Şənbə günü, 2019-08-24, 11:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:02 AM
Həqiqət olduğu kimi... 2
SƏHABƏNİN ƏDALƏTİNƏ İNANMAQ AŞKAR SÜNNƏ İLƏ MÜXALİFDİR
Peyğəmbər (s)-in səhabələr müqabilində tutduğu mövqeyə, rəftar və əmələ müraciət etdikdə, hər kəsin öz haqqını layiqincə verməsini görəcəyik. Çünki o Həzrət Allaha görə qəzəblənir və Allaha görə xoşhal olurdu. Allah-taalanın əmrinə qarşı çıxan hər hansı bir səhabəyə qəzəblənir və öz nifrət hissini bildirirdi. Necə ki, Xalid ibn Vəlid Cüzeymə övladlarını qətlə yetirdiyi üçün ona qəzəbləndi. Üsamənin böyük və şərafətli tayfadan olan bir qadının oğurluq etməsi qarşısında ona ürək yandırmasına görə qəzəblənib belə buyurdu:
"Vay olsun sənə! Allahın hökmünü və həddini icra etməyib başqasına ürək yandırırsan? Allaha and olsun! Əgər Mühəmmədin qızı Fatimə də oğurluq etsəydi, onun əlini kəsərdim. Sizdən əvvəl yaşayan insanların məhv olmasına səbəb olan bu idi ki, hər vaxt şərafətli və böyük şəxslərdən biri oğurluq etsəydi, ona heç bir söz deməyib azad edirdilər. Lakin hər vaxt fəqir və aşağı təbəqədən olan bir şəxs oğurluq etsəydi, Allahın həddini icra edirdilər.”
Gördüyümüz kimi, Həzrət Peyğəmbər (s) bəzən mütəal Allahdan özünün ixlaslı səhabələrindən bəziləri üçün bərəkət, mərhəmət, bağışlanmaq istəyir və dua edirdi. Bəzən də əmrinə tabe olmayanları lənətləyirdi. Bir dəfə bəzi səhabələr haqqında belə lənət etdi: "Allah Üsamənin ordusuna qoşulmayan şəxslərə lənət etsin!” Bu o zaman idi ki, səhabələrdən bəziləri Üsamənin cavan olmasını bəhanə edərək onun orduya sərkərdə təyin edilməsi üçün öz narazılıqlarını bildirib, müharibəyə getməkdən imtina etdilər.
Başqa bir yerdə görürük ki, o Həzrət söhbət edib, bəzi yalançı səhabələrin vasitəsilə aldanmamaqlarını xalqa başa salırdı. Belə ki, münafiqlərin biri barəsində belə buyurmuşdur: "Onun elə dostları vardır ki, sizin hər biriniz öz namaz və oruclarınızı onların namaz və orucları müqabilində kiçik sayırsınız. Onlar Quran oxuyur, lakin bu onların boğazlarından aşağı keçmir (yəni qəlblərinə heç bir təsir bağışlamır), oxun kamandan çıxdığı kimi, dindən çıxmışlar.”
Ya görürük ki, o Həzrət Xeybər müharibəsində iştirak edib öldürülən şəxsin cənazəsinə namaz qılmayıb, "o, Allah yolunda xəyanət etmişdir” – deyə buyururdu. Çünki onun şəxsi vəsaitini açıb baxdıqda, bəzilərində yəhudilərin möhürlərinin olduğunu gördülər.
Mavərdi deyir: Peyğəmbər (s) Təbuk müharibəsində susuzladı. Münafiqlər dedilər: "Mühəmməd səmalardan xəbər verir, lakin su əldə edə bilmir.” Bu zaman Cəbrail nazil olub həmin şəxslərin adlarını Peyğəmbər (s)-ə dedi.
Peyğəmbər (s) onların adlarını Səd ibn Übadəyə buyurduqda, Səd dedi: "Əmr edin, boyunlarını vurum.” Peyğəmbər (s) isə buyurdu: "Lazım deyil, yoxsa camaat deyər ki, Mühəmməd öz səhabələrini öldürür, amma nə qədər ki, bizimlədirlər, onlarla yaxşı rəftar edəcəyik.”("Tövbə” surəsi, 107-ci ayə)
Peyğəmbəri-Əkrəm onlarla Qurani-Kərimin buyurduğu kimi rəftar edirdi. Belə ki, Quranda buyurulur: Allah onların düz danışanlarından razı, münafiqlərinə, əhd-peymana əməl etməyənlərinə qəzəblidir və bir çox möhkəm ayələrdə də onları lənətləmişdir. Biz bu barədə "Zikr əhlindən soruşun” kitabının "Quran bəzi səhabələrin gördükləri işlərinin üstünü açır” bölümündə geniş şəkildə söhbət etmişik.
Nümunə üçün, Allah-taalanın münafiq olan bəzi səhabələrin açıqladığı işlərinin birini qeyd etməklə kifayətlənirik: Səhabələrdən on iki nəfəri bəhanə edib yollarının uzaq olduğu üçün hər gün məscidə gələ bilmədiklərini bildirdilər. Buna görə də namaz qılmaq üçün bir məscid tikdilər. Görəsən bundan böyük vəfadarlıq və ixlas varmı ki, bir şəxs namazı vaxtında və ya camaatla qılmaq üçün öz sərvətini məscid tikmək yolunda sərf etsin?
Lakin göylərdə və yerdə olan hər bir şeyə, ürəklərdə olanlara, sirlərə və xəyanətlərə agah olan mütəal Allah onların məqsədlərini bilib Peyğəmbərə vəhy edərək nifaqlarını açıqladı və buyurdu:
وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
"(Quba məscidinə) zərər vurmaq, küfr etmək və möminlər arasında təfriqə salmaq məqsədilə, əvvəllər Allah və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən muğayat olmaq üçün məscid tikən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmirik” – deyə and içən münafiqlərin, həqiqətən, yalançı olmaları barədə Allah özü şahidlik edəcəkdir.”("Bəqərə” surəsi, 134-cü ayə. )
Allah haqqı deməkdən çəkinmədiyi kimi, Peyğəmbər (s) də heç bir pərdə olmadan öz səhabələrinə "dünya üstündə döyüşüb, yəhudi və məsihilər kimi azğınlıqda olacaq, küfr yolunu seçəcək, qiyamət günündə cəhənnəmə gedəcəklər” – deyə buyurmuşdur. Bununla da o Həzrət onların (kiçik qoyun sürüsü qədər) az bir qrupunu çıxmaq şərtilə, qalanlarının cəhənnəm əhlindən olduqlarını xəbər vermişdir.
Buna əsasən, sünnülər hansı dəlilə istinad edib deyirlər ki, səhabələrin hamısı ədalətli və behişt əhlindəndir, onların hökmlərinə əməl etmək, nəzəriyyələrini, bidətlərini qəbul etmək vacibdir, onlara irad tutmaq insanın dindən çıxmasına gətirib çıxarır?!
Bunu, divanə belə qəbul etməz, onda qala ağıllı adam olsun! Bu, xəlifələrin, padşahların və onların alimlərinin düzüb-qoşduqları yalan və ittihamdan başqa bir şey deyildir. Biz bunu qəbul edə bilmərik. Çünki əqlimiz vardır və bu söz insanın əqli və vicdanı ilə uyğun gəlmədiyi kimi, Allahı və Peyğəmbəri rədd etmək deməkdir, hər kəs Allahı və Peyğəmbəri rədd etsə, kafirdir.
Biz sünnüləri bu əqidədən dönməyə və ya onu inkar etməyə məcbur etmirik. Çünki hər bir insan azaddır, gördüyü işlər və dedikləri sözlər müqabilində məsuldur. Amma bunu da bilmək lazımdır ki, səhabənin ədaləti barəsində Qurana və Peyğəmbər sünnəsinə itatə edərək, onların yaxşı əməl sahiblərini mədh və pis işlər görənlərini məzəmmət edənləri kafir hesab etmək olmaz. Çünki hər kəs Quran və sünnəyə itaət edirsə, Allahın və Peyğəmbərin dostları ilə dost, düşmənləri ilə də düşməndir.
Elə buradan da aydın olur ki, sünnülər Quran və sünnənin aşkar buyruqları ilə müxalifət edir, Əməvi və Abbasi rejiminin göstərişlərinə əməl edib, bütün şəri və əqli əsaslardan əl çəkirlər.
Maraqlıdır ki, səhabələrə nalayiq sözlər deməyi küfr hesab edən sünnü alimlərindən hər hansı birindən "nə üçün Müaviyəni və ona tabe olan səhabələri Əli (ə)-a minbərlər üstündə söyüş verib lənət etdikləri üçün kafir bilmirsiniz?” – deyə soruşduqda, Qurandan ayə gətirərək belə deyirlər:
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
"Onlar bir camaat idilər ki, keçib getdilər: Onların kəsb etdikləri (qazandıqları əməllər) özlərinə, sizin kəsb etdiyiniz isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.”(Biz cürətlə deyə bilərik ki, sünnülər Əhli-beyti lənətləyir, müharibə edib onları öldürürdülər. Çünki Əbu Bəkr, Ömər və Osman (etiraf etdikləri kimi) zəmin yaratmasaydılar, sünnülərin rəhbəri Müaviyə bu işə cürət tapa bilməzdi. )
ÖZ ƏHLİ-BEYTİNƏ TABE OLMASINI PEYĞƏMBƏR (S)-İN MÜSƏLMANLARA ƏMR ETMƏSİ VƏ SÜNNÜLƏRİN ONUNLA MÜXALİFƏTÇLİYİ
Ötən bəhslərdə gördük ki, Peyğəmbəri-Əkrəm (s) "səqəleyn” hədisində belə buyurmuşdu: "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm, əgər bu iki əmanətdən yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Hər şeydən xəbərdar olan Allah mənə xəbər vermişdi ki, bu iki əmanət Kövsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar.”
Bu hədisin səhih olmasını və təvatür həddinə çatmasını sabit etdik. Şiə və sünnülər onu öz "Səhih” və "Müsnəd” kitablarında qeyd etmişlər. Sünnülərin Əhli-beyti buraxıb, onlara itaət etməməkləri məşhurdur.("Şura” surəsi, 23-cü ayə. ) Onlar digər dörd məzhəb imamlarına üz gətirib, onlara tabe oldular.
Ətraflı məlumat vermək məqsədilə, Əməvi və Abbasi xəlifələrini müdafiə etmək üçün Peyğəmbərin Əhli-beyt ilə müharibə aparan sünnülərin əqidələrini araşdırıb, hədis kitablarına müracət etsək, Əhli-beyt fiqhindən çox az istifadə etdiklərini görəcəyik. Çünki onlar bütün fiqhi məsələlərini, hədislərini Abdullah ibn Ömər, Aişə, Əbu Hüreyrə kimi digər nasibilərdən və Əhli-beyt düşmənlərindən götürmüşlər.
Onların nəzərinə görə, dinin yarısı Aişədən, sünnülərin fəqihi Abdullah ibn Ömərdən, İslam "ravisi” Əbu Hüreyrədən, müharibədə azad olmuşlar və onların övladlarından, yəni Allahın dinində biganə olanlar və bidət qoyanlardandır.
Onlar Əhli-beyt ilə müxalif olan bir dəstə idi ki, Səqifə günündə bir-birlərini tapıb xilafəti Əhli-beytin əlindən almaq üçün hiyləyə əl atdılar və onları İslamın siyasi səhnəsindən uzaqlaşdırdılar.
Əhli-sünnət firqəsi Əhli-beyti müdafiə edən, onlara pənah aparan, Quran və sünnəyə itaət edib onların ardınca gedən şiələrin müqabilində yarandı.
Təbiidir ki, haqqın müxalifləri ümmətin çoxluğunu təşkil edənlərdir. Xüsusilə baş verən fitnə-fəsadlar və müharibələrdən sonra onların sayı daha da artmağa başladı. Bundan əlavə, Əhli-beyt (ə) yalnız dörd il hökumət edə bildi, o da imam Əli (ə)-ın dövründə idi. Onu da qanlı müharibələrlə məşğul etdilər.
Lakin əhli-sünnət, yəni Əhli-beyt müxalifləri neçə yüz illər hökmranlıq etmiş və hakimiyyətləri şərqi və qərbi əhatə etmiş və qüdrəti əllərinə almışdılar. Onlar həmişə çoxluq təşkil etmişlər; çünki qüdrət və hakimiyyət əllərində olmuşdur. Əhli-beyti özlərinə rəhbər tutan şiələr isə həmişə zülm altında olub əzab-əziyyətlərə məruz qalmışlar.
Biz sünnülərin sirlərinin üzərindən pərdənin götürülməsi, Peyğəmbər (s)-lə necə müxalifət etmələri və o Həzrətin insanları doğru yola yönəldən Əhli-beyti barəsində etdiyi vəsiyyəti yaddan çıxarmaları barədə çox da söhbət etmək əzmində deyilik. Lakin şiə Peyğəmbər (s)-in vəsiyyətinə əməl etmiş, onun pak xanədanına itaət etmiş və onlara xatir ağır əzab-əziyyətlərə məruz qalmağa razı olmuşlar.
Həqiqətdə sünnülərin bu əks hərəkətləri Peyğəmbərin ömrünün son anlarında büruz etməyə başladı. Bu vaxtlar idi ki, Peyğəmbər (s) öz səhabələrindən qələm-kağız istədi ki, vəsiyyətini yazılı surətdə yazıb onların haqdan sapmasının qarşısını alsın. Ömər təhlükə hiss edib vəziyyəti belə gördükdə, Peyğəmbər əmrinin icra olunmasının qarşısını aldı, o Həzrətin Əhli-beytinə heç bir ehtiyac olmadığını və Allahın Kitabının kifayət etdiyini iddia etdi. Peyğəmbər "iki ağır olan əmanətə – Quran və sünnəyə əməl edin” – deyə buyurduqda, sanki Ömər: "Bir əmanətdən – Qurandan başqa bir şey istəmir və ikinci bir əmanətə ehtiyacımız yoxdur” – deyərək Peyğəmbərin əksinə getməsini elan edir.
Bu məsələdə Ömərin tutduğu mövqe, sünnülərin tutduğu mövqedir. Çünki Əbu Bəkrin, Osmanın, Əbdürrəhman ibn Ovfun, Əbi Übeydənin, Xalid ibn Vəlidin və Təlhənin vücudunda cilvələnən Qüreyş tayfası Ömərin tutduğu mövqeni himayə etdilər. İbni Abbas deyir: Onlardan bəziləri Ömərin sözünü təkrar etdilər. Bəziləri isə dedilər: Bir şey gətirin ki, Peyğəmbər vəsiyyətini yazılı surətdə yazsın.
Məlum olduğu kimi, Əli (ə) və onun şiələri həmin gündən Peyğəmbərin vəsiyyətinə (yazılı surətdə olmamasına baxmayaraq) əməl etməyə başlayıb, Quran və sünnənin hər ikisini qəbul etdilər. Şiələrin düşmənləri isə, qəbul etdikləri Qurana və onun hökmlərinə belə əməl etməyib (hakimiyyəti ələ keçirdikləri üçün) öz nəzərlərini üstün bildilər, Allahın Kitabını və Peyğəmbərin sünnəsini yaddan çıxartdılar.

ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ ƏHLİ-BEYTƏ MƏHƏBBƏT GÖSTƏRMƏK

Əhli-beyt (ə)-a məhəbbət bəsləmək bütün müsəlmanlara vacib edilmişdir. Bu barədə heç bir müsəlmanın şəkk-şübhəsi yoxdur. Çünki Allah-taala Qurani-Kərimdə iman gətirib yaxşı əməllər edən bəndələrinə müjdə verərək belə buyurmuşdur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
"(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxın adamlarıma məhəbbət göstərməkdən başqa bir şey istəmirəm.”(Bu haqda məlumat əldə etmək üçün "Düz danışanlarla birgə” kitabına baxa bilərsiniz. )
Bu ayədə Peyğəmbərin pak xanədanına məhəbbət bəsləmək bütün müsəlmanlara vacib edilmişdir. Onlar Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdirlər. Bu, sünnülərin otuzdan artıq mənbə kitablarında şahid kimi qeyd olunmuşdur.(Bütün sünnülərin əqidəsinə əsasən, onlar Əbu Bəkr, Ömər və Osmanı Əli İbn Əbi Talib (ə)-dan üstün sayırlar. Əgər Əli (ə) Peyğəmbəri-Əkrəm (s)-dən sonra Əhli-beytin rəhbəri və sərvəri sayılırsa, onda sünnülər nə üçün onu raşidin xəlifələri adı ilə məşhur olan üç səhabədən üstün hesab edirlər?!! ) Belə ki, imam Şafei bu barədə deyir:
"Ya Əhlə-beyti Rəsulillah, hubbukum,
Fərzun minəllahi fil-Qurani ənzələh.”
"Ey Peyğəmbərin Əhli-beyti! Allah sizə məhəbbət bəsləməyi Qurani-Kərimdə vacib etmişdir.”
Əgər Quranda onları sevmək göstəriş verilmişdirsə, onda bu, imam Şafeinin etiraf etdiyi kimi, bütün qiblə əhlinə vacib edilmişdir. Peyğəmbər (s)-in risalətinin müjdəsi onları sevməkdən ibarətdir. Əgər onları sevmək ibadət və Allaha yaxınlaşmaq sayılırsa, onda nə üçün sünnülər Əhli-beytə ehtiram etmir və onların səhabələrdən aşağı səviyyədə olmaqlarını bildirirlər.(Onlar indi də deyirlər ki, biz şiələrdən artıq ƏHli-beytə və Əliyə yaxınıq. Əgər doğrudan da belədirsə, bəs nə üçün onların alimləri və məzhəb başçıları Əhli-beyt (ə)-ın fiqhini buraxmış, onu yaddan çıxarmış və özlərinin saxta məzhəblərindən yapışmışlar. Allah-taala Qurani-Kərimdə buyurur: "İnnə əvlən-nasi bi İbrahimə ləlləzinət-təbəuhu.” Beləliklə, ona tabe olmayan şəxslər ona yaxın ola bilməzlər və bu, aydın bir məsələdir.)
Biz sünnülərdən Əbu Bəkrə, Ömərə, Osmana və ya digər səhabələrdən hər hansı birinə məhəbbət göstərməyin vacib olması barəsində Qurandan bir ayə, yaxud Peyğəmbərdən bir hədis gətirməklərini istəyirik. Amma görəsən onlar bu barədə ayə və ya hədis gətirə bilərlərmi? Heç vaxt! Bu barədə nə Allahın Kitabında, nə də Peyğəmbərin sünnəsində heç bir mətləb gözə dəymir. Lakin Quranda Əhli-beytin Allahın digər bəndələrindən üstün olmasına, məqam və fəzilətlərinə dəlalət edən çoxlu ayələr vardır. Həmçinin, Peyğəmbər sünnəsində də çoxlu hədislər mövcuddur ki, onların yüksək elmə, məqam və fəzilətə malik olmaqlarını sübut etmiş və onları müsəlmanların imam və rəhbərləri kimi tanıtdırmışdır.
Qurani-Kərimdən "məvəddət”, "mübahilə”, "salavat”, "təthir”, "vilayət” və "kitaba varis olmaq” kimi ayələri, Peyğəmbər sünnəsindən də "səqəleyn”, "səfinə”, "mənzilət”, "kamil namaz”, "nücum”, mədinətül-elm” (elm şəhəri) və "imamların on iki nəfərdən ibarət olması” hədislərini misal göstərmək olar. Əhli-beytin digər insanlara olan üstünlüyünü isbat etmək üçün sünnülərin "Səhih” adlandırdıqları kitablarında gətirdikləri ayə və hədislərlə kifayətlənirik.
Sünnülərin Əhli-beyt (ə) barəsindəki əqidələrinə, tarixi rəftarlarına və onlar haqqında yazdıqları kitablara müraciət etdikdə, onların Əhli-beyt (ə)-la müxalifət və düşmənçilik etməkləri açıq-aşkar başa düşülür. Onları qətlə yetirmək üçün öz qılınclarını çəkmiş, onların məqam və fəzilətlərini azaldıb düşmənlərini ucaltmaq üçün qələm-kağızlarını hazırlamışdılar.
Bunu sübut etmək məqsədilə aydın bir dəlilə istinad etmək istəyirik: Əvvəldə dediyimiz kimi, əhli-sünnənin şiələr müqabilində qərar tapmaları hicri tarixi ilə 2-ci əsrdə rəsmi olaraq tanıtdırıldı. Onlar heç vaxt fiqh elmində, ibadətdə və öz əqidələrində Əhli-beyt vasitəsilə nəql olunan Peyğəmbər sünnəsinə müraciət etməmişlər.("Ənbiya” surəsi, 23-cü ayə.)
Halbuki Əhli-beyt Peyğəmbərin xanədanı və övladlarından sayıldığı üçün, o Həzrətin evində nələr baş verdiyini daha yaxşı bilir, elm və əməldə hamıdan üstün olmuş, üç əsr müddətində İslam ümməti ilə birgə hərəkət etmiş və onlara tabe olanlar arasında həmişə fikir birliyi olmuş və heç vaxt bir-birlərinin əksinə çıxmamışlar. Lakin sünnülər hicrətin 3-cü əsrində yaranan dörd məzhbə itaət etmiş və hamısı da bir-birinin nəzərləri ilə müxalif olmuşlar. Bununla belə, onların hamısı Əhli-beyt (ə)-a arxa çevirmiş, onların müqabilində kin-küdurət, düşmənçilik mövqeyini seçmiş, hətta ardıcılları ilə belə müharibə etmiş, indiyə qədər də müharibə etməkdədirlər.
Bunlardan əlavə, sünnülərin "Aşura” günündə İslamın əsasını məhv edib, Peyğəmbər (s)-in pak xanədanını, behişt cavanlarının sərvəri imam Hüseyn (ə)-ı və digər layiqli şəxsləri öldürməklərini də dəlil kimi göstərə bilərik.
Məlum olduğu üzrə, onlar imam Hüseyn (ə)-ın qatillərini heç də təqsirləndirmir və onlara öz razılıqlarını bildirirlər. Bu məsələnin onlardan baş verməsi elə də təəccüblü deyildir. Çünki imam Hüseyn (ə)-ın qatillərinin hamısı sünnülərdəndir. Bunu bilmək kifayətdir ki, İbni Ziyadın imam Hüseyn (ə)-la müharibədə ordusunun sərkərdəsi Ömər ibn Səd ibn Əbi Vəqqas idi. Buna görə də sünnülər imam Hüseyn (ə) və onun köməkçilərini öldürən səhabələr üçün Allahın razılığını diləyir, onların nəql etdikləri rəvayətləri qəbul edirlər. Hətta onlardın bəziləri Yezid ibn Müaviyəyə qarşı çıxıb yürüş edən imam Hüseyni "xarici” adlandırırlar!!!
Ötən bəhslərdə dediyimiz kimi sünnülərin fəqihi Abdullah ibn Ömər Yezidlə beyət edib dedi: "Mənə tabe olan şəxslərin Yezidin əleyhinə çıxmağa haqqı yoxdur, biz qalib gələn tərəfi himayə edirik.”
Eləcə də sünnülər tarix boyu – Aşura faciəsindən indiyə kimi – Aşura günündə bayaram edir, ailələri üçün istirahət və şadlıq vəsaiti hazırlayır, öz mallarının zəkatını verir və həmin günün rəhmət və bərəkətli bir gün olduğunu elan edirlər.
Bunların hamısı bizim müddəamıza canlı bir şahiddir. Onlar həmişə imam Hüseyn (ə)-a ağlayıb əzadarlıq etməyi şiələrə irad tuturlar. Hətta bəzi İslam ölkələrində Aşura facəsini yad etməyin, o Həzrətə əzadarlıq mərasiminin qurulmasının qarşısını alıb dövlət məmurları silahla əza saxlayanlara hücum çəkərək bəzilərini yaralayır, bəzilərini də qətlə yetirirlər. Bu işin səbəbini soruşduqda, bidətlə mübarizə apardıqlarını bildirirlər.
Həqiqətdə onlar bidətlə mübarizə etmirlər, əksinə onlar Əməvi və Abbasi xəlifələrinə itaət edərək Aşura faciəsinin yadlardan çıxarılması üçün var qüvvələri ilə çalışırlar. İş o yerə çatdı ki, imam Hüseyn (ə)-ın qəbrini açıb əsər-əlamətlərini aradan apardılar və o Həzrəti ziyarət etməyin qarşısını aldılar. İndi də bu işi görməkdədirlər. Çünki qorxurlar ki, haqqın Əhli-beyt (ə)-la olduğunu bilməyənlər bundan agah olub, öz rəhbərlərinin cinayətkar olduqlarını başa düşsünlər və haqq ilə batili, mömin ilə kafiri ayırd edə bilsinlər.
Bununla da, bizə bir daha aydın oldu ki, şiələr Peyğəmbər (s)-in sünnəsinin həqiqi ardıcıllarıdır; çünki hər yerdə, hətta imam Hüseyn (ə)-a əzadarlıq edib ağlamaqda da Peyğəmbər sünnəsini yaddan çıxarmayıb ona əməl edirlər. Mövcud olan çoxlu rəvayətlərə əsasən, o Həzrət imam Hüseynin şəhadətindən əlli il öncə Cəbrailin vasitəsilə Aşura faciəsinin baş verəcəyini xəbər vermiş, ona görə kədərlənmiş və ağlamışdı.
Həmçinin, aydın oldu ki, sünnülər Yezid ibn Müaviyənin və Bəni Üməyyənin tərəfdarları olduğunu isbat etmək üçün "Aşura” günündə şadlıq və bayram edirlər. Çünki həmin gündə imam Hüseyn (ə)-a qalib gəldilər və öz gümanlarına görə o Həzrətin inqilabını söndürüb, bütün çəkişmələri aradan qaldırdılar.
Tarixdə göstərilir ki, Yezid və Bəni Üməyyə həmin gündə böyük bir bayram keçirtdilər və sonra onlar üçün imam Hüseyn (ə)-ın mübarək başını və Əhli-beyt əsirlərini gətirdikdə, şadlıq keçirib İslam Peyğəmbərini məzəmmət etdilər və bu barədə bir neçə şer oxudular.
Əhli-sünnənin bəzi "alimləri” də öz rəhbərlərinə yaxınlaşmaq məqsədilə həmin günün mədhində bir çox hədislər düzəltdilər və dedilər: Aşura günü Adəmin tövbəsinin Allah dərgahında qəbul olunduğu, Nuhun gəmisinin nicat tapdığı, atəşin İbrahimə soyuq olduğu, Yusifin zindandan xilas olduğu, Yəqubun gözünün işıqlandığı, Musanın Firona qalib gəldiyi və asimandan İsaya maidənin (yeməklə dolu süfrənin) nazil olduğu gündür!
Sünnülər və onların rəhbərləri bu rəvayəti elə bu günkü günlərdə də Aşura günü münasibətilə oxuyururlar. Lakin bunlar dini alim paltarı geyən yalançıların, fırıldaqçıların və öz dinini dünyaya satanların düzəltdikləri hədislərdir.
Hətta bu barədə hədis düzltməklə yalanı o həddə çatdırmışlar ki, guya Aşura günündə Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etmiş, Mədinə yəhudilərinin oruc olduğunu görüb, onun səbəbini soruşduqda, demişlər: Bu gün Musanın Firona qalib gəldiyi gündür. Sonra Peyğəmbər buyurmuşdur: Mən sizə Musadan daha layiqəm. Bundan sonra o Həzrət müsəlmanlara göstəriş verir ki, Tasua və Aşura günlərini oruc tutsunlar.
Bu, məhz yalandır. Çünki yəhudilər bizimlə birgə yaşadıqları üçün, indiyə qədər onların Aşura adlı bir bayram keçirib həmin gündə oruc tutduqlarını görməmiş və eşitməmişik.
Sünnü alimlərindən soruşa bilərik ki, nə üçün Allah-taala həmin günü Həzrət Mühəmməd (s)-dən başqa Adəmdən İsaya qədər olan bütün peyğəmbərlər üçün əziz etmişdir? Həzrət Peyğəmbər (s) üçün isə həmin gün əza və matəm günü olmuşdu; çünki nəvəsinin və xanədanının başını qoyun başı kimi kəsmiş, qızlarını da əsir tutmuşdular?! Onlar Allahın Kitabından ayə oxuyaraq belə cavab verirlər:
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
"Allahdan gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.”(Ali-İmran” surəsi, 61-ci ayə. )
Biz isə deyirik:
فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
"Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!”("Nisa”, surəsi, 54-cü ayə. )
ƏHLİ-SÜNNƏT VƏ YARIMÇIQ SALAVAT
Ötən fəsillərin birində qeyd etdik ki, bir ayə nazil olduqda, Həzrət Peyğəmbər (s) özü həmin ayəni təfsir edib, müsəlmanlara kamil salavat göndərməyin yolunu öyrətdi, onları yarımçıq salavat göndərməkdən çəkindirdi və onun Allah dərgahında qəbul olmadığını bildirdi. Bununla belə, sünnülər yarımçıq salavat göndərməkdə israr edir və öz salavatlarında "Ali-Mühəmməd” (Mühəmməd (s)-in övladları) ifadəsini işlətmirlər. Əgər çarəsizlik üzündən onu desələr də, səhabələri də ona əlavə edirlər. Əgər onların qarşısında bir nəfər "Səlləllahu əleyhi və alihi” desə, dərhal həmin şəxsin şiə olduğunu bildirirlər. Çünki Peyğəmbər (s)-ə kamil salavat göndərmək şiələrə məxsusdur.
Bu, danılmaz bir həqiqətdir, mən öz təhqiqlərimdə həmişə buna yəqin etmişəm və hər zaman bir yazıçının Mühəmməd (s) ifadəsindən sonra "Səlləllahu əleyhi və alihi və səlləm” cümləsini kamil şəkildə yazdığını gördükdə, dərhal onun şiə, "Səlləllahu əleyhi və səlləm” formada yazıldığını gördükdə isə, onun sünnü olduğunu bilir və şiələrin həmişə Peyğəmbər (s)-in şərif sünnəsinə əməl etdiyini, sünnülərin isə həmişə ondan üz çevirdiyini və yarımçıq salavat göndərdiyini başa düşürəm. Onlar yalnız çıxılmaz vəziyyətdə qaldıqda, "alihi” ifadəsini artırır və Əhli-beytin səhabələrdən artıq məqam və fəzilətlərə malik olmadıqlarını bildirmək üçün, heç bir istisna etmədən "səhabələr” ifadəsini də əlavə edirlər.
Bunların hamısı Bəni Üməyyənin Əhli-beyt (ə) qarşısında tutduğu mövqelərinin və onlarla etdikləri düşmənçiliklərinin nəticəsidir ki, onlara salavat göndərmək əvəzinə lənət deyir və camaatı da bu işə məcbur edirdilər.
Lakin sünnülər müsəlmanların içərisində rüsvay olmasınlar deyə, bu məsələdə onlara itaət etmədilər, Əhli-beytə nalayiq sözlər deməkdən və lənət etməkdən əl çəkdilər, amma ürəklərində onlara qarşı olan kin-küdurəti və düşmənçiliyi davam etdirdilər. Hər bir vasitəyə əl ataraq onların nurunu söndürmək, səhabələrin yanında onların düşmənlərini uca tutmaq üçün əllərindən gələni əsirgəmədilər və onlar üçün həqiqətlə uyğun gəlməyən fəzilətlər və üstünlüklər düzəltdilər. Səbəbi də bundan ibarətdir ki, sünnülər indiyə qədər Müaviyənin, eləcə də bir çox səhabələrin Əhli-beyt (ə)-a təqribən səksən il lənət göndərmələri haqqında heç bir söz demir, üstəlik onlar üçün Allahdan razılıq diləyirlər. Bir sözlə, səhabələrə irad tutan, onların cinayətlərinin üstünü açan hər bir müsəlmanı kafir hesab edib, onun ölümünə fətva verirlər.
Bəzi hədis düzəldənlər Peyğəmbərin səhabələrə öyrətdiyi kamil salavata əlavə sözlər artırmasına səy göstərmiş və bununla da Əhli-beytin məqam və fəzilətinin azalmasını güman etmişlər. Belə ki, rəvayət edərək demişlər ki, belə salavat göndərin: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əla əzvacihi və zurriyyətih!” (İlahi, Mühəmmədə, onun ailəsinə, zövcələrinə və övladlarına salavat göndər!). Halbuki təhqiq əhli salavata artırılan hissəni başa düşüb, Aişəni Əhli-beytə əlavə etmək istədiklərindən agah olur.
Biz onlara deyirik: Əgər sizin sözünüzü və bu rəvayətin düzgünlüyünü qəbul edib, möminlərin anaları sayılan Peyğəmbər (s)-in zövcələrinin də Əhli-beytdən olduğunu desək, bunun səhabələrə heç bir dəxli yoxdur. Mən bütün müsəlmanları bu barədə mübahisə və müsabiqəyə dəvət edir və onlardan istəyirəm ki, buna Qurandan və ya sünnədən hətta bir dəlil belə gətirsinlər. Lakin bu, qeyri-mümkün bir işdir.
Quran və sünnə səhabələrə və onlardan sonra qiyamət gününə qədər dünyaya gəlib yaşayan bütün insanlara Peyğəmbər və onun Əhli-beytinə salavat göndərməyə göstəriş verir. Bu, onların yüksək məqam və fəzilətə malik olmaqları, eləcə də heç bir kəsin onlardan üstün olmaması üçün kifayətdir.
Əbu Bəkr, Ömər, Osman, səhabələr və dünyada yaşayan milyonlarla müsəlmanlar namaz qılanda, "Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd” – cümləsini deməsələr, namazları batil sayılır. Bunu Şafeinin nəzmə çəkdiyi şerdə də görmək olar:
"Kəfakum min əzimiş-şəni ənnəkum,
Mən ləm yusəlli ələykum la səlatə ləhu.”
"Sizin məqam və mənzilətinizdə bu qədər bəsdir ki,
Hər kəs sizə salavat göndərməsə, onun namazı düzgün sayılmaz.”
Şafeini nəzmə çəkdiyi bu şerə görə şiəlikdəə ittihamlandırdılar. Çünki Bəni Üməyyənin və Bəni Abbasın siyasətləri bundan ibarət idi ki, hər kəs Mühəmməd və onun Əhli-beytinə salavat göndərsəydi, yaxud onların fəzilətləri barəsində bir şer, yaxud bir hədis desəydi, onu şiəlikdə ittihamlandırırdılar!
Bu barədə çoxlu danışmaq olar, lakin biz dediklərimizlə kifayətlənirik, əlavə məlumat əldə etmək istəyənlər bu haqda yazılan kitablara müraciət edə bilərlər.
Əhəmiyyət kəsb edən məsələ budur ki, bu fəsildə şiələrin Peyğəmbər (s)-in sünnəsinin həqiqi ardıcılları, namazlarının kamil və düzgün olduğunu başa düşdük. Bunu hətta şiələrin müxalifləri də qəbul edirlər. Sünnülər (öz alimlərinin dedikləri kimi) bu məsələ ilə əlaqədar Peyğəmbər sünnəsi ilə müxalifət edib namazlarını və salavatlarını yarımçıq yerinə yetirirlər.
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا
"Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermiş və onlara böyük mülk bəxş etmişdik.”("Həşr” surəsi, 7-ci ayə.)
PEYĞƏMBƏRİN İSMƏTİ VƏ ONUN ƏHLİ-SÜNNƏYƏ OLAN TƏSİRİ
Müsəlmanlaar "ismət” məsələsində eyni fikirdədirlər. Bu, müsəlmanların Peyğəmbər (s)-in hökmlərini qeydsiz-şərtsiz qəbul etməklərinin əsas amilidir. Çünki onların əqidələrinə əsasən, o Həzrət nə deyirsə, nəfsi istəklər üzündən deyil, vəhyə və İlahi ilhama əsaslanmışdır. Əgər Peyğəmbərin hökmləri və qəzavətləri öz şəxsi nəzərləri olub, Quran və vəhydən ibarət olmasaydı, heç kəs ona itaət etməzdi.
Əgər insanların hamısı bütün hökmlərin Allah tərəfindən olub, həmin hökmləri camaata çatdırmaq üçün Peyğəmbərin yalnız bir vasitə olduğunu qəbul etsəydilər, onda şiə hesab olunardılar. İmam Əli (ə) və bir çox səhabələrin əqidələri məhz bu olmuşdur. Çünki Peyğəmbərin sünnəsini olduğu kimi icra edib deyirdi: "Allahın hökmləri müqabilində ictihad edib nəzər vermək caiz deyildir.”
Amma əgər bu əqidədə olsalar ki, Peyğəmbər Qurani-Kərimin ayələrindən başqa, digər əməlində və sözündə xətaya yol vermişdir, onda əhli-sünnətdən sayılardılar. Çünki onların nəzərinə görə, səhabələr Peyğəmbərin sözləri və hökmləri müqabilində ictihad edib, camaatın məsləhəti və həmin dövrün şəraiti ilə uyğun gələn hər bir məsələni onun yerinə qoya bilərlər. Hakim olan şəxs məsləhət gördüyü hər bir hökmü, Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə, icra edə bilər.
Məlum olduğu kimi, (Əli (ə)-dan başqa) raşidin xəlifələrinin məktəbləri həmişə Peyğəmbərin sünnəsi müqabilində qərar tutan ictihad əsasında qurulmuşdu. Hətta Quran ayələri müqabilində də ictihad edirdilər.
Onların nəzərləri risalə fomasında yığılmış, sünnülər özləri ona əməl etdikləri kimi, digər müsəlmanların da ona əməl etmələrini lazım bilirlər.
Biz "Düz danışanlarla birgə” və "Zikr əhlindən soruşun” adlı kitablarımızda Əbu Bəkrin, Ömərin və Osmanın ictihadları barəsində danışmırıq və Allahın köməyi ilə bu haqda ayrıca bir kitab yazıb çap etmək istəyirik.
Bildiyimiz kimi, sünnülər İslam şəriətinin iki əsas mənbəsinə – Quran və sünnəyə digər mənbələr də əlavə etmişlər. O cümlədən, Əbu Bəkr və Ömərin sünnəsi, səhabələrin ictihadı. Buna görə də bəzi səhabələr öz ictihadlarına və şəxsi nəzərlərinə istinad edib Həzrət Peyğəmbər (s)-i məsum bilmir, o Həzrətin nəzərlərini araşdırır və səhvini aradan qaldırırdılar!
Buradan aydın olur ki, sünnülər Peyğəmbər (s)-in məsum olmamasını dedikdə, məqsədləri o Həzrətlə müxalifət etməyin – istər bilərəkdən, istərsə də səhvən olduğunun – caiz olmasıdır. Buna dəlil gətirib deyirlər ki, günahsız olan və səhv etməsi bizə bəlli olan şəxsə, həm şəri, həm də əqli baxımdan itaət etmək vacib deyildir və düzgün olmayan nəzəri necə qəbul etmək olar?
Bunun müqabilində şiələr Peyğəmbərin ismətini qeydsiz-şərtsiz qəbul edib, ona itaət etməyi vacib bilirlər. Çünki onların əqidələrinə görə, Peyğəmbər (s) heç vaxt səhvə, xətaya yol vermir və heç bir halda onunla müxalifət etmək olmaz. Hər kəs onunla müxalifət etsə, sanki Allah ilə müxalifət etmişdir. Qurani-Kərimin çoxlu ayələrində də buna işarə edilmişdir. Aşağıdakı ayələri misal göstərmək olar:
a)
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
"Peyğəmbər sizə nə (hökm) verirsə, onu götürün (qəbul edin); nəyi qadağan edirsə, ondan əl çəkin.”("Ali-İmran” surəsi, 32-ci ayə. )
b)
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ
"Allah və Peyğəmbərə itaət edin.”("Ali-İmran” surəsi, 31-ci ayə. )
v)
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ
"(Ya Peyğəmbər!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin.”(Bəqərə” surəsi, 213-cü ayə. )
Bu və digər ayələr Peyğəmbərin – məsum olduğu üçün – əmrinə tabe olub əksinə çıxmamağı müsəlmanlara vacib etmiş və buyurmuşdur ki, Peyğəmbər Allahın vəhyindən başqa bir şey demir.
Deməli, qəbul etmək lazımdır ki, Peyğəmbərin sünnəsinə əməl edənlər, onun məsum və günahsız, ona itaət etməyin vacib olduğuna inananlar məhz şiələrdir.
Qəti şəkildə deyə bilərik ki, sünnülər Peyğəmbərin sünnəsinə əməl etmir və ondan əl çəkmişlər. Çünki o Həzrətin səhv və xəta etdiyinə inanır və onunla müxalifət etməyi caiz bilirlər.
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
"İnsanlar tək bir ümmət idilər. Allaha müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanların arasındakı ixtilafları ayırd etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan Kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin və həsəd üzündən (dində) ixtilaf yaradanlar Kitab əhlindən başqası deyildir. Onların ixtilaf etdikləri həqiqətə Rəbbinin izni (iradəsi) ilə iman gətirənləri isə Allah doğru yola hadayət etdi. Allah istədiyini doğru yola hidayət edər.”("Rəd” surəsi, !7-i ayə.)
Müsəlmanlar arasında ixtilaf yaradanların, qərəzli insanların, Allahın və Peyğəmbərin düşmənlərinin düzəltdikləri töhmətlərin, pak Əhli-beytin ardıcıllarının əqidələrini sorğu-sual altına salmaq məqsədilə uydurduqları şayiələrin heç bir xeyri yoxdur və çəkdikləri zəhmətlər faydasızdır. Çünki Allah-taala belə buyurur:
الزَّبَدُ فَيَذْهَبُ جُفَاء وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الأَرْضِ كَذَلِكَ يَضْرِبُ اللّهُ الأَمْثَالَ
"Köpük heç bir şey olmadığı üçün aradan gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!”
Uca Allahdan istəyirik ki, bizi doğru yola hidayət, sevdiyi və bəyəndiyi şeylərdə müvəffəq etsin, Öz qəzəbini bizdən uzaqlaşdırıb yüksək kamallara çatdırsın. Bizim zəhmətlərimizi imam Zaman (ə)-ın zühur etməsi ilə sona çatdırsın və onun zühur etməsini tezləşdirsin!
Nəhayət, aləmlərin Rəbbi olan Allaha həmd və şükürlər edir, İslam Peyğəmbərinə və onun pak və məsum Əhli-beytinə salam və salavat göndərməklə söhbətimizi sona yetiririk!
Allahın rəhmətini və Peyğəmbərin şəfaətini diləyən
Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 515 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]