Şənbə günü, 2024-04-20, 6:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

DUA YAZANA MÜRACIƏT ETMƏK
2013-01-31, 0:45 AM
DUA YAZANA MÜRACIƏT ETMƏK
Bəziləri öz problem və çarəsiz dərdlərinin həlli üçün dua yazana müraciət edib, xüsusi dualar alır, əvəzində də duayazana zəhməthaqqı verirlər! Görəsən bu, şəriətdə qəbul olunurmu?! Bunda heç bir eyib yoxdurmu?!
İlk olaraq xatırlatmaq lazımdır ki, müxtəlif məqamlarda duanın təsirə malik olmasında şəri və əqli baxımdan heç bir şəkk-şübhə yoxdur.
Ziraə nəql edir: «İmam Baqir (ə) mənə belə buyurdu: «İstəyirsən, sənə elə bir (yol) göstərim ki, (hətta) Rəsulallah (s) da ondan istisna deyil?» Dedim: «Bəli.» Buyurdu:

الدّعا یردّ القضاء و قد ابرم ابراما و ضم اصابعه

«Dua, (baş verəcəyi labüd olan) qəza-qədəri qaytarır (dəyişir).»
Sonra Həzrət (ə) mütləq qəzanı bildirmək (vəsf etmək) üçün barmaqlarını bir-birinə yapışdırdı.

HƏKIMLƏRIN BAXIŞINDA DUANIN TƏSIRI
Müasir elm və bilik, xəstəlik və bəlalar zamanı dua və münacatın təsirini qəbul edir və təsdiqləyir. Amerkanın Boston əyalətində yerləşən institut doktoru Hobert Neyson «Dua ilə dərman etmək» mövzusu barədə olan konfransda deyib: «Dua etmək beyini işə salır, insanda immun çatışmamazlığı virusunun mənfi nəticələrini azaldır, qan təzyiqini aşağı salır və sonsuzluğu müalicə edir. Duanı təkrar etmək zərərli fikirləri beyindən çıxarır və bununla da, çoxlarını özündə fizioloji dəyişilik yaratmağa nail edir.»
Elm və bilik inkişaf etdikcə, İslam dinin göstərişlərin daha da aydınlaşmasına görə xoşhalıq.
Çünki zaman keçir, təzə köhnəlir,
İslam dövr-dövr hey təzələnir.

DUA YAZMAĞIN MƏRCEYİ-TƏQLİD NƏZƏRİNDƏKİ HÖKMÜ
Sual: Fal və (onların nəzərincə) problemi həll etmək üçün müəyyən məbləğ pul almaqla dua yazmaq cayizdirmi? Onun şəri əsası varmı?
Cavab: Fal, xurafat işlərindəndir. Amma dua, bir qrup adamın yazdığı qondarma dualar deyil, rəvayətlərdə deyildiyi surətdə təsirə malikdir.
Sual: Əgər bir şəxs bəzi kitablarda deyilən baş ağrısı şəfaı və s. üçün dua yazıb, qarşılığında pul alsa, hökmü nədir?
Cavab: Deyilən iş üçün pul almağın eybi yoxdur. Amma öncə müəyyən olunması lazımdır və ya zəhməthaqqından çox olmamalıdır.

ŞÜBHƏLI DUALAR VƏ ONLARIN MƏZMUNU

Dua kitablarında olan bütün dualara etimad etmək olarmı?! Bəlkə bu duaların hamısının sənədi lazımi qədər araşdırılmayıb və ya araşdırılıbsa da, xəbərimiz yoxdur. Lakin duanın ən yaxşı şahidi onun məzmunudur...
Məzmununu dərk edə bilməyəcəyimiz dua ilə üzləşdikdə, ixtisasçıya müraciət olunmalıdır. Əgər onda İslamla ziddiyyət tapılmasa, onu oxuyuruq. Çünki duanın sənədinə bundan artıq diqqət yetirməyimizə ehtiyac yoxdur. Bu məzmunda çox sayda rəvayət vardır:
«Xeyir əməl tövsiyə edən bir rəvayət gördüyünüz zaman onu savab ümidi ilə yerinə yetirə bilərsiniz.»
Sual: Yazıçıların «Qədim kitablarda nəql olunub»-deyə iddia etdikləri duaların hökmü nədir? Bu dualar şəri baxımdan etibarlıdırmı? Mərceyi-təqlidlərin bu barədəki hökmləri nədir?
Cənab Xamenei: «Əgər dualar Məsumlardan (ə) nəql və rəvayət olubsa və ya məzmunu haqq olsa, onlara təbərrük etməyin eybi yoxdur. Həmçinin, məsumdan (ə) olması ümidi ilə şübhəli dualara təbərrük etməyin də eybi yoxdur.»
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]