Cümə günü, 2024-03-29, 1:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 7:06 PM
İSLAM ƏN MƏNTİQLİ DİNDIR
Xurafatın yayılması, əqlin ziddinə olan mövhumatdan doğan məsələlərin qəbul olunması, bir dinin reallığını, böyüklüyünü və onun tərəfdarlarını sual altına aparan amillərdəndir.
Çağdaş dünyamızda din və ayinin böyüklüyü və reallığı, ictimaiyyət və xalq arasında daha çox fikir, hökm və mədəniyyətlərin əql və məntiqlə uyğunlaşması, mövhumat və uydurmalardan daha uzaq olması ilə səciyyələnir. Başqa sözlə desək, hal-hazırkı əsrdə dini təhqiqatçılar deyirlər: «Ən güclü din və ayin, xüsusən dinpərəstlərin etiqadları əql, fitrət və sağlam vicdana əsaslanmalıdır. Yəni haqq din o dindir ki, Allahı ən gözəl şəkildə tanıdır. Bəzən də tanrı, din və firqələri bu şərtlər əsasında ölçüb müqayisə edirlər.
Məgər, səmavi və qeyri-səmavi dinlər, müxtəlif məzhəblər arasında İslam, xüsusən də şiəlik saflığında olan İslam kimi daha məntiqli, ağıla söykənən din və ayin tapılarmı?! Səmavi dinlərlə kifayətlənək; xristianlığın təslisini İslamın saf tövhidi ilə necə müqayisə etmək olar?!
Bu gün bəşərin əqli hansı Allahı daha çox qəbul edir?! Niyə həqiqi allahçılıq təkcə xristianlıqla tanıdılır?! Hansı sağlam düşüncə və vicdan inək, büt, su və atəşə sitayişi, boqvan
və şeytanpərəstliyi qəbul edər və ya başqa yalançı allahlara baş əyər?! Hansı din və məzhəbdə bizim Peyğəmbərimizin (s) 14 əsr bundan öncə buyurduğu həkimanə təlimlər var?!:
قوام المرء عقله، و لا دین لمن لا عقل له
«İnsanın canının mayası onun ağlıdır. Ağlı olmayanın dini də yoxdur!»
Rəsul buyurdu: «kim ki, əhməqdir,
Düşmənimizdir, yolkəsən divdir.
Aqil olan kimsələrdir canımız,
Qoxusu, ruhu, bizim reyhanımız.»

ŞƏHİD MÜTƏHHƏRİNİN BİR MÜQAYİSƏSİ
İslamın başqa dinlərlə müqayisədə ən məntiqli və ağıla söykəndiyini və heç bir dinlə, xüsusən təhrif olunmuş xristianlıq ayini ilə müqayisə olunmamazlığını aydınlaşdırmaq üçün ustad Şəhid Mütəhhərinin həlledici və hidayətedici kəlamını önə çəkirik. O, deyir: «Biz, fövqəladə islami mətnin fövqəladə şəkildə əqli himayə etməsi ilə üzləşirik ki, dinlərin heç birində bu müşahidə olunmur!...
Siz İslamı xristianlıqla müqayisə edin; xristianlığın iman çərçivəsi, ona müdaxilə etmək üçün ağıla haqq vermir. «İnsanın inanmalılar haqqında düşünməyə haqqı yoxdur!» Ağıla, «nə üçün?», «necə?» sualları vermək icazəsi verilmir. Bir keşişin – insanların imanının qoruyucusunun vəzifəsi, düşüncə hücumlarının və əqli dəlillərin iman çərçivəsinə daxil olmasının qarşısını almaqdır. Xristianlığın əsas təlim üsulu da bundan ibarətdir...
İslamda isə məsələ bunun tamamilə əksinədir. İslam dininin üsulunda əqldən başqa heç bir şeyin ona dəxalət etməsinə haqqı yoxdur. İslamda və islami mənbələrdə ağıl haqqında fövqəladə yüksək sözlər söylənmişdir».
QƏRBDƏ İSLAMA OLAN MEYLİN MİQYASI
İslamın bu xüsusiyyət və özəliyyi çox təsir və bərəkətlərə malikdir. Onlardan biri də, hal-hazırkı əsrdə bütün dünyada, xüsusən qərb ölkələrində, İslamın intiqrasiyasının genişlənməsi və qəbul olunmasıdır. Həzrət Məhəmmədin (s) ayinində əsas diqqəti özünə cəlb edən xüsusiyyət onun əqlə söykənməsi, cahilliklə mübarizəsi, elm, düşüncə, bilik və təfəkkürü müdafiə etməsidir. Bu gün bütün bu mədəniyyət və siyasətlər, hətta düşmənlərin təhqiqatçıları belə İslamın yayılmasının təəccüb doğuran miqyasını danmırlar. Məsələn, Amerika institutlar əlaqəsi ixtisası üzrə professor ustad Mulana, Qumun Feyziyyə mədrəsəsində (isfənd, 1380 (ş)) dedi: «Amerikada 10 milyon müsəlman vardır. Mən 45 il bundan öncə Amerikaya varid olanda, Amerikada təkcə 1 məscid var idi. İndi isə 2000 məscid tikilib.»
Din üzrə təhqiqatçıların nəzərinə görə, əgər müsəlmanların çoxalma faizi dəyişməz (ş: 1382-ci il) qalarsa, 17 ildən sonra bu ölkənin neçə-neçə böyük şəhərlərindəki müsəlmanların sayı xristianların sayından çox olacaq.
İSLAMLA NAMƏRDCƏSİNƏ MÜBARİZƏ
Dinə iftira, yalan və böhtan atmaq yolu ilə düşmənlərin İslam və müsəlmanlarla amansız mübarizəsi, son zamanlarda müqəddəs şəxslərimizin təhqir olunması, məzhəbi məkanlara hücumlar, sputniklərin, saytların, antiislam telekanallarının və minlərlə başqa-başqa təbliğat kompaniyalarının işə düşməsi üçün külli miqdarda vəsait qoyulmasının səbəbinin haradan qaynaqlandığını düşünürsünüzmü?!
Onların zora və məntiqsiz üsullara əl atmaları bu səmavi, sonuncu və ən kamil dinin saf və misilsiz maarifi önündə əqli, məntiqli şəkildə müqavimət göstərə, mübahisə, münazirə və dialoq yolu ilə İslamı məhkum edə və onu həyat səhnəsindən çıxara bilmədiklərinə görə deyilmi?!
Təhqiqatçılar İslamın dünyada intiqrasiyası, xüsusən də mütəfəkkirlər müqəddəs dinimizin əqlə və elmə söykənməsi barədə müzakirə apardıqları zaman deyirlər:
- Nadir hallarda bir mütəfəkkiri görmək olar ki, əqli və elmi ehtiyacları təmin etmək üçün İslamı qoyub başqa bir dinə üz tutsun. Çünki İslam bu cəhətdən daha çox nöqsansızdır. Təkcə özünün elmi və əqli ehtiyaclarını təmin etdiyi üçün dinini dəyişib İslamı qəbul edən çox sayda mütəfəkkir tanıyırıq.
Düşmənlərin bu məsələyə necə reaksiya verəcəklərini düşünürsünüzmü?! Belə acı bir reallıqla (əlbəttə, onlar üçün) barışarlar, yoxsa qeyri-insani vasitələrə əl atarlar?! Cavabı hansıdır...?!
XURAFATÇILIĞIN ZƏRƏRLƏRİ
İslamın dünyadakı vəziyyəti haqda verdiyimiz bu müxtəsər izahdan sonra əgər müsəlmanların və yayılmaqda olan bu misilsiz dinin tərəfdarları arasında xurafatçılıq, mövhumat və qondarma adət-ənənələr vüsət alsa, hansı qüdrət və izzətlə öz dinimizi müdafiə edib dünyaya car çəkəcəyik?! Onun əqidə, hökm və səmavi qanunlarını, ən məntiqli və elmi din olduğunu necə tanıdacağıq?!
Mövhumat və xurafatın yayılması getdikcə dinimizin mahiyyətini dəyişərək, onun saf həqiqətini bulandırır. Buna görədir ki, məzhəbdə olan xurafatı, təsir və dağıdıcılıq cəhətdən xurafatın ən xoşagəlməz növü adlandırırlar. Mövhumat və xurafi fikirlər, eləcə də qondarma adət-ənənələr özünə dini don geyib bütün imanlı şəxslərin fikir və əməllərinə kölgə salır, zərərli təsirləri fərdin ictimai-sosial həyatında özünü göstərir. Bu xurafi əməllər zaman keçdikcə etiqad və məzhəbi ayin kimi formalaşır, dinin həqiqi mahiyyətini dəyişir. Xurafat və qondarma məsələlər çoxaldıqca, dinin əslində şəkk və tərəddüdə yol açır, insanların ona olan saf imanı zəifləyir.
XURAFAT VƏ ƏSASSIZ RƏVAYƏTLƏR ÜMMƏTİ MƏHVə aparır
Dinin adına istinad edilən xurafi və qondarma adət-ənənələrin yayılmasının mənfi təsirləri İslam ümmətini azdıra biləcək qədər böyükdür.
Rəsuli-əkrəm (s) İslamın zəifləməsi, müsəlmanların dağılması və yox olması amilləri haqqında buyurur:
هلاک امّتی فی ثلاث: فی العصبیة، و القدریّة و الرّوایة من غیر ثبت
«Ümmətimin həlakı üç şeydədir:
1. Təəssübkeşlik (tayfa-qəbilə təəssübkeşliyi);
2. Qədəriyyə məzhəbi (bunun nəticəsində əqidə dəyişib zülm və zillət qəbul edilir);
3. Əsassız və qeyri-mötəbər rəvayətlər.»
4.
Xurafat və qondarmaların qəbul olunması, bu rəvayətin üçüncü bölməsinin bariz nümunələrindən biri deyilmi?! Bəzilərinin inancına çevrilmiş bu qondarma adət-ənənələr İslamın həqiqi simasını dəyişib, onu dağınıq və süquta uğramış kimi göstərmirmi?! Bu azdırıcı və ağlasığmaz ayinlər dinin aydın və cazibəli simasını dəyişib, onun əhkam və əqidələrini bəzilərinin gözündə xurafi, nadan və qondarma edərək, orta əsrləri xatırlatmırmı?! Şair deyir:Nə qədər özümüz olsaq viranə,
Hey abadlaşacaq yenə bütxanə.
Əgər dinimizi etsək pərişan,
Çoxalar küfrümüz, bil ki, o yandan.
Olmaz heç bir zaman eyib İslamda,
Varsa, tapılmışdır o, müsəlmanda.

Bünövrəsi təfəkkür və əql üzərində qoyulan, elm-əql ilə silahlanmış bir dinin belə xurafat və batil məsələlərlə necə göründüyünü və başqalarının, onun haqqında nə düşündüklərini Allah bilir!
Lətifsözlü bir şair, İslam üçün zərərli, dağıdıcı olan bu məsələləri peyğəmbərlərin sonuncusu həzrət Xatəmə (s) xitabən belə ərz edir:Sənin o dinini bəzəklədilər,
Hey bəzəklədilər, düzəklədilər.
Ona geydirdilər ayrı bir donu,
Görsən, tanımazsan özün də onu.

QEYBƏT ƏSRİNDƏ İSLAMIN BAŞQALAŞMASI
Təəccüblüsü budur ki, İmam Zaman (ə.c.) zühur edib İslamın saf həqiqətini, həzrət Xatəmin (s) ayinini aşkar və bəyan etdiyi zaman bir qrup adamlar deyəcəklər: «İmam Zamanın (ə.c.) bizi dəvət etdiyi din yeni və İslamdan fərqlidir!»
Qeybət əsrində təhrif, yozma, artırıb-azaltma, azdırıcı xurafatın diniləşdirlib ona əlavə olunması nəticəsində bu fərqlilik yaranaraq, zaman keçdikcə müsəlmanların inancının bir hissəsinə çevrilmiş, nəticədə islami mətnlərə daxil olmuşdur. Məhəmməd ibn Əclan imam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:
اذا قام القائم (علیه السلام) دَعَا الناس الی ا لسلام جدید، و هداهم الی امرقد دثر، فضل عنه الجمهور، و انما سمی القائم مهدیا لانه یهدی الی امر قد ضلوا عنه
«Həzrət Qaim (ə) qiyam etdiyi zaman yenidən insanları İslama dəvət edəcək və onları köhnəlmiş, əksəriyyətinin uzaqlaşdığı itmişlərə yönəldəcək. Buna görə həzrət Qaimi (ə) «Məhdi» adlandırırlar ki, itmişlərə (xatırladıb ona) yönəldəcək.»
Sanki Peyğəmbəri-əkrəm (s) «axirəz-zaman» adlandırılan bu qeybət əsrinin dəyişikliyinə işarə etmişdir: «Ümmətim üçün bir zaman gələcək ki, Quranın yazısından və İslamın adından başqa bir şey qalmayacaq, Quran və İslama ondan ən uzaq olanlar yiyələnəcəklər...»Müsəlmanlar, müsəlmanlar! Müsəlmanlıq, müsəlmanlıq!
Bu dinsizlərin əlindən peşmanlıq, peşmanlıq!
«Müsəlmanlıq» olub indi yalan adətlərin ismi,
Hanı, bəs hardadır; əfsus, müsəlmanlıq, müsəlmanlıq?!
Bu dinin Günəşi batdı, yetişdi dinsiz əyyamı,
Yox oldu dini-Səlmanı, necə oldu müsəlmanlıq?!

Sənai Qəzvini
Xurafi və qodarma məsələlərin təsiriləri bu gün-sabahla tamamlanmayıb, Vəliyyi-əsrin (ə.c.) zühurunadək davam edəcək, o Həzrət və İslam ümməti üçün problemlər yardacaq.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 803 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]