Şənbə günü, 2024-04-20, 2:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 7:01 PM
ELM VƏ İNKİŞAF ƏSRİNDƏ XURAFAT
Nadanlıq və cəhalət gecə-güdüzmü, xüsusi zaman-məkanmı tanıyır?! Bu gün də – elm, bilik və inkişaf dövründə xurafat və nadanlıq müsibəti bəşəriyyətdən əl çəkmir. Mövhumatdan doğan əsassız əqidələr bu məğrur bəşərin əllərini bağlayır, atom kəşfini, kosmik nailiyyətini kölgələyərək orta əsrləri, bəzən də cahiliyyət əsrini xatırladır. Əgər buna inanmırsınızsa, bu gün cəmiyyətin qəbul etdiyi xurafata baxıb, yaxşı-yaxşı düşünün və özünüz qərara gəlin!
İnformasiyanın bəzən bizə çatdırdığı müxtəlif ölkə və millətlərin bir sıra xurafi əqidələrini görəndə, insan təəccüblənməyə bilmir. Öz-özünə: «Bunlar, heç də cahiliyyət dövründə olan əqidələrdən geri qalmır!»-deyir.
Görəsən, xurafat, elmi tərəqqinin olduğu vəziyyətlə yanaşı necə və niyə yayılır?! Dünyanı xurafatdan nə uzaqlaşdıra bilər?! Elm-bilik, mal-dövlət, yoxsa sənət?! Bəs niyə uzaqlaşdırmır?! Niyə qərbin bilik adamlarının elm və texnikanın, bəşəriyyətin səadətini təmin etməsinə sadəlövhcəsinə olan inamı, hal-hazırda tükənməkdədir. Buna görə də, sırf maddi inkişafın insanın problemlərini həll etməməsi həqiqətini dərk etməkdən başqa çarə qalmır...
Təqribən bütün dünyada indiyidək qəbul olunan ən şirin yalan da elə budur: elm həqiqətə tərəf gedən yeganə yoldur.»

İMAM ZAMANIN (Ə) DÖVRÜNDƏ CAHİLİYYƏT
Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf edib bəşəriyyəti azğınlığa və puçluğa sürükləyəcək.Yaranmış həşrədək belə olacaq,
Şor su şor, şirin su şirin qalacaq.

Təəccüblüsü budur ki, dünyanın yeganə xilaskarı üçün (bütün dünya əhli Ona fəda olsun və Allah, gəlişini yaxınlaşdırsın) atom bombası və hərbi silahlardan çox, insanların nadanlıq və cəhalətinin problem yaratdığını deyirlər!
Fəzl ibn Yəsar deyir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:

ان قائمنا اذا قام استقبل من جهل الناس اشد مما استقبله رسول الله (ص) من جهال الجاهیة

«Bizim Qaimimizin (ə.c) zühur etdikdə, axirəz-zaman camaatının cəhlindən görəcəyi azar-əziyyətləri, Rəsulallahın (s) İslamdan qabaq gördüyü ərəblərin cahiliyyətindən daha çətin olacaq.»
İmamdan soruşdum: «Bu necə olur?!» Həzrət (ə) buyurdu: «Peyğəmbər (s) yonulmuş daş, qaya, çubuq və taxtaya pərəstiş edən camaatın arasına gəldi. Amma bizim Qaimimiz qiyam edəndə, camaatın hamısı onun üçün Allahın Kitabından dəlil gətirəcək, Quran ayələrini təfsir edib yozacaqlar.»
Baxın! Səhv başa düşmək, əyri anlamaq və cahillərin saf İslam dinini xoşagəlməz tərzdə öyrətmələri işi hara aparıb çıxarır. Məsum İmamın kənarında, Quran ayələrinə ehtiyaclı olduqları halda, öz anladıqlarını düzgün sayırlar!!

Müəllif: Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər


Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 775 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]