Cümə günü, 2024-04-26, 0:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

İLAHI ÖVLIYALARIN KƏRAMƏTLƏRINI XURAFAT GÜMAN ETMƏYIN!
2013-02-01, 7:09 AM
İLAHI ÖVLIYALARIN KƏRAMƏTLƏRINI XURAFAT GÜMAN ETMƏYIN!
Bəzilərinin: «Biz heç bir şeyi dəlilsiz qəbul etmirik»-deyə özlərini ağıl və məntiq tərəfdarı saymaq bəhanəsi ilə böyük insanların və övliyanın teyyül-ərz, xəstəyə şəfa vermək, heyvanların dilini anlamaq, gizli olan məsələlərdən xəbər vermək və s. bu kimi kəramətlərini inkar edir, bəzən də onları yalan sayır, hətta məsxərə belə edirlər. Belə şəxslərin cavabını vermək üçün iki filosofun və böyük arifin kəlamına işarə edirik:
Filosof, böyük İslam və dünya alimi Əbu Əli Sina, özü ağıl, məntiq və dəlil müdafiəçilərindən olduğu halda, ilahi övliyanın kəramət və məqamının inkaredilməz olduğu barədə yazır: «Tənbeh» Ariflərdən sənə adət (etdiyimiz) qaydaları alt-üst edən bir xəbər – bir arif, Allahdan yağış istədi və yağış yağdı, yaxud bir xəstəyə şəfa verdi və xəstə sağaldı və ya nifrin etdi və yer, camaatı özünə çəkib uddu... – gəlib çatsa, onu açıq şəkildə qəbul etməmək üçün yolun yoxdursa, dayan və tələsmə! Çünki təbiətdə, bütün bunların baş verməsinə səbəb ola biləcək sirlər vardır. Bəlkə onlardan bəzilərini sənin üçün sayaq?!»
Hafiz necə də gözəl deyib:
Sən sirr məqamına aşina olsan,
Onda bu pərdədən sirri duyarsan.
Xəbərin yerini soruş sən haman,
Naməhrəmə qulaq olma sən aman.
O böyük irfan və İslam alimi imam Xumeyni (r), irfani məktubunda öz gəlininə yazır: «Qızım! Əgər (onun) əhli olmasan və olmadınsa, arif və salehlərin məqamlarını inkar etmə! Onlarla inadkarlıq etməyi öz dini vəzifələrindən sayma! Onların dediklərinin çoxu, Quranda rəmz və bağlı (şəkildə), əhli-ismətin (ə) dualar və münacatlarında daha aydın deyilib. Biz cahillər onlardan məhrum olduğumuz üçün onların əleyhinə qalxdıq ... Sənə tövsiyə edirəm: qalın hicabdan kənara çıxmağın ilk addımı inkardır ki, o, hər bir qədəm və inkişafına maneədir.»
Əllamə Həsənzadə Amuli də şerin şirin dili ilə belə bəyan edir:
Bu mətləb həm nazik, həm incədir bil,
Gün kimi aydındır, həm aydın deyil.
Allahın qoy versin sənə görən göz,
Tap öz müddəanı budur doğru söz.
İynə dəliyi tək darısqaldır söz,
Sap kimi incədir, onu görsə göz.
Elə nəhəngdir ki, məna cüssəsi,
Yer və göy olubdur onun kölgəsi.
Qurtula bisəydin həva-həvəsdən,
Mənanı seçərdin o xəzinədən.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]