Çərşənbə axşamı, 2024-04-23, 9:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

QƏRIBƏ ELMLƏR
2013-01-31, 0:44 AM
QƏRIBƏ ELMLƏR
Qəribə elmlər, elm və biliyin bir növünə deyilir ki, başqa elmlər kimi öyrənilib əldə olunmur. Onların həqiqətini əldə etmək üçün xüsusi şərəait ehtiyac vardır ki, bu da nadir fərdlərdə ola bilir.
Bu elmlərin daha çox beş qismi yayılmışdır: Simiya, Limiya (Təsxirat), Himiya (Tilsimat) Rimiya və Kimya.
Əllamə Təbatəbai (r) bu elmlərin alimlərindən və ixtisasçılarından biri olan Şeyx Bəhaiyə istinad edərək deyir: «Bu beş fənn haqqında olan ən yaxşı kitabı Heratda gördüm. Adı «Kəlləsər» idi, yəni bu elmlərin qısaldılmış şəkildə adları (baş hərfləri): Kimiya, Limiya, Himiya, Simiya və Rimiya.

Qəribə elmlərə aid olan digər bir qism elmlərlərə bunları misal göstərmək olar: Ədad, Hüruf (Cefr), Ovfaq, Meqnatik-tənvim (hipnotizm), Əhzari-ərvah, Zəbər və binat, Nucumi-Əhkami, Rəml, Elmi-təksir və s.


QƏRIBƏ ELMLƏRIN ÖYRƏNILMƏSI HÖKMÜ
Bu elmlərin həqiqəti inkarolunmazdı. Amma onları öyrənməyin və istifadə etməyin eybi varmı? Sualının cavabını məraceyi-təqlidlərdən alırıq:
Əli Xameneyi: Hal-hazırda bu elmlərin insanların əlində olan miqdarı, qeybi məsələləri kəşf etmək və onlar haqqında xəbər vermək cəhətdən etimad olunası deyil. Amma cefr və rəml elmlərinin, bir fəsada səbəb olmayacağı təqdirdə, öyrənilməsinin eybi yoxdur.
Cənab ustad Səmədi Amuli «Şərhe-dəftəre-dele-Əllamə Həsənzadə Amuli" kitabında deyir: «Bu qəribə elmlərin «ədad» və başqa cəlbedici şöbələri vardır ki, onların nəhayət nöqtəsinə qədər arxasınca getmək istəyən, gərək külli olaraq hər bir şeydən əlini üzsün.

Bu sahəyə əl atan şəxslər, onun arxasınca düşərək hər bir şeydən əlləri üzmüşlər; yəni bu bölmələr adamı çəkib aparır."


İDDIAÇILARA ALDANMAYIN!
Mühüm nöqtə budur ki, özünü bu fənnlər üzrə alim adlandıran hər bir şəxsin iddiasına etimad olunmamalı, onlaral sirlər bölüşdürülməməli və kömək istənilməməlidir. Bu şəxslərin əksəriyyəti aləmə car çəkir, öz biliyini kartof-soğan kimi küçə-bazarlarda xərraca qoyurlar. Onlar hiyləgər, dolandırıcıdırlar! İnsanları soymaqla, şumda vədə verməklə öz bazarlarını istiləşdirirlər. Saib Təbrizi deyir:Kim ki, namərdə açıb əl, dəva alsa əgər,
Nişi-əqrəblə ayaqdan tikanı rəf eylər.

Əgər onlara qarşı çox nikbin olub, Mövləvi demişkən, onları «abırsız cahillər» adlandıraq. Qədimdən deyirlər: «Bilikli düşmən nadan dostdan yaxşıdır! Nadan dost xeyir vermək yerinə, nadanlığı üzündən zərər verər.Cahil həmdəm olsa sənə yaxından,
Səni yaralayar nadanlığından.

Belə adamlara etimad etməyin, onlara müraciət etməkdən çəkinin!
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]