünnəti ilə müxalifdir. Əgər bidət və şəri hökmlərdə şəxsi nəzərlərinə əməl və xalqı da bu işləri görməyə məcbur etməsini nəzərdə alsaq, bu barədə ayrıca kitab yazmaq məcburiyyətində qalmış olarıq. Amma bizim məqsədimiz burada xülasə şəkildə işarə etməkdən ibarətdir.
Soruşa bilərsiniz ki: Ömərin Allahın kitabı və Peyğəmbərin sünnəti ilə müxalifətçilik etməsi mümkündürmü? Halbuki Allah-taala buyurur:
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا
"Heç bir imanlı kişi və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbər bir əmr versə, özlərindən qərar qəbul edələr, hər kəs Allah və Peyğəmbərə itaətsizlik etsə, aşkar azğınlığa düçar olmuşdur.”("Əhzab” surəsi, 36-cı ayə)
Bu həmin sözdür ki, bütün camaat onu bu gün deyir, elə bil Ömər ibn Xəttabın belə bir iş tuta biləcəyinə inanmırlar.
Biz bunlara deyirik: Bu həmin o şeydir ki, öz əhli-sünnətdən olan dostları onun üçün sabit etmişlər. Həmin o kəsdir ki, özlərindən asılı olmayaraq onu Peyğəmbərdən üstün bilirlər.
Əgər onun haqqında deyilənləri yalan hesab etsək, onda onların səhih kitabları etibardan düşmüş olar. Belə olduqda, artıq öz inam və etiqadları üçün heç bir dəlilləri olmayacaqdır. Bununla belə, tarixin bir çox hadisələri əhli-sünnət və camaatın qüdrət başında olduqları zaman yazılmışdır. Sözsüz, onların hamısı Ömər ibn Xəttabı sevmiş, ona ehtiram göstərmişlər. Əgər bu kitablar düz olarsa, (bu məsələdə həqiqət həmindir,) onda müsəlmanlar tutduqları mövqelərindən qayıtmalı, özlərinin bütün əqidələrində (əgər əhli-sünnət və camaatdandırlarsa) dəyişiklik etməlidirlər.
Siz bu gün (bütün hədis və tarix alimlərinin nəzəri olan) bu hədis və tarixlərin mühəqqiqlər tərəfindən tam şəkildə təhlil olmasını müşahidə edə bilməzsiniz. Onlar bu hədis və tarixləri nə təhlil edə bilmiş, nə də yalan olmasını deyə bilmişlər. Çarəsizlikdən onları dəyişdirmək qərarına gəlmiş, heç bir elmi əsası olmayan üzrləri (onlar üçün) qeyd etmişlər. Bəziləri onun qoyduğu bidətləri bir yerə yığıb onun fəzilət və ləyaqətləri adlandırmışlar.
Elə bil ki, Allah və Peyğəmbər müsəlmanların xeyrini bilməmiş, bu bidətləri dərk etməmişlər. (Nəuzubillah!) Lakin Ömər ibn Xəttab onları kəşf etmişdir! Allah Peyğəmbəri dünyadan getdikdən sonra həyata keçirmişdir.
Bu, böyük yalan və aşkar küfrdür. Biz düz olmayan etiqad və səhv əqidədən Allaha pənah aparırıq. Əgər Ömər əhli-sünnət və camaatın imam və rəhbəridirsə, mən o sünnətdən bezaram və Allaha pənah aparıram.
Böyük Allahdan istəyirəm ki, məni peyğəmbərlərin sonuncusu və ağası Həzrət Mühəmməd (s)-in sünnəti və pak ailəsinin yolunda dünyadan aparsın.
3-OSMAN İBN ƏFFAN
O üçüncü xəlifədir. Ömər ibn Xəttab və Əbdürrəhman ibn Ovfun qurduğu plan əsasında xilafətə çatmışdır. Əbdürrəhman ibn Ovf ondan Allahın Kitabı, Peyğəmbərin sünnəti və ondan qabaqkı iki xəlifənin yolu ilə xalqla rəftar etməsi haqqında əhd-peyman aldı.
Mənim şəxsən ikinci şərtdə, yəni Peyğəmbər (s)-in sünnəti əsasında əməl etmədə şəkkim vardır. Əbdürrəhman ibn Ovf hamıdan artıq bilirdi ki, Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in sünnəti əsasında hökumət etməmiş, yalnız öz şəxsi nəzər və ictihadlarına arxalanaraq əməl etmişlər. Əgər imam Əli (ə)-ın zəhmətləri olmasaydı, Peyğəmbərin sünnəti o iki şeyxin vaxtında təqribən məhv olub, aradan getmə təhlükəsi altına düşmüşdü.
Elə bilirəm ki, həmin şərti – "Allahın Kitabı və iki şeyxin sünnətinə əməl etməni” Əli ibn Əbi Taliblə də etmiş olsun. İmam bu təklifi qəbul etməyərək "mən yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəti əsasında hökumət edəcəyəm” dedikdə, xilafəti əldən vermişdi. Əli (ə) Peyğəmbər (s)-in sünnətini diriltmək istəyirdi. Amma udan Osman oldu. O, Əbu Bəkr və Ömərin əyri sünnətini davam etdirdi. Onların Peyğəmbərin sünnətinə ehtiyacları yox idi. Yalnız Quranın kafi olmasını iddia edirdilər!!
Bizim yəqinimizi artıran budur ki, Osman da bu şərti belə başa düşmüşdü: O özünün həmin iki dostu kimi hökmlərdə ictihad etməlidir. Bu səbəbdən də ictihada başlamış və bu yolda iki dostundan da qabağa keçmişdi. İş o yerə çatmışdı ki, səhabələr ona etiraz etmiş, Əbdürrəhman ibn Ovfun yanına gələrək onu danlamış və demişdilər: Bu işi sən öz əlinlə etmisən!
Osmandan narazılıq artdığı zaman o, səhabələr arasında nitq söyləyib dedi: Nə üçün Ömər ictihad etdiyi zaman ona etiraz etmədiniz, yoxsa onun şallağından qorxurdunuz?!
İbni Qüteybədən olan rəvayətdə deyilir: Camaat Osmana etiraz etdiyi zaman o, minbərə qalxıb dedi: Ey Müaviyə və ənsar! Siz elə şeylərdə etiraz və düşmənçilik edirsiniz ki, onları Ömərdən qəbul etmisiniz. O sizi dağıdıb sakit edirdi. Heç kəsin ona altdan-altdan baxmağa cürəti çatmırdı. Bilin ki, mənim köməkçilərim onunkundan da çoxdur!!("Tarixi xüləfa”, İbn Qüteybə, 1-ci cild, səh. 31. )
Mənim şəxsi nəzərim budur ki, mühacir və ənsardan olan səhabələr Osmanın ictihadı ilə müxalif olmamışlar. Çünki elə ilk gündən ictihada adət etmiş və onu bəyənmişdilər. Etirazlarının əsl səbəbi onların qüdrətdən uzaqlaşdırılmaları olmuşdu. Çünki o, vəzifələri və dövlət işlərini öz xain qohumlarına vermişdi. O kəslərə ki, dünənə qədər İslam və müsəlmanlarla vuruşmuşdular.
Mühacir və ənsar Əbu Bəkr və Ömərin qarşısında isə susmuşdular. Səbəbi də bu idi ki, o iki nəfər onları hökumətdə şərik etmiş, adı-sanı və pulu olan məqamları onlara vermişdi.
Osman isə onların çoxusunu işdən çıxarmış, Bəni-Üməyyəyə çoxlu hədiyyələr vermişdi. Bu vaxt ondan narahat olmuş, ixtilaf baş vermiş və nəticədə onu öldürmüşdülər.
Bu, Peyğəmbər (s)-in əvvəlcədən xəbər verdiyi bir həqiqət idi. O buyurmuşdu: "Mən sizin – məndən sonra – müşrik olmanızdan qorxmuram, qorxum dünya üstündə bir-birinizlə rəqabətə girməyinizdir.”
Əli (ə) buyururdu: Elə bil Allahın bu sözünü eşitməmişdilər ki:
تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
"Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. (Ən gözəl) aqibət yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”(Qəsəs-83)
Bəli, Allaha and olsun! Onu eşitmişdilər və bilirdilər. Amma dünya onların gözündə gözəlləşmiş, qəşəngliyi qəlblərini almışdı.
Bu, bir həqiqətdir. Əgər onların Peyğəmbər (s)-in sünnətinin ayaq altına düşməsinə görə ona etiraz etmələrini demiş olsaq, yanılmış olarıq. Çünki Əbu Bəkr və Ömərə etiraz etməyənlər niyə görə ona etiraz edirlər? Halbuki Osmanın adamları Əbu Bəkr və Ömərin adamından daha çox idi. Bir sözlə, o, Bəni Üməyyənin rəhbəri olmuşdur. Bəni Üməyyə (Əbu Bəkr və Ömərin) qəbilələri olan Tim və Ədidən Peyğəmbər (s)-ə daha yaxın idi. Böyük hörmətə nail olub, əsl və nəsəb baxımından o iki qəbilədən daha yuxarı sayılırdılar.
Digər bir tərəfdən, səhabələr Əbu Bəkr və Ömərə etiraz etməyib onların sünnətinə iqtida edirdilər. Bilə-bilə Peyğəmbərin sünnətini ayaq altına qoyurdular. Beləliklə, belə deyildi ki, bəzi şeyləri Əbu Bəkr və Ömərdən qəbul etsinlər, amma Osmandan qəbul etməsinlər. Buna şahid Osmanın bir çox Peyğəmbər sünnətini dəyişdirdiyi zaman onların orada olmasıdır. Məsələn, səfər zamanı namazı tamam qılması və xalqı "ləbbeyk” deməkdən çəkindirməsi, namazda təkbir deməməsi, həccdə təməttönün qarşısını almasını misal gətirmək olar. Qeyd olunan yerlərdə (Peyğəmbər sünnətinin xilafına olmasına baxmayaraq) heç kəs ona etiraz etmədi. Yalnız Əli (ə) onun qarşısında dururdu. Buna sonralar işarə edəcəyik.
Səhabələr Peyğəmbərin sünnətini bilirdilər, lakin Osmanı razı salmaq üçün sünnətlə müxalifətçilik edirdilər.
Beyhəqi "Sünəni-kubra” kitabında Əbdürrəhman ibn Yeziddən rəvayət edib deyir: Abdullah ibn Məsudla birgə idik. O, Mina məscidinə gəlib dedi: Əmirəl-möminin (yəni Osman) neçə rükət namaz qıldı? Dedilər: Dörd rükət. O da dörd rükət namaz qıldı.
Ravi deyir: Ona dedik: "Məgər sən Peyğəmbər (s)-dən rəvayət etməmişdinmi ki, o həzrət burada iki rükət namaz qıldı və Əbu Bəkr də iki rükət qıldı?” O dedi: Bəli, elə indi də sizin üçün o cür rəvayət edirəm. Amma Osman imamdır, mən onunla müxalifət etmirəm. İxtilaf pisdir!!(Sünəni-kubra”, Beyhəqi, 3-cü cild, səh. 143-144. )
Oxu və təəccüb et! Gör bu kişi (ki, özü böyük səhabələrdəndir) necə də Osmanla müxalifətçiliyi pis, Allah Peyğəmbəri ilə müxalifətçiliyi isə yaxşı bilir! Bütün bunlardan sonra demək olarmı ki: "Onlar onun Peyğəmbərin sünnəti ilə müxalifətçilik etməsinə görə ona etiraz etmişdilər?!”
Süfyan ibn Üyeynə Cəfər ibn Mühəmməddən rəvayət edir ki, o dedi: Osman Minada xəstələndi. Əli (ə) onun yanına gəldi. Ona dedilər: Sən camaat üçün pişnamaz ol. Əli (ə) buyurdu: Əgər istəyirsinizsə, məni sizin üçün Peyğəmbərin namazını qılacağam, yəni iki rükət. Dedilər: Yox, yalnız Əmirəl-möminin Osmanın qıldığı kimi qıl, yəni dörd rükət. Əli (ə) onlarla namaz qılmağı qəbul etmədi.("Mühəlla İbn Həzm”, 4-cü cild, səh. 270.)
Yenə də oxu və təəccüb et, gör necə də minlərlə səhabə həcc mövsümündə – Minada açıq-aydın Peyğəmbər (s)-in sünnətini ayaq altına qoyub Osmanın bidətindən başqa heç nəyi qəbul etmirlər?! Abdullah ibn Məsudun Osmanla müxalifətçiliyi pis bilib dörd rükət namaz qılmasını və eyni halda da Peyğəmbər (s)-dən namazın iki rükət olmasını rəvayət etməsini gördükdə, zehnə belə gəlir ki, ola bilsin bu neçə min adamdan qorxaraq Osmanın sünnətinə əməl etmiş və Peyğəmbərin sünnətini kənara qoymuşdur!!
Beləliklə, bundan sonra həmişə Peyğəmbər (s) və Əmirəl-möminin Əli ibn Əbi Talib (ə)-a salam göndərməyi yaddan çıxarma. O, Peyğəmbər (s)-in namazından başqa heç bir namazı qılmağa razı olmadı. Bu yolda camaatın çoxluğu və danlağından belə çəkinmədi.
Qeyd etmək lazımdır ki, Abdullah ibn Ömər demişdir: Səfərdə namaz iki rükətdir, hər kəs sünnətlə müxalifətçilik etsə, kafir olmuşdur.("Sünəni Beyhəqi”, 3-cü cild, səh. 140; "Əl-möcəmul-kəbir”, Təbərani, "Əhkamul-Quran”, Cəssas, 2-ci cild, səh. 254. )
Belə isə, xəlifə Osman və onunla səfərdə namazını tam qılan, bidətində şərik olan bütün səhabələr kafirdirlər. (Baxmayaraq ki, bu fəqihin – Abdullah ibn Ömərin – də sorağına gedəcəyik və başqalarının haqqında verdiyi hökmü onun haqqında da çıxaracağıq.)
Buxari öz "Səhih” kitabında gətirmişdir: Eşitdim ki, Osman və Əli (Allah ondan razı olsun) Məkkə və Mədinə yolunda söhbət edirdilər. Osman təməttö həccini, həcc və ümrə üçün "ləbbeyki” qadağan edirdi. Əli (ə) belə gördükdə, hər ikisi üçün "ləbbeyk” dedi və buyurdu: "Ləbbeyk” ümrə və həcc üçün.
Osman dedi: Görürsən ki, mən bu işi qadağan edirəm, amma sən yenə də onu edirsən?
Əli (ə) dedi: Mən heç kəsin sözünə görə Allah Peyğəmbərinin sözünü tərk etmərəm.("Səhihi Buxari”, 2-ci cild, səh. 151, "həcc” kitabı, "təməttö və qiran” babı. )
Müsəlmanların xəlifəsinin açıq- aşkar sünnətlə müxalifət etməsi, eyni zamanda xalqı da onunla müxalifət etməyə çağırması, yalnız Əli ibn Əbi Talib (ə)-ın ona itaət etməməsi və sünnətə bağlı qalması təəccüblü deyilmi? Əli (ə) heç vaxt Peyğəmbərin sünnətindən əl çəkmədi, – hətta onun üstündə öldürülmüş olsa da belə.
Səni Allaha and verirəm! De görək Əli (ə)-dan başqa kim Peyğəmbər sünnətinin həqiqi nümayəndəsi olmuşdur? Həmçinin qüdrətin və səhabənin onunla olmasına baxmayaraq Əli (ə) heç vaxt sünnətdən çıxmamışdır. Əhli-sünnətin "Sihah” kitabları bu sözə şahiddir ki, o (Allahın salamı ona olsun) Peyğəmbər (s) sünnətini diriltmək üçün çox zəhmət çəkmişdir, xalqı ona tərəf yönəltməyə çalışmışdır. Amma özünün dediyinə görə "bir kəsin sözə qulaq asanı və itaət edəni olmasa, yolu və çarəsi yoxdur.”
O zaman onun sözünə qulaq asıb buyurduğuna əməl edən bir kəs yox idi. Yalnız şiələr idi ki, ondan havadarlıq edir, sözünə itaət edib, hər şeydə ona müraciət edirdilər.
Buradan məlum olur ki, səhabə Peyğəmbərin sünnətində dəyişiklik etdiyi üçün Osmana etiraz etmədilər. Onların "Səhih” kitablarında gördük ki, nə cür Peyğəmbər (s)-in sünnəti ilə müxalifət etdilər. Amma Osmanın bidətləri ilə heç vaxt müxalifətçilik etməyib yalnız o vaxt onun əleyhinə etiraz səslərini ucaltdılar ki, alçaq dünyaları təhlükə altına düşmüşdü. Ad-san və dünya malı üstündə onunla ixtilaf etdilər.
Onlar həmin o adamlardır ki, amansızcasına Əli (ə) ilə müharibə etdilər. Çünki onlara məqam verməmişdi. Əksinə, nahaq surətdə beytül-maldan ələ gətirdikləri pulları geri qaytarmalarını istəmişdi. Bu yolla ehtiyacı olan insanların ondan istifadə etməsini bildirmişdi. "İndi əgər insafın varsa, özün hökm et!”
إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا
"Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allah bununla sizə necə də gözəl öyüd-nəsihət verir! Əlbəttə, Allah eşidəndir və görəndir!”("Nisa”, surəsi, 58-ci ayə. )
Allah düz buyurmuşdur.

Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 747 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]