Cümə günü, 2024-04-19, 9:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 7:02 PM
DAHA ÇOX KİMLƏR XURAFATI QƏBUL EDİRLƏR
Görəsən, daha çox kimlər xurafatı qəbul edib ona əməl edirlər?! Hansı qrup adamlar xəstəliklə, problemlə qarşılaşanda daha çox və daha tez falçılara pənah aparırlar?! Çay, noxud və qəhvə falına etiqad bəsləmək, bədnəzərin qarşısını almaq üçün yumurtanı maşının təkəri altında, ya da insanların gözü önündə sındırmaq, əlin içinə baxmaq, kitab açmaq, evin böyüklərinin ölməsinə səbəb olmasın deyə, böyük şam və xurma ağaclarını evdə soymamaq və sair xurafati əməllər, görəsən, daha çox hansı fərdlər üçündür?! Bəxt, şans, xoşbəxtlik ulduzu, ayağı düşməmək və s. bunun kimi fikirləri qəbul etmək, kimlər tərəfindən irəli sürülür?! Bu şerləri kimlər qoşub ona etiqad bəsləyirər:Hər kimin dönərsə iqbalı, baxtı,
Eşşəyə çevrilər mindiyi atı.
Su üçün səharaya yollansa əgər,
Bir damçı tapılmaz, gövhərə dönər.
Toy edib bəy olsa, o bəxtidönər,
Yel əsib toy günü çırağı sönər.

Burada yoxsul-varlı, elm-cəhl, sağlamlıq-xəstəlik, rahatlıq-çətinlik, həyatdan razılıq, yaxud da narazılıq rol oynayırmı?! Bir az düşünsək, yuxarıda saydıqlarımızın oynadığı rolu inkar etmərik. Zərbi-məsəldə deyildiyi kimi, təcrübədən keçmişdir ki, «الغریق یتشبث بکل حشیش; Suda boğulan, hər otun kökünə əl atar. Çox hallarda yoxsulluq, xəstəlik və həyatın problemləri düzgün olmayan etiqad, mövhumat və xurafatın qəbul olmasında güclü amillərdən olmuşdur. Lakin bunları əsas səbəb götürmək olmaz. Məsələnin kökünü başqa yerdə və başqa amillərdə axtarmaq lazımdır.
İndiyədək bəşəriyyətin rəhbər və yol göstərənlərini, – o qədər çətinlik və bəlalarla üzləşdiklərinə baxmayaraq – «bəxt», «şans», «bəxtigətirmə» və s barədə danışan görmüsünüz?! Özlərinin və cəmiyyətlərinin talelərini fələk və qəza-qədərlə bağlamışlar?!
Burada Nəbiyullahın (s) elm qapısı həzrət Əlinin (ə) həkimanə və yolgöstərici bir kəlamına işarə edirik:
اذا قویت نفس الانسان انقطع إلی الرای، و اذا ضعفت انقطع إلی البخت
«İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxt və şansa arxalanır.»
Bəli! Xurafatın qəbul olunub-olunmamasının ən mühüm amili, insanın ruhununu – iradəsinin güclü və ya zəif olması ilə bağlıdır. Buna görə də, cadugərlər, ovsunçular və ruhu ehzar
edənlər əvvəlcə onlara müraciət edənləri ölçüb, iradələrinin nə dərəcədə möhkəm və ya zəif olduğunu götür-qoy edirlər. Müştərinin güclü ruh və iradə sahibi olduğunu gördükdə, hər hansı bəhanə ilə (vaxtın azlığı, zamanın və məkanın münasib olmaması kimi və s.) onun işinin yükünü çiyinlərindən atıb, üzrlü olduqlarını bildirirlər.
Sözün qısası budur ki, fərd, yaxud cəmiyyətin nə qədər ağıl, düşüncə məntiq, təcrübə və dəlil əhli olması, onların təkamülünün hansı səviyyədə olduğunu bildirir. Nəticədə, onların arasında xurafatın qəbul olunub yayılması azalır və ya çətinləşir.

XURAFATDA PSİXOLOJİ SƏBƏBLƏR
Psixoloqlar xurafatın qəbul olunmasının psixoloji amilləri haqqında deyirlər: «Bəzən adamlar həyatın keşməkeşində özlərinə qarşı itirdikləri inamı rəmmallara, taleyəbaxanlara, müxtəlif sehr və cadulara əl atmaqla yenidən bərpa etmək istəyirlər. Çalışıb zəhmət çəkmədən inam tapmaq, iztirablarını azaltmaq, uduzduqlarını əldə etmək və möcüzəvi müvəffəqiyyətə çatmaq istəyirlər. Lakin onun acı nəticələrindən xəbərsizdirlər. Fərdlər arasında konfliktin yaranması, əlin işdən soyuması, iradəsizlik, özünə inamsızlıq, mövhumatdan doğan intizar və ümid, hətta iqtisadi zərərlər də bu qəbildəndir.»
Psixologiya ilə tanışlıq barəsində mütaliələr göstərir ki, gələcəyə ümidin olmadığı ən həlledici anlarda, adamların qorxu və qaranlıq hiss etdikləri vaxt xurafatın qəbul edilib yayılması üçün zəmin yaranır. Yəni nadanlıq (cəhl) və qorxu, xurafatın qəbul olunması üçün iki güclü hərəkətverici amillərdir.

ƏRƏB CAHİLİYYƏTİ DÖVRÜNDƏ XURAFAT
Bəşəriyyətin inkişafında, onun cahillik və xurafatdan xilas olmasında İslamın oynadığı rolun daha da aydın olması üçün İslamdan öncə olan xurafi və cahil əqidələrdən qısa nümunələrə işarə edirik.
– Ərəb cahilliyyəti dövründə səfərə çıxan şəxsin arxaya baxmağa haqqı yox idi. Əks təqdirdə, onun üçün problemlər yaranacaqdı.
– Uşağa qalmayan qadın əgər ölmüş kişinin cəsədinə yeddi dəfə ayaq qoysaydı, artıq onun uşağının ölməyəcəyinə etiqadlı idilər.
– Ərəbin böyükləri özləri ölməmişdən öncə bir dəvəni öz qəbirlərinin kənarında dəhşətli şəkildə öldürüb basdırardılar ki, Qiyamət günü piyada qalmasınlar.
– Əgər səfərdə olanın qayıtmağını istəməsəydilər, onun üçün ocaq yandırardılar.
– Arzulamadıqları qonağı yola salmağı sevmədikləri üçün xəlvətcə onun arxasına kasa qoyardılar ki, bir daha qayıtmasın.
– Cahiliyyət dövründə yaşayan ərəblər getdikləri yerdə qorxu ilə üzləşsəydilər, yüz dəfə eşşək kimi səs çıxarar və ya tülkü sümüyünü bədənlərindən asardılar.
- Əgər bir şəxs çöllükdə (yolu azıb) itsəydi, divləri qorxutmaq üçün öz köynəyini çevirib tərsinə geyərdi.
- Dəvələrinin sayı yüzə çatsaydı, həsəd aparananın bədnəzərinin qarşısını almaq üçün erkək dəvənin bir gözünü çıxarıb kor edərdilər.
- Dişi inəklər su içməyəndə, buynuzlarının arasında olan cinlər uzaqlaşsın deyə, erkək inəklərin üz-gözünə vurardılar.
- Əgər uşaqlarının dişi düşsəydi, onu iki barmaqla səmaya atıb deyərdilər: «Günəş! Ondan yaxşı diş ver!»
- Yağış yağmasaydı, cahil ərəblər tez alışan çubuqları götürüb inəyin quyruğuna bağlayıb, yandırardılar. Yazıq inək də böyürər, aşağı-yuxarı atılardı. Onlar da bunu göyün gurlaması əlaməti sayıb, yağışın yağacağını güman edərdilər.
- Quş uçan zaman onun hərəkləri ilə fala baxardılar. Əgər quş sağ tərəfə uçsaydı uğur rəmzi, sola uçsaydı uğursuzluq sayıb, uduzmaq əlaməti hesab edərdilər.
Qız uşaqlarının diri-diri qəbrə basdırılması, arvadların dəyişdirilməsi, məntiqsiz və ifrat həddində olan şəhvətdən doğan evliliklər və s. adətləri də yuxarıdakı nümunələrə əlavə etmək olar.

Müəllif: Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər


Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 866 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]