Cümə axşamı, 2024-03-28, 7:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:16 AM

Həqiqət olduğu kimi... 2

ABDULLAH İBN ÖMƏRİN KİTAB VƏ SÜNNƏ İLƏ MÜXALİFƏT ETMƏSİ
Uca Allah öz əzəmətli kitabında buyurur:
فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ
"Allahın əmrinə qayıdana kimi tüğyan etmiş kəslə vuruşun!”
"Hücurat” surəsi, 9-cu ayə. )
Peyğəmbər (s) buyurub:
"Ey Əli! Sən məndən sonra əhdini sındıranlarla (nakəsin), zülmkarlarla (qasitin), qiyamçılarla (mariqin) vuruşacaqsan.”
Abdullah ibn Ömər Quranın aşkar əmrləri və Peyğəmbərin sünnəsi ilə müxalifətçilik edir. Eləcə də Əli (ə)-la çiyin-çiyinə döyüşən, ümmətin icmasını təşkil edən ənsar və mühacirlə müxalifətçilik edərək öz şəxsi nəzəri ilə deyir: Mən fitnədə vuruşmaram. Hər kəs qalib gəlsə, onun arxasında namaz qılacağam.("Ət-təbəqatul-kubra”, İbn Səd, 4-cü cild, səh. 110. )
İbni Həcər yazır ki, Abdullah ibn Ömərin əqidəsi bu idi ki, fitnə olduğu zaman müharibəyə qoşulmaq lazım deyildir. Baxmayaraq ki, o iki tərəfdən biri haqq, digəri də batil olmuş olsuna.("Fəthul-bari”, 13-cü cild, səh. 39)
Allaha and olsun, Abdullah ibn Ömərin işi təəccüblüdür! Bir dəstənin haqq, digər dəstənin batil olmasına baxmayaraq, yenə də Allahın əmrini qəbul, haqqa kömək etmək və batili öz yerində belə oturtmaq üçün yerindən tərpənmir. Hər kim qalib gələrsə, batil belə olmasına baxmayaraq, arxasında namaz qılır. Necə ki, əməldə də bunu göstərmişdir.
Müaviyə qalib gəlib İslam ümmətinə sahib oldu. Buna baxmayaraq İbni Ömər onunla beyət edir və arxasında namaz qılır. Müaviyənin cinayət və böyük günahlar etməsinə diqqət etmir. Baxmayaraq ki, bunların hamısını bilirdi.
Zalımlar, batil əhli haqq əhlinə, yəni Əhli-beyt imamlarına qalib gəldilər. İslama qarşı müharibə aparmışlar, azad olanlar, xainlər, yolunu azmışlar zülm və vəhşiliklə hakimiyyətə başladılar.
İbni Ömər haqqı tamamilə boşladı. Tarix onun Əhli-beyti himayət etməsini, onlarla bir olmasını qeyd etməmişdir. Baxmayaraq ki, Əhli-beyt (ə)-ın beş imamı ilə bir zamanda yaşamışdı. Onlardan heç birinə iqtida edərək namaz qılmamış, bir hədis belə onlardan rəvayət etməmişdir. Onların fəzilətini də etiraf etməmişdir.
Biz bu kitabın on iki imam barədə olan fəslində onun on iki xəlifə barəsində nəzərini bildik. Onun fikrinə görə, "Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Səffah, Salam, Mənsur, Cabir, Mehdi, Əmin və Əmirul-Əsbin xilafəti düzdür. Bu on iki nəfərin hamısı Bəni Kəb ibn Luidəndir. Onlar hamıdan layiqdirlər və onlar kimisi ola bilməz!”("Tarixi Süyuti”, "Kənzül-ümmal”, "Tarixi İbn Əsakir” və "Zəhəbi”; ünvanlarla tanı؛ olmaq üçün bu kitabın "on iki xəlifə” fəslinə müraciət edin. )
Onların arasında Peyğəmbər (s)-in "nicat gəmisi”, "Quranın bərabəri” adlandırdığı, itrətindən olan Əhli-beyt imamlarından bir nəfər də olsa, görürsünüzmü?!
Elə buna görə də əhli-sünnət və camaatın yanında onların heç bir yeri yoxdur. Onların imam və xəlifələri arasında bir nəfər də olsun Əhli-beyt imamlarından yoxdur.
Bu, Abdullah ibn Ömərin kitab və sünnətlə müxalifətçilik halıdır. Amma onun xəbərsizliyi və nadanlığı barədə söz isə daha çoxdur:
O cümlədən, Peyğəmbər (s)-in qadınlara ehram vaxtı tikili ayaqqabı geymələrinə icazə verməsidir. İbni Ömər isə bu işin haram olmasına fətva verirdi.("Sünəni İbn Davud”, 2-ci cild, səh. 166-167; "Sünəni Beyhəqi”, 5-ci cild, səh. 51; "Müsnədi Əhməd”, 2-ci cild, səh. 29.)
O cümlədən, Peyğəmbər (s)-in, Əbu Bəkrin, Ömərin, Osmanın və Müaviyənin zəmanəsində öz əkin yerlərini kirayə verirdi. Axırı ki, səhabələrdən biri onun üçün hədis söyləyib Allah Peyğəmbərinin bu işi haram buyurmasını dedi.("Səhihi Buxari” və "Səhihi Müslüm”, 5-ci cild, səh. 21.)
Bəli, bu həmin əhli-sünnə və camaatın fəqihidir ki, əkin yerinin kirayə verilməsinin haram olmasını bilmir. Sözsüz, uzun zaman boyunca o işin caiz olmasına dair fətva vermişdir. Bu vaxt Peyğəmbərin zəmanəsindən Müaviyənin zəmanəsinə qədər düz əlli il keçirdi.
Digər məsələdən biri Aişənin onunla müxalifət etdiyi "öpüşün dəstəmazı batil etmə” məsələsidir.
Onun başqa fətvalarından biri də "ölüyə – ailəsinin ona ağladığına görə – əzab verilməsidir. Bunlardan əlavə, sübh azanı, ayın iyirmi doqquz gün olması və bir çox başqa məsələlərdə onunla müxalifətçilik etmiş, nəzərini batil saymışdı.
Bunlardan əlavə, iki şeyxin, yəni Buxari və Müslümün öz "Səhih” kitablarında sənədlə gətirdiyidir ki; Abdullah ibn Ömərə deyildi: Əbu Hüreyrə deyir: Allah Peyğəmbərindən eşitdim ki, buyururdu: Hər kəs cənazənin ardınca getsə, bir qirat (dinarın altıda birinin dördə biri) əcri vardır.
İbni Ömər dedi: "Əbu Hüreyrə çox danışır.” Aişə Əbu Hüreyrənin sözünü təsdiq edib dedi: Mən Peyğəmbərdən bunu buyurmasını eşitmişəm.
İbni Ömər dedi: Elə isə biz çoxlu qiratlar əldən vermişik.("Səhihi Buxari”, 2-ci cild, "cənazə” kitabı, "cənazələrin ardınca getmənin fəziləti” babı, səh. 89. )
Ömər ibn Xəttabın öz oğlu haqqında verdiyi şəhadət onun üçün kafidir. O, ölüm yatağında olduğu zaman yaltaqlardan biri dedi: "Abdullah ibn Öməri öz canişinin təyin et.”
Ömər ona dedi: Arvadına təlaq verməyi bacarmayan bir kəsi nə cür öz canişinim qoyum?
Bu həmin İbni Ömərdir! Heç kəs onu atasından yaxşı tanımır.
Öz ağası Müaviyəyə xidmət edərək söylədiyi yalan rəvayətlər daha çoxdur. Misal üçün, biz bu hədisi qeyd edirik: Peyğəmbər buyurdu: "Behişt əhlindən biri sizə tərəf gəlir.” Bundan sonra Müaviyə gəldi. Onun sabahı günü buyurdu: "Behişt əhlindən olan bir kişi sizə tərəf gəlir”, yenə də Müaviyə gəldi. O birisi gündə də belə bir şey buyurdu, (yenə də) Müaviyə gəldi!!!
Və deyir: "Ayətəül-kürsü” nazil olduğu zaman Allah Peyğəmbəri Müaviyəyə buyurdu: Onu yaz.
Müaviyə dedi: Yazsam, hədiyyəm nədir?
Həzrət buyurdu: Hər kəs oxusa, sənə də savabı çatacaq.
Və deyir: Müaviyə qiyamət günü qaldırıldığı zaman dərisi iman nurundan olacaq.
İbni Ömər üç dəfə üç gündə ardıcıl olaraq Müaviyənin əhli behişt olmasına təkid edir. Qiyamət günü bütün insanlar ayaqyalın, lüt qaldıqları zaman Müaviyə onların hamısından üstündür?! Çünki iman nuru ilə bürünmüş halda gələcəkdir!! Oxu, təəccüb et!
Budur Abdullah ibn Ömər və onun elmi məqamı! Budur onun fiqhi və Allah Kitabı və Peyğəmbər sünnəti ilə müxalifətçiliyi! Bu onun Əmirəl-möminin və Peyğəmbərin pak itrətinə olan imamlarla düşmənçiliyi! Bu da onun Allah, Peyğəmbər və insaniyyət düşmənləri ilə dostluğu və yaxınlığı!
Görəsən bu gün əhli-sünnət və camaat bu həqiqəti başa düşürlərmi? Bilirlərmi ki, Mühəmməd (s) sünnəsi təkcə Peyğəmbərin pak itrətinə itaət edənlərdədir, yəni imamiyyə şiələrində!
لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ
"Cəhənnəm əhli və behişt əhli bir deyildirlər. Yalnız behişt əhli feyzə çatandır.”("Hə؛r” surəsi, 20-ci ayə. )
12-ABDULLAH İBN ZÜBEYR
Atası Cəməl müharibəsində öldürülmüş Zübeyr ibn Əvamdır. Cəməl müharibəsi Peyğəmbər sünnəsində "nakəsin” müharibəsi ilə məşhurdur.
Anası Əbu Bəkr ibn Əbu Qühafənin qızı, xalası isə Əbu Bəkrin qızı Aişə – Peyğəmbərin zövcəsidir. O, imam Əli (ə)-ın böyük düşmənlərindən idi.
Ola bilər babası Əbu Bəkrin xilafəti və xalası Aişə ilə iftixar edirdi. O iki nəfərdən kin-küdurəti irs aparmış və onunla da böyümüşdü. İmam Əli (ə) Zübeyrə buyururdu: "Biz səni həmişə Əbdülmüttəlibin uşaqlarından sayırdıq, amma fərsiz oğlun böyüdükdən sonra bizim aramıza ayrılıq saldı.”
Cəməl müharibəsinin fəal ünsürlərindən olub, birbaşa o müharibəyə başçılıq etməsi məşhurdur. Aişə onu camaat namazında imam durmağa göndərmişdi. Əlbəttə bu iş Təlhə və Zübeyri kənara qoyandan sonra olmuşdu. Çünki onların hər ikisinin bu işə tamahı olduğuna görə bir-biri ilə mübahisəyə başlamışdılar.
Həmçinin deyirlər ki, o, xalası Aişə üçün əlli nəfər gətirərək bu yerin "Həvəb suyu” olmamasına şəhadət vermişdi. O da müharibə üçün öz yoluna davam etmişdi.
Abdullah o kəsdir ki, atasını qorxaqlıqda ittiham etmişdi. Əli (ə) Zübeyrin yadına Peyğəmbər (s)-in hədisini salandan sonra, oğlu müharibədən çəkinməsinə görə onu danlamışdı. Onun danlağı həddini aşanda atası dedi: Sənə nə olubdur? Sən nə qədər də pis və nəhsövladsan.("Tarixi İbn Əsum”, 2-ci cild, səh. 311; "Nəhcül-bəlağənin ؛ərhi”, İbn Əbil-hədid, 2-ci cild, səh. 166. )
Deyirlər ki, o, atasını durmadan danlayaraq döyüşə vadar edirdi. Axırı o da çarəsiz qalıb Əli (ə)-ın qoşununa hücum etdi və öldürüldü. Beləliklə, onun haqqında deyilən "sən nə pis və nəhs övladsan” sözü düz çıxdı.
Bu rəvayəti seçməkdən hədəfimiz budur ki, həm Zübeyrin və həm də fərsiz oğlu Abdullahın kinli ruhiyyəsi ilə düz gəlir. Zübeyrin asanlıqla döyüş meydanından çəkilib Təlhə və Bəsrədən gəlmiş nökər və xidmətçilərinə arxa çevirməsi mümkün deyil. Zövcəsinin bacısı Ümmül-möminini ölümün çənginə tək buraxması ağılasığmazdır. Əgər o da bu işi görmüş olsaydı, onlar, məxsusən oğlu Abdullah onu tək qoymazdı.
Tarixçilər Abdullah ibn Zübeyrin Əli (ə)-ı söyüb lənət deməsini qeyd etmişlər! O deyirdi: "O alçaq kişi – hədəfi Əli idi– sizin yanınıza gəldi.” Bəsrə camaatının arasında nitq söyləyib onları döyüşə həvəsləndirərək dedi: "Ey camaat! Əli haqq üzərinə xəlifə olan məzlum Osmanı öldürdü. Sonra sizə qalib gəlmək üçün qoşun hazırladı. Bəs siz də kişi olun, xəlifənizin qanını almağa qalxın. Öz ailə və nəsəbinizi müdafiə edin. Bilin ki, Əli (ə) sizə qalib gəlsə din, və dünyamızı aradan aparacaqdır.
Onun Bəni Haşim, məxsusən Əli (ə)-la düşmənçiliyi elə bir həddə çatmışdı ki, qırx cümə Həzrət Mühəmməd (s)-ə salavat göndərməkdən çəkinib deyirdi: Məni bu işdən çəkindirən təkcə bir şeydir, o da bəzi kişilərin bu işlə lovğalanmasıdır.("Tarixi Yəqubi”, 2-ci cild. səh. 161; "ھərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid, 4-cü cild, səh. 61-62. )
Bir kəsin düşmənçiliyi elə bir həddə çatır ki, Peyğəmbər (s)-ə salavat göndərməyi boşlayır. Belə olduqda, daha onu danlamağa ehtiyac yoxdur. Xalqa yalan deyib, bütün pislikləri imam Əli (ə)-a nisbət verməsi də adi bir haldır. Bəsrədə camaat üçün oxuduğu xütbədə eşitdiniz ki, deyir: Allaha and olsun, əgər Əli sizə qalib gəlsə, din və dünyanızı aradan aparacaqdır.
Bu, Abdullah ibn Zübeyr tərəfindən deyilmiş yalan və böyük bir töhmətdir. Haqqa onun qəlbində yer yoxdur. Dediyimizə şahid Əli (ə)-ın onlara qalib gələrək çoxlarını, o cümlədən Abdullah ibn Zübeyrin özünü əsir tutmasıdır. Həzrət Əmirəl-möminin onların hamısını bağışlayıb azad etdi. Aişəyə də hörmət edib əziz saxladı. Onu evinə – Mədinəyə yola saldı. Ətrafında olanlara icazə vermədi ki, onlardan qənimət alıb, onları kəniz və nökər kimi tutsunlar. Yaralıları öldürməyə icazə vermədi. İş o yerə çatdı ki, qoşunda ona qarşı şəkk yarandı, az qaldı ki, ona qarşı qiyam etsinlər.
Əli (ə) Peyğəmbərin sünnəsi və Allahın kitabına hamıdan agah idi. Ondan savayı heç kəs bu ikisini onun kimi bilmirdi. Elə buna görə də onun dəstəsində olan bəzi münafiqlər qəzəblənib camaatı ona qarşı təhrik edərək dedilər: "Bu necə olan işdir? Onlarla müharibə etmək olur, amma qadınları bizə haramdır?” Belə ki, döyüşçülərdən bir çoxu təsir altına düşdülər. Amma Həzrət Quranla onlar üçün dəlil gətirib buyurdu: "Püşk atın, görün hansınız – ananız Aişəni almağa hazırsınız!?” Bu vaxt Həzrətin düz deməsini başa düşdülər. Dedilər: "Allah bizi bağışlasın, biz səhv etdik, sən düz dedin. Abdullah ibn Zübeyrin sözü yalan və aşkar töhmətdir.” Əli (ə)-la düşmənçiliyi onun gözünü və ürəyini kor etmişdi. İmandan uzaq düşmüşdü. İbni Zübeyr bundan sonra da tövbə etmədi. Bu müharibədən lazımi ibrət almadı!
Bəli! Yaxşılığa pisliklə cavab verdi. Bəni Haşim, məxsusən pak itrətin rəhbərliyi ilə düşmənçiliyi daha da çoxaldı. Onları susdurub aradan aparmaq üçün əlindən gələni əsirgəmədi.
Tarixçilər yazırlar ki, imam Əli (ə) şəhid olandan sonra o ayağa qalxaraq xalqı özünə tərəf dəvət etdi. Özünü Əmirəl-möminin adlandırdı. Xalq onun ətrafına yığıldı. Bu vaxt imam Əli (ə)-ın oğlu Mühəmməd ibn Hənəfiyyəni, imam Həsən ibn Əlini və daha on yeddi nəfər Bəni Haşim cavanlarını zindana saldı. Onların hamısını yandırmaq istədi. Zindanın qapısına çoxlu odun yığdırdı və onları yandırdı. Əgər Muxtarın qoşunu vaxtında yetişib odu söndürməsəydi, İbni Zübeyr öz arzusuna çatardı.("Tarixi Məsudi”, 3-cü cild, səh. 76-77; "Nəhcül-bəlağənin ؛ərhi”, İbn Əbil-hədid”, 20-ci cild, səh. 127-128. ) Mərvan ibn Həkəm Həccacın başçılığı ilə qoşun göndərdi. Onu mühasirə edib öldürdülər və hərəmdə (Məkkədə) dardan asdılar.
İbni Zübeyrin həyatı bu cür başa çatdı. Necə ki, atasının həyatı da elə bu cür sonra çatmışdı. Hər ikisi dünya və rəislik arzusunda idilər, özlərinə beyət almış, onun üçün döyüşmüşdülər. Öldürüb-öldülər, amma arzularına çata bilmədilər.
Abdullah ibn Zübeyrin fiqhi də tamamilə Əhli-beyt (ə) fiqhinin əksinədir. Məsələn, müvəqqəti ailə qurmanın haram olması məsələsini götürək. Bir gün Abdullah ibn Abbasa dedi: Ey kor! Əgər bu işi görsən, səni daş-qalaq edərəm.
İbni Abbas ona cavab verib dedi: Mənim gözüm kordur, amma sənin isə qəlbin. Əgər müvəqqəti ailə qurmanın halal olmasını bilmək istəyirsənsə, anandan soruş.(İbn Abbas qocaldığı zaman kor olduğuna gِrə ona kor deyir. Amma "anandan soru؛” deməsinə gəldikdə isə, ona gِrədir ki, Zübeyr Əsma ilə müvəqqəti ailə qurmu؛ və Abdullah həmin müvəqqəti ailə qurmadan, yəni siğədən dünyaya gəlmi؛di. Abdullah anasından soru؛duqda, anası dedi: Sənə demədimmi ki, Abdullah İbn Abbasla sِz gülə؛dirmə. Ərəblərin eybini o hamıdan yax؛ı bilir. )
Bu barədə sözü uzatmaq istəmirəm. Təkcə hədəf İbni Zübeyrin inadını, hər şeydə, hətta fiqhi məsələlərdə (ki, elə də xəbərdar deyildi,) müxalifətçiliyini aşkar edib açıqlamaq idi.
Bunlar hamısı getmiş, ümməti isə qan dəryasında və çaşqınlıq okeanında başlı-başına buraxmışlar. Onların çoxu haqq və batili bir-birindən ayıra bilmirlər. Təlhə, Zübeyr və Səd ibn Vəqqas özləri buna etiraf etmişlər.
Yalnız Əli ibn Əbi Talib (Allahın salamı ona olsun!) Yeganə şəxsdir ki, Allah nişanələri ilə yolu tapmış, haqqda bir an belə olsun, şəkk etməmişdir. Həmişə haqla qədəm-qədəm hərəkət etmişdir. Daha doğrusunu desək, haqq həmişə onunla olmuşdur.
Xoş olsun o kəsin halına ki, ona itaət edir, onu özünə rəhbər bilir. Allah Peyğəmbəri buyurmuşdur: Sən ey Əli ıə sənin şiələrin qiyamət günündə nicat tapanlardır.("Əddurrul-mənsur fit-təfsiri bil-məsur”, Cəlaləddin Süyuti, 8-ci cild, səh. 159. ("Bəyyinə” surəsinin təfsiri.) )
أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
"Haqqa tərəf hidayət edən itaət olunmağa daha layiqdir, ya özü yolu tapa bilməyən, hidayətə ehtiyacı olan şəxs? Sizə nə olmuşdur, nə cür hakimlik edirsiniz?”
ŞİƏNİN NƏZƏRİNDƏ PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ QURANLA MÜXALİF DEYİLDİR
Şiə və əhli-sünnət əqaidini araşdırdıqdan sonra məlum olur ki, şiə özünün bütün fiqhi hökmlərində yalnız Qurani-kərimə və Peyğəmbərin sünnəsinə müraciət edirlər. Quranı birinci, Peyğəmbərin sünnəsinə isə ikinci yerdə qərar verirlər. Yəni sünnəni Quranın nəzərinin altında qərar verir, onu Quranla üzbəüz qoyurlar. Hər bir şey Quranla düz gəlirsə, qəbul edir, hər şey müxalif olursa, ondan əl götürürlər.(And olsun ki, bu çox məntiqli sِzdür, yolu bütün yalançı mühəddislərin üzünə bağlayır. Peyğəmbər (s)-in bezar olduğu ؛eyləri ona nisbət vermənin qar؛ısını alır. )
Şiələr bu barədə imamların cədlərindən – Peyğəmbərdən olan rəvayət əsasında Əhli-beyt imamlarının əmrlərinə əməl edirlər. Peyğəmbər (s) buyurur: Məndən sizə hədis yetişdiyi zaman, onu Allahın Kitabı ilə tutuşdurun. Onunla düz gəldiyi zaman əməl edin, düz gəlmədiyi zaman onu divara vurun (kənara qoyun).
İmam Cəfər Sadiq (ə) dəfələrlə buyurmuşdur: Quranla düz olmayan hər hədis boş sözdür, (Peyğəmbərin sözü deyil).
"Üsuli-kafi” kitabında gəlmişdir: Peyğəmbər (s) Minada camaat üçün nitq söyləyib buyurdu: "Ey camaat! Məndən eşitdiyiniz hər şey Allah Kitabı ilə düz gələrsə, onu mən demişəm, məndən eşitdiyiniz hər bir şey Allahın kitabı ilə düz gəlməzsə, onu mən deməmişəm.”
Şiə bu möhkəm təməl üstündə öz fiqh və əqaidini bina etmişdir. Hər bir hədis – səhih sənədə malik olmuş olsa da belə, bu tərəzilə və Allahın Kitabı ilə (ki, heç bir batilin ona yolu yoxdur) düz gəlməlidir.
Başqa İslam firqələrinin arasında yalnız imamiyyə şiələri bu şərti qəbul etmişlər. Məxsusən rəvayətlər bir-birlərilə zidd olduqda, bundan istifadə edirlər. Şeyx Müfid "Təshihul-etiqad” kitabında deyir: Uca Allahın kitabı bütün hədis və rəvayətlərdən irəlidir. Hədisin düz olmasında və ya olmamasında ona müraciət olunur. Quran hər nəyə hökm edirsə, o, haqdır, ondan başqa heç bir şey.
Beləliklə, hədisi Quranla üzləşdirmək yalnız şiəyə aiddir. Elə bu üzləşdirmə şiəni bir çox əqli və fiqhi məsələlərdə əhli-sünnədən ayrıdır.
Mühəqqiq şiənin bütün şəri hökmlərinə və əqaidə aid olan məsələlərinə Allah kitabından şahid tapır. Bunun ziddinə olaraq əhli-sünnət və camaatdan çoxlu əqli və şəri hökmlər tapa bilər ki, Quranın aşkar nəssi ilə müxalifdir. Biz sizin üçün tezliklə bu haqda dəlil və nişanələr sayacağıq.
Beləliklə, mühəqqiq daha bir məsələ ilə yaxından tanış ola bilər ki, o da şiənin öz kitablarının heç birini yüz faiz "düz və səhih” bilməməsidir. Elə buna görə də kitablarının heç birini Quranla bərabər tutmurlar. Əhli-sünnət və camaata gəldikdə isə, onlar "Səhihi Buxari” və "Səhihi Müslüm”ün bütün hədislərini düzgün bilirlər. Amma həqiqətdə onların arasında yüzlərlə hədis vardır ki, Allahın Kitabı ilə ziddir.
Ola bilər bu özü də bu məzhəbin xəlifələrinin rəftarından götürülmüş olsun. Əhli-sünnət və camaat o kəslərin yolunu tutdular ki, Quran və sünnətlə tanış olmamış, ya da bilmiş, amma onların xilafına olan şəxsi ictihad və nəzərlərinə əməl etmişlər. (Keçən bəhslərdə bir miqdar onların dəlillərindən bəhs olundu.)
Amma imamiyyə şiələri Peyğəmbərin pak itrətinə itaət edirlər (ki, Quranın təfsirçiləridirlər). Onunla müxalifətçilik və onda ixtilaf etmirlər.
أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمَن يَكْفُرْ بِهِ مِنَ الأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ فَلاَ تَكُ فِي مِرْيَةٍ مِّنْهُ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يُؤْمِنُونَ
"Öz Allahından aşkar dəlili və arxasınca şahidi olan (yaxşıdır, yoxsa özgələri)? Ondan əvvəl Musanın kitabını rəhbər və rəhmət ünvanında göndərdik ki, onlar ona iman gətirirlər və bu hizblərdən ona kafir olanın yeri atəşdir, Onda heç şəkk etmə ki, haqq olan Allah tərəfindəndir, amma insanların çoxu iman gətirmirlər.”("Hud” surəsi, 17-ci ayə. )

Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]