Cümə günü, 2024-04-26, 7:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-01, 7:08 AM
Xurafat
وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir! ("Hud" 123)

İslamdan əvvəl cahiliyyət dövründə ərəblər görəcəkləri işləri ətrafda baş verənlərlə nizama salardılar Məsələn, səfərə çıxmaq istədikdə səmaya baxar, quşlar sağ tərəfə ucduqda yollarına davam edər, sol tərəfə uçduqda isə geri qayıdardılar. Onlar belə bir əqidədə idilər ki, bayquşlar dünyasını dəyişən şəxslərin ruhundan yaranırlar. Bunabənzər inanclar yüzlərlə idi.

Geridə qalmış bu cəmiyyətdə Muhəmmdə (s.ə.s) adlı kamil insan peyğəmbərliyə təyin olunur. Gəlişi ilə insanları həm təkallahlığa dəvət edir, həm də cəmiyyət arasında yayılan "nəhs" kimi yalnış anlayışı aradan qaldırmağa çalışır.
"Xəstəliyin başqa birisinə keçməməsi, bayquşun uğursuzluq gətirməsi və s. Bütün bunlar xurafat və cəfəngiyatdan savayı bir şey deyil" (Həzrət Muhəmməd)
Cahiliyyət dövründə geniş yayılan inanclardan biri də dəvələrlə bağlı idi. İş o yerə çatır ki, bu inancın qarşısını almaq üçün ayə nazil olur.

مَا جَعَلَ اللَّهُ مِنْ بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ ۙ وَلَٰكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.("Maidə" 103)

*Bahirə - cahil ərəblər, sonuncu balası erkək olmaq şərtilə, beş balası olan dəvələrə xüsusi hörmət göstərirlər, onların dərisindən, süddən və ətindən istifadə etməyib azad buraxırlar. Bəhirələr istədikləri yetrə gedər və istədikləri otlaqda otlayardılar.
* Saibə - nəzir və bütlər üçün azad olunan dəvə. Bu dəvələrin də ətindən, südündən və yunundan kimsə istifadə etməzdi.
*Budn - qurbanlıq üçün Məkkəyə aparılan dəvələr. Bu inanc bizdən də yan keçməmiş öz töhvəsini verə bilmişdir. Allaha təvəkkül etmək əvəzinə, işləri qarşıdan keçən qara pişiklə ail-üst etmək, natəmizliyə razı olub hörümcək toruna dəyməmək, cüt və tək səbr, qəbiristanlığı əl ilə göstərməmək, həftənin birinci günü boş gün hesab edib toy mərasimi qurmamaq, gün batdıqdan sonra qonşunun qaranlıqda qalmasına razı olub evdən yanacaq verməmək və s.

KOR_KORANƏ

Yəqin ki, alovunda söndürülməməsini dəfələrlə eşitmisiz.

Nəhs rəqəm
Nəhs təfəkkürlü insanlara elə hakim oldu ki, təyyarələrdə "13" rəqəmli oturacaqların ümumiyyətlə qoyulmaması qərara alındı.

Nallama
Yəqin ki, bir çox evlərin girişində at nalı da görmüsünüz. Mənbə və mənşəyi bəlli olmayan bu inanc sahibləri sahib olduqları malikanələri Allaha təvəkkül etməklə at nalı ilə qorumağa üstünlük verirlər. Sən demə bu nallar həm köhnə, həm də üzüyuxarı olmalıdır. Nə üçün?! Səbəbi nədir? Olmaz, vəssəlam

Məntiqsiz məntiq
Əslində, "nəhs" adlı müəyyən məfhum yoxdur. İnsan uğursuzluqla qarşılaşarsa, onun səbəbini öz əməllərində görməli və Allahın qəza və qədərinə təslim olmalıdır.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 802 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]