Çərşənbə günü, 2024-04-24, 3:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat, yoxsa həqiqət?
2013-01-31, 0:48 AM
Xurafat, yoxsa həqiqət?
Bəzən 13-ü nəhs rəqəm kimi qəbul olunur və bununla əlaqəli olan hər bir işdən uzaq olmağa çalışırlar.
Məsələn, idmançılar 13 rəqəmli idman paltarı geyinmir, sərnişinlər təyyarə və s. nəqliyyat vasitələrində 13 rəqəmli oturacağa oturmur, pul sayarkən 12-dən sonra "13 deyil" deyib 14 ədədinə keçir və s. Maraqlıdır, hər bir məsələdə elmi açıqlama axtaran insan bu məsələdə kortəbiilik nümayiş etdirərək 13 rəqəmindən nə üçün qorxduğunu və onu həhslə nə üçün əlaqələndirdiyi barədə özünə cavab verə bilməmişdir.
1. Bu məsələyə elmi açıqlama verilməsə də, 13 rəqəmindən qorxuya "triskaidekafobiya", beşinci günə düşən ayın 13-cü gününə isə "paraskavedekatriafobiya" deyilmişdir.
2. Ayın 13-cü günündən həftənin beşinci gününə düşməsi hər il ABŞ iqtisadiyyatına 800 milyon dollar ziyan vurur. (Həmin gün isə çıxmır, çıxdıqda belə həmin gün həsh bilib işlərində səhlənkarlıq edirlər).
3. ABŞ-dan fərqli olaraq Çində 13 rəqəmi "yaşamalıdır" heroqlifinə bənzədiyindən xoşbəxt rəqəm kimi qəbul olunur.
4. Napoleon Bonapart, Herberq Huver və Franklin Ruzvelt 13 rəqəmindən çox qorxardılar.
5. "Appola 13 "kosmik gəmisininbfəzaya buraxılışı saat 13:13-ə təyin olunsa da, kosmonaftlar uçuşdan imtina edirlər. Yerə isə Aprelin 13-çü həftənin beşinci günü qayıdırlar.
6. Formula-1 yarışmasında 13 rəqəmli avtomabil olmur.
7. Bir çox Amerika və Avropa otellərində 13 nömrəli otaq olmur.
Rəqəmlə əlaqəli İslam dini tam fərqli baxışa yiyələnir.
Qurani-Kərimin müxtəlif ayələrində 1-dən 12-dək bütün rəqəmlərin adı çəkilir, lakin 13 rəqəminin adına rast gəlmək olmur. Bəlkə də məqsəd 13 rəqəminin heç də həhs olmamasını bəyan etməkdir. Bu haqda daha ətraflı gələn sayımızda....
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]