Cümə günü, 2024-03-29, 4:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 1:32 PM

CAHİLİYYƏTƏ AİD BAŞQA BİR SÜNNƏT – MÜSİBƏTƏ DÜŞMÜŞLƏRİN YEMƏYİNDƏN YEMƏK
Bu gün müşahidə olunan adətlərdən biri də budur ki, bir müsəlman dünyasını dəyişəndə, dünyadan getmiş (cavan və ya qeyri-cavan) əzizlərinin müsibətindən bir ailənin qəlbi dağlanır və bir sıra yersiz adətlər icra olunur. Bu adətlər şəriətin və əqlin əksinə olmaqla yanaşı, bəzən də zülmə və günaha çevrilir. Misal olaraq:

– Toyu olmamış cavan qız və ya cavan oğlanın cənazəsi kənarında toy xonça və büsatının düzülüb daşınması.

– Ölənin cənazəsi önündə qoyun və ya qurbanlıq kəsmək.
– Əza əhlinin süfrə açıb qonaqlıq verməsi və camaatın o məclisdə iştirakı. Halbuki, dəfndən sonra üç gün əzaya düşən ailəyə yemək göndərmək müstəhəbdir və onların yanında, evlərində yemək məkruhdur. Hətta imam Sadiqdən (ə) olan bir hədisdə nəql olunub:
الاکل عند أهـل المصیبة من عمل اهـل جاهلییة، و السنت البعث الیهم با لطعا م
...
«Müsibət əhlinin yanında (süfrəsində) yemək, cahiliyyət əməllərindəndir. İslamın sünnəti odur ki, (onların yeməyini yeməyib) müsibət əhlinə yemək aparsınlar.»
Cəfər ibn Əbu Talibin şəhadət xəbəri çatan zaman Peyğəmbər (s) göstəriş verdi ki, onun ailəsi üçün yemək aparsınlar.
– Camaatın bir-birlərinin nəzərlərini çəkmək üçün əza məclislərini dəm-dəstgahlı təşkil etmələri, beləliklə də, qəm-kədər məclisinin şadlıq-fərəh məclisinə bənzəməsi.
– Cənazənin aparılmasında (şərəfləndirmə) onun qəbri üstə şan-şərəf nümayişi və nəhayət, qəbirin (ad-san üçün) cah-cəlalla düzəldilməsi.
– Mədh deyənlərin, mərsiyəxanların qəlbi dağlanmışlara başsağlığı vermək, səbirlərini artırmalaq yerinə, ürəkparçalayan rövzələr, şeirlər və ağılar oxuması; meyitin keçmiş xatirələrini yada salmaq; dağlanmış qəlbləri yenidən göynədib, müsibət əhlinin dərdini daha da artırır. Sonra da «vaveyla» bərpa olmasına görə xoşlanırlar!
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]