Cümə axşamı, 2024-04-25, 6:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-01, 7:16 AM
ƏBU ƏLİ SİNADAN İKİ HİKMƏTLİ SÖZ
İslamın aləminin və dünyanın böyük filosofu Əbu Əli Sinaya istinad edilmiş dəlilsiz və yersiz təsdiq və inkar etmək haqqında insanı düşünməyə vadar edən iki düşündürücü və hikmətli söz nəql olunmuşdur. O, dəlilsiz təsdiq etmək haqqında deyir:
من تعود أن یصـدّ ق بغیر دلیل فقد انخـلع عن فطرة الانسا نیّة؛
«Hər kəs ona deyiləni dəlilsiz olaraq qəbul etməyə adət etsə, insanlıq fitrətindən xaric olub (ona insan demək olmaz).»
Dəlilsiz və yersiz inkar etmək haqqında deyir:
کل ما قرع سمعک من الغرا ۀب فزره فی بقعة الامکا ن ما لم یذد ک عنه قا ـم البرها ن
«Qulağına çatan hər bir qəribə mətləbi inkar etmək üçün düzgün dəlil və elmi sübut olmadıqca, onun həqiqət olacağını mümkün bil.»
Mövləvi bu barədə gözəl deyib:Belə bir həqiqət vardır, bunu bil,
Nə hər şey haqq deyil, nə batil deyil.
Hər şeyə həqiqət deyən əhməqdir,
Hər şeyə yalan da deyən bədbəxtdir.

Nəticə budur: bir söz, ya nəzər eşitdiyimiz zaman onu tələsik, düşünmədən qəbul və ya rədd etməməliyik. Onu ağıl və dəlillərin işığı ilə müşahidə etməli, nə yüzdə-yüz qəbul, nə də rədd etməliyik. Çünki dünən inkar etdiyimizi sabah qəbul və ya əksinə, bu gün qəbul etdiyimizi sabah inkar edə bilərik.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 784 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]