Cümə axşamı, 2024-04-25, 12:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:52 PM
HƏQİQİ VƏ XURAFİ İSTİXARƏLƏR
Xurafata aid olan başqa bir adət də, istixarəni düzgün başa düşməmək və bununla da, bəzi hallarda uğursuzluğa düçar olmaqdır. Bu mövzunu aydınlaşdırmaq üçün onu qısa şəkildə izah edirik:
İlk olaraq qeyd etmək lazımdır ki, rəvayətlərdə müxtəlif şəkillərdə istixarə etməyə işarə olunur. İstixarənin lüğəvi mənası, Quran və təsbihlə olması deyil. İstixarə, Allahın dərgahından dua vasitəsilə xeyir tələb etməkdir.
Rəsulallah (s) buyurur:
من سعا دة ابن آدم استخا رته الله و رضا ه قضی الله، و من شقا وة ابن آدم ترکه استخا رة الله و سخطه بما قضی الله
«Allaha istixarə (xeyir tələb etmək) və öz işlərində ilahi təqdirlə razılıq, insanın səadətindəndir. İstixarəni tərk etmək və ilahi təqdirlərlə razılaşmamaq onun bədbəxtliyindəndir.»

İSTİXARƏNİN İKİ HƏQİQİ ŞƏRTİ
İkincisi budur ki, insanlar arasında işlədilən «istixarə» termininin həqiqəti, bəzən təhrif olaraq bəzilərinin tənbəllik və süstlük alətinə çevrilir; düşünmək zəhmətinə qatlanmaq, araşdırmaq və məsləhətləşmək yerinə, sadə bir istixarə ilə öz vəzifələrini müəyyənləşdirirlər, Allahdan «göstəriş» alırlar! Halbuki, düzgün və həlledici istixarə odur ki, fikirləşməklə, məsləhətləşməklə nəticə alınmadıqdan sonra olsun. Daha da təəccüblüsü budur ki, bəzilərinin fikrincə, bağlı həqiqətlərdən, gələcəkdən və qeyb aləmindən xəbər almaq üçün istixarə etmək olar. Məsələn: bir şəxs istixarə edir ki, ev və torpağı üçün yaxşı müştəri tapılacaqmı, yoxsa yox; filan mal gələcəkdə bahalaşacaq, yoxsa ucuz olacaq; filan şəxs, filan şəxslə evlənəcək, yoxsa yox... Bunlar dini hökmləri istehza etmək deyilmi?!

EVLƏNMƏK ÜÇÜN İSTİXARƏ TÖVSİYƏ OLUNMAYIB
Baxın! Məsələni düzgün anlamamaq nəticəsində bəziləri istixarə etməyi göydən nazil olan vəhy kimi yerinə yetirir, talelərini bir istixarə ilə müəyyən edirlər! Elə bu şəxslərdilər ki, evlənən zaman öz nəzərlərində tutduqları şəxsi istixarə ilə təyin edib, gələcəklərini düşünmədən, araşdırmadan istixarənin əlinə tapşırırlar!
Ayətullah Əmini deyir: «Qız, oğlan və onların ailələri, onun həyat yoldaşı olacaq şəxsin tanınması barəsində araşdırma aparmalıdırlar. Əgər yenə də tərəddüddə olsalar, məlumatlı və etimadlı bir və ya bir neçə nəfərlə məsləhətləşsinlər. Nəticə aldıqları təqdirdə, onu həyata keçirsinlər. İstixarə isə o yerdə olur ki, təhqiq və məsləhətləşmə ilə nəticə almayıb, heyrətdə qalsınlar. Təbii ki, təhqiq və məsləhət, istixarədən öncədir. Sizin təhqiqinizin nəticəsi yaxşıdırsa, onu yerinə yetirin. Bu halda istixarə etmək lazım deyil. Biz, İslamda istixarə etməyə sövq olunmamışıq.»

İSTİXARƏYƏ ARXA ÇEVİRMƏK OLAR
Başqa bir nöqtə də budur ki, istixarənin əksinə əməl etmək (istixarəyə arxa çevirmək) şəriətdə haram olunmayıb. Əgər şəxs qəlbən istixarədən narazıdırsa, onun əksinə əməl edə bilər. Bəzi alimlərdən nəql olunub ki, əgər istəsələr, istixarənin əksinə əməl edə bilərlər. Dərhal deyil, əvvəlcə bir müddət səbir etsinlər. Sonra sədəqə verib, işlərini yerinə yetirsinlər.
12-ci sual: İstixarəyə əməl etmək vacibdir?
Ayətullah Əli Xameneyi: «Şəriətə görə istixarənin nəticəsinə uyğun hərəkət etmək ilazımi (vacib) deyil. Amma yaxşıdır ki, onun əksinə əməl olunmasın.»
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 781 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]