Cümə axşamı, 2024-04-25, 6:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

NÜCUM (ASTROLOGIYA) ELMININ HƏQIQƏTI
2013-01-31, 0:47 AM
NÜCUM (ASTROLOGIYA) ELMININ HƏQIQƏTI

Məhəmməd ibn Yəhya Xəsəmi imam Sadiqdən (ə) nücum elminin həqiqətinin olub-olmaması barəsində soruşdu. Həzrət (ə) cavabında buyurdu: «Bəli, həqiqəti vardır.» Başqa bir rəvayətdə buyurub: «Nücum elmi ilahi peyğəmbərlərin elmlərindəndir.»
هو علم من علم الانبیاء
Həzrət Əli (ə) də bir rəvayətdə buyurub:
ایّا کم و التکذیب بالنّجوم فانّه من علوم النبوّه
"Nücum elminin həqiqətini inkar etməyin! Çünki o, peyğəmbərlik elmlərinədir.”
Qurani-kərimdə də bu barədə söhbət açılıb. O cümlədən, «Saffat» surəsinin 88-89-cu ayələrində və İbrahimin hekayəsində (ə) deyilir:
«İbrahim ulduzlara xüsusi (bir baxışla) baxdı və dedi: «Mən xəstəyəm.»
Ustad Əllamə Təbatəbai bu ayənin təfsirində deyir: «Şübhəsiz ki, bu iki ayənin zahiri, sanki İbrahimin (ə) öz xəstəliyindən xəbər verməsinin onun ulduzlara baxması ilə bağlılığı vardır və bu baxışa əsasən belə bir sözü deyir. Bu baxış, ya saat və vaxta görədir. Məsələn, malyariyaya yoluxmuş şəxs, hərarətinin başlanmasını bir ulduzun çıxması və ya batması ilə, yaxud ulduzların xüsusi durumuna əsasən müəyyən edir. Yaxud da gələcəkdə baş verəcək hadisələri müəyyən etmək üçündür; münəccimlərin etiqadına əsasən, səmanın durumu bunları bildirir...»

MÜNƏCCIMLƏRIN SÖZÜ ETIBARLIDIRMI?!

Deməli, nücum elminin həqiqət olması və peyğəmbərlərin (ə) elmindən sayılması şübhəsizdir. Məsum olmayan və bu elmi öyrənmiş münəccimlərin sözünə etina edib onların gələcək proqnozlarını qəbul etmək olarmı?! Əllamə Təbatəbai bu sualın cavabında deyir: «Münəccimlərin bəzi mətləbləri, (o cümlədən, zahiri baxımdan şəriətlə zidd sayılan günlərin nəhs və uğurlu olması) etibarsızdır. Əmirəlmömininə (ə) mənsub bir divanda («Nəhcül-bəlağə») deyilir: «Həzrət (ə) Siffeyndən qayıdanda və Nəhrəvana getmək istədikdə bir münəccim İmama belə dedi: «Bu gün (səfərə) çıxmaq olmaz». Həzrət (ə) beytlər (şer) qoşdu və onun sözünə etina etmədi."
Münəccimlər öz təcrübələri üzündən müəyyən məsələləri deyir, tarixi hekayə də nəql edirlər.
Mərhum Xacə Nəsrəddin Tusi səfərlərinin birində bir dəyirmana çatdı və gecə orada qalmalı oldu. Hava münasib olduğu üçün göstəriş verdi ki, onun yerini çöldə salsınlar. Dəyirmançı ona dedi:
– Bu axşam yağış yağacaq. Yaxşıdır ki, dəyirmanın içində yatasan.
Xacə dedi:
– Haradan bilirsən?
– Mənim bir itim var; yağış yağacağı axşamlarda dəyirmanın içində yatır. Bu axşam da dəyirmanın daxilin də yatıb.
– (Nücum elminə əsasən bir hesablama apardı) Xeyr, bu axşam yağış yağmayacaq.
O, dəyirmanın çölündə yatdı. Gecədən bir qədər keçdikdən sonra buludlar aşkar oldu və yağış yağdı. Xacə dəyirmanın içinə keçməyə məcbur oldu. Dedi: «Allaha şükür ki, bir it qədər də elmimiz yoxdur.»
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]