Cümə günü, 2024-04-26, 2:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

SEHR OYRƏNMƏYIN CƏZASI ÖLÜMDÜR
2013-01-31, 0:42 AM
SEHR OYRƏNMƏYIN CƏZASI ÖLÜMDÜR
Qurani-kərimdə «sehr» kəlməsi və onunla tərkiblənmiş kəlmələrlə rastlaşırıq. Onun həqiqət olması təsdiq olunmuşdur. Misal üçün «Bəqərə» surəsində oxuyuruq:
«Süleyman heç bir vaxt (əlini sehrə bulaşdırmadı) kafir olmadı; lakin şeytanlar küfr etdilər və camaata sehr öyrətdilər...»
Bu ayədə insanlara sehr öyrətmək, şeytanların kürf etməsinin dəlili kimi tanıdılmışdır.
Sehr elminin öyrənilməsi və istifadəsi oluması İslamda haram sayılır. Əlbəttə, belə bir işlə məşğul olan üçün ağır cəza təyin olunmşdur.
Əmirəl-möminin Əli (ə) buyurur:
من تعلم شیئا من السحر قلیلا او کثیرا فقد کفر و کان آخر عهده بربه، وحده القتل الاّ ان یتوب
«Hər kəs az, yaxud çox sehr öyrənsə, karif olar və onun Allahla əlaqəsi bir dəfəlik kəsilər. Tövbə etdiyi hal istisna olmaqla, onun cəsası ölümdür.»
Əlbəttə, sehr elminin öyrənilməsi və istifadəsinə o zaman icazə verilir, hətta bəzən vacib olur ki, sehrbazların sehrini batil və başqalarını xilas etmək üçün olsun.
Bir kişi imam Sadiqin (ə) yanına gəlib dedi: «Mənim sənətim serhbazlıqdır və (bununla) camaatdan pul alıram. Amma indi tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?» Həzrət onun cavabında buyurdu:
حَلِّ ولا تَعقد
«(Camaatın düyününü) Aç! Amma (camaatı sehr və cadu ilə) düyünləmə!»
Sual: Sehr öyrənmək və ona əməl etmək caizdirmi? Cinləri, ruhları və məlaikələri ehzar etmək caizdirmi?
Əli Xameneyi: Sehr elmi və onun öyrənilməsi haramdır! Ağıla söykənən və şəri bir hədəflə olduğu halda, istisnadır. Amma ruh, məlaikə və cinlərin ehzarının müxtəlif hökmləri vardır».
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]