Cümə günü, 2024-04-19, 12:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 20 » SƏBRLƏ İMANIN ƏLAQƏSİ BAŞLA BƏDƏNİN ƏLAQƏSİ KİMİDİR
7:30 AM
SƏBRLƏ İMANIN ƏLAQƏSİ BAŞLA BƏDƏNİN ƏLAQƏSİ KİMİDİR
SƏBRLƏ İMANIN ƏLAQƏSİ BAŞLA BƏDƏNİN ƏLAQƏSİ KİMİDİR

     Səbr çox mühüm bir məsələdir. Həzrət Sadiq əleyhis-salam buyurur:
     «Səbrlə imanın münasibəti, başla bədənin münasibəti kimidir». Əgər başı bədəndən ayırsalar, bədən cansız cəsəddən başqa bir şey deyildir. İmam əleyhis-salam buyurur: «Dinin başı səbrdir». Səbr nəfsi həbs etmək, həvayi-nəfsin qarşısını almaq, onu şəriət və əqlin tələbinə uyğun olaraq əməl etməsinə vadar etməkdir. Məsələn, səbrin bir növü baş verən müsibətlərdə səbr etməkdir. Əgər bir şəxsin əzizi əlindən getsə, gərək səbr etsin.
     Bir nəfərin oğlu ölmüşdü, çox ahü-fəğan edirdi. Həzrət Riza əleyhis-salam ona bir məktubda yazdı: «Sənin oğlunun ölümündə səbirsizlik etməyinin səbəbi budur ki, özün axirət səfərinə getməyi fikrinə gətirmirsən. Sənin ahü-nalə etməyin, axirət səfəri üçün bir şey tədarük görməməyin, oğlunun ölümündəki müsibətdən daha böyükdür».
     Sümaət ibni Mehran Mədinədə Həzrət İmam Musəbni Cəfər əleyhis-salamın hüzuruna gəldi. Həzrət buyurdu: «Nə oldu ki, həccə getmədin? Əzr etdi ki, mal-dövlətim əlimdən getmiş, borclarım həddindən ziyadə çoxalmışdır. Əgər dostlarım mənim zəhmətimi çəkməsəydilər, bu səfərə gələ bilməzdim. Həzrət buyurdu: Səbr et ki, qurtuluş hasil olsun. Əgər səbr etməsən, Allah tərəfindən müqəddər olunan şeylər baş verəcəkdir. («Üsuli-kafi»)


Category: Exlaq | Baxış: 881 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]