Bazar günü, 2024-12-22, 4:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 17
Qeybət
Böyük günahlardan hesab olunan dilin ziyanverici bəlalarından biri də qeybətdir. Qeybət başqasının arxasınca deyilən pis və xoşagəlməz sözə deyilir. Ümumi tərif kimi hesab olunan bu ifadə qeybətin növlərinə-böhtana, töhmətə, ifk(«Mən la yəhzuruhul-fəqih» IV c, səh.4; «Əmaliye-Səduq» səh.345.), söyüş və aşkar eybləri söyləməyə şamil edilir, halbuki bunlardan hər birinin özünəməxsus tərifi olub şəriət nəzərindən xüsusi hökmə malikdir. Onların hamısı qeybət hesab olunmur. Qeybət sözünün lüğəvi mənası ümumi xarakter daşıyır və bəzən hədislərdə də belə olur.(«Müstədrəkül-vəsail» II c, səh.108; «Biharül-ənvar» (Beyrut çapı XXXII c, səh.226); «Qürər»in fəslə görə mündəricatı (səh.168, №1607) burada bu hədis həzrəti-Əli (ə)-dən də nəql olunmuşdur.)
Kateqoriya: Exlaq | 1072 | Elave etdi: Ənfal | Tarix: 2011-12-17 | Sherhler (0)

 Söz-ən gözəl ibadət və ən ağır günah
Həzrəti-Əli(ə) buyurur: "İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı və eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir. Sözsüz ki, bu kəlam Allahın razılığı üçün onun rəhmət və nemətlərinin sonsuzluğunu ifadə edən formada olmalıdır. Çünki hamıya məlumdur ki, Allah özü ilə peyğəmbərləri arasında sirləri açmaqda, həqiqətləri aşkarlamaqda və gizli elmləri izhar etməkdə kəlamdan başqa bir şeyi vasitə seçməmişdir. Vəhy və mətləblərin dərk olunması kəlam vasitəsilə baş tutmuşdur, belə ki peyğəmbərlərlə insanlar arasında da dini təbliğ etmək üçün sözdən başqa bir vasitə olmamışdır.
Kateqoriya: Exlaq | 981 | Elave etdi: Ənfal | Tarix: 2011-12-17 | Sherhler (0)