Şənbə günü, 2024-04-27, 5:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 7:00 PM
HİNDİSTAN – QƏRİBƏLİKLƏR DİYARI
«Cövşən-kəbir» duasında oxuyuruq:
یا من فی البحار عجائبه
«Ey o Allah ki, yaratdığı qəribəliklər dəryalardadır.»
Ustadlardan biri deyirdi: «Dəryaların dibinə getməmişəm, amma Hindistana səfər etmişəm. Orada tayfaların qəribəliklərini görəndə dedim:
یا من فی الهند عجا ئبه
«Ey o şəxs ki, qəribəlikləri Hindistandadır.»
Biz də Hindistanın müxtəlif tayfa və firqələrinin əqidələri, adət-ənənələri haqqında olan kitabları mütaliə etdikdən sonra dedik:
یا من فی الهند خرافاته
«Ey o şəxs ki, xurafatı Hidistandadır.»
Əgər inanmasanız, dəryanın bir nümunəsi sayılan bu kitabları nəzərdən keçirin: «Bərrəsiye əqayid və ədyan», səh: 26; «Ərməğane-hind və pak», Ayətullah Ləngərudi, səh: 106-111.
Hindistanda bəzi şəxslər supərəstdirlər. Sübh tezdən sahilə və ya su arxının yanına gedir, Günəş doğan zaman bir az su götürüb dörd tərəflərinə səpirlər. Bu iş onlar üçün bir növ ibadətdir. Suyun azalmasını, suyun (yəni allahın), onlardan küsməsi kimi qəbul edirlər. Onun diqqətini çəkmək üçün gözəl bir qızı gəlin kimi bəzəyib cah-cəlalla dərya kənarına aparırlar. Sonra su incikliyi kənara qoyub onlarla barışsın deyə, onu suya atırlar.
Hindistanda insanın tənasül üzvlərinə pərəstiş edən bir tayfa var. Onlar öz ibadətgahlarında qadın və kişinin tənasül üzvülərinin təsvir olunduğu heykəllərə pərəstiş edirlər.
Hindistanda bəzilərinin 33 milyard allahı var. Onlardan «Bunu necə sayırsınız?»-deyə soruşduqda, cavabında deyirlər: «Onları saya bildiyiniz gün, dünyanın axırıdır!»

İNƏKPƏRƏSTLƏRİN GÜLÜNC ƏQİDƏLƏRİ
İnəkpərəstlər, bütün heyvanların inəkdən törədiyini iddia edirlər. Onlar təbərrük məqsədilə inəyin sidiyini üz-gözlərinə, fəzləsini isə evlərinin divarlarına sürtürlər.
Əgər iki-üç inək maşın yolunda oturub yatsa və yolu bağlasa, sürücülərin maşından düşüb onları kənarlaşdırması qeyri-mümkündür. Heç bir maşının siqnal vurmağa haqqı yoxdur. Nəticədə, təəccübləndirici tıxac yaranır.
Bəzən yeyinti çatışmazlığı ucbatından minlərlə şəxs acından ölür. Halbuki, minlərlə kilo inək əti mənasızcasına zay olur. Heç kəsin inək kəsməyə cəsarəti olmaz!
İnəyin dəfni, bir siyasi şəxsin dəfn mərasimi kimi yerinə yetirilir. Bol-bol dua oxuyub, göz yaşı tökürlər. İnəklə birlikdə bir miqdar nargil də basdırırlar ki, onun azuqəsi olsun, ac qalmasın! Hələ də bu mərasim öz qüvvəsində qalmaqdadır.

ÇİNLİLƏRƏ GÖRƏ AYIN DÖRDÜNCÜ GÜNÜNDƏ ÖLÜM HADİSƏLƏRİ
«Wörd-nyus» informasiya agentliyinin verdiyi xəbərə görə, xurafi əqidələrdən biri də, Çində camaatın 4 rəqəmini nəhs saymasıdır. Amerika San Diyaqo institunun Çin üzrə cəmiyyətşünası, Amerikada məskunlaşan çinlilər və yaponlar arasında təhqiqat aparıb. Bu təhqiqata əsasən, başqa günlərə nisbətən, hər miladi ayın dörüncü günü onlar arasında ürək tutmaları daha çox olur. Bu ölüm hadisələri, (nəhs saydıqları) o günün qorxusundan və (onun təsiri ilə baş verən) ruhi sıxıntı və sarsıntılardan irəli gəlir. Təhqiqatçı, Amerikada 25 il ərzində 47 milyon çinlinin ölümünün ayın dördüncü gününə təsadüf etdiyini məlumat vermiş, bu məlumatı «Medical english» adlı jurnalda dərc etdirmişdir. Bunu araşdıran Cimi Rapsporq deyir: «Bu hesablamalar bir neçə riyaziyyatçı tərəfindən aparılmış və məlum olmuşdur ki, hər ayın dördüncü günü Amerikada yaşayan çinlilərin arasında ürək tutmaları nəticəsində olan ölüm hadisələri, başqa günlərə nisbətən 13% çoxdur. O, bunu da əlavə edir ki, dörd ədədinin çin dilində «si» və yapon dilində də «shi» kimi tələffüz olunur ki, bu da hər iki dildə «ölüm» kəlməsinə oxşar məna daşıyır. Onlar 4 rəqəminin nəhs olduğuna o qədər etiqadlıdırlar ki, öz ölkələrində otaqlarda, otellərdə, xəstəxanalarda say kimi 4 ədədidən istifadə etmirlər. Hətta Çinin hərbi hava qüvvələrində, bu xurafi əqidəyə görə, hərbi təyyarələrdə belə 4 ədədindən say kimi istifadə etməkdən çəkinirlər.

XURAFATÇILIQ QƏRBLİLƏRDƏ DAHA ÇOXDUR
Elə düşünməyin ki, bu xurafat və mövhumat, təkcə şərqlilərə mənsub olub Hind qitəsi kimi üçüncü dünya ölkələrinə aiddir. London və Parisin cah-cəlallı küçə və yollarında rəmmallar, falçılar, xüsusən noxud falında «ixtsasçı» qadınlar pul qazanmaqla məşğuldurlar. Onların yaxşı müştəriləri də var.
Son hesablamalara görə, amerikalıların yarısı xurafata uyan şəxslərdir. Etiqadlarına görə, əgər siz dostları ilə körpüdə xudafizləşərlərsə, artıq onları heç vaxt görə bilməzlər. Astroidi gördükləri zaman yubanmadan bir şey arzulayırlar ki, bütün arzuları həyata keçsin.
Fransalılar şiddətli şəkildə taleyəbaxmağa etiqad bəsləyirlər. İnternet vasitəsi ilə o gün haqqında verilmiş proqnozuna baxmasalar, yerlərindən heç bir yana tərpənməzlər. Səhər yeməyi zamanı qəzetin birinci səhifəsində oxuduqları, gündəlik tale proqnozlarıdır.
Dünyanın sənət və maddi inkişaf qütblərində Avropanın parlayan kilsələri arasında da cahil adət-ənənələr, fikirlər, mövhumatdan doğan əqidələr hay-haray salır!
Necə düşünürsünüz, görəsən, təslisi
qəbul etmək, təmid qüslü, günah və tövbənaməni alıb-satmaq orta əsrlərin düşüncə tərzinə daha yaxındır, yoxsa bütpərəstlik və şeytanı Allah qəbul etməyəmi?!
İncil kitabına əl uzadıb mənəvi əxlaqsızlığı ilahi peyğəmbərlərin (ə) adına yazmaq, keşişə günahların bağışlnması üçün pul vermək, qırx günlük orucu dəyişərək iki günlüyə çevirmək, həzrət İsanın (ə) ət-qanını yemək üçün təşkil olmuş uydurma mərasimdə
iştirak etmək daha çox gülüncdür, yoxsa supərəstlik və inəyi Allah qəbul etmək?!
Buna görə də, Əllamə Təbatəbai (r) kimi böyük şəxslər, qərblilərin xurafatına öz nəzərlərini belə bildirirlər: Bəzi insanlar xurafatı şərqlilərin xüsusiyyətlərindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafata hərisliklərinin daha çox olduğunu deməsək, əslində xurafat nə qədər şərqlilərə mənsubdursa, bir o qədər də qərblilərə mənsubdur...»
.
AVROPA ÖLKƏLƏRİNDƏ «NƏHS 13» DASTANI
Ustad şəhid Mütəhhəri qərblilərin xurafatı barəsində deyir: «Biz əvvələr elə düşünürdük ki, bu məsələ (13 ədədinin nəhsliyi) bizim millət və ya millətlərə aiddir. Sonradan isə bizə xəbər çatdı ki, necə deyərlər, inkişaf etmiş ölkələr – Avropa və Amerika bizdən yüz dəfə artıq bu ədədə hücum etmişlər...»
Ustadın nəzərinin daha da aydın olması üçün iki fakta müraciət edək:
Sülh Nobel mükafatçısı doktor Luter Kinq (1962-ci il) özünün «Qara nida» adlı tanınmış kitabında belə yazır: «Mən Nyu Yorkun böyük bir otelinin liftində 13-cü mərtəbənin olmadığını başa düşdüm; 12-ci mərtəbədən sonra 14-cü mərtəbə yerləşirdi. Bu barədə liftin işçisindən soruşdum. O, cavab verdi: «Bu üsul və adətə, bu şəhərrin əksər otellərində riayət olunur. Çünki çoxları on üçüncü mərtəbədə qalmaqdan vəhşət edirlər. Hətta bəzi müsafirlər, 14-cü mərtəbənin 13-cü ilə dəyişdirildiyi üçün, 14-cü mərtəbədə yerləşməkdən də çəkinirlər.»
Aydındır ki, belə əsassız qorxular deyilən yolçular kimi zəif ruhlu şəxsləri gündüz vaxtı vəhşətə salırsa, təbiidir ki, gecə onların ruhunu bütünlüklə sarıb, vahiməyə və azara salacaq.»
Başqa bir nümunə budur ki, bir neçə il bundan öncə, İngiltərə və Almaniya mətbuatında bir xəbər dərc olunmuşdu: «İngiltərə şahzadəsi Qərbi Almaniyanı görmək üçün yola düşür. Duisburq dəmiryol stansiyanın rəisi qatarda şahzadənin 13 saylı vaqonda hərəkət etdiyini görəndə, Şahzadə və onunla birlikdə gedənlər üçün bir hadisə baş verməsin deyə, vaqonun nömrəsini 12 rəqəmi ilə dəyişir.»
Belə məsələlər Avropa ölkələrində bu gün də davam etməkdədir. Hətta bütün xəbərlərdə Birləşmiş Millətlər Təşkilatının binasında 13-cü mərtəbənin olmadığı bildirilir. 13rəqəminin nəhsliyi barədə sözü burada saxlayaq.
Avropanın, necə deyərlər, mədəni və inkişaf etmiş ölkələrində taleyəbaxmaq, gələcəkdən proqnozlar, o xalqların arasında tilsimlərin alınıb-satılması, cahil və azdırıcı fikirlərin təsirləri, onların zahiri ağıl və düşüncəpərəstlik pərdəsinin arxasından özünü göstərir. Bu da, bəzən orta əsrlərin geridəqalmış cəmiyyətini xatırladır. Bəli!Ləpəsi dolu badam sanmış idim gördüyüm an,
Qabığ üstündə qabıqmış, içi puç, sanki soğan.

Buna görə də, onların azdırıcı zahirləri, yalançı hay-harayları və səs-küylərinə aldanmayın, özünüzü onların qabağında kiçik saymayın və əbəs yerə təriflərə, şişirtmələrə yol verməyin!


Müəllif: Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 895 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]