Cümə axşamı, 2024-04-25, 3:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:12 AM
Həqiqət olduğu kimi... 2  
QURAN VƏ SÜNNƏ ƏHLİ-BEYTİN YANINDA

İmamiyyə şiələrinin Quranı sünnətdən qabaq və eyni zamanda onu sünnənin qoruyucusu bildiklərini başa düşdükdən sonra diqqət yetirməliyik ki, əhli-sünnət və camaat düz onun əksini fikirləşirlər, yəni sünnəni Qurandan qabaq və Quranın qoruyucusu bilirlər.
Buradan özlərini "əhli-sünnə” adlandırmalarının dəlili ələ gəlir. Dediyimiz həqiqət deyildirsə, bəs niyə görə özlərini əhli-Quran və sünnə adlandırırlar. Məxsusən öz kitablarında qeyd etmişlər ki, Peyğəmbər (s) buyurmuşdur: "Mən sizin aranızda Allahın Kitabını və öz sünnəmi qoyuram.”
Buradan sözümüzün əsl səbəbi aydın olur. Sünnə onların nəzərində Qurana hakimdir. Bu doğrudan da təəccüblüdür. Onlar Quranla müxalif əməl etmiş, öz əməlləri ilə ünsiyyət tapmış, hakimlər də bu işlərə onları vadar etmişlər. Öz işlərini düzgün göstərmək üçün hədislər düzəldərək yalandan Peyğəmbər (s)-in adı ilə bağlamışlar. Düzəltdikləri hədislər Quranın hökmləri ilə müxalif olduğu üçün sünnənin Qurana hakim olmasını ya Quranı nəsx etməsini söyləmişlər.
Hər müsəlmanın gündə neçə dəfə yerinə yetirdiyi çox aydın bir misal gətirirəm. O da hər namazdan qabaq alınması lazım olan dəstəmaz məsələsidir. Quranda gəlmişdir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ
"Ey iman gətirənlər! Namaz üçün qalxdığınız zaman üzlərinizi, əllərinizi dirsəyə qədər yuyun, baş və ayaqlarınıza ayaq çıxığına qədər məsh çəkin.”("Maidə” surəsi, 6-cı ayə. )
İstər "nəsb” və istərsə də "cərr” halında oxunmasına baxmayaraq bundan öncə qeyd etdiyimiz kimi, Fəxri Razi – ərəb dili üzrə əhli-sünnə və camaatın ən məşhur alimlərindəndir – deyir: Hər iki cür oxunmasına baxmayaraq, məsh etmək vacibdir.("Təfsiri Kəbir”, Fəxri Razi, 11-ci cild, səh. 161. )
Həmçinin İbni Həzm deyir: "Ərcul” kəlməsində olan "lam” hərfini istər kəsrə ilə oxuyaq, istərsə də fəthə ilə, hər iki halda "rüus” kəlməsinə ətf olunmuşdur. Belə olduqda, ya ləfzinə ətf olub, ya da mövzusuna. Başqa bir şey caiz deyildir.(Muhəlla”, İbn Həzm, 2-ci cild, səh. 56. )
Fəxri Razi Quranın məshi vacib etməsinə etiraf etməsinə (hər iki qiraətdə) baxmayaraq, öz sünnü məzhəbinə təəssübkeşlik etmiş və demişdir: Amma sünnə "ğəsl” (yumağı) gətirmişdir, o da Quranı nəsx edir (hökmünü batil edir.)("Təfsiri Kəbir”, Fəxri Razi, 1-ci cild, səh. 161. )
Bu onların xəyal etdiyi sünnədən bir nümunədir ki, Qurana hökumət, ya da onu nəsx edir. Bundan başqa bir çox başqa nümunələr də vardır. Düzəldilmiş çoxlu rəvayətləri Allahın hökmünü batil etməyə dəlil gətirirlər. Peyğəmbər (s)-in onu nəsx etdiyini iddia edirlər.
Biz "Maidə” surəsində nazil olmuş dəstəmaz ayəsinə diqqət etsək, (Quranın axırıncı nazil olmuş surəsidir) görərik ki, deyirlər: Peyğəmbər (s) dünyadan getməmişdən iki ay qabaq bu ayə nazil olmuşdur. Belə olduqda, bəs Peyğəmbər nə cür və nə zaman dəstəmaz hökmünü nəsx etmişdir?! Peyğəmbər iyirmi üç ili məshlə keçirmişdir. Hər gün beş dəfə o bu işi görürdü. Bu heç cür ağıla sığmır ki, dünyadan getməmişdən iki ay qabaq nazil olmuş bu ayə ilə "Vəmsəhu birüusikum və ərculəkum” – Quranın xilafına əməl edərək ayağını yumağa başlasın? Bu sözə heç kəs inanmaz.
Bundan əlavə, camaat bu cür Peyğəmbəri necə qəbul etsin və sözünü eşitsin ki, özü buyurur: "Bu Quran ən möhkəm yola dəvət edir” və yenə də onun əksinə əməl edir? Bunu ağıl qəbul edərmi? Ya da müxaliflər, müşriklər və münafiqlər ona deyəcəklər: Əgər özün onun xilafına əməl edirsənsə, nə cür bizi ona itaətə məcbur edirsən? Belə bir halda Peyğəmbər zəhmətə düşər, onların cavabını verə bilməz.
Biz də bu iddianı (ki, həm əql və həm də nəql onu qəbul etməkdən çəkinir) qəbul etmirik. Kitab və sünnəni qəbul edən hər kəs də bu iddianı qəbul etməyəcəkdir.
Amma əhli-sünnət və camaat (ki, həqiqətdə həmin Bəni Üməyyə hakimləri və onların ardıcıllarıdır), keçən bəhslərdə qeyd olunduğu kimi, Peyğəmbərin dilindən hədis düzəltməyə başladılar. Bu yolla azmış rəhbərlərinin nəzər və ictihadlarını düz göstərməyə çalışırdılar. Əvvəl onlara şəri icazə verirdilər. Bundan əlavə, əgər aşkar rəvayətlər qarşısında ictihad etmiş olsalar, Peyğəmbərin Quranın aşkar dəlilləri qarşısında ictihad etməsini bəhanə gətirərdilər. Beləliklə, bidət əhli yalandan Peyğəmbərə itaət etmələrini bəhanə gətirərək şəri dəlillərlə olan müxalifətçiliklərini ört-basdır edirlər!
Keçən bəhslərdə möhkəm dəlillərlə Peyğəmbərin bir gün belə olsun, öz şəxsi nəzərinə əməl etməməsini dedik. Həmişə Allah vəhyinin nazil olmasını gözləyirdi. Quran buyurur:
لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ
"Ki, camaat arasında Allah göstərdiyi kimi hökm edəsən.”("Nisa” surəsi, 105-ci ayə və "Səhihi Buxari”, 8-ci cild, səh. 148. )
وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
Yəni: "Bizim aşkar ayələrimiz onlar üçün oxunan zaman bizimlə (hesabla) üzbəüz qalacaqlarına imanları olmayanlar deyirlər: Bundan başqa Quran gətir, ya onu başqa bir şeyə çevir. De: Mən özüm onu dəyişdirə bilmərəm, mənə nazil olandan savayı başqa bir şeyə itaət etmirəm, doğrudan da əgər öz Pərvərdigarıma itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.”("Yunis” surəsi, 15-ci ayə. )
(Əgər özündən bir söz Allaha nisbət versə,) Allah bundan da şiddətli sözlə onunla nə edəcəyini deyərək qorxutmadımı? Necə ki, buyurur:
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ
"Əgər (özündən) Bizə bəzi sözlər nisbət versə, sağ əlini ondan alarıq və boyun damarını kəsərik, sizlərdən heç biriniz onu saxlaya bilməzsiniz.”("Haqqə” surəsi, 44-47-ci ayələr. )
Bu, Quran və o da Peyğəmbər (ki, əxlaqı Quran idi)! Amma əhli-sünnə və camaat(Məqsəd Əli (ə) vvə onun ِvladları zamanında ya؛ayanlardır ki, əhli-sünnət və camaatı yaratmı؛lar. ) Əli ibn Əbi Talib və Əhli-beytlə düşmən olduqları üçün hər şeydə onlarla müxalifətçilik edirdilər. Onların düşmənçiliyi elə həddə çatmışdı ki, hər şeydə Əli və onun şiələri ilə müxalif idilər. Hətta bu işləri sünnə ilə müxalif olmuş olsa idisə də, ondan çəkinmirdilər.(Bu barədə geni؛ danı؛ıb onların rəhbərlərinin sِz və nəzərlərini "Düz danı؛anlarla birlikdə” kitabında qeyd etmi؛ik. )
Məşhurdur ki, imam Əli (ə) Peyğəmbər (s)-in sünnəsini diri saxlamaq üçün hətta ahəstə qılınan namazlarda (zöhr və əsr) "bismillah”ı uca səslə deyərmiş. Onlardan bəzisi deyir: Bu iş namazda məkruhdur. Həmin bu sözü sair işlərdə, o cümlədən əlləri yana salmaqda, ya bir-birinin üstünə qoymaqda, duada, qunutda və gündəlik namazlara aid olan başqa əməllərdə əncam vermişlər.
Elə buna görə də Ənəs ibn Malik ağlayıb deyirdi: Allaha and olsun! Allah Rəsulunun namazında gördüyümü indi tapa bilmirəm. Sonra əlavə edib deyirdi: Onda çox dəyişiklik etmisiniz.
Təəccüblüdür, əhli-sünnə və camaatın tanınmış dörd məzhəbi bu barədə ixtilaflı nəzərdə olduğu üçün onlar da bu ixtilafın qarşısında susmuş, onların ixtilaflarını rəhmət adlandıraraq heç bir mane onda görməmişlər.
Amma şiə bəzi məsələlərdə onlarla ixtilaf etdiyi zaman onu danlamış və etdikləri ixtilafı əzab adlandırmışlar. Onların rəhbərləri elm, əməl, fəzilət və məqamda Peyğəmbər (s)-in itrətindən olan pak imamlarla bərabər olmadıqları halda, yalnız onların fikirlərini qəbul edirlər.
Ayaqları yuma məsələsində deyildiyi kimi, Quranın və sünnənin("Ət-təbəqatul-kubra”, İbn Səd, 6-cı cild, səh. 275) dəstəmazda ayaqlara məsh etməyi açıqlamasına baxmayaraq, bu məsələdə heç nəyi şiədən qəbul etmirlər. Bununla kifayətlənməyib onları Quranı dəyişdirmə və dindən çıxmada günahlandırırlar.
Xatırlanması lazım olan ikinci məsələ həmin "mütə nikahı” məsələsidir. Quran bu məsələni qeyd etmiş, Peyğəmbərin sünnəsi isə təsdiqləmişdir. Amma Ömər ibn Xəttabın ictihadını ört-basdır etməkdən ötrü onu haram hesab edirlər. Yalandan hədis düzəldərək onu Peyğəmbər (s)-ə nisbət verirlər. Şiəni belə bir ailə qurmanı halal bildiyinə görə danlayırlar.
Həqiqətdə isə öz "Səhih” kitablarında belə bir ailə qurmanın Peyğəmbər (s), Əbu Bəkr və Ömərin xilafətinin bir hissəsində (haram edənə qədər) olmasına və səhabələrin bu işi görmələrinə şəhadət verirlər. Bundan əlavə, özləri bu işin səhabələr arasında ixtilaflı olmasını bildirərək, bəzilərinin onu halal və bəzilərinin onu haram deməsini qeyd edirlər.
Quranın aşkar ayələrini yalan bir hədislə nəsx etmə nümunələri daha çoxdur. Biz təkcə iki nümunə gətirməklə əhli-sünnət və camaatın məzhəbinin üstündən pərdə götürmək istədik. Oxucu buna diqqət yetirərək bilsin ki, onlar hədisi Qurana hakim bilir və etiraf edib deyirlər ki, sünnə Quranı nəsx edir!
Böyük sünnü alimi fəqih Abdullah ibn Müslüm ibn Qüteybə açıq-aşkar etiraf edir ki, hədis və rəvayətlər Quranı öz təsiri altında saxlayaraq onun hökmlərinə birbaşa dəxalət edir. Lakin Quran rəvayətləri bəyan etmək qüdrətinə malik deyil!!!("Sünəni Darəmi”, 1-ci cild, səh. 145)
Əhli-sünnə və camaatın üsuli-din rəisi imam Əşəri deyir: Sünnə Quranı nəsx edir və ona hakimdir. Quran sünnəni nəsx etmir və onun üstündə hökuməti də yoxdur.
İbni Əbdül-Birr deyir: Əhli-sünnət və camaatın rəhbərlərindən biri olpn imam Ovzai demişdir: Quranın sünnətə olan ehtiyacı, sünnənin Qurana olan ehtiyacından daha çoxdur!!("Cameu bəyanil-elm”, 2-ci cild, səh. 191. )
Əgər qeyd olunan sözləri onların əqidəsi saysaq, onların Əhli-beytin nəzərləri ilə müxalif olması təbii olacaqdır. Əhli-beytin nəzərinə əsasən, Quran hədisə hakim olduğuna görə, hər bir hədis Quranla tutuşdurmalı və onunla ölçülməlidir. Lakin təbiidir ki, onlar Əhli-beyt imamlarından gəlib yetişən hədisləri qəbul etməyəcəklər, çünki bu hədislər onların məzhəbinin puçluğunu faş edir.
Beyhəqi "Dəlailun-nubuvvət” kitabında yazır ki, Peyğəmbər (s)-dən rəvayət olunmuş: "Sizə məndən hədis yetişəndə, onun Quranla tutuşdurun” hədisi batildir və düz deyildir. Belə ki, onun yalan olmasını hədis özü açıqlayır. Çünki Quranın özündə hədisin Quranla tutuşdurulması barədə heç bir nişanə yoxdur!!
İbni Əbdül-Birr Əbdürrəhman ibn Mehdidən nəql edir deyir: Həzrət Peyğəmbər (s)-dən rəvayət olmuş: "Məndən sizə yetişən hər şeyi Allahın kitabı ilə müqayisə edin, əgər Allah Kitabı ilə düz gəlsə, mən onu demişəm, yox əgər Allah Kitabı ilə müxalif olsa, mən onu deməmişəm” – sözlərinin düzlüyü elm əhli üçün sabit olmamışdır. Sonra əlavə edərək: Bu hədisi zındıqlar və xəvaric düzəltmişdir!!("Cameu bəyanil-elm”, 2-ci cild, səh. 191. )
Bu kor təəssübə diqqət edin. Elmi təhqiq və həqiqəti qəbul etmək üçün heç bir yol qoymamışdır. Onlar bu hədisi rəvayət edənləri – Peyğəmbərin pak itrəti olan Əhli-beyt imamlarını zındıq, kafir, xarici adlandırıb hədis düzəltməkdə günahlandırırlar!!!
Biz onlardan sual edib soruşa bilərik ki, bu hədisi düzəltmədə zındıq və xəvaricin hədəfi – bildiyimiz kimi Allahın kitabına heç bir batil üçün yol yoxdur – nə ola bilər? Ağıllı və insaflı şəxs bu "Allahın kitabını uca tutan bu zındıq və xəvaricə” inanıb etiqad bəsləyir. Allahın kitabını dini hökmlərdə ilk mərcə bilir. Onun bu işi əhli-sünnətc və camaatın işindən də daha yaxşıdır, çünki onlar yalan rəvayətlərlə Allah Kitabına hakimlik edir, düzəltdikləri bidətlərlə onun hökmlərini aradan aparırlar.
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
"Böyük sözlər ağızlarından çıxmışdır və yalandan savayı bir şey demirlər.”("Kəhf” surəsi, 5-ci ayə. )
Onların zındıq və xəvaric adlandırdığı insanlar, Peyğəmbər (s)-in Əhli-beyti, hidayət imamları gecə qaranlığında işıq saçan çıraqlardır. Allah Rəsulu onları ixtilaf zamanı ümmətin ümid yeri adlandırmışdır. Onlarla müxalifətçilik edən hər bir tayfa Şeytan hizbindəndir. Yeganə təqsirləri cədlərinin sünnətinə sadiq qalaraq Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Mərvan və Bəni Üməyyənin bidətlərini qəbul etməmələridir. Qüdrət həmişə bunların əlində olduğu üçün müxaliflərini söymüş, xarici və kafir adlandıraraq onlarla müharibə etmiş, kənara qoymuşlar. Onlar Əli (ə) və Əhli-beyti səksən il minbərlərdə lənətləmiş, övladları imam Həsən (ə)-ı zəhər, imam Hüseyn (ə)-ı isə qılıncları ilə qətlə yetirmişlər.
Əhli-beyt (ə)-ın çəkdiyi saysız-hesabsız əziyyətləri açıqlamaq istəmirik. Sözümüzü özünü əhli-sünnə və camaat adlandıran insanlar barəsindədir. Onlar hədisi Quranla üzləşdirmək istəmədikləri halda, görəsən Əbu Bəkri niyə görə xəvaric, ya zındıq adlandırmırlar? Həmin Əbu Bəkr hədisləri yandırıb camaata moizə edərək deyirdi: Siz Peyğəmbərdən elə bir halda hədis rəvayət edirsiniz ki, özünüzün onlarda ixtilafınız vardır. Sizdən sonra gələnlərin ixtilafı daha çox olacaqdır. Belə isə Peyğəmbərdən heç bir hədis nəql etməyin. Sizdən hər kəs soruşsa, cavab verib deyin: Bizimlə sizin aranızda Kitab vardır. Onun halalını halal, haramını isə haram bilin.("Təzkirətul-huffaz”, Zəhəbi, 1-ci cild, səh. 3. )
Görəsən Əbu Bəkr bu sözü ilə Quranı sünnədən qabaq bilməmişdirmi? Quranı yeganə mənbə bilərək sünnəni xalqın ixtilafı adlandırıb kənara qoymamışdırmı?!
Bəs nə üçün Ömər ibn Xəttabı xəvaric, ya zındıq adlandırmırlar? O, həmin adamdır ki, elə ilk gündən Peyğəmbərin sünnəsini kənara qoyub demişdi: Allahın Kitabı bizə bəsdir. Səhabələrin hədis və sünnədən yığdıqları hər nə vardısa, yandırdı.("Kənzül-ümmal”, 5-ci cild. səh. 644. İbn Kəsir və Zəhəbi. "Təzkirətul-huffaz”, 1-ci cild, səh. 5. ) Bununla kifayətlənməyib hədis rəvayət etməyi də qadağan etdi.("Təzkirətul-huffaz”, Zəhəbi, 1-ci cild, səh. 6.)
Niyə – dinin yarısı ondan götürülmüş – Ümmül-möminin Aişəni xəvaric, ya zındıq adlandırmırlar? Məşhurdur ki, o hədisi Quranla tutuşdurar, müxalif olduğu zaman onu rədd edərmiş.
Ömər ibn Xəttabın bu hədisini "Ölüyə onun ailəsinin ağlaması ilə əzab olunur” rədd etmişdi. Aişə dedi: Quran sizin üçün kafidir:
"La təziru vazirətən vizra uxra.”("Səhihi Buxari”, 2-ci cild, səh. 80-81. )
Həmçinin Aişə Abdullah ibn Ömərin rəvayət etdiyi "Peyğəmbər müşriklərin düşdüyü quyunun qırağında durub onlarla danışdıqdan sonra üzünü yoldaşlarına tutub buyurdu: "Onlar dediklərimin hamısını eşidirlər” hədisini qəbul etməmiş, demişdi: Allah Peyğəmbəri təkcə bunu buyurmuşdur: "Onlar bilirlər ki, dediklərimin hamısı haqdır.” Sonra hədisin yalan olmasını sübut etmək üçün Qurandan dəlil gətirərək bu ayəni oxudu:
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى
Yəni, "Sən heç bir şeyi ölülərin qulağına çatdıra bilməzsən.”("Nəhl” surəsi, 80-cı ayə. )
وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ
"Sən heç nəyi qəbirdə olan ölülərin qulağına çatdıra bilməzsən.”(Fatir” surəsi, 22-ci ayə. "Səhihi Buxari”, 2-ci cild, səh. 101; "Səhihi Müslüm”, 3-cü cild, səh. 44; "cənaiz” kitabı, "əl-meyyitu yuəzzəbu bibukai əhlihi əleyh” babı. )
Aişə hər dəfə rəvayətləri Quranla üzləşdirdikdə, onların çoxusunu inkar edirdi. "Mühəmməd (s) Allahı görmüşdür” – deyənin cavabında belə demişdi: Sənin sözündən bədənimin tükləri biz-biz durur. Sən nə bilirsən? Bu üç şey haqqında hər kəs sizə söz desə, yalan demişdir!
1. Hər kəs "Mühəmməd Allahı görübdür” desə, yalan danışıbdır. Bu ayəni oxudu:
لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
"Heç bir bəşər elə bir yerə çata bilməz ki, Allah onunla danışa, yalnız vəhy, ya pərdə arxasından istisna olunubdur.”("ھura” surəsi, 51-ci ayə. )
"La tudrikuhul-əbsaru və huvə yudrikul-əbsarə və huvəl-lətiful-xəbir.”("Ənam” surəsi, 103-cü ayə.)
2. Hər kəs sənə "sabah nə olacağını bilirəm” – desə yalan demişdir. Sonra Allahın bu sözünü oxudu:
وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا
Yəni: "Heç kəs bilmir sabah nə olacaqdır? (ya da ki, nə ələ gətirəcəkdir?)("Loğman” surəsi, 67-ci ayə. )
3. Hər kəs sənə "Peyğəmbər söz gizlətmişdir” – desə, yalan demişdir. Sonra bu ayəni oxudu:
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ
Yəni: "Ey Peyğəmbər! Allah tərəfindən sənə yetişən şeyi (xalqa) çatdır.”("ھəvahidut-tənzil”, Həskani, 2-ci cild, səh. 224; "Qayətul-məram”, səh. 417; "Ər-riyazun-nəzrə”, 3-cü cild, səh. 104)
Əhli-sünnət ravisi Əbu Hüreyrə çox vaxt hədisi oxuyub sonra deyərdi: "Əgər istəyirsiniz, bu ayəni oxuyun.” Öz hədisini Quranla müqayisə edirdi. Eşidənlər onun sözünü qəbul etmirdi.
"örəsən əhli-sünnət və camaat bütün bunları niyə görə xəvaric və zındıqlardan saymır? Bunlar ki, eşitdikləri hədisləri Quranla tutuşdururdular! Quranla düz gəlmədikdə, onu kənara atır, yalan adlandırırdılar? Çünki bu işə cürətləri çatmır, amma növbə Əhli-beytə çatdıqda, təqvalı olmanı kənara qoyur, hər cür söyüş və günahla onlara töhmət vururlar. Həqiqətdə isə onların təkcə bir günahı olmuş olur, o da hədisi Quranla üzləşdirməkdir. Onlar hədisləri Quranla üzləşdirməklə hədis düzəldənləri, fırıldaqçıları üzə çıxarıb rüsvay edir, onların Allah əhkamını ayaq altına qoyaraq yalan hədis düzəltmələrini açıqlayırdılar.
Yaxşı bilirlər ki, düzəltdikləri hədisləri Quranla üzləşdirsələr, hər on hədisdən doqquzu yalan, təkcə biri sadiq olaraq Peyğəmbərin sözü olacaqdır. Hədislərin mənasını bəzən elə dəyişirlər ki, Peyğəmbər (s) özü o mənanı qəsd etməmiş olur. Məsələذn, bu hədisə diqqət edin: "Məndən sonra xəlifələr on iki nəfərdir. Hamısı Qüreyşdəndir.” Ya bu hədis: "Məndən sonra raşidin xəlifələrinin sünnətinə əməl edin.” Başqa bir hədis: "Ümmətimin ixtilafı rəhmətdir.”
Başqa şərif hədislər ki, Peyğəmbərin onlardan qəsdi öz itrətindən olan pak imamlar olmuşdur. Amma onlar bu rəvayətləri bəzi haqqı olmayan xəlifə və səhabələrə təfsir etmişlər!
Səhabələrə qoyduqları ləqəblər də elə bu qəbildəndir. Məsələn: Əbu Bəkrə "Siddiq”, Ömərə "Faruq”, Osmana "Zunnureyn”, Xalidə "Seyfullah” verilən adlar Peyğəmbərin zəmanəsində Peyğəmbər (s)-in dili ilə Əli (ə)-a verilən adlardır. O Həzrət buyurur: Siddiqeyn üç nəfərdir: Həbib Nəccar (Mumini Ali Yasin); Hezqil (Ali-Fironun mömini) və Əli ibn Əbi Talib (ə) ki, onların hamısından üstündür.("Tarixi Təbəri”, 1-ci cild, səh. 31, (Əlinin islamı haqqında); "Sünəni İbn Macə”, 1-ci cild, səh. 44; "Xəsaisi Nəsai”, səh. 38; "Müstədrəki Hakim”, 3-cü cild, səh. 112. )
Əli (ə) özü buyurur: "Mən ən böyük Siddiqəm, məndən sonra hər kəs bunu desə, yalançıdır. Mən ən böyük Faruqam ki, Allah mənim vasitəmlə haqla batilin arasına ayrılıq salır.”(Əhli-sünnə və camaat Osmanı Zunnureyn adlandırırlar. Səbəbini də belə bəyan edirlər ki, o, Peyğəmbərin iki qızı Rüqəyyə və ـmmü Külsümlə evlənmi؛dir. Həqiqətdə bu iki nəfər Peyğəmbərin deyil, onun zِvcəsinin qızları idi. Əgər onları Peyğəmbər (s)-in qızları belə saysaq, yenə də onları nur adlandıra bilmərik. اünki Peyğəmbər (s) bir hədis belə onların haqqında deməmi؛dir. Peyğəmbərin haqqında buyurduğu: "o, behi؛t qadınlarının sərvəridir” – Fatimə (əleyha-salam) niyə gِrə nur adlandırılmır? Bu əsasa gِrə, niyə Əli (ə)-a "Zunnur” (nur sahibi) demirlər?! )
Məgər Peyğəmbər buyurmamışdırmı: "Onunla dostluq iman, düşmənçilik nifaqdır və hara getsə, haqq onunladır?”
Elə Zunnureyn("Hud” surəsi, 24-cü ayə. ) də Əli (ə)-dır. Çünki behiştin cavanları Həsən və Hüseyn (əleyhimus-səlam)-ın atasıdır. Onlar nübüvvətdən ayrılan iki nurdurlar. Allahın qılınca də o kəsdir ki, Cəbrail Ühüd müharibəsi zamanı onun barəsində buyurmuşdur: "Əlidən savayı bir comərd, Zülfüqardan savayı bir qılınc yoxdur.”
Həqiqətən də o, Allahın qılıncı idi. O, qılıncını müşriklərə qarşı çəkmiş, pəhləvanlarını öldürmüş, qəhrəmanlarını yerlə yeksan etmişdi. Çarəsiz qalıb ürəkdən də olmasa, haqqı qəbul etmişdilər. O, Allahın qılıncıdır, heç vaxt döyüşdən qaçmamış, onunla üzləşməkdən qorxmamışdır. O həmin kəsdir ki, bütün səhabələr Xeybər qalasını almaqdan aciz qaldıqdan sonra, o, həmin qalanı fəth etmişdi.
Siyasət elə xilafətin ilk günü Əli (ə)-ı tərksilah edib onun haqqında hər cür fəzilət söyləməyi qadağan etdi. Müaviyə qüdrətə çatdıqdan sonra bu əməli daha da şiddətləndirdi. Əli (ə)-ı lənətləyərək onu kiçiltməyə başladı. Onun düşmənlərini ucaldaraq Əli (ə)-ın fəzilət və ləqəblərini özgələrinə verdi. Bu yolda heç bir yalan və böhtandan çəkinmədi. O vaxt kim Müaviyəni yalançı adlandırıb onunla müxalif ola bilərdi?
Onlar Əli (ə)-ı söyməyi və lənətləməkdə Müaviyə ilə birlik edirdilər. Onun əhli-sünnət və camaatdan olan tərəfdarları bütün həqiqətləri alt-üst edib, pis işi yaxşı, yaxşı işi isə pis qələmə verdilər. Əli (ə)-ı və onun şiələrini zındıq və xarici adlandırdılar. Bu yolla onları lənətləyib öldürmələrini rəva gördülər. Allahın, Onun Rəsulunun və Əhli-beytin düşmənlərini "əhli-sünnə” adlandırdılar. Oxu təəccüb et! Əgər şəkdəsənsə, axtarış və təhqiq et!
مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ
"İki qrupun misalı kor və karın, görən və eşidənin (misalı) kimidir. Bunlar misalda bərabərdirlərmi, niyə xatırlamırsınız?”("Tənvirul-həvalik”, Malik, "Müvəttəə”nin ؛ərhi, 1-ci cild, səh. 103. Biz deyirik: ھükür olsun Allaha ki, onların ِzündən hədislərinin arasındakı qarı؛ıqlığa, ؛ahid gətirmi؛dir. Etiraf etdikləri kimi, fəqihlərinin heç bir dəlili yoxdur. Dəlil təkcə pak olan imamlardadır ki, heç bir ؛eydə ixtilafları yoxdur. )
ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ PEYĞƏMBƏR HƏDİSLƏRİNİN ZİDDİYYƏTİ
Təhqiq əhli bir çox sünnənin Peyğəmbər dünyadan gedəndən sonra ona nisbət verilməsini açıq-aydın hiss edə bilər. Onların bir çoxu həqiqətdə bəzi səhabələrin düzəltdiyi bidətlərə ibarətdir. Xalqı zorla bu bidətlərdən itaət etməyə məcbur edirdilər. Bu yolla onları bu hədislərin Peyğəmbərdən olmasına inandırmağa çalışırdılar.
Elə buna görə də bu bidətlərin bir çoxu bir-biri ilə uyğun olmayıb Quranla da ziddiyyətdədir. Alimləri çarəsiz qalaraq onları dəyişdirib başqa cür bəyan edir və deyirlər: Peyğəmbər bir dəfə belə etmişdir, digər bir dəfə isə başqa cür. Məsələn deyirlər: Bəzi vaxtlar namazı "Bismillah” ilə qılmış, bəzi vaxtlar isə "Bismillah” demədən namaz qılmışdır. Dəstəmaz aldığı zaman bəzən ayağına məsh çəkmiş, bəzən də yumuşdur! Bəzən namazda əlini əlinin üstünə qoymuş, bəzən də yanına salarmış. Bəziləri bu fikirdədirlər ki, Peyğəmbər bu işləri ümmətin rahatlığı üçün etmişdir ki, hər kəs hansı birini özünə münasib bilirsə, yerinə yetirsin.
Bu elə bir yalandır ki, İslam özü onu batil etmişdir. Çünki İslam öz əqaidini tövhid üstündə qurmuşdur. İbadətdə olan tövhid hətta həcc mərasimində ehram bağlayanlara ürəkləri istədiyi paltarı geyməyə icazə verməmiş, hamını bir libas geyməyə hökm vermişdir. Camaat namazında iqtida edənə – pişnamaza itaət etmədən savayı – başqa bir şey icazə verməmişdir. Hər bir şeyi – rüku, səcdə, oturma, durma – onunla bir yerdə etməyi tapşırmışdır.
Əhli-sünnətin nəzərində ki, hədislər arasında olan ziddiyyətə diqqət etsək, görərik ki, bu cür ziddiyyətlər daha çoxdur. Biz Allahın köməyi ilə onları ayrı bir kitabda yazacağıq.
Həmişə olduğu kimi, çox xülasə olaraq bir neçə misal qeyd edərək təhqiq əhlini əhli-sünnət və camaatın öz məzhəb və əqaidini nəyin üstündə qurması ilə tanış edirik: "Səhihi Müslüm” və "Müvəttəə”nin şərhində Süyutinin qələmi ilə Ənəs ibn Malikdən rəvayət olunmuşdur ki, deyir: Mən Allah Rəsulunun, Əbu Bəkrin, Ömərin, Osmanın arxasında namaz qılmış, onlardan heç birinin "Bismillahir-rəhmanir-rəhim” deməsini eşitməmişəm.
Başqa bir rəvayətdir ki: Peyğəmbər (s) "Bismillahir-rəhmanir-rəhim”i uca səslə deyərmiş. Bu hədisi Qətadə, Sabit Bənai və başqaları sənədlə Ənəsdən rəvayət etmişlər. O hədisdə Peyğəmbərin adını çəkmiş, amma hədisin ləfz və ibarəti ixtilaflıdır.
Bəziləri demişlər: "Bismillahir-rəhmanir-rəhim”i oxumurdular.
Bəziləri demişlər: "Bismillahir-rəhmanir-rəhim”i uca səslə oxumuşlar.
Bəziləri demişlər: "Bismillahir-rəhmanir-rəhim”i tərk etməzdilər.
Bəziləri demişlər: Qiraəti "Əlhəmdu lillahi rəbbil-aləmin” ilə başlamışlar.
Deyir: Bu nizam-intizamsızlıqda fəqihlərin heç biri üçün dəlil yoxdur.("Təfsiri Qəraibul-Quran”, Təbəri təfsirinin ha؛iyəsində, 1-ci cild, səh. 79. )
Əgər bu qarşıqlığın sirrini bilmək istəyirsinizsə, ravinin özündən, yəni Ənəs ibn Malikin özündən soruşun. O, həmişə Peyğəmbər (s)-lə olmuşdur. Gördüyünüz kimi, rəvayətdə deyir: Onlar, yəni Peyğəmbər və üç xəlifə ""Bismillahir-rəhmanir-rəhim”i demirdilər. Bəzən də "onları boşlayırdılar” deyir.
Bir çox səhabənin hədis nəql etmədə itaət etdikləri acı həqiqət, onların öz rəhbərlərinin siyasi mənfəətlərini qorumaları olmuşdur.
Sözsüz, "Bismillahir-rəhmanir-rəhim”i oxumamaq rəvayətini o zaman deyir ki, artıq Bəni Üməyyə və onların hakimləri Peyğəmbərin sünnəsini dəyişdirmişdilər. Əli (ə) da həmişə onu (sünnəni) qorumaq üçün çalışmışdı.
Onların siyasəti hər yerdə Əli (ə)-la müxalif olub onun ziddinə əməl etməkdən ibarət idi. O Həzrətdən məşhurdur ki, "Bismillah”ı – hətta günorta namazlarında da – uca səslə deyərmiş. Onlar isə bu işdə də onun xilafına əməl edirmişlər.
Bu yalnız biz şiələrin iddiası deyildir. Biz yazdığımız hər şeyi yalnız əhli-sünnə kitablarından götürmüşük. İmam Nişaburi öz təfsirində Ənəs ibn Malikdən bir-birinə uyğun olmayan rəvayətləri gətirəndən sonra deyir: Başqa bir bədbinlik də vardır. Əli (ə) "Bismillah”ı həmişə ucadan deyərdi. Bəni Üməyyə isə öz zəmanəsində Əli (ə)-dan olan bütün əsərləri aradan aparmaq istəyirdi. Elə Ənəsin bir-birinə zidd olan sözləri onların qorxusundan olmuşdur.("Əl-imamus-Sadiq”, Əbu Zِhrə, səh. 161. )
Şeyx Əbu Zöhrənin də təqribən bu məzmunda sözü vardır. O deyir: Çarəsiz deməliyik ki, Əməvi hakimləri imam Əli (ə)-ın bir çox əsərlərinin, o cümlədən qəzavət, hakimlik və fətvalarının aradan getməsində böyük təsirə malik olmuşlar. Bunu heç bir ağıl qəbul etməz ki, onlar Əli (ə)-ı minbərlərdə lənətləsinlər və eyni zamanda xalqa onun elmindən istifadə etməyə icazə versinlər. Məxsusən, İslam hökuməti və onun əsaslarına aid olan hökm və fətvalarının deyilməsinə imkan yaratsınlar.(Hakim "Müstədrək” kitabının 3-cü cildinin 130-cu səhifəsində bunu sənədlə gətirib demi؛dir: ھeyxeynin (Buxari və Müslümün) nəzərinə gِrə, bu hədis səhihdir. Termizi "Sünən” kitabında 5-ci cild, səh. 595; Təbəri "Ər-riyazun-nəzrə”də 3-cü cild, səh. 124; "Tarixi Bağdad”, 3-cü cild, səh. 71; "Kənzül-ümmal”, 13-cü cild, səh. 166, hədis: 36505; "Xəsaisi Nəsai”də, səh. 50; "İbn Əsir "Əsədül-ğabə”də, 4-cü cild, səh. 30. )
Allaha şükür ki, həqiqəti onların bəzi alimlərinin dilindən açıqlamışdır. Onlar Əli (ə)-ın "Bismillahir-rəhmanir-rəhim”i ucadan deməsinə olan israrını etiraf etmişlər.
Bu nəticəni almaq olar ki, onu "Bismillahir-rəhmanir-rəhim”i ucadan deməyə məcbur edən şey, ondan qabaqkı xəlifələrin bilərəkdən, ya səhvən "Bismillah”ı tərk etmələri olmuşdur. Camaat da onlara itaət edir, sünnəsini qəbul edirdilər. Şəksiz, əgər bu iş bilərəkdən tərk olardısa, namaz batil olardı. Əgər belə olmasaydı, imam Əli (ə) onu ucadan oxumağa – hətta asta qılınan zöhr və əsr namazlarında belə – israr etməzdi.
Ənəs ibn Malikin rəvayətində özünü Bəni Üməyyəyə yaxınlaşdırmaq istəməsi hiss olunur. Bəni Üməyyə onu tərifləyir, çoxlu hədiyyələr bağışlayır, böyük evlərdə yer verirdilər. Səbəbi də onun Əli (ə)-ın müxaliflərindən olmasıdır. Öz növbəsində düşmənçiliyini Əli (ə)-a aşkar edib bildirirdi. Məsələn: Teyr (quş) dastanında bunu görmək olar. Peyğəmbər (s) onun üçün gətirilən quşdan meyl etmək istəyəndə belə dua etdi: Pərvərdigara! Sənin üçün xalqın arasında ən əziz olan adamı mənimlə bu quşdan yemək üçün göndər. Əli (ə) gəlib Peyğəmbərin yanına icazə istədikdə, Ənəs ona icazə vermədi. Bu, üç dəfə təkrar oldu. Dördüncü dəfə Peyğəmbər (s) xəbər tutdu. Üzünü Ənəsə tutub dedi: Nə üçün belə etdin? Dedi: İstəyirdim ki, ənsardan biri gəlsin.("Cümhuriyyətu rəsailil-ərəb”, 1-ci cild, səh. 475; "Mürucuz-zəhəb”, Məsudi, 3-cü cild, səh. 11; "ھərhi Nəhcul-bəlağə”, İbn Əbil-hədid, 3-cü cild, səh. 188. )
Peyğəmbər (s)-in Allahdan özünün ən çox istədiyi adamı onunla həmsüfrə olmaq üçün göndərməsini istəməsi bu səhabə üçün bəsdir. Allah Peyğəmbərinin duasını qəbul edib Əli (ə)-ı onun yanına gətirir. Amma Ənəsin onunla olan düşmənçiliyi onu yalan danışmağa məcbur edir. Əli (ə)-ı geri qaytararaq Peyğəmbər (s)-in işlə məşğul olmasını iddia edir. Bu yalanı üç dəfə təkrar edir. Çünki Əli (ə)-ın Peyğəmbərdən sonra Allahın ən əziz məxluqu olmasını qəbul etmək istəmir.
Amma Əli (ə) dördüncü dəfə onun icazəsi olmadan qapıdan daxil olur. Peyğəmbər buyurur: Əli can! Nə üçün gec gəldin?
Əli (ə) dedi: Gəldim, amma Ənəs məni üç dəfə qaytardı.
Peyğəmbər buyurdu: Ənəs! Nə üçün belə etdin?
Dedi: Ey Allah Peyğəmbəri, sənin duanı eşitdim, amma istəyirdim ki, o kəs mənim qəbiləmin adamlarından biri olsun.
Tarix bizə Ənəsin bu hədisdən sonra da (bütün ömrü boyu) Əli (ə)-la düşmənçiliyini davam etdirməsini göstərir. O həmin kəsdir ki, Əli (ə) Kufədə ondan soruşdu: Qədir hədisini eşitmisən? O, şəhadət verməkdən çəkindikdə, Əli (ə) ona nifrin etdi. Elə həmin gün də o, dəri xəstəliyinə düçar oldu. Belə olduqda, niyə görə Ənəs Əli (ə)-la düşmən olub onun düşmənlərinin yanında onu pisləyərək özünü onlara yaxın etməsin?
Qeyd olunan dəlilə görə "Bismillah” barəsində etdiyi rəvayətdən Müaviyə ilə dostluq və havadarlıq iyi burnuna yetişir. O deyir: Mən Peyğəmbər, Əbu Bəkr, Ömər və Osmanın arxasında namaz qıldım. Bu cümlədən onun Əli (ə)-ın arxasında namaz qılmaqdan çəkinməsi açıq-aydın məlum olur. Elə Müaviyə və onun tərəfdarlarının da istəyi həmindir. Yəni onlar istəyirlər ki, qabaqlar xilafət etmiş üç xəlifəni ucaldaraq Əli (ə)-ı yaddan çıxarıb xatırlamasını unutdursunlaar.
Peyğəmbər (s)-in pak itrətindən olan imamlar və onların şiələrindən Həzrət Əli (ə)-ın həmdin və ondan sonrakı surənin "Bismillah”ını ucadan oxuması sabit olmuşdur.
Qeyd etmək lazımdır ki, əhli-sünnət və camaat da o Həzrətin bu əmələ israr etməsini təkid etmişlər. Bu iki mətləbi bir-birinin yanına qoyanda bu işin Peyğəmbər (s)-in həqiqi sünnəsi olmasını nəticə almaq olar. Beləliklə, hər kəs onu tərk etsə, vacibi tərk etmiş olur və namazı da batildir. Çünki sünnə ilə müxalifət etmək haqdan çıxmaq və azğınlıqdır. Quran buyurmuşdur:
"Və ma atakumur-Rəsulu fəxuzuhu və ma nəhakum ənhu fəntəhu.”
Yəni: "Hər şeyi ki, Peyğəmbər sizə verdi, alın və hər şeydən ki, sizi çəkindirdi, çəkinin.”
Biz bundan sonra Peyğəmbərin sünnəsi ilə müxalif olan səhabələrin rəvayətlərinə olunan tənqidləri qeyd edəcəyik. Bundan qabaq da bir neçəsini xatırlatmışdıq. Sonrakı bəhslərdə də bir neçəsini diqqətinizə çatdıracağıq. Bu bəhslərdə ümdə məqsəd əhli-sünnə və camaatın səhabənin hansı sözlərinə itaət etmələrini açıqlamaqdan ibarətdir. Bir neçə dəlilə görə:
1. Onların etiqadına görə, etdikləri əməl və dedikləri söz sünnədir, belə isə, onlara itaət etmək lazımdır;
2. Səhvən belə fikirdədirlər ki, səhabələrin söz və əməlləri Peyğəmbərin sünnəsi ilə müxalif deyildir. Halbuki səhabələr öz nəzərlərinə əməl edərdilər. Əməllərini Peyğəmbərə nisbət verməklə xalqda təsir qoymaq və ehtimal verilən müxalifətin qarşısını almaq istəmişlər.
Əli (ə) yeganə şəxs idi ki, öz xilafəti zamanında xalqı sünnəyə qaytarmağa çalışmışdı. Həzrətin sözü, işi, qəzavətlərinin hamısı bu barədə olmasına baxmayaraq, çox iş görə bilmədi. Bir müharibəni qurtarmamış digəri ilə üzləşdi. Cəməl sona çatmamış Siffeyn, Siffeyn qurtarmamış Nəhrəvan müharibəsi baş verdi. Sonuncu müharibə də sona yetməmiş Həzrətin özünü şəhadətə çatdırdılar.
Müaviyə iş başına gəldi. Yeganə hədəfi Allah nurunu söndürməkdən ibarət idi. Əli (ə)-ın bir miqdar dirçəltdiyi Peyğəmbər (s) sünnəsini də məhv etməyə çalışdı. Xalqı xəlifələrin və məxsusən özünün düzəltdiyi bidətlərə itaətə məcbur etdi. O, tamam gücü ilə Əli (ə)-a lənət verməyi yaymağa başladı. Nəticədə Əli (ə)-ı yalnız pis adla yada salmağa başladılar.
Mədaini yazır: Səhabələrdən bir nəfər Müaviyənin yanına gəlib dedi: Ey Əmirəl-möminin! Əli (ə) daha o kəs deyil ki, sən ondan qorxasan. Kaş ki, bu lənət etməni daha qurtarasan.
Müaviyə dedi: Allaha and olsun bu mümkün olan deyil, gərək cavanlar bu fikirlə (Əli (ə)-ı lənətləməklə) qocalsın, uşaqlar isə böyüsün.
Mədaini deyir: Bəni Üməyyə bu işi uzun müddət davam etdirdilər. Məktəblərdə uşaqlarına, qadınlarına, xidmətçilərinə və nökərlərinə öyrətdilər. Müaviyənin çəkdiyi plan müvəffəqiyyətlə davam etdi. O, İslam ümmətini (az bir dəstəni çıxmaqla) öz həqiqi rəhbərlərindən uzaq salıb, onlarda nifaq və düşmənçilik yetişdirdi. Batilə haqq libası geyindirib özlərini əhli-sünnə, Əli (ə) ardıcıllarını isə xəvaric və bidət əhli kimi tanıtdırmışlar.
Minbər üstə Əli (ə)-ı – Allaha yaxın olmaq niyyəti ilə – lənətləyirdilər. Əgər rəhbərlər bu cür rəftar edirdilərsə, ardıcılları barəsində danışmağa belə dəyməz! Onları beytül-maldan məhrum edib evlərini özləri ilə birlikdə yandırdılar. Dar ağaclarından asıb diri-diri torpağa basdırdılar. "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim.”
Mənim fikrimcə, Müaviyə İslam əleyhinə olan uzun hiylə zəncirinin yalnız bir halqasıdır ki, həqiqəti gizlətməkdə hamıdan artıq çalışmış və ümməti "İslam” adı ilə cahiliyyətə qaytarmışdır.
Qeyd etmək lazımdır ki, o, qabaqkı xəlifələrdən daha zirək və bacarıqlı olmuş, öz rolunu çox məharətlə oynamışdır. Bəzən elə ağlayırdı ki, orada olanlar onu ixlaslı abid və zahid kimi tanıyır, bəzi vaxtlar isə elə daşürəkli, elə təkəbbürlü olurdu ki, hamı onu dinsiz bir adam sayırdı. Bədəvi ərəblər isə onu peyğəmbər bilirdilər.
Bu bəhsi tamamlamaq üçün Məhəmməd ibn Əbi Bəkrin Müaviyəyə yazdığı məktubunu araşdıraraq, oxuculara həqiqəti açıqlayırıq.
MƏHƏMMƏD İBN ƏBİ BƏKRİN MÜAVİYƏYƏ MƏKTUBU
Məhəmməd ibn Əbi Bəkrdən azğın Müaviyə ibn Səxrə: Allahdan itaət edənlərə və Allah övliyalarına təslim olanlara salam olsun.
Allah öz böyüklüyü ilə insanları yaratmışdır, bihudə və acizlik üzündən yox. Onları yaratdığı zaman yaranmalarına ehtiyacı olmamışdır. Onları Öz bəndələri olaraq yaratmışdır. Sonra Öz elmi əsasında bəzilərini peyğəmbərliyə seçmişdir. Həmçinin onların arasından Mühəmməd (s)-i peyğəmbər etmişdir. Öz risalətini ona vermişdir. Onu Öz vəhyi üçün seçmiş, Öz işində əmin bilmişdir. Onu müjdəverici və qorxuducu etmişdir ki, özündən qabaq olan kitabları təsdiq etsin. Şəriət və hökmlərə hidayətçi olsun.
O, elm və xeyirxah məsləhətlə xalqı Allaha tərəf dəvət etdi. Ona birinci cavab verib iman gətirən, özünü təslim edən qardaşı və əmisi oğlu Əli ibn Əbi Talib (ə) oldu. O, qeybə inandı, Peyğəmbər (s)-i isə hər əzizdən artıq sevdi. Öz canını qalxan qərar verib, hər qorxu və vəhşətdə onunla oldu. Onun kənarında müharibə edib sülh bağladı. Çətin anlarda özünü onun ixtiyarında qoydu. (O qədər onun xidmətində oldu ki,) müharibələrdə heç kəs ona çatmazdı. Onun yaxşı işlərində heç kəs hətta ona yaxın belə gələ bilmədi.
Mən görürəm ki, sən özünü ondan üstün sayırsan. Səni (yaxşı) tanıyıram. Həmçinin, Əli (ə)-ı da – ki, bütün yaxşılıqların nümunəsidir – yaxşı tanıyıram. O, İslamı qəbul edən birinci adamdır. Onun niyyəti bütün insanların niyyətindən düz idi. Övladları hamıdan fəzilətli və uca, zövcəsi hamıdan əzəmətli, əmisi oğlu hamıdan hörmətli idi. Qardaşı Mutə müharibəsində canından keçdi. Əmisi Ühüd müharibəsində şəhidlər ağası idi. Atası həmişə Allah Peyğəmbərini müdafiə edirdi. Sən nifrin olunmuşun oğlu nifrin olunmuşsan. Sən və atan həmişə Allahın dini qarşısında qarışıqlıq yaradır, Allahın nurunu söndürməyə çalışırdınız. Xalqı bu işə görə bir yerə yığdınız, pul xərcləyib ərəb qəbilələrini bu işə təhrik etdiniz.
Atan bu yolla ölüb getdi. Sən də həmin işdə onun canişini olmusan. Bu sözə şahid öz ətrafına yığdığın adamlardır. Hizblər qalıqları, nifaq rəhbərləri, Allah Peyğəmbərinin düşmənləri durmadan sənə pənah gətirirlər.
Əlinin aşkar fəziləti və parlaq keçmişinə şahid isə onun ətrafına yığılan yoldaşlarıdır. Allah-taala Quranda adlarını çəkmiş, başqalarından üstün sayıb tərifləmişdir. Yəni mühacir və ənsar dəstə-dəstə, öz qılıncları ilə onun ətrafına yığılmış, canlarını onun yolunda verməyə hazırdırlar. Haqqı ona itaət etməkdə, bədbəxtliyi isə müxalif olmaqda bilirlər.
Vay olsun sənə! Əli Allah Peyğəmbərinin varisi, onun övladlarının atası olduğu ola-ola, sən necə özünü onunla bərabər sayırsan? O, (Peyğəmbərə) ilk itaət edən və onunla son görüşəndir. Həmişə (Peyğəmbər) sirrini ona demiş, öz işindən agah etmişdir. Sən onun düşməni, onun düşməninin oğlusan!
Bacardığın qədər dünyada öz batilliyindən bəhrə apar, Asın oğlu da sənə azğınlığında kömək etsin. Sanki ömrün sona yetmiş, hiyləliyin sönməkdədir. Tezliklə biləcəksən ki, axirət kimindir!
Bil ki, sən təkcə öz Allahın ilə hiylə işlədirsən. Allah isə sənə pusqu qurmuşdur. Hidayət olunanlara salam olsun!("Cəmhərətu rəsailil-ərəb”, 1-ci cild, səh. 477; "Mürucuz-zəhəb”, Məsudi, 3-cü cild, səh. 12; "ھərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid Mِtəzili, 3-cü cild, səh. 189. )
Məhəmməd ibn Əbi Bəkrin yazdığı bu məktubda çox böyük həqiqət vardır. Hər təhqiq əhlinə bu həqiqəti ələ gətirmək vacibdir. O, Müaviyəni azğın və azdıran adlandırmış, məlun oğlu məlun kimi qələmə vermişdir. Onun tam gücü ilə Allahın nurunu söndürməyə çalışmasını bəyan etmişdir. Dini əksinə göstərmək üçün çoxlu pul xərcləyir, Allah və Peyğəmbərinin düşmənidir. Əmr Asın köməyi ilə batil yolda çalışır.
Bundan əlavə, bu məktubda Əli (ə)-ın fəzilət və üstünlüklərini yazır. Keçmiş və gələcəkdə heç kim ona çata bilməz. Həqiqətə gəldikdə isə Əli (ə) Məhəmməd ibn Əbi Bəkrin sadaladığından daha artıq fəzilətlərə malikdir. Amma bizim üçün daha mühüm Müaviyənin bu məktuba yazdığı cavabdır.
Ey əziz təhqiqçi! Tarixin gizli hiylələrini tanı! Xilafəti qanuni sahibindən alıb ümməti azğınlıq uçurumuna yuvarlayan məkrli planı tap. İndi isə Müaviyənin cavabı:
Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 827 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]