Cümə günü, 2024-04-26, 4:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

QEYBƏ İMAN – QURANDAN FAYDALANMAĞIN ŞƏRTİ
2013-02-01, 7:10 AM
QEYBƏ İMAN – QURANDAN FAYDALANMAĞIN ŞƏRTİ
Əgər Quran ayələrində, mötəbər rəvayətlərdə, ənbiya və övsiya haqqında sənədə əsaslanan və tarixdə baş vermiş onlarla belə nümunələri saymaq istəsək, Mövləvinin sözü ilə desək:

Çoxalar, Məsnəvi saydıqca bunu,
Qırx dəvə daşıyıb qurtarmaz onu.

Yaxşı! "Qeyri-adi və qeyri-təbiidir" bəhanəsi ilə onları dərk etmək tutumu olmadığı üçün ağlımızın bu həqiqi, sənədli və dəlilli məsələləri inkar etməyə haqqı varmı?! Bizim ağlımız külli ağıldırmı?! Bütün məsələləri dəqiq, kamil, aydın şəkildə dərk edirmi? Ümumiyyətlə, hər şeyi ağılmı dərk etməlidir.
Əgər belədirsə, niyə Əmirəl-möminin (ə) tövsiyələrində belə buyurur?!:

اتهموا علیه آراءَکم ، و و استغشوا فیهِ أهواءَکم

«Öz nəzər və rəylərinizi Quranın qarşısında səhv sayın! Quranı deyil, özünüzün saf olmayan təşəbbüs və həvəslərinizi (nəfsani fikirlərinizi) naqis bilib, ittiham edin.

Apar bu gözünü satmağa bu dəm,
Çünki görmək üçün deyildir möhkəm.
Elə bir qüsursuz göz gətir ələ,
Qeybi də görməyi bacarsın belə.

Allah kitabının əvvəlində ondan yararlanmanın, faydanlanmağın və hidayət olmağın şərti qeybə iman olduğu da aydın olur:
«O (Quran), bir kitabdır ki, onda heç bir şübhə yoxdur! Pərhizkarları üçün hidayətdir; o şəxslər üçün ki, qeybə iman gətirirlər...»
Qeybə iman gətirmək, zahiri hisslərimizin hüdudundan kənarda olan həqiqətlərə iman gətirmək deməkdir. Məsələn: Allah, məad, dua, vəhy, qeybdən gələn köməklər və s. etiqadlar kimi. Sanki qeybə iman, müsəlmanlıq meydanına daxil olmağın birinci şərtidir. Onsuz ilahi kitabdan, vəhy biliklərindən bəhrələnmək və səadətə çatanların sırasına daxil olmaq olmaz.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]