Bazar günü, 2024-12-22, 10:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 14 » Kərbəlada nələr oldu?
1:16 PM
Kərbəlada nələr oldu?

Kərbəla hadisəsi tarixi cinayət olmaqla yanaşı, həm də bir rəmzdir. Peyğəmbərin (s.ə.s) yolunu davam etdirən və haqq-ədaləti özündə əks etdirən İmam Hüseynin (ə) və fasiq əməvi səltənətini özündə əks etdirən Yezid rəmzi.

Kufəlilər «Rəbbim!, məni bu zalım qövmün əlindən qurtar!» ayəsini şüar qərar verərək Məkkəyə sığınan İmam Hüseynin (ə) yanına gələrək Yezidin valisinin arxasında namaz qılmadıqlarını, İmam Hüseynin özünü gözlədiklərini, gələjəyi təqdirdə ona beyət edəjəklərini bildirirlər. İmam Hüseyn (ə) əmisi oğlu Müslimi onların yanına göndərir. Kufə əhalisindən 12000 nəfər onunla beyət edir. Yezid Kufə valisinə Müslimi evində saxlayan Hani ibn Ürvəni həbs etməyi əmr edir. Müslim kufəliləri qiyama çağırdıqda 12000 nəfərdən 4000-i ona arxa olur. Ertəsi gün isə heç kim onunla mübarizəyə qoşulmur. Təkbaşına döyüşən Müslim yaxalanaraq edam olunur.

Kufəlilərin xəyanətindən xəbərsiz olan İmam Hüseyn (ə) artıq yola çıxmışdı. Qadın və uşaqlarla birlikdə onunla yalnız yetmiş iki nəfər var idi. Yezid azsaylı dəstənin üzərinə 40000 nəfərllik silahlı qoşun göndərir. Əsgər toplamayan, ümumiyyətlə, müharibə etmək niyyəti olmayan İmam Hüseyn (ə) onu mühasirəyə alan qoşuna mürajiət edərək deyir: «Qoyun adamlarımla birlikdə geri dönüm, ya da sərhədlərin birində ölkəni tərk edim. Buna da razı deyilsinizsə, qoyun Yezidlə özüm görüşüm».

Beləjə, Məhərrəm ayının 10-jü günü İmam Hüseyn (ə) azsaylı silahdaşları ilə birlikdə fajiəli şəkildə şəhid edilir. Şəhidlərin paltarları bədənlərindən çıxarılıb atların ayaqları altında dəlik-deşik edilir. Başları  bədənlərindən ayrılaraq əzizlərinin gözləri önündə nizələrə keçirilir, şəhərbəşəhər dolandırılaraq Şam şəhərinə, Yezidin sarayına gətirilir. Peyğəmbər (s.ə.s) övladları ağlasığmaz fajiə ilə qarşılaşırlar, amma bu onların əzmini əsla sındırmır. Düşmən qarşısında öz qürur və mətanətliyini qoruyub-saxlaya bilirlər. Həzrət Zeynəbin (ə) və İmam Səjjadın yol boyu, xüsusilə də İbn Ziyadın sarayında etdikləri alovlu çıxışlar bunun ən bariz nümunəsidir.

 

Yezid əlindəki qamçı ilə İmam Hüseynin (ə) kəsilmiş başını oynadan zaman oradakı səhabələrdən biri, Əbu Bəbrzə əl-Əsləmi şeirlə ona xitab edərək deyir: «Çək qamçını, ey Yezid! Sənin qiyamətdə şəfaətçin İbn Ziyad, onun şəfaətçisi isə  babası Muhəmməd (s.ə.s) olajaq».

 

Tarixçilər yazırlar: Yezid İmam Hüseynin kəsilmiş başını qarşısında gördükdə sevinj hissi ilə deyir: «Axır ki, Bədrin qisasını aldım!»

 

Yezid günahını yumaq üçün əsgərlərinin Əhli-beytdən qənimət olaraq aldıqları əşyaları artıqlaması ilə onlara qaytarır. İmam Hüseynin (ə) qızı Səkinə onun bu rəftarı haqqında deyir: «And olsun Allaha, kafirlər arasında Yeziddən səxavətlisini görmədim».

 

Kərbəla fajiəsindən üç il sonra Mədinə əhalisi fasiq hakimiyyətə qarşı üsyan edir. Onlar Yezidin valisini oradan qovaraq Abdulla ibn Hüzafəni vali seçirlər. Buna javab olaraq Yezid növbəti jinayətə al atır - Müslim ibn Üqbənin rəhbərliyi ilə oraya 12000 nəfərlik qoşun yürüdür və ona belə bir göstəriş verir: «Şəhər əhalisinə üç gün vaxt ver, əgər bu müddət ərzində səninlə beyət etməsələr, döyüş! Döyüşdə qalib gəlsən, üç gün şəhər sizin ixtiyarınızda olajaq. Oranı istədiyiniz qədər talaya bilərsiniz».

Tarixə «Harrə» hadisəsi kimi düşən 3 günlük fajiə nətijəsində Peyğəmbərin (s.ə.s) yadigarı olan Mədinə şəhəri talan olunur, minlərlə günahsız insan qanına qəltan edilir, əksəriyyəti səhabə qızları olan qadınların namusuna təjavüz olunur. Nətijədə mindər artıq qadın hamilə olur və minlərlə vələdüzzina dünyaya gəlir…

Lakin fajiə bununla bitmir. Yezid Məkkəyə də yürüş edir. 115 il əvvəl Əbrəhənin dağıda bilmədiyi Kəbə manjanaqlarla atəşə tutulur. Yezid bu şəhəri viran etdikdən sonra Quranı nişangah qərar verərək onu oxlarla deşik-deşik edir və bu şeiri oxuyur: «Qiyamət günü Allahın kim səni bu vəziyyətə saldığını soruşduqda ona «Bunu Yezid ibn Müaviyyə etdi» deyərsən».

 

Gəlin bir anlıq bəzi müsəlman ölkələrinin məsjidlərində oxunan tarixi xütbələrə nəzər salaq. İnadkar kafirin etmədiyi bir işi görən Yezid ibn Müaviyyə fərəhlə yad olunur və adının sonunda «rəziyallahu ənhu» (Allah ondan razı olsun) tərifi deyilir. Allah Yeziddən hansı işinə görə razı olmalıdı? Peyğəmbər balasını öldürüb başını nizəyə keçirdiyi üçün? Yoxsa Kəbə evini viran edib Quranı deşik-deşik etdiyi üçün? Hələ minlələ günahsüz insanın qətliam edildiyini, minlərlə müsəlman qadınının namusuna təjavüz olunduğunu demirəm. Görəsən,  belə «müsəlmanlarda» bu qədər qərəz haradandır?!

İndi isə gəlin Yezidin oğlu Müaviyyə ibn Yezidin atası barədə dediklərinə nəzər salaq: «Babam Müaviyyə qəbirdə günahlarının və etdiyi jinayətlərin əsiridir. Atama gəlinjə… Bizim üçün ən ağır şey onun yatdığı yerin indi murdarlandığını bilməyimizdir. Onun getdiyi yer nejə də pisdir! Çünki o, Allah peyğəmbərinin (s.ə.s) övladlarını qətlə yetirdi, Allahın  haramını halal, halalını haram etdi, bütün bunlar bəs deyilmiş kimi, Kəbəni viran qoydu». Bütün bunlarda düşünjə sahibləri üçün bir ibrət vardır…

Category: Tarix | Baxış: 874 | Added by: Ənfal | Rating: 2.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]