Cümə günü, 2024-03-29, 12:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:04 AM

Həqiqət olduğu kimi... 2  

SƏHABƏ HAQQINDA SON SÖZ

Şübhəsiz ki, səhabələr də digər insanlar kimi məsum və günahsız olmayıb xətaya uğramışlar. Adi insanlara vacib olan məsələlər onlara da vacib olmuşdur və digər insanlarla eyni hüquqa malikdirlər.
Onların başqa insanlara olan fəzilətləri, yalnız Peyğəmbərlə eyni zamanda yaşamaları idi. Əlbəttə, bunu o zaman fəzilət saymaq olar ki, Peyğəmbərə ehtiram göstərib onu əksinə çıxmasınlar. Əks təqdirdə, onların əzabı ikiqat çoxdur. Çünki Allahın ədalət məhkəməsi tələb edir ki, Peyğəmbərin dövründə yaşamayan insanlara o Həzrətlə oturub duran şəxslər qədər əzab verməsin. Peyğəmbərin buyruqlarını yaxından eşidən, nübüvvət nurunu və möcüzələri görən şəxslərin hesabı Peyğəmbəri görməyən və ondan sonrakı dövrlərdə yaşayan insanlarla fərqlənməlidir.
İnsanın əqli və vicdanı müasir dövrdə yaşayıb Allahın Kitabına, Peyğəmbərin sünnəsinə ehtiram göstərən, onların göstərişlərinə əməl edən şəxsi Peyğəmbərlə birgə və eyni dövrdə yaşayıb əvvəldə iman gətirməyən, sonradan çarəsizlik üzündən İslamı qəbul edən, o Həzrət dünyadan gedəndən sonra dindən çıxan səhabədən üstün olmasına hökm edir.
Bu, Quranın, Peyğəmbər sünnəsinin, əql və vicdanın qəbul etdiyi bir həqiqətdir. Quran və sünnəni tanıyan hər bir kəs bu həqiqət barəsində heç bir şəkk-şübhə etmir. Aşağıdakı ayəni buna misal göstərmək olar:
يَا نِسَاء النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا
"Ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır.”("Tarixi Bağdad”, 14-cü cild, səh. 7.)
Səhabələr arasında həm mömin, həm də imanları zəif, həm təqvalı, həm də təqvasız, həm adil, həm də zülmkar, həm haqtələb, həm də üsyankar, həm öz elminə əməl edən alim, həm də bidət qoyan və nadan, həm ixlaslı, həm də ikiüzlü və əhd-peymanlarına sadiq qalmayan şəxslər var idi.
Əgər Qurani-Kərim, Peyğəmbərin sünnəsi və tarix bunları qəbul etməyib onu açıq-aşkar bəyan etmişdirsə, onda sünnülərin "səhabələrin hamısı adildir” – dedikləri söz puç və əsassızdır. Çünki Quran və sünnə ilə müxalifdir, tarix, ədalət və insanın vicdanı ilə uyğun gəlmir, təəssübkeşlikdən, nəfsi istəklərdən, əsassız sözlərdən başqa bir şey deyildir.
Bəzən əhli-sünnətin bu məsələlərlə əlaqədar olan əqidələri ilə rastlaşanda insanı təəccüb bürüyür ki, nə üçün əql, sünnə və tarix ilə uyğun gəlməyən şeylər haqqında mübahisəyə girişirlər? Lakin bu əqidəni möhkəmlətmək üçün əməvilərin planlarını və abbasilərin üslublarını (yəni səhabələrə ehtiram edərək onlardan irad tutmamağı və onları adil bilmələrini) gördükdə, onun təəccübü aradan qalxır və heç bir tərəddüdü, şəkk-şübhəsi olmadan başa düşür ki, səhabələrdən söhbət açılıb onlara irad tutmağın qadağan edilməsinin səbəbi, onların gördükləri çirkin işlərin, eləcə də İslamın, Peyğəmbərin və onun ümmətinin haqqında törətdikləri cinayətlərin üstünün açılmasıdır.
Əgər Əbu Süfyan, Müaviyə, Yezid, Əmr As, Mərvan ibn Həkəm, Müğeyrə ibn Şöbə və Bəsr ibn Ərtat səhabələrdən, möminlərin hakimlərindən və sərvərlərindən sayılsalar, nə üçün səhabələrə irad tutmağın qarşısını almasınlar? Nə üçün onların ədaləti, fəzilətləri haqqında hədis düzəltməsinlər və nəticədə heç kəsin onların pisliklərinin üstünü açmağa və onları tənqid etməyə cürəti olmasın?! Müsəlmanlardan hər bir kəs belə bir işlər görsə, onu "kafir” adlandırır, onun öldürülməsinə, qusulsuz – kəfənsiz basdırılmasına və ağacdan düzəlmiş tabut içərisində qəbrə qoyulmasına dair fətva verirlər. Onlar hər vaxt şiələri təhqir etmək istəyirlərsə, səhabələri söyməkdə ittihamlandırırlar. Onların əqidəsinə əsasən, səhabələri söymək onlardan irad tutmaq deməkdir. Bu, həmin şəxsi öldürmək və bədbəxt etmək üçün kifayətdir.
İş o yerə çatmışdır ki, hər kəs bir hədisin mənasını soruşmaq istəsə, onun canını almaq üçün əllərindən gələni əsirgəmirlər. Müddəamıza dəlil gətirmək üçün bu hadisəni qeyd edirik:
Xətib Bağdadi öz tarixində belə yazmışdır: Harun Ər-rəşidin yanında bir şəxs başqasından soruşdu: Əbu Hüreyrənin dediyi "Musa Adəmi görüb ona dedi: Sən bizi behiştdən çıxaran Adəm deyilsənmi? Qüreyş tayfasından olan bir şəxs: Musa Adəmi harada gördü?” – deyə hədisin mənasını soruşduqda, Harun qəzəblənib dedi: Qılıncı gətirin, bu kafir Peyğəmbərin hədisinə irad tutmaq istəyir!!!("Səhihi Buxari”, 1-ci cild, səh. 17. )
Əgər bir şəxs Harunun məclisində bir suala görə ölümə məhkum olunursa, Əbu Hüreyrəni yalançı sayan şiə ilə nə edəcəklərini Allah bilir! Bu müddəa üçün şiənin dəlili vardır və bu haqda səhabələrin sözlərinə, o cümlədən onların rəhbəri sayılan Ömər ibn Xəttaba istinad edirlər. Buradan başa düşülür ki, hədislərdə mövcud olan bu ziddiyyətlərin, ixtilafların, qeyri-mümkün olan mətləblərin səbəbi nədir. Onlar belə hədislərin düzgünlüyünü, onlara pak don geyindirərək müqəddəs gözlə baxmaqlarını necə yazırlar?
Bunların səbəbi səhabələrdən irad tutmağın qadağan olması, nəticədə irad tutanların ölümə məhkum edilməsidir. Bəzi sözlərin mənasını öyrənib həqiqətə çatmaq istəyən şəxsi öldürürlər ki, başqalarına ibrət dərsi olsun və bu haqda danışmağa cürət etməsin!
Onlar camaatı məcbur etdilər ki, əgər bir kəs Əbu Hüreyrənin və yaxud digər bir səhabənin hədisinə irad tutsa, sanki Peyğəmbərə irad tutmuş olar. Peyğəmbərdən sonra bəzi səhabələrin vasitəsilə düzəldilmiş belə hədislərə müqəddəs gözlə baxıb onları dinin şübhəsiz məsələlərindən saymışlar.
Bir çox vaxtlarda mən öz alimlərimizə dəlil gətirirdim ki, səhabələr bu cür müqəddəsliyi qəbul etmir, bəzən bir-birlərinin nəql etdikləri hədislərdə şəkk-şübhə edirdilər. Bu o zaman baş verirdi ki, onlardan birinin hədisi Quranla müxalif olurdu. Ömər ibn Xəttab Əbu Hüreyrəni yalan hədis deməsi ilə ittihamlandıraraq qırmancla vurur və hədis deməkdən çəkindirirdi. Onlar həmişə deyirdilər ki, səhabənin bir-birlərinə qarşı hər nə etməklərinə haqları vardır. Lakin biz onların sözlərini inkar etmək və onlara irad tutmaq əzmində deyilik.
Mən deyirəm: Ey Allahın bəndələri! Onlar bir-birləri ilə vuruşmuş, bir-birlərini kafir bilmiş və öldürmüşlər. Deyirlər: Onların hamısı müctehid olmuşdur, düzgün fikirləşənin ikiqat, əyri fikirləşənin isə bir savabı vardır, bizim onların işlərinə dəxalət etməyə haqqımız yoxdur.
Şübhəsiz ki, onlar bu əqidəni öz ata-babalarından irs aparmış, kor-koranə və bu barədə fikirləşmədən onu təkrar edirlər.
Sünnülərin rəhbəri Qəzzali də bu əqidədə olub onu camaatın arasında yaymışdır. Belə ki, özünün "Əl-müstəsfa” kitabında belə yazmışdır: "Bu ümmətin keçmiş qabaqcılları və onlardan sonrakı nəsillər səhabələrin ədalətinin aydın bir məsələ olmasını qəbul etmişlər; çünki Allah onları adil saymış və Öz Kitabında onları mədh etmişdir. Bu, bizim onlar haqqında olan əqidə və nəzərimizdir.”
Mən Qəzzaliyə və bütün sünnülərə təəccüb edirəm ki, səhabələrin ədalətini isbat etmək üçün Qurana necə istinad edirlər? Halbuki Quranın heç bir ayəsində bu məsələyə toxunulmamışdır, əksinə Quranda səhabələrin ədalətli olmasını inkar edən, onların içüzlərini və ikiüzlüklərini açıqlayan çoxlu ayələr vardır.
"Biz "Agahlardan soruşun” adlı kitabımızda bu barədə ayrıca bir fəsildə söhbət etmişik. Təhqiqatçılardan istəyirik ki, həmin kitaba müraciət edib, Allahın və Peyğəmbərin bu haqda olan sözlərini araşdırsınlar və bilsinlər ki, əhli-sünnətin səhabələr barəsində düzəltdikləri məqam və fəzilətləri, onlar yuxuda belə görə bilmirdilər. Tarix və hədis kitablarını oxumağın heç bir zərəri yoxdur; çünki orada onların çoxlu çirkin əməlləri, bir-birlərini kafir hesab etdikləri açıq şəkildə qeyd olunmuşdur. Hətta onlardan bəziləri özlərinin münafiq olub-olmamasında belə, şəkk edirdilər!
Buxari özünün "Səhih” kitabında belə yazmışdır: İbni Məleykə Peyğəmbərin səhabələrindən otuz nəfəri gördü ki, ikiüzlülük sifətinə düçar olacaqlarından qorxurdular və heç biri, məsələn Cəbrail kimi imanlı olmalarını elan etməyə hazır deyildirlər!("Əhyau ülumid-din”, Qəzzali, 1-ci cild, səh. 124; "Kənzül-ümmal”, 7-ci cild, səh. 24. )
Qəzzali öz kitabında yazmışdır ki, Ömər ibn Xəttab Hüzeyfə ibn Yəmandan soruşdu ki, Peyğəmbər onun münafiqlərin sırasında olduğunu demişdir ya yox?("Səhihi Buxari”, 6-cı cild, səh. 66, "fəzailul-Quran” kitabı; "Tarixi İbn Əsakir”, 4-cü cild, səh. 97. )
Görəsən "münafiqlər səhabələrdən deyildir” deyənlərin sözlərinə etina etmək lazımdırmı? Sünnülərin əqidəsinə əsasən, bəli! Bunu onların nəzərində səhabənin hansı mənanı ifadə etməsindən başa düşdük. Çünki onların nəzərinə əsasən, hər kəs iman gətirdiyi halda Peyğəmbərlə bir yerdə oturub həmsöhbət olmasa da belə, o Həzrəti görsə, səhabələrdən sayılır.
Onların "Peyğəmbərə iman gətirdiyi halda” dedikləri sözlər də zorakılıqdan başqa bir şey deyildir, çünki o Həzrətlə birgə olan hər bir kəs, "kəlmeyi-şəhadəti” qəbul etmişdi.
Peyğəmbəri-Əkrəm onların zahiri imanlarını qəbul etmişdi. Belə ki, buyurur: "Mənə əmr olunmuşdur ki, insanların zahiri əqidəsinə əsaslanam, onların batini işləri Allaha aiddir.”
O Həzrət öz həyatında onların heç birinə "sən münafiqsən və sənin İslamını qəbul etmirəm!” – deyə buyurmamışdı.
Məhz buna görə də görürük ki, Peyğəmbər münafiqləri "öz dostları” kimi qələmə verir, halbuki onların nifaqlarından agah idi. Buxarinin bu sözünü dəlil kimi buna misal göstərmək olar: Ömər ibn Xəttab Peyğəmbərdən münafiq olan Abdullah ibn Übəyyin boynunu vurmasını icazə istəyib dedi: Ey Allahın Peyğəmbəri! İcazə verin, bu münafiqin boynunu vurum. Peyğəmbər buyurdu: Onu burax, yoxsa camaat deyər ki, Mühəmməd öz səhabəsini öldürdü!("Səhihi Buxari”, 4-cü cild, səh. 179. )
Bəzi sünnü alimləri bizi inandırmaq üçün deyirlər ki, Peyğəmbərin dövründə münafiqlər tanınırdı və onları səhabələrlə qarışdırmaq olmaz. Əlbəttə, bu, qeyri-mümkün bir məsələdir. Çünki münafiqlər də səhabələrdən sayılırdı ki, yalnız Allah onların batinindən xəbərdar idi. Onlar namaz qılır, oruc tutur, Allaha ibadət edirdilər və hər bir vasitəyə əl ataraq özlərinin Peyğəmbərin tərəfdarlarından olduqlarını göstərmək istəyirdilər.
Aşağıdakı dəlili buna misal göstərmək olar: Buxari özünün "Səhih” kitabında qeyd etmişdir ki, Ömər ibn Xəttab Peyğəmbər (s)-dən, başqa bir dəfə də Zil-Xuveysərənin boynunu vurmaq üçün icazə istəyib o Həzrətə dedi: Ədalətlə rəftar et! Peyğəmbər (s) isə Ömərə buyurdu: "Onu burax; çünki onun elə dostları vardır ki, sizin hər birinizin namazı və orucu onun namazı və orucu qarşısında heç nədir. Onlar Quran oxuyurlar, lakin qəlblərinə heç bir təsir bağışlamır və oxun kamandan çıxdığı kimi dindən çıxırlar.”(Muminun” surəsi, 70-ci yə. )
Əgər mən səhabələrin çoxunun nifaq və ikiüzlülüklə az fasilə olduğunu desəm, heç də mübaliğə etməmişəm. Çünki bunu, Qurani-Kərimin çoxlu ayələri və Peyğəmbər (s)-in hədisləri vasitəsilə isbat etmək olar. Bu barədə əvvəlcə Qurani-Kərimdə olan ayələri gətiririk:
a)
بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ
"Peyğəmbər onlar üçün haqq (Quran) gətirdi, lakin onların əksəriyyəti haqqı xoşlamır.”("Tِvbə” surəsi, 97-ci ayə. )
b)
الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا
"Bədəvi ərəblər küfr və nifaq baxımından daha pisdirlər.”("Tِvbə” surəsi, 101-ci ayə. )
v)
وَمِمَّنْ حَوْلَكُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ
"Ətrafınızdakı bədəvi ərəblər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır.”("Səhihi Buxari”, 4-cü cild, səh. 206. )
Qeyd etmək lazımdır ki, əhli-sünnətin bir çox alimləri həqiqəti gizlətmək üçün əllərindən gələni əsirgəməmişlər. Məsələn, ayədə qeyd olunun "ərab” (ərəblər) sözünü onların səhabələrdən olmamasına təfsir etmişlər! Halbuki onlar Peyğəmbər (s)-in dövründə Ərəbistan yarımadasının hər bir nöqtəsində yaşayırdılar.
Lakin Ömər ibn Xəttabın ölümü yaxınlaşdıqda, görürük ki, özündən sonrakı xəlifəyə vəsiyyət edərək deyir: "Sifariş edirəm ki, səhrada yaşayan bədəvi ərəbələrə hörmətlə yanaşsın; çünki onlar ərəblərin kökü, İslam dinini qəbul edən ilkin şəxslərdəndirlər.”("Tِvbə” surəsi, 99-cu ayə. )
Əgər ərəblərin kökü, əsl-nəsəbləri və İslamı qəbul edən bədəfi ərəblər küfr, nifaq, Allahın əhkamını, hüdudlarını bilməyib Peyğəmbərə göndərilən göstərişlərə əməl etməmək sifətləri ilə tanınırsa, onda sünnülərin "bütün səhabələr ədalətlidirlər” – dedikləri sözlər əsassızdır.
Bu barədə əlavə məlumat vermək üçün deyirik: "Ərab” (ərəblər) səhabələrin hamısına şamil olurlar. Çünki Qurani-Kərim ərəblərin küfrə yol verib nifaq sifətindən möhkəm yapışdıqlarını açıqladıqdan sonra buyurur:
وَمِنَ الأَعْرَابِ مَن يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللّهِ وَصَلَوَاتِ الرَّسُولِ أَلا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ سَيُدْخِلُهُمُ اللّهُ فِي رَحْمَتِهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ
"Bədəvi ərəblər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz rəhmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir.”("Səhihi Buxari”, 7-ci cild, səh. 208, "hovuz” bِlümü.)
Lakin Peyğəmbəri-Əkrəmin şərif sünnəsində belə oxuyuruq: "Mənim səhabələrimi cəhənnəm odunun yaxınlığına gətirəndə, mən deyərəm: İlahi! Onlar mənim səhabələrimdir! Cavab verilər: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər! Sonra mən deyərəm: Məndən sonra (müsəlmanlara hakim olan) vəziyyəti bir-birinə vurub ixtilaf yaradanlar nabud olsunlar. Onlardan yalnız qoyun sürüsü qədəri nicat tapacaqlar (qalanları isə cəhənnəm əhlidir).”("Nəzəriyyətül-imamiyyə”,Əhməd Məhmud Sübhi, səh. 23. )
Qeyd etdiyimiz kimi, bu barədə çoxlu hədislər vardır, lakin biz qeyd etdiklərimizlə kifayətlənirik. Bizim məqsədimiz səhabələrin həyatı haqqında danışıb ədalətlərinə irad tutmaq deyildir. Tarix bu işi bizim üçün görmüş və sabit etmişdir ki, səhəbələrdən bəziləri zina etmiş, şərab içmiş, yalandan şəhadət vermiş, dindən üz döndərmiş, günahsız insanların haqqında ağır cinayətlər törətmiş və İslam ümmətinə qarşı xəyanət etmişlər. Biz isə demək istəyirik ki, səhabələrin hamısının ədalətli olması əhli-sünnətin yaratdıqları xurafatdan başqa bir şey deyildir. Məqsədləri də öz rəhbərlərinin, qabaqcıllarının, yəni Allahın dinində, hökmlərində dəyişiklik yaradıb, bir sıra bidətlər qoyan səhabələrin abır-heysiyyətlərini qoruyub saxlamaqdan ibarətdir.
Bir sözlə, sünnülər səhabələrə irad tutmağı öz ardıcıllarına haram etmiş, ictihad qapısını onların üzünə bağlamış, bu işi Əməvi xəlifələrin, müxtəlif məzhəblərin yarandığı dövrdən başlamış, tərəfdarları və övladları da bu əqidəni onlardan irs aparmış, nəsildən-nəslə ötürərək indiki dövrə qədər çatdırmışlar. Onlar həmişə Allahdan səhabələr üçün razılıq və rəhmət diləmiş və onlardan irad tutan hər bir şəxsi kafir saymışlar.

Şiələr isə Əhli-beyt imamlarına itaət edir və layiqli və təqvalı səhabələrə yüksək dərəcədə ehtiram bəsləyib, onlar üçün Allahın razılığını diləyirlər, eləcə də Allahın və Peyğəmbərin düşmənləri sayılan fasiqlər və münafiqlərə öz nifrətlərini bildirirlər. Buna əsasən, Peyğəmbərin əsl sünnəsinə əməl edən və həqiqi əhli-sünnə sayılanlar, yalnız şiələrdir. Çünki səhabələr arasında Allahın, Peyğəmbərin sevdiyi hər kəsi onlar da sevir və müsəlmanların çoxunun inhirafa yuvarlanmasına səbəb olan Allah və Peyğəmbər düşmənlərinə öz nifrət hislərini bildirirlər.


ƏHLİ-SÜNNƏNİN PEYĞƏMBƏR (Ə)-İN SÜNNƏSİ İLƏ MÜXALİFƏT ETMƏSİ
Bu fəsildə təhqiqatçılara sünnülərin Peyğəmbər (s)-in bir çox sünnəsi ilə müxalifət etdiklərini göstərib, o Həzrətin sünnəsinə əməl edən məzhəbin yalnız şiə olduğunu isbat edəcəyik.
Buna görə də bu kitabı "Peyğəmbər sünnəsinə həqiqi əməl edənlər yalnız şiələrdir” – adlandırsaydıq, daha yaxşı olardı.
Burada bu məsələnin əsas və kökünü araşdırıb təhqiqatçıları möhkəm yəqin həddinə çatdırmaq əzmindəyik. Sünnülər islamın bütün məsələləri ilə müxalifət edir, insanların haqdan sapmasına, müsəlmanları zəhmətə salıb onların geridə qalmasına səbəb olurlar.
Mənim nəzərimə görə azğınlığın səbəbi dünyapərəstlikdir. Peyğəmbər (s) də bu barədə buyurmuşdur: "Bütün günahların kökü dünyanı sevməkdir.” Dünyapərəstliyin xarici nümunələrindən biri qüdrəti ələ keçirib, vəzifəyə nail olmaqdır. Doğrudan da bəziləri buna nail olmaq üçün vəhşi heyvanlardan da pis olub çoxlu insanları və ölkələri məhv edirlər. Peyğəmbəri-Əkrəm buna işarə edərək buyurur: "Məndən sonra sizin müşrik olmağınız məni qorxutmur, məni qorxudan dünya üstündə bir-birinizlə rəqabətə girib ixtilaf yaratmağınızdır.”
Məhz buna görə də, "İslamda hökumət sistemi” adlanan imamət və xilafət məsələsi haqqında bəhs etmək istəyirik. Çünki islam ümmətinin başına gələn bütün böyük müsibətlər, əzab-əziyyətlər və giriftarçılıqlar məhz bu məsələdən qaynaqlanır.

İSLAM HÖKUMƏTİ

Sünnülərin əqidəsinə əsasən, Peyğəmbəri-Əkrəm özündən sonra xəlifə təyin etmədi və bunu xalqa tapşırdı ki, bir-birləri ilə məsləhət edib, istədikləri şəxsi xəlifə seçsinlər.
Onların bu əsası qəbul edib əməli olaraq müdafiə etmələrinə baxmayaraq, təhqiq etdikdə aydın olur ki, onlar həmişə öz əqidələrinin əksinə rəftar etmişlər. Çünki onlar Əbu Bəkrin hesab-kitab olmadan xilafətə çatmasını demiş və Allahdan onun şərrinin qaytarılmasını istəmişlər. Həmçinin onun özü İslamda vəliəhdlik (hökumətin irsi olması) əqidəsini yaratmış, vəfatından öncə xilafəti dostu Ömər ibn Xəttaba tapşırmışdır.
Həmçinin, Ömərin də ölümü yaxınlaşanda, o, xilafəti Əbdürrəhman ibn Ovfun başçılığı ilə (öz tərəfindən təyin edilmiş) beş nəfərdən ibarət şuraya həvalə etdi.
Müaviyə də qüdrətə çatdıqdan sonra bu əsası (yəni vəliəhdiliyi və irsi olan xilafəti) icra edərək oğlu Yezidi hakimiyyət başına gətirdi. Yezid də onu oğlu Müaviyəyə tapşırdı. Xilafət həmin zamandan onların övladlarının oyuncağına çevrildi və hər nəsildə xəlifə özündən sonra ya oğlunu, ya qardaşını, ya da qohum-əqrəbalarından hər hansı bir şəxsi özündən sonra canişin təyin edirdi. Abbasilər dövlətində də eynilə bu cür oldu və xilafət nəslidən-nəslə keçirildi.
Müasir dövrə gəldikdə isə, Atatürkün vasitəsilə yaranan Osmani dövlətinin xəlifələri də (meydana gəldikləri gündən axıra kimi) bu əqidəni davam etdirdilər.
Sünnülərin örnəkləri və nümayəndələri xəlifələr olduğundan, hal-hazırda da bəzi İslam ölkələrində, o cümlədən Səudi Ərəbistanda, İordaniyada, Mərakeşdə və Fars körfəsi ətrafında olan digər ölkələrdə də bu əqidə icra olunmaqdadır.
Əhli-sünnətin əqidəsinə əsasən, Peyğəmbəri-Əkrəm özündən sonrakı xilafət və rəhbərlik məsələsini şuraya həvalə etmişdir. Bu əqidənin düzgün olub-olmamasını nəzərə almadan, onlar yenə də Quran və sünnə ilə müxalifət edərək şuraya əməl etmədilər; çünki demokratik şura sistemini mütləq diktatorluq sayılan irsi xilafət sisteminə çevirdilər.
Əgər şiənin əqidəsini nəzərə alıb Peyğəmbər (s)-in özündən sonra Əli ibn Əbi Talib (ə)-ı müsəlmanların rəhbəri təyin etməsinə diqqət etdikdə, yenə də sünnülərin Peyğəmbər (s)-in aşkar sünnəsi ilə müxalifət etdiyini görəcəyik. Çünki İslam Peyğəmbəri Allahın izni olmadan heç bir iş görmürdü.
Bununla da, "şura” nəzəriyyəsinin düzgün olması aydın olur; çünki ilk xəlifələr ona əməl etmədilər. Eləcə də vəliəhdlik (irsi olan xilafət) əqidəsi də batil olur; çünki onlar bu əqidənin düzgün olmasını isbat etmək üçün "xilafət məndən sonra otuz il davam edəcək, ondan sonra çətinlik yaradan padşahlıq dövrü başlayacaqdır” – hədisinə istinad edərək başqalarını özləri kimi inandırmaq istəmişlər ki, qüdrət Allahın əlindədir, onu istədiyi şəxslərə əta edir və padşahları da bizim üçün göndərən məhz Odur! Buna görə də onlara itaət etmək vacibdir.
Bu barədə "Düz danışanlarla birgə” kitabında söhbət etdiyimiz üçün, artıq bəhsi davam etməyi lazım bilmirik. Yalnız bunu deməklə kifayətlənirik ki, əhli-sünnətə "qədriyyə” də deyirlər. Çünki bu, onların əqidəsidir.
Beləliklə, əhli-sünnə "qüdrətin irsi olmasını” qəbul edib, onu şəri xilafət kimi hesab edirlər. Dediklərinə görə, bunu Peyğəmbəri-Əkrəm buyurmuşdur. Onların dörd məzhəb rəhbərlərinin əqidələrinə əsasən, Əməvi və Abbasi hökuməti və ya Osmani xilafəti qeyri-şəri və qeyri-qanuni deyildir. Tarixə də müraciət etdikdə, görürük ki, əhli-sünnə onlarla beyət etmiş və hökumətlərinin şəriətlə uyğun gəldiyini bildirmişlər. Hətta onların əksəriyyətinin fikrinə görə, zorakılıq və güc vasitəsilə xilafət kürsüsündə əyləşən şəxsin təşkil etdiyi hökumət şəri və qanunidir – həmin şəxs istər yaxşı olsun, istərsə də pis, istər ərəb olsun, istərsə də qeyri-ərəb.
Doktor Əhməd Məhmud Sübhi belə deyir: "Sünnülərin xilafət məsələsi müqabilində tutduqları mövqe budur ki, mövcud həqiqəti qəbul edirlər, lakin nə onu təsdiq edir, nə də ona qarşı yürüş edirlər.”(Bu cümlənin mənası budur ki, səhabələrin içərisində münafiq ؛əxslər də var idi. Belə olduqda, sünnülərin "münafiqlər səhabələrdən deyildir” – dedikləri sِzlər düzgün deyildir. اünki Peyğəmbəri-Əkrəm onları ِz səhabələrindən saymı؛dır. )
Əbdus ibn Malik Əttarın rəvayətində deyilir: "Hər kəs qılınc gücünə camaata hakim kəsilib xəlifə olarsa və "möminlərin əmiri adı ilə çağırılarsa, onda Allaha və qiyamət gününə iman gətirən hər bir kəs... onu – istər yaxşı olsun, istərsə də pis – öz imamı kimi tanımalıdır.”
O bunu isbat etmək üçün Abdullah ibn Ömərin sözünü dəlil kimi gətirmişdir: "Biz həmişə qalib olan şəxslərləyik.” Bununla da sünnülər bidətə – xilafətin irsi olmasına – düçar olmuş və həmişə qüdrətli və qalib tərəfin elmini, əməlini, təqvasını nəzərə almadan ona (istər yaxşı olsun, istərsə də pis) beyət etmişlər. Səbəbi də budur ki, səhabələr bir neçə müharibədə Müaviyə ilə döyüşməklərindən sonra, onu "möminlərin əmiri” qəbul edərək beyət etmiş, Peyğəmbərin "qurbağa” adlandırdığı və Mədinədən sürgün etdiyi Mərvan ibn Həkəmin xilafətini qəbul etmişdilər. Halbuki Peyğəmbər onun barəsində buyurmuşdu: "O, istər mənim həyatımda, istərsə də ölümümdə, mənimlə birgə olmamalıdır.”
Onlar, hətta Müaviyənin oğlu Yezidin xilafətinə razılıq verib, ona möminlərin əmiri kimi beyət etdilər, ona qarşı qiyam edən Peyğəmbərin nəvəsi imam Hüseyn (ə)-ı və xanədanını qətlə yetirdilər. Onların alimləri belə deyirdilər: "Hüseyn babasının qılıncı ilə qətlə yetirildi!!!” Hətta bəziləri imam Hüseyn (ə)-ın Yezidə qarşı qiyam etdiyi üçün, "Möminlərin əmiri Yezid ibn Müaviyə haqqında həqiqətlər” adlı kitablar yazıb imam Hüseyn (ə)-ı məhkum edir və onun xilafətinin düzgün olduğunu bildirirlər.
İndi ki, həqiqəti başa düşdük, qarşımızda yalnız bir yol vardır, o da budur ki, sünnülərin Peyğəmbər (s)-ə nisbət verdikləri sünnə ilə də müxalifət etdiklərini qəbul edək. Yəni müsəlmanlar xəlifə və rəhbərlərinin şura yolu ilə seçilməsi məsələsinə də əməl etməyib onu ayaq altına qoydular.
Şiələr imamət nəzəriyyəsini qəbul edir, (Qurana və İslam rəvayətlərinə istinad edərək) onun Allah və Peyğəmbər tərəfindən təyin edilməsinə inanırlar. Bu məqama nail olan şəxslər də təqvalı, elmli, ümmətin ən yaxşısı, məsum və günahsız olmalıdırlar. Onların nəzərinə görə, pis insanı yaxşı insanın sərvəri və rəhbəri qərar vermək düzgün deyildir. Məhz bu səbəbdən səhabələrin və əhli-sünnətin xilafətini qəbul etmədilər.
İddia etdikləri xilafəti isbat etmək üçün şiələrin əllərində əməli olaraq sənəd və dəlillər vardır. Bunlar sünnülərin "Sihah” adlandırdıqları kitablarda mövcuddur. Belə olan təqdirdə, qəbul etməliyik ki, Peyğəmbərin düzgün sünnəsinə əməl edənlər yalnız şiələrdir.
Hökumət istər şura, istərsə də Allah və Peyğəmbər tərəfindən təyin olunsun, yalnız şiələr haqq ilədir. Çünki həm şura, həm də Allah və Peyğəmbər tərəfindən rəhbərliyə seçilən şəxs, şübhəsiz, Əli ibn Əbi Talib (ə)-dır. Heç bir müsəlman (istər şiə olsun, istərsə də sünnü) vəliəhdliyin və xilafətin irsi olmasının Peyğəmbər (s) tərəfindən olmasını və o Həzrətin öz səhabələrinə "mən müsəlmanların rəhbərliyini şuraya həvalə edirəm, beləliklə, məndən sonra istədiyiniz şəxsi rəhbər təyin edə bilərsiniz” – buyurmasını deyə bilməz.
Biz bu məsələ ilə əlaqədar bütün dünya alimləri ilə bəhs etməyə hazırıq. Hər kəsin əlində bizim bu sözümüzün əksinə olan rəvayət varsa, gətirə bilər. Lakin mənim qəti yəqinim vardır ki, bu barədə heç bir hədis mövcud deyildir. Belə isə, Peyğəmbərin sabit sünnəsinə qayıtmaq və İslamın düzgün tarixini oxumaq lazımdır ki, bəlkə həqiqət ələ gəlsin. Onlar cürət edib deyə də bilməzlər ki, Peyğəmbər (s) bu mühüm məsələ barəsində heç bir söz deməmiş, özündən sonrakı rəhbəri təyin etməmiş, İslam ümmətinin vəhdət və birliyini aradan qaldırmaq üçün onları həmişəlik ixtilafa, ayrılığa və çəkişmələrə düçar etmişdir.
Müasir dövrdə də bunun şahidiyik ki, fasiq rəhbərlər belə öz xalqının taleyi, özündən sonrakı rəhbər haqqında fikirləşib, bir şəxsi özünün canişini təyin edir. Əgər belədirsə, şəkk-şübhə etmədən deyə bilərik ki, Allah tərəfindən aləmlərə rəhmət sayılan Peyğəmbər ümmətin gələcəyi haqqında fikirləşib özündən sonrakı rəhbəri müəyyən etmişdir.
Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]