Şənbə günü, 2024-04-20, 4:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:58 PM
MƏZHƏBİ MÖVHUMAT – TƏZƏ EV VƏ MAŞIN ÖNÜNDƏ QAN TÖKMƏK
Ustad şəhid Mütəhhəri (r) bu məsələnin kökünün cahilliklə bağlı olduğu barədə deyir: «Adətimiz belədir ki, evimizi dəyişəndə, təzə evə gedəndə, bir bulaq açanda, ya da hər hansı təzə bir iş görəndə bir qoyun kəsirik. Şeyx Səduq nəql etmişdir ki, Rəsuli-əkrəm (s) cin qurbanlıqlarını nəhy etmişdir. Məlum olur ki, qədimdə bu adətin adı «zəbihətul-cin» (cin qurbanlığı) olmuşdur. Ev alan, bulaq açdıran və ya hər hansı bunun kimi bir iş tutan şəxs tutduğu iş uğursuz olmamalı, cinlərdən ona zərər gəlməməsi üçün qoyun kəsir (Biz buna «bədnəzər» deyirik). Cahiliyyət dövründə ərəblər, bu zərərləri cinlərin törətdiyini deyirdilər. Peyğəmbər (s), cahiliyyətin bu sünnətini batil sayıb nəhy etsə də, bizim aramızda yenidən yayılmışdır. Həmin hədis (bizim mötəbər hədis kitabımız olan) «Vəsailuş-şiə» kitabında nəql olunub:

نهی عن ذبا ئح الجن و هو أن یشتری الرجل الدار او یستخرج العین و ما اشبه ذ لک فیذبه له ذبیحة للطیرة مخافة إن لم یفعل أن یصیبه شیء من الجن

Ayətulah Məkarim Şirazi, bu qurbanlığın şəri hökmü barədə belə deyir: «Qurban kəsmək və ehtiyaclılara kömək etmək yaxşı işdir. Amma onun qanını nəqliyyat vasitələrinə və ya yarımçıq tikilmiş evlərə səpmək xurafatdır!»


MƏSUMLARIN (Ə) QONDARMA TƏSVİRLƏRİ
Ustad şəhid Mütəhhəri (r) deyir: «İslamın təsviri şüarları yoxdur. İslamda iki şüar yoxdur: təsviri və ədədi şüar. Bəzi yerlərdə, xristianlıqda xaç təsviri olduğu kimi, təsviri şüarlar gözə dəyir. İslamda xaçın müqabilində qoyulası şüar yoxdur!
Bazarda satılan Peyğəmbərin (s), Əmirəl-möminin (ə) və pak imamlar kimi müqəddəslərin təsvir olduğu şəkilllərin heç bir əsası yoxdur! İslam, tövhid dini olduğu üçün əvvəldən ona yad olan heykəltaraşlıqla, xüsusən də, din övliyaları üçün heykəl düzəldənlərlə möhkəm mübarizə aparıb. O zamanlarda, xüsusən İslam mədəniyyətinin çox inkişaf etdiyi dövrdə də hansısa bir təsviri qələmlə çəkmək istəyənlər var idi. Bununla yanaşı, bu kimi hallar olmamışdır. Əgər peyğəmbər və əimmənin təsviri olsaydı, mütləq biz onu İsanın yerinə qoyub indiyədək pərəstiş edərdik. Bu şəkillərin əsassız olduğu bir yana qalsın, peyğəmbərin (s), həzrət Əlinin (ə) və imam Hüseynin (ə) təsvirlərini qəbul etməyin! O şəkillər haqqında xoşagəlməz söz demək istəmirəm. Həmişə imam Əlini (ə) vəhşətli bir qiyafə ilə və əlində tutduğu ikibaşlı, ilana oxşar ikidilli qılıncla göstərirlər. Həzrət Əli (ə) nə vaxt belə olub?! Düşmənlər imam Əlinin (ə) gülərüz olduğunu deyir və bu xüsusiyyətini xəlifəlik üçün eyib sayirdılar.
Buyurur:
عجبا لابن النابغة! یزعم لاهل شام ان فی دعابة وانی امرؤ تلعا بة

«Təəccüblüdür! Nabiğə oğlunun xilafət üçün mənə tutduğu eyib budur ki, deyir, xoşsima adamam, zarafat edirəm və gülərüzəm...»

MƏRCEYİ-TƏQLİDLƏRİN NƏZƏRLƏRİ
Sual: Bazarlarda satılan həzrət Məhəmmədin (s) azyaşlı və yaşlı halda təsvir olunan şəkillərini təsdiq edirsinizmi?
Ayətullah Məkarim Şirazi: «Əlimizdə bu və digər yayılan şəkilləri təsdiqləyən heç bir mötəbər dəlil yoxdur.»
Sual: 14 məsumun şəkillərinin çəkilməsi qadağan olunubmu? Bu şəkillər, onların müqəddəs məqamının zəiflədilməsi anlamına gəlmirmi?
Ayətullah Fazil Lənkərani: «Məsumların (ə) xəyala əsasən şəkillərinin çəkilməsi, onlara hörmətsizliyə səbəb olmadığı təqdirdə, öz-özlüyündə haram deyil. Amma ona etiqad bəsləmək əsassızdır!»

QADINLARIN UZUN DIRNAQ SAXLAMALARI
Görəsən, qadınların uzun dırnaq saxlamarı İslamda deyilib, yoxsa xurafatdandır? «Vəsailuş-şiə» kitabında imam Sadiqdən (ə) nəql olunan bir hədisdə Peyğəmbərin (s) kişilərə belə buyurduğu deyilir:
قصوا اظا فیرکم
«Dırnaqlarınızı qısaldın (kəsin)!»
اترکن من اظا فیرکن فا نه ازین لکن
Qadınlara isə buyurur: «Bir az dırnaqlarınızdan saxlayın, çünki bu (qadınlar üçün) zinətdir.»
Deməli, qadınların bir az dırnaq saxlamasının eybi yoxdur. Amma başqalarının nifrətinə və əziyyətinə səbəb, yaxud da naməhrəmlərin diqqətini çəkmək həddində olmamalıdır. Bunu, müsəlman qadınların ad-sanına yaraşmayan şəkildə kafir və yad qadınlar kimi etməməlidirlər. Hədisin (ərəbcə) mətnində olan «من» kəlməsindən məlum olur ki, qadınlar, dırnaqlarını tamamilə deyil və adi qaydadan xaric olmamaq şərtilə bir hissəsini saxlaya bilərlər. Bunu da əlavə etmək lazımdır ki, belə bir göstərişə əməl etmək, onun zərər və mənfi nəticələri olamayan vaxta aiddir.

UYDURMA YUXUYOZMA KİTABLARI


Sual: Bir müddət bu məzmunda vərəqlər paylayırdılar: Şeyx Əhməd Nami Mədinədə (yaxud bir qız, həzrət Zeynəbin (ə) hərəmində) yuxuda Peyğəmbəri (s) görüb. Ona məlum olub ki, göydə bir ulduz görünəcək, tövbə qapısı bağlanacaq. Kim yazarsa belə olacaq, yazmasa elə olacaq... Görəsən, bu vərəqlər etibarlıdırmı? Onlara diqqət etmək lazımdırmı?
Ayətullah Məkarim Şirazi: «Bu vərəqlər qondarma və əsassızdır! Neçə illərdir ki, naməlum şəxslər tərəfindən paylanır.»

İMAM ZAMANLA (Ə) MÜNASİBƏTDƏ OLMAQ İDDİASI
İmam Sahibəz-zamanla (ə) əlaqə mövzusunda bir sıra kitablar yazılmışdır ki, axır zamanlar fövqəladə şəkildə yayılmışdır. Bu kitablar, hekayə və dastanlarla dolu mətləblərdən ibarətdir ki, onlardan bəziləri səhvdir və onu yazanın xəyallarıdır!
Bir qoxu hiss olunur! Bu hekayə və dastanlar bir düzgün əqidənin qeyri-düzgünlə qarışmasına, beləliklə də bir xurafi və səhv əqidənin camatın arasında yayılmasına səbəb olur. Belə kitabların yayılması nəticəsində bəzi məntəqələrdə avamcasına xurafi hadisələrin baş verməsinin şahidi oluruq: Bir nəfər imam Hüseynin (ə) başından bir damcı qan düşdüyünü və Həzrətin mübarək başını gördüyünü iddia edir. Bir çoban Şahçırağın qulamı olduğunu və ondan göstərişlər aldığını söyləyir. Ərindən qaçmış qadın, bir kəndin məscidinə gedib bu məscidə nəzər olunduğunu iddia edir. Guya bu məscidə gələn xəstələr şəfa tapırlar. Yaxud da bir qız və ya qadına nəzər olunur, onlar camaatın istəklərini yerinə yetirirlər.
Bu xoşagəlməz kitablar, hekayə və yuxudan doğan əqidələrin sferası ağıl və düşüncə əhlini şiə əqidəsinə bədbin edərək, fikri azdırmaq üçün zəmin yaradır. Bu da, nəticə etibarı ilə, şiə aləminin əleyhinə mübarizə aparan müxaliflər üçün əlverişli şəraitə çevrilir. Avamların düzgün olmayan əqidələri şiə aləminin adına yazılaraq digərlərinə də sirayət edir. Əslində, İslamın bütün firqələrindən fərqlənən bir əqidə elə şəkildə göstərilir ki, bu da, İslamdan kilometrlərlə uzaqdır. Belə əqidələr İslamın düşüncəli şəxsləri üçün mübarizə meydanını daraldır.


Müəllif: Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər


Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 875 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]