Şənbə günü, 2024-04-27, 0:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Alimlərin dediklərindən
2012-12-14, 2:03 PM
Alimlərin dediklərindən
◘On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə namazında imam cümə xütbə söylədiyi və camaatın da qulaq asdığı vaxt, hamamda və başqa halda çılpaq vəziyyətdə olana, azan və ya iqamə deməklə məşğul olana, Quran oxuyana, hədis, yaxud elmi məsələ barəsində danışmaqla məşğul olana, qumarbaza, mahnı oxuyana, günah halında olan hər bir kəsə, ayaqyolunda olana və naməhrəm qadına.
◘On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci, Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, ata-anaya itaət etmək, əməl sahibi olan alimin üzünə baxmaq, alimin sözünə qulaq asıb ona əməl etmək və gecə namazı.
◘On bir şey ölümü gecikdirər; çoxlu sədəqə, çoxlu dua, ata-anaya itaət, gecə namazı, dan yeri açılmamışdan (yəni, fəcrdən, sübh azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək, camaat namazı, möminlərdən ötrü dua, çoxlu Quran oxumaq, gizlində də, aşkarda da Allahı yad etmək və salavat göndərmək.
◘Xoşagəlməz xüsusiyyətlərin kökü on bir şeydir; çox yemək, çox danışmaq, qəzəb, paxıllıq, mal-dövlət məhəbbəti, şöhrətpərəstlik, təkəbbür, özünəpərəstiş, riya, lovğalıq, özünübəyənmə və bir də xəsislik.
◘Bəyənilmiş əxlaqın da on bir kökü var; tövbə, Allahdan qorxmaq, ümid, zahidlik, səbr, şükür, ixlas, doğru danışmaq, təqdirə razılıq, camaatı sevmək, ölümü yad etmək.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 646 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]