Şənbə günü, 2024-04-20, 4:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 1:30 PM
İMAM HÜSEYNİN (Ə) ƏZA MƏCLİSLƏRİNDƏ XURAFAT VƏ ƏSASSIZ RƏVAYƏTLƏR
Həzrət Hüseyn (ə) şiə və aşiqlərinin hər birinin qəlbini ağrıdan əza məclislərində xurafatın və Kərbəla hadisəsi haqqında çoxlu sayda təhriflərin əmələ gəlməsi, insanı incidən, təəssüf doğuran məsələlərdəndir. İş o yerə çatıb ki, böyük alimlər deyiblər: «... Yeri var ki, Aşuranın özü üçün bir aşura tutulsun.»
Xoşbəxtlikdən İslam aləminin ürəkyanan, uzaqgörən böyük alim və mütəfəkkirləri bu rəva olmayan məsələlərə qarşı sakit davranmamış, müxtəlif yollarla onunla mübarizə aparmışlar. O cümlədən;
Əllamə Mirzə Hüseyn Nuri Aşura hadisəsi barəsində xəbərsizcə danışanların dilindən deyilmiş yalanlarla mübarizə mövzusunda «Lölö və mərcan» kitabını yazmışdır.

Böyük islamşünas ustad şəhid Mütəhhəri «Həmase-ye Hüseyni» kitabının «aşura təhrifləri» bölməsində ən yaxşı açıqlama və dəlillərlə bu əyri səmtə
yönəlmələrlə mübarizə etmişdir. İnsafla desək, onun bu işi öz üslubunda az tapılan, yaxud da misilsiz nümunələrindəndir.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]