Cümə axşamı, 2024-04-25, 9:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 7:04 PM
DİNDƏN KƏNARLAŞMAQ – XURAFATÇILIĞIN BAŞQA BİR ZƏRƏRİ
Xurafatın, məntiqsiz və ağlın əleyhinə olan ayinlərin vüsət almasının başqa təsirlərindən biri də, camaatın dindən və onun maarifindən qaçmasıdır ki, bu da heç nə ilə bərpa olmayan böyük xəsarət və zərərdir. İnsanları dəstə-dəstə özünə çəkməli olan din, bəzən dindarları da təşvişə salıb özündən qaçırmışdır!
Dini maarif və əqidələr xəyallara, xurafi və su kimi axıcı, səthi dəlillərə söykənirsə, məlumdur ki, ondan qaçmaq lazımdır. Bunlara etiqad bəsləmək dinin zərəri ilə nəticələnəcək! Qurani-kərim mövhumatdan doğan dəlilsiz etiqadların müqabilndə qüdrətlə dayanır:
«Dedilər: «Yəhudi, ya xristiandan başqa heç kəs Cənnətə getməyəcək!» dedikləri zaman Quran buyurur: «Bu, sizin arzularınızdır. Əgər (bu dediklərinizdə) haqlısınızsa, dəlillərinizi gətirin!»

Yəni insanları özünə cəzb etmək üçün dinin hökmləri, əqidələri sübut və dəlillərə söykənərək, doğru mənbələr əsasında təbliğ olunub yayılmalıdır. İxtisasçılar deyirlər: «Dindən uzaqlaşmanın səbəblərindən biri də budur ki, bəzi dindarlar onu ağlasığmaz şəkildə göstərirlər. Yaxud da dini və onun hədəflərini əqli və məntiqli şəkildə müdafiə edə bilmirlər. Bunun nəticəsində, bəzi adamlar dinə cəzb olmayıb bir sıra ağılsız məsələlər üzündən dindən qaçırlar.»


QURANDA AĞILA ZİDD MƏTLƏB YOXDUR

İslam əql və məntiq dinidir! Quran da bir kitabdır ki, onda ağıl ilə uyğunlaşmayan və zidd heç bir yazı yoxdur. Quranda olanlar, ya ağıla uyğundur, ya da ağılın fövqündədir. Əlbəttə, bu, təkcə İslam və Qurana aid deyil. Əgər başqa dinləri də uydurma və təhriflərdən təmizləyərək nəzərdən keçirsək, peyğəmbərlərin qeyri-əqli məlumat və ağıla zidd olan bir din gətirmədikləri nəticəsinə gələcəyik. Ustad Şəhid Mütəhhəri deyir: «Peyğəmbərlər öz sözlərini ilk növbədə ağıllara təbliğ etmək istəyirlər. Əgər xristianlığın «İmanın ağıl ilə əlaqəsi yoxdur!»-deyərək bunun əleyhinə qiyam etdiklərini görsək, bu hal, xristianlığın təhrif olması ilə bağlıdır. Həqiqətdə, həzrət İsa ibn Məryəm (ə) heç bir vaxt belə söz deməmişdir! O, nə təslisdən danışa, nə də təslisin heç bir ağılla uyğunlaşmadığını gördükdə, heç bir vəchlə, «İman məsələsi ağıldan ayrıdır!» deyilməsinə yol verə bilməzdi! Bu, xristianlığın təhrif olmasıdır. Heç bir peyğəmbər belə söz deməmişdir!»


İNSANLARIN DİNDARLIĞINDA TƏBLİĞATÇILARIN ROLU
İslam maarifi, dini göstəriş və ilahi əmrlərin bəyanı dinin ağıla zidd olmadığı şəkildə, elm və biliyin önündən qaçmadan, ağılsızcasına süst və düzgün olmayan dəlillərlə təqdim olunmamalıdır. Əks halda inciklik, dinə nifrət, din və dindarlığa ciddi zərərlərin dəyməsi ilə nəticələ bilər. Ustad Şəhid Mütəhhəri bəzi təhsil almış şəxslərin dini inkar etmələrinin, onların dindən incikliyinin bu nöqtə ilə əlaqəli oldugunu deyir: «Bu söz, çox düzgün bir sözdür; bəzi təhsilli şəxslərin dini inkar etmələri və ondan uzaqlaşmalarının səbəbi, məzhəbi və dini təlimlərin onlara düzgün olmayan tərzdə çatdırılmasıdır. Əslində, onların inkar etdikləri Allah və dinin həqiqəti deyil, başqa şeydir...»

Burada dinin təbliğinin əhəmiyyəti və İslam maarifinin necəliyi aydın olur, natiqlərin vəzifəsinin çox həssas olması, yazıçıların və din təbliğçilərinin təhlükəli rolu aşkarlanır. Rahatlıqla, axtarış aparmadan və şəxsi sinfi zövq və anlayışla İslamın adından danışıb, onun saf həqiqətini göstərmək olmaz! İslamın təbliğini Xomeyni, Şəhid Mütəhhəri, Şəhid Behişti və Əllamə Təbatəbai kimi böyük alimlərdən, yaxud da imam Musa Sədr kimi alimlərdən öyrənilməlidir. Böyük bilik adamı, yazıçı Corc Cordaq onun haqqında yazır: «Əgər ruhanilər, İslamı Musa Sədr kimi anlatsaydılar, xristianlıq və başqa dinlərdən əsər qalmazdı.»


XURAFATIN YARANMASI VƏ İNSQANLARİN ONU QƏBUL ETMƏlərİNİN AMİLLƏRİ
Xurafi və səhv adət-ənənələrin yaranıb qəbul olunmasında müxtəlif amillər rol oynayır. Burada onlardan bəzi nümunələrə işarə edirik:
.1. CAHILLIK VƏ NADANLIQ
Təəccüblüdür ki, Allah-Təala ən böyük mövhumat və xurafi əqidələrdən biri olan bütpərəstliyin köklərinin cəhl və nadanlıq olduğunu bildirərək, bizi ibrət almağa dəvət etmişdir: Bəni-İsrail Fironun caynağından xilas olub dəryadan salamatlıqla keçdikdən sonra yol əsnasında bütpərəst olan bir cəmiyyətlə rastlaşdı. Bu səhnəni gördükdə, həzrət Musadan (ə), ibadət etmələri üçün bir büt tanıtmağı istədilər.
قالوا يا موسى اجعل لنا الها كما لهم آلهه قا ل انكم قوم تجهلون
Həzrət Musa (ə) onların cavabında dedi: «Siz, cahil və nadan bir cəmiyyətsininiz!»
Yaxşı deyiblər:Cəhldən ruhunu kim etsə kənar,
Nəğməsi, nübüvvət nəğməsi olar.

Nadanlıq və cəhalət, xurafatın yayılıb genışlənməsində ən əsas və mühüm səbəblərdəndir. Onun keçmişdə və hal-hazırkı əsl kökünü bunda axtarmaq lazımdır. Əsl problem də budur ki, nadanlıq və cəhalətin dərmanı asan olmayıb, bəzən peyğəmbərləri aciz və çarəsiz etmişdir. Ondan böyük müşkül və xəstəlik varmı?!
CAHİLLİK SAĞALMAZ XƏSTƏLİKdİr
Rəvayətdə deyilib ki, həzrət İsanı (ə) qaçan halda görürlər və soruşurlar:
– «Nədən qaçırsınız?
– Buyurur:
– «Cahildən!
– «Siz ki, öz ilahi nəfəsinizlə ölünü dirildib ona yenidən həyat bağışlayırsınız, amma cəhl və nadanlığına çarə edə bilmirsiniz?!
– «Yox! Ona çarə edə bilmirəm. Ondan xilas olmaq üçün qaçıram.
عالجت ا لاحمق فلم اقدر علی اصلاحه
«Axmaq və nadana çarə tapmaq üçün çalışdım, amma onun dədrinə dərman tapa bilmədim.»
Mövləvi, gözün korluğunu cəhalətlə müqayisələndirərək, bu dastana işarə edir:Allahın qəhridir axmaqlıq dərdi,
Amma korluq isə təkcə bəladır.
Bəlanın zəhməti rəhmə səbəbdir,
Axmaqlıq əzabı yara, yaradır!
Çox qanlar tökübdür axmağın sözü,
Qaç ondan, çün qaçıb İsanın özü.
Yavaş-yavaş hava suyu sovurar,
Axmaq da onun tək dini oğurlar.
Sənə «soyuq» verər, «isti»ni çalar,
Daşı mütəkkənin yerinə qoyar.
İsa qorxusundan qaçmadı ondan,
Qaçdı ki, sən ondan ibrət alasan.

2. KORKORANƏ VƏ ƏSASSIZ TƏQLİDLƏR
Bəzən xurafat elə şəkildə yayılır ki, guya şəxs ona əməl etməsə günah etmiş olur. Sanki buna görə onu təhlükə və zərər gözləyir. Məsələn, bəzi yerlərdə qurbanlıq qanının təzə avtomobilə tökməyi təhlükəsizlik tədbiri sayırlar. Ona əməl etməyənləri isə hər an təhlükə təqib edəcək və onların mütləq avtomobil qəzası keçirəcəyini sanırlar!Xalqı məhv eylədi öz təqlidləri,
Lənətləyək belə təqlidləri.
Sürüdən bir qoyun ayrılsa əgər,
Hamını azdırıb yoluna çəkər.

İslam dini və bizim səmavi kitabımız olan Quran, düşüncəsiz və nadan təqlidlə mübarizə aparır. Dəfələrlə bildirir ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul olunan bir əməl, onun doğrulugunu göstərən amil deyil. Bəzən cəmiyyətin əksəriyyəti səhv yol tutur. Bizim də qoşulub onların arxasınca getməyimiz böyük səhvdir!
Şairin bu iki beytinə diqqət yetirin:Düşmə xalqın arxasınca, olma bir eşşək, aman!
Çünki xalqdan təkcə eşşəklik gələr bil haman.
Bir inəkdən büt qoyub Allah sayar xalqın özü,
Amma Nuh peyğəmbəri rədd eyləyər, görməz gözü.

3. DÜŞÜNCƏ YERINƏ HISS
Xurafatın qəbul olunma amillərindən biri də ağıl, məntiq və dəlillərə əsaslanan davranışın yerinə hiss və duyğunun keçməsidir.
Adətən, insanların əksəriyyəti özünün əqli və məntiqi ehtiyaclarını ödəmək arxasınca getmir. Buna görə də, onları hiss və duyğular yolu ilə ələ alaraq bir işə vadar etmək və ya çəkindirmək olar. Aristotel bunun həqiqətini etiraf edərək deyir: «Elmi və dəqiq (yəqin) dəlillər xalq kütləsi üçün faydasızdır. Onları əqli dəlillərlə qane etmək çətin məsələdir. Ən dəqiq və ən kəskin elmlərlə camaatı bir işə vadar etmək olmaz. Çünki yəqinə söykənən elm, dillərdə dolanan söz-söhbətdən (şüar) və hisslərdən deyil, ağıl və təfəkkürdən qaynaqlanır.»
Məsələn, bir şəxsin mühüm bir problemi olarsa, xəstəlik, yaxud çətin bir iş irəli gələrsə, ona «Aşın qazanı ilə nəzəri uzaqlaşdır», ya «Neçə bağlama şamı filan qəbiristanlıqda yandır», yaxud «Filan qoca falçı arvadın yanına gedib falına baxdır» və s... deyərlər. Bu zaman duyğu və hisslər deyilənləri elə bir şəkidə göstərir ki, ağılla fikirləşmək üçün fürsət belə qalmır. Dinimiz dəlilsiz bir şeyi qəbul etməməyə, əqli və nəqli faktlar olmadan onun həyata keçirilməməsinə göstəriş verir. Bu məsələ təfərrüatı ilə sonrakı bölümlərdə izah olunacaq.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 804 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]