Bazar ertəsi, 2024-07-22, 1:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

ƏTRAFIMIZDAKI GÖZƏGÖRÜNMƏZ VARLIQLAR
2013-01-30, 7:16 PM
ƏTRAFIMIZDAKI GÖZƏGÖRÜNMƏZ VARLIQLAR
Nəfəs aldığımız mühitin ətrafında gözlə görə bilmədiyimiz, lakin onların mövcud olması həqiqətinə heç bir şəkk-şübhə olmayan varlıqlar yaşayır. Onlardan mələklərə cinlərə və şeytanlara işarə etmək olar. Onları aydın şəkildə təsdiqləyən Quran ayələri vardır. Bəzən o varlıqların bizimlə də işləri olur.
Sən öz aləmində edirsən güman,
Bu yer-göydən başqa yoxdur bir cahan.
Buğdada gizlənmiş bir qurd ki, vardır,
Onun da yer-göyü elə oradır.
Quranın Qiyamət, vəzifə, cəza və mükafatdan söhbət açılan hər bir yerində Allah-Təala cin və insin adlarını birlikdə demişdir.
«Cin» surəsində cinlərdən bir qrupunun müsəlman olmasından, digər bir qrupun iman gətirməməsindən, həmçinin onların yaxşı-pis olmasından söhbət açılıb. Cinlərin cinsi atəşdən olub, erkək və dişiyə bölünürlər. Onlar da başqa canlılar kimi evlənir, doğur, çoxalır və öz nəsillərini davam etdirirlər.
Quranda mələklərin mövcudluğu, onların növləri və necəliyi barədə söz açılıb. Eyni zamanda «şəyatin» adlı məxluqun olması da xatırlanmışdır. Mühüm nöqtə budur ki, Allahın bu məxluqlarının yaradılış və həyatında sirlər vardır. Çox şeydən xəbərimiz olmadığı kimi, onlardan da kifayət qədər xəbərimiz yoxdur. Amma mütləq onların yaradılışında faydalar və təsirlər vardır. Onlar, öhdəliklərində olan vəzifələri yerinə yetirirlər.
Ustad Əllamə Həsənzasə Amuli bu barədə incəliklə çox gözəl deyir: «İlahi! Günəş, Ay və uluzlardan xacələt çəkirəm! İns-cindən xəcalət çəkirəm! Hətta şeytandan xəcalət çəkirəm! Hamı öz işində möhkəm durduğu halda, bunun (mənim əhdim) əhdi süst və davamsızdır! İlahi! Şeytanın yaradılışında o qədər faydalar və məsləhətlər olanda, mələklərin xilqətində nələr olar?!»
Əlbəttə, xatırladaq ki, cinlərin varlığını sübut etməkdə məqsədimiz, qondarma xurafatı təsdiqləmək; qədim anbarlarda, qaranlıq qəbiristanlarda xəyalən quyruqlu, çəpiş və s. şəkildə təsəvvür olunan kimi tanıtdırmaq deyil. Məqsəd budur ki, xurafat adı ilə reallıq unudulmasın, səbəbsiz yerə həqiqət inkar olunmasın. Mələk və cinlərin vəzifələri barədə çox sayda hədis vardır. Hətta İmamlar (ə) onların dilindən bizim üçün çoxlu moizələr nəql etmişlər.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]