Çərşənbə günü, 2024-04-24, 1:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:56 PM
MƏRCEYİ-TƏQLİDLƏRİN NƏZƏRLƏRİ
Mövhumat İslamın böyük şəxsiyyətləri, ürəkyananları və şiə məktəbi tərəfindən qəti şəkildə inkar olunub, yalan sayılır. Onları təbliğ etmək də haram olunub. Nümunə üçün mərce alimlərdən ikisinin nəzərini diqqətinizə təqdim edirik:
Sual: Bəzi adamlar dua və ya əzadarlıq məclislərində məsum imamlarla (ə), xüsusən imam Zamanla (ə.c.) əlaqədə olduqlarını iddia edirlər. Bundan maddi mənafeləri üçün istifadə etməklə yanaşı, insanların dini hisslərindən sui-istifadə edirlər. Bu cür məsələlər, xüsəsən qadınların məclislərində çoxalmaqdadır. Bu məclislərdə iştirak etmək, belə şəxsləri hər hansı şəkildə dəstəkləmək barədə nəzərinizi bildirməyinizi xahiş edirik.
Ayətullah Safi Gülpayiqani: «Qeybət zamanında həzrət Höccətlə (ə.c.) əlaqədə olmaq iddiası yalandır! Belə iddiada olanların məclislərində iştirak etmək haramdır! Möminlər, gərək belə əsassız iddiaların yalan olduğunu camaata açıqlasınlar ki, onlar yollarını azmasınlar.»
Ayətullah Məkarim Şirazi: «Bu iddialar, xüsusən məsumlar (ə) tərəfindən gətirilən bir göstəriş iddiası olarsa, gərək təkzib edilməlidir.»

TAXILAN CADULAR – CAHİL XURAFAT
Yəqin ki, bəzi evlərin girəcəyində, mağazalarda, avtomobillərin qabaq şüşələrində adətən rənbərəng saplardan üzərrik dənələrindən və ya başqa əşyalardan düzəldilmış asılıları görmüsünüz. Bu əşyalar sayəsində bədnəzərdən və başqa təhlükələrdən qoruduqlarını düşünürlər! Görəsən, bunların həqiqəti varmı, yoxsa xürafafatdır?!
Əgər «Əsrimizdəki insanın rəftarları, cahiliyyət əsrinin rəftarlarının təkrarıdır» deyilsə, heç də təəccüb etməyin!
İslamdan öncə cahiliyyət əsrində olan əqidələrin necəliyi haqqında tarixdən oxuyuruq: Onlardan birində dəlilik əlaməti görünsəydi, şər ruhları qovmaq üçün ölülərin sümüklərinə və çirkin parçalara pənah aparırdılar. Onları xəstənin boynundan asırdılar. Ana bətnində olan uşağı və (azyaşlı) uşaqları dəlilikdən qorumaq üçün pişiyin və ya tülkünün dişini sapa bağlayıb onların boynuna salardılar.
Onların əqidəsinə görə, əgər özündə mis tikəsi daşıyan bir şəxsi ilan və əqrəb vurub öldürsəydi, onun sağalması üçün boynundan qızıl və gümüş boyunbağı asardılar.
Çöl ərəblərindən bir qrupu cadu asmaqla, daşların və sümüklərin bağlandığı boyunbağılarla öz xəstələrini müalicə edirdilər. Peyğəmbəri (s) görmək şərəfi nəsib olanlar, bitkilərlə və tibbi dərmanlarla müalicə barəsində ondan soruşdular. Rəsulallah (s) buyurdu: «Hər bir xəstəyə lazımdır ki, dərmanın arxasınca getsin. Çünki dərd yaradan Allah, dərman da yaratmışdır.»

TAXILANLARDAN ÇOXU ŞİRKDİR


Rəsulallahın (s) bu növ mövhumat və xurafatla mübarizəsi təkcə onun peyğəmbərliyi dövrilə məhdudlanmır. Həzrət dörd yaşı olanda, – səhrada süd anası Həlimənin himayəsində yaşayırdı – anasından, süd qardaşları ilə birlikdə səhraya getməsini istədi. Həlimə deyir: «Cahiliyyət əqidələrinə uyğun olaraq, səhra cinlərinin ona zərər yetirməməsi üçün sapa bağlanmış bir Yəmən möhürünü onu qoruması üçün boynuna saldım. Məhəmməd (s) möhrü boynundan çıxarıb belə dedi:
مهلا یا اما ه فان معی من یحفظنی
«Anacan, aram ol, məni qoruyanım (Allahım) həmişə mənimlədir.»
«Səfinətul-bihar» kitabında imam Sadiqin (ə) belə buyurduğu nəql olunub:
ان کسیرا من التمائم شرک
«Qolbağlardan və taxmalılardan çoxu şirkdir!»
İndi isə öz əməlimizə baxaq! Hansı səviyyədə onun tərəfdarıyıq və onların saf göstərişlərinə əməl edirik?! Mövləvi deyir:Şirin balaları yaraşır şirə,
Sən heç yaraşdınmı o Peyğəmbərə?!

Diqqət! Bu rəvayətləri deməkdə məqsədimiz, özümüzlə gəzdirməklə, yaxud oxumaqla pənahına sığındığımız ilahi duaları, tilsimləri və Quranın məxsus ayələrini inkar və rədd etmək deyil. Çünki bunlardan bir çoxu rəvayətlərdə deyilib. İlahi "hirzlərə” (qorunmaq üçün dualara) pənah aparmaq, duanı, Quran ayələrini oxumaq və özündə saxlamaq, təhlükələrdən amanda qalmaq üçün asılan cadu boyunbağı və taxmasından çox fərqlidir.
«Biharul-ənvar»da Ənəsdən nəql olunub ki, Rəsulallah (s) imam Həsən (ə) və imam Hüseyni (ə) iki surə – «Fələq» və «Nas» surələri ilə qoruyardı.
أن النبی (صل الله علیه وآله) کان کثیرا ما یعو ذ الحسن و الحسین (علیه السلام) بها تین السورتین
Başqa bir rəvayətdə nəql olunub ki, Peyğəmbər (s) Həsən və Hüseyni (ə) bu dua ilə qoruyardı:
آعیذ کما بکلمات الله التامة، من کل شیطان و هامة و من کل عین لامة

AYƏTULLAH MƏKARİM ŞİRAZİDƏN SORUŞULAN SUALLAR
1-ci sual: Müsəlmanlardan bəzilərinin əqidəsinə görə, meyitin qəbrini əbədi olaraq açmaq olmaz. Buna münasibətiniz necədir?
Cavab: «Bu əqidə düz deyil! Böyük şəxslərin və övliyaullahın qəbirləri istisna olmaqla, qəbirin əsər-əlamətləri yox olduqdan sonra açılmasının eybi yoxdur.
2-ci sual: Hafiz falına münasibətiniz necədir?
Cavab: Falın etibarı yoxdur.
3-cü sual: Bir şəri iş üçün qəhvə falından istifadə etməyin hökmü nədir? Məsələn, bu vasitə ilə bir itmiş şeyi tapmaq və ya bir məsələni həll etməklə əldə olunan pulun hökmü nədir?
Cavab: Qəhvə və s. fal növləri xurafatdır, şəriətdə etibarsız sayılır. Onun müqabilində pul almaq caiz deyil!
4-cü sual: Axır vaxtlarda xüsusi namazı və qaydaları olan çərşənbə axşamı «bibi aşı», «bibi nur», «bibi hur» adlanan adət yayılmışdır. Bu süfrənin ununu, halvasını naməhrəm, həddi-büluğa çatmamış uşaq və səma görməməlidir! Buna münasibətiniz necədir?
Cavab: Bunlar xurafatdır və ona əməl etmək şəriətin əksinədir. Camaatı yaxşı dillə məlumatlandırın ki, bu işləri tərk etsinlər.
5-ci sual: Bəzilərinin etiqadına görə, tək halda yerinə yetirilən ümrədən sonra, ya gərək Məşhədə imam Rzanın (ə) ziyarətinə getsinlər, ya da mütə etsinlər. Bu düzdürmü?
Cavab: Belə bir göstərişimiz yoxdur!
6-cı sual: Taleyə baxmağın həqiqəti varmı? Taleyə baxmaq haqqında çap olunmuş çoxlu sayda kitablar həqiqətə əsaslanır, yoxsa xurafatdır?
Cavab: Talenin əsası yoxdur!
7-ci sual: Müxtəlif aylarda və günlərdə dünyaya gəlməyin insanın taleyində təsirlidirmi?
Cavab: Xeyir!
8-ci sual: Gəlini evə aparanda ayağı altında yumurta və ya nar qoyurlar ki, ayaqlayıb əzsin, salamatlıqla evə daxil olub xoşbəxt olsun. Münasibətinizi bildirərdiniz.
Cavab: Bu iş xurafatdır və caiz deyil.

Müəllif: Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 865 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]