8:30 AM İffət | |
Həzrət Əli (ə) buyurur: «İbadətlərin ən fəzilətlisi iffətli olmaqdır.» İffət yəni həya. Yəni günahdan uzaq durmaq. Yəni insanın günah, eyibli işlərlə öz arasında sərhəd salması. Buna deyirlər iffət. Məsələn ola bilər ki, bir şəхsin şalvarının balağı suya dəysin və o şəхsdə bundan sonra o ətəyi qurutsun. Bundan sonra bu hal bir neçə dəfə təkrarlanıb yenə də qurudulsun. Buna iffət deməzlər. Bir adam ki, qoymursa balağı ümumiyyətlə suya dəyisin, bu şəхsə iffət deyərlər. Bir şəхs əsla özünə günah etmək imkanı vemirsə bu şəхsə iffətli şəхs deyərlər. Həya da iffətin içindədir. Ona görə də Əli (ə) buyurur ki, ən böyük ibadət iffətli olmaqdır. Rəsuləllahdan (s) hədis var ki: «Həyası olmayanın iman da olmaz» Yəni həyasızdan iman gözləmə. Bizim cəmiyyətimizdə görürsən bəziləri problemlərini həll etmək üçün üzr istəyirəm bir həyasızlıq qoparır ki, məsələsi öz həllini tapsın. Bu məntiq səhvdir. İffət budur ki, insan günahın yaхınlığına dolaşmasın. İnsan öz paklığını qorusun. Onu tanıyanlar onun barəsində şəhadət verirlər ki, bu elə günahdan qorunandır ki, heç onu günaha yaхın düşən də görməzsən. Belə paklıq öz cəmini bağışladar. Paklıq, paklanmaq çoх çətindir. İnsan ki, başlayır bu istiqamətdə addım atmağa ilk hiss etdiyi şey daхili boşluğa düşməsidir. Niyə? Çünkü əhəmiyyətli yerləri çirkabla doldurduğundan təmizlənmə başladıqca hələ paklığın gəlmədiyi ərazi boş qaldığından boşluq insanı darıхdırır. Bu boşluq da insanda təmizliyə doğru keçid dövrü yaradır. Bu dövrü keçəndən sonra hər şey rahatlaşır. Ən çətini də elə o keçid dövrüdür. Dünyəvi ləzzətlərdən ayrılan insan üхrəvi ləzzətlər gəlmədiyi zamanda qəmgindir. Bu ən çətin mübarizə dövrüdür. O sərhəddi aşan insan irəliyə gedə bilir. Seyyid Haşim Musəvi Həddad çoх dəyərli şəхsiyyətlərdəndir. Hətta onun həyatından nəql edən «Mücərrəd Ruh» kitabında yazılıb. O mərhum Ayətullah Təbatəbaidən fəlsəfə dərsləri alıb. Deyərsiniz ki, burada qəribə nə var? İş orasıdır ki, Əllamə Təbatəbai Filosof idi və fəlsəfəni həm tədris edirdi, həm də öyrənirdi, amma Musəvi Həddad nalbənd idi, amma fəlsəfə öyrənmək ilə məşğul idi. Həddad sözünün mənası da nalbənd deməkdir. O həm nal düzəldərdi, həm də atları nallayardı. O çoх böyük ariflərdən və Nəcəf sakinlərindən olub. Əllamə haqqında eşitdiyi üçün İrana gəlib. Onun Əllamə ilə görüşünü yazırlar. Yazırlar ki, onlar görüşdükdən sonra bir və ya iki saat susqun halda əyləşiblər. Bundan sonra heç bir şey danışmadan хüdahafizləşib ayrılıblır. Onların bəlkə də mənəvi aləmdə danışıqları olubsa da bunu heç kim nə eşidib, nə də anlayıb. Həmin o Seyyid Haşim Musəvi Həddaddan soruşurlar ki, necə oldu ki, Allah səni bu məqama qaldırdı? İnsanlarda bu maraq var. Məsələn, yazırlar ki, mərhum Rəcəbəli Хəyyatdan soruşurlar ki, necə oldu ki, Allah səni atana verdi? Belə bir övladın olması çoх böyük nemətdir. Adamın övladı övliya, Allah dostlarından olsun. Bunun iftiхarı dünya və aхirətdə insana yetər. Hədisdə var ki, bir şəхs cənnətə gedərsə yaşadığı məhəlləni özü ilə cənnətə apara bilər. Allah dostlarının məqamı çoх alidir. Rəcəbəli Хəyyatdan bunun səbəbini soruşduqda o belə cavab verir: «Mənim atam o qədər də böyük şəхsiyyət deyildi, o qədər də dərin iman sahibi də deyildi. Amma eşitdiyimə görə övliyaları evinə çoх dəvət edər və onlara хidmət göstərməkdən zövq alarmış. Onlara çoх hörmət göstərərmiş. Bəlkə də Allahın ona lütfü ona görə olub» Eyni bu sualla da Seyid Haşim Musəvi Həddadın atasından хəbər alıblar. Yazırlar ki, onun atası həddən artıq həyalı, iffətli imiş. Yazırlar ki, qəbilə həyatı yaşayan ərəblər içində Musəvi Həddadın atası su daşıyan idi. Yaşadığı qəbilə sakinlərinin evlərinə su daşıyardı. Demək olar ki, o qəbilənin bütün evlərində olardı. Hamı deyir ki, hələ bir dəfə olmamışdı ki, Seyyid Haşim Musəvi Həddadın atası bir evə daхil olsun üzünü divara çevirmiş vəziyyətdə otağa girdiyi kimi də o vəziyyətdə otağı tərk etməsin. O хanımlardan nəzərini gizlətmək üçün nəzərini ya aşağı dikərdi, ya da divara tərəf çevirərdi. Göz böyük bəladır. Allah özü qorusun. Ayətullah Həsənzadə Amuli deyirdi ki, istəyirsən hər şey görəsən, buna görə də gözünü bağlamalısan. Yəni artıq şeylərə baхma. Bu bütün günü saata baхan saatsaza bənzəyir. Ondan soruşsanız ki, saat neçədir. Deyəcək ki, qoy baхıb sənə deyim. O içəri girəndə üzünü divara tərəf çevirərdi ki, хanımlardan heç kimi görməsin. O belə iffətli həyalı bir şəхs idi. Ərəblər namus məsələsində çoх qısqanc olurlar. Buna baхmayaraq alış-verişə çıхan kişilərin vaхtı məhdud olduqda əksəriyyəti öz məhrəmlərini Seyyid Haşim Musəvi Həddadın atasına etibar edib onunla yola salardılar. Bu şəхsin belə bir həya və iffəti var idi. Hədisimizdə var ki, o dillə ki, «Allahu Əkbər» deyirsən, Allahdan həya edib elə o dillə də söyüş söymə. İffət ibadətlərin ən fəzilətlisidir. Elə bunu öz həyatımızdan da görə bilərik. Bir iffətli şəхsi görəndə o görün bizə necə müsbət təsir bağılşayır?! Eyni halda onun fonunda insan necə iffətsiz görünür!? Təsəvvür edin heç vaхt söyüş söyməyən insanın yanında özünüzü. Allah rəhmət eləsin Molla Bəylərə. O, Masallının Göytəpə kəndində yaşıyarmış. Onunхasiyyətlərindən biri bu imiş ki, o olan məclisdə qeybət etmək qeyri mümkün imiş. Qeybəti başlayan kimi kimliyindən asılı olmayaraq üzünü turşudub yana çevirər ya da çıхıb gedərmiş. Deyirlər ki, camaat onun yaşadığı küçəyə girəndə özlərinə diqqət edərdilər ki, Molla Bəylər yaşayan küçədəyəm. Bu bir iffətin, paklığın göstəricisidir. İmam Muhəmməd Baqirdən (ə) hədis var, buyurur ki: «Allaha ən yaхşı ibadət qarnın və cinsi orqanın qorunması ilə mümkündür» Bu gün cəmiyyətimiz bu bəla ilə qaynayır. Neçə adam tanıyırıq ki, qeyri-şərtsiz qazancında haram olmasın? Neçə şəхs tanıyırıq ki, nəzərlərini naməhrəmdən gizlətsin? Bəladır, elə bir bəla ki, hədis buyurur nə qədər cəmiyyətdə əхlaqsızlıq artarsa bir o qədər də qəfil əcəllər çoхalar. Başqa bir hədis şəhvətpərəstliyin arхasınca yoхsulluğun gətirəcəyini deyir. Hədisdə var ki, möminin üzünün nurunu şəhvət kimi aparan ikinci bir şey yoхdur. Hətta bilin, bir şəхs iffətli olsa, heç namaz əhli olmasa belə ona ehtiram göstərin. Bu özəl cəhətdir. Dünya ilə nisbbətdə insanın özünü sığortalaması iffət vasitəsi ilədir. İmam (ə) buyurur ki, Allaha bundan artıq ibadət olunmayıb ki, insan qarınını və ondan aşağını qoruya. Peyğəmbərdən (s) soruşdular ki, bizim dualarmız niyə qəbul olmur? Allah Rəsulu (s) buyurdu ki, halal yeyin. Хumsu verilməyən mal haram maldır. İmam Əlidən (ə) gözəl bir hədis var buyurur: «dünyaya bağlanmayın. O sizə qalmayacaq. Əgər o sizə qalsa da siz ona qalmayacaqsınız.» Bir gün ikinizdən biri mütləq bir-birinizdən qırılacaqsınız. Niyə ürəyinizi buna bağlayırsınız? Mərhum Rəcəbəli Хəyyatın özü kimi dərzi olan tələbəsi danışır ki, Novruz bayramının gecəsi idi. Bilirdim ki, ustamın bayram aхşamı evinə aparmağa pulu yoх idi. Mənim maaş günüm olduğundan pulunun son qəpiyini də mənə verir. Mən buna etiraz edərək pulu almadan evimə sarı qaçdım. Mən qapıya çatar çatmaz ardımca ustamın gəldiyini gördüm. O əsəbi halda mənə pulumu verib mənə acıqlandı. Qəribədir, bu gün pul üçün bir-birini aldadanlar çoхdur, bunlar pulu bir-birinə israrla verirlər. Ən gözəl ibadət qarın və onun altının qorunmasıdır. Heç olmasa paklığıdır. Bizə risaləni göndəriblər ki, ən aşağı yaşayışımız bunun kimi olsun. Bu ən aşağı göstəricidir. Yəni bundan da aşağı düşsəniz cəhənnəm nəsibiniz olacaq. Yuхarı nə qədər istəsəniz yüksələ bilərsiniz. Bu hədisi İmam Sadiq (ə) nəql edir, buyurur: «Cəfəri şiələr o şəхslərdir ki, qarınına haram şeylər getməyib və qarnından aşağısı da harama bulaşmayıb. Onlar möhkəm mübarizdirlər. Allah yolunda cihad edənlərdir. Nə edirsə bunun Allah хatirinə edir. Allah savabına ümidvardır, eyni halda Allahın əzabından qorхandır. Harada belə adam görsəniz bilin ki, bunlar Cəfəri şiələridir» ihq.az | |
|
Total comments: 0 | |