Cümə günü, 2024-04-19, 8:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-01, 7:17 AM
SADƏLİKLƏ BİR ŞEYİ QƏBUL VƏ ya İNKAR ETMƏYİN!
Fitri paklıq, Allahın verdiyi sağlam ağıl insana, kifayət qədər dəlil, etibarlı sənəd və faktlar olmadan, bir şeyi inkar və ya qəbul etməyə icazə vermir. Yersiz və dəlilsiz təsdiq-təkzib etmək, şəriət və əql baxımdan pislənilmişdir.
İnsanın kifayət qədər məlumatı olmadığı, yaxud hiss olunmayan, onun üzləşmədiyi bəzi məsələləri inkar etməsi əqli və şəri baxımdan pislənilib, nəhy olunub. Kifayət qədər araşdırma aparmadan və təhqiq etmədən, əsassız olaraq inkar və təkzib edənlər haqqında Allah-Təala buyurur:
«(Onlar elm üzündən Quranı inkar etmədilər) Haqqında məlumatları olmadıqları həqiqəti, onlara aydın olmayan bir şeyi təkzib etdilər.»
Əmirəl-möminin (ə) bir rəvayətdə buyurur:
لا تعا دوا مـا تجهـلون؛ فإ نّ أکثر العلم فیما لا تعریفون
«Bilmədiyinizlə düşmənlik etməyin! Çünki çox biliklər vardır ki, sizin bilmədiklərinizdədir.»
Bu hədisdən belə məlum olur ki, yersiz inkar, insanın inkişafının qarşısını alır və geridə qalmasına səbəb olur. Bundan başqa, bəşərin qürur və təkəbbür üzündən çoxlu məsələləri qəbul etməməsi hələ ilkin təcrübələrdə özünü göstərmişdir. Bir neçə müddətdən sonra isə qəbul etmədiklərini boynubükük, utancverici şəkildə qəbul etmişdir. Bir neçə il bundan öncə dənizin çəkilməsi və çoxalmasının Ay işığı ilə bağlılığına kim inanardı?! İndi isə bu, kamil şəkildə qəbul olunub. Yüzlərlə başqa bu kimi nümunələr göstərmək olar.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 783 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]