Cümə günü, 2024-04-19, 9:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:54 PM
QOHUMLARIN EVLƏNMƏSİ BARƏDƏ İKİ NƏZƏR
Xuzistanda olan ərəb tayfaları arasında «nəhvə» adlı bir adət var (Əmiqızının əmioğlu ilə və ya başqa yaxınlarla məcburi evləndirilməsi, başqaları ilə evlənməsinin qarşısının alınması.) Belə bir adətin şəriətdə hökmü nədir?
Cavab: Belə bir adət şəriətin əksinədir, ondan çəkinmək lazımdır. Lakin məcburiyyət olmadan qız və oğlanın razılıqları istisnadır.
Ayətullah Fazil Lənkərani: «Qohumların evlənməsi barədə alimlərin arasında iki nəzər vardır:
1. Mərhum ikinci Şəhidin nəzərinə görə, «Məsalik» kitabında Peyğəmbərə (s) istinad olunan bir rəvayətdə Həzrət buyurur:
لا تنکحوا القرابة القریبة فان الولد یخرج ضاویا
«Öz yaxınlarınızla evlənməyin, çünki arıq (zəif) uşaq doğulacaq.»
2. Yusif Bəhraninin «Hədaiq» kitabında (c: 23, səh: 17) sileyi-rəhmə görə qohum-əqraba ilə evlənmənin müstəhəb olduğu deyilib. İkinci şəhid «Qəvaid» kitabında bunu seçərək yığcam şəkildə deyir; yaxınlarla evlənmə haqqında mötəbər rəvayət yoxdur.
Amma bu gün müasir elm, uşaqlarda olan əlillik, fiziki və zehni qüsurun faiz etibarı ilə çoxunu qohumların evlənməsilə bağlayır. Belə uşaqları himayəyə götürüb saxlayan mərkəzlərin çoxu, bu evlənmələr nəticəsində doğulan uşaqları öz öhdəsinə almaq hədəfini güdür. Bu uşaqların saxlanması və xüsusi təlim-tərbiyyəsinə çəkilən xərclərə əlavə olaraq, deyilən səbəb üzündən bu uşaqlar ata-ana məhəbbətindən də uzaq düşürlər. Əlbəttə, bəzi ixtisasçılar demişlər ki, bir-birinin qohumu olan qız və oğlan, fiziki və ruhi cəhətdən sağlamdırlarsa, onların evliliyinin problemi olmayacaq. Əks təqdirdə, övladlarda bərpa olunmayan problemlərin özünü göstərmə ehtimalı vardır və ya ən azı, onların bir nöqsanı – zehni problemləri olacaq. Bu, dünyanın elmi mərkəzlərində bu gün diqqət olunası bir məsələyə çevrilmışdir.»
.
Bu nöqtəni də vurğulayırıq ki, hal-hazırda evlənmədən öncə genetik analiz yolu ilə bir çox məsələlər məlum olur, nəticədə problemlərin qarşısı alınır.

YAYILMIŞ XURAFATDAN DAHA BİR NÜMUNƏ
10-cu sual: Aşağıda deyilənlərin ağıl və şəriət əsasında, yoxsa xurafat və şəriətin əksinə olduğunu deməyinizi xahiş edirik.
– Zirehlərə, müqəddəs məkan, hərəm və imamzadələrin qapılarına sap bağlamaq
– Ziyarətgahlarda, seyidlərin, alimlərin və başqalarının qəbri üstündə şam yandırmaq
– Həzrət Xızrın (ə) gəlməsi üçün su səpib, evin qapısını süpürmək
– Ay, əqrəb üstündə olanda nigahın bağlanmaq
– Qəndi, gəlin və bəyin başına tökmək
– Pişiyin üstünə su tökmək, dəridə dənə şəkilli ləkələrin yaranmasına səbəb olur.
– Qayçını biri-birinə vurmaq, ailə üzvlərinin bir-birilə dava-dalaşına səbəb olur.
– Gecə vaxtı qəbiristanlığa getmək məkruhdur.
– Ölülərin paltarlarını atmaq və onlardan istifadə etməmək, bəzən də yandırmaq.
– Şənbə günü yas məclisi təşkil etməyin pis təsiri vardır.
Cavab: Ayətullah Məkarim Şirazi: «Bunlardan heç biri düz deyil! Ay, əqrəb üstündə olduqda əqd siğəsinin oxunması, bəzi rəvayətlərdə nəhy olunmuşdur. Həmçinin, gecə qəbirləri ziyarət etmək də nəhy olunmuşdur.»
Əlbəttə, mərceyi-təqlidin nəzərinə əsasən, meyitin gecə dəfn olunmasının eybi yoxdur.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 867 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]