Cümə axşamı, 2024-04-25, 6:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

BƏDNƏZƏRIN HƏQIQI OLMASINA AID DƏLILLƏR
2013-01-30, 7:19 PM
BƏDNƏZƏRIN HƏQIQI OLMASINA AID DƏLILLƏR

Qəti olaraq həqiqəti olan, Quran ayələrinin və İmamlardan (ə) nəql olunan rəvayətlərin də təsdiqlədiyi mövzulardan biri də, bəzi insanlarda bədnəzərin olması və onun təsiridir. Misal üçün: «Yusif» surəsində həzrət Yaqubun (ə) qədd-qamətli övladları Misirə hərəkər edərkən onlara belə tövsiyə etdiyi nəql olunur:
«Mənim övladlarım! Bir qapıdan daxil olmayın; ayrı-ayrı qapılardan daxil olun!»
Biharul-ənvarda yazılıb: «Həzrət Yaqubun (ə), övladlarına etdiyi tövsiyə, onların, gözəl və qədd-qamətli olduqlarına görə, gözə gəlmələrindən qorxduğu üçün idi.»
Peyğəmbərin (s) sünnəti və Əhli-beytin (ə) hədisləri də, bədnəzərin həqiqət olması barədə başqa bir sənəddir.
Misilsiz hədisçi Əllamə Məclisi, rəvayətləri, alim və hikmətli adamların sözlərini nəql etdikdən sonra bu mövzu barədə belə qənaətə gəlir:
وبا لجملة لا یمکن إنکار ذلک رأسا
«Faktlar; Quran ayələri və kifayət qədər hədislərin olması, bədnəzər məsələsinin inkarını mümkünsüz edir. Allah və Onun xəlifələri məsələlərin həqiqətindən agahdırlar.»
Təfsirçi və böyük filosof Əllamə Təbatəbai deyir: «Bədnəzər nəfsani təsirlərin bir növüdür və onun əksinə əqli bir dəlil yoxdur; onu dəstəkləyən hədislər və rəvayətlər vardır. Buna görə də, onu inkar etməyə dəlilimiz yoxdur. Ona, «Bir xurafi əqidədir» deyə bilmərik.»

BƏDNƏZƏR – ƏKSƏR ÖLÜMLƏRIN SƏBƏBI

İndi isə bədnəzər və onun təsirləri haqqında olan rəvayətlərə işarə edirik:
Rəsulallah (s) buyurub:
إنّ العین لتدخل الرّجل القبرو الجمل القدر
«Bədnəzər insanı qəbrə daxil edər, dəvəni qazana salar.»
İmam Sadiq (ə) buyurub:
لو کان شئ یسبق القدر لسبقه العین
«Əgər qəza-qədəri qabaqlayan bir şey varsa, o da bədnəzərdir.»
Başqa bir hədisdə deyilir: «Cəbrayıl (ə) nazil olub Peyğəmbərin (s) yanına gəldi. Onu qəm-qüssəli gördükdə, bunun səbəbini soruşdu. Rəsulallah (s) buyurdu:
«Narahatlığım, Həsən və Hüseynə (ə) göz dəydiyindəndir.»
انّ الحسنین اصابتهماعین
Cəbrayıl (ə) dedi: «Bədnəzər həqiqətdir. Onları bu cümlələrlə qoru...»
Səvfan Cəmmalın imam Sadiqdən (ə) nəql etdiyi bir hədis daha təəccüblüdür:

لو نبش لکم من القبور لرأیتم أنّ أکثر موتاکم با لعین لانّ الین حقّ
«Əgər qəbirlər açılıb həqiqətlər üzə çıxsa, ölənlərin əksəriyyətinin bədnəzərdən öldüyünü müşahidə edərsiniz. Ona görə ki, bədnəzər həqiqətdir.»

RƏVAYƏTLƏRDƏ BƏDNƏZƏRİN DƏRMANI

Bədnəzərin həqiqət olmasını sübut etdikdən sonra onun dərmanını və qarşısını almaq üçün mümkün yolları açıqlayırıq. Bu barədə Əhli-beytdən (ə) çox sayda rəvayət vardır. Onlardan bəzi nümunələrə işarə edirik
.
– «Nas» və «Fələq» (müvəzzəteyn) surələrini surələri oxumaq. Bu surələri tilavət etmək, sehr və bədnəzəri dəf etmək üçün təsirli bildirilmişdir.
– Bir şəxsə nəsib olmuş nemət sizi təəccübləndirsə, bu zaman bədnəzərin qarşısını almaq üçün təkbir deyin və Allahı yad edin.

– İmam Sadiq (ə) buyurub: «Hər vaxt bədnəzərdən qorxsanız, deyin:
ما شاء الله لا حول ولا قوّة الاّ بالله العلیّ العظیم
(Maşaəllah, la hövlə və la quvvətə illa billahil əliyyil əzim)
– İmam Rza (ə) göstəriş vermişdir ki, bədnəzərin qarşısını almaq üçün «Həmd», «İxlas» və «Müvəzzəteyn» surələrini və «Ayətəl-kürsü» duasını yazıb bədnəzərindən qorxduğu şəxslə öz arasında qoysun.

– İmam Rza (ə) bədnəzər barəsində soruşan adama buyurmuşdur: «Bədnəzər həqiqətdir. Əgər sənə göz dəysə, əllərini üzünün qarşısına tut, ona «Həmd» «İxlas» surələrini və «Müvəzzəteyn»i oxu və əlini üzünə çək ki, bu iş Allahın izni ilə faydalıdır.»

– Başqa bir rəvayətdə nəql olunur ki, evdən çıxan zaman müvəzzəteyni oxumaq, «Və in yəkadul-ləzinə kəfəru» ayəsini tilavət etmək, «Allah, Allah, ma şəallah, la həvlə və la quvvətə illa billah» zikrini demək və başqa dualar bədnəzərin qarşısını almaqda təsirlidirlər.

– Bəzi rəvayətlərdə deyilir: «Bədnəzərin qarşısını almaq üçün gözə gəlmiş adam qüsl etsin və əgər göz vuran məlumdursa, dəstamaz alsın.

امر الرسول صلی الله علیه وآله اعیان با لوضوء ، و من أصابته العین بالاغتسال
Bu nümunələri ona görə açıqladılar ki, bir yerdə bu barədə görüb, yaxud eşitdiyiniz zaman onu xurafat saymayasınız.

BƏDNƏZƏR HAQQINDA XURAFAT

Bir qrup adamlar da vardır ki, bədənəzərin qarşısını almaq üçün bir sıra, heç bir etibarlı dəlilə əsalanmayan və əql və vicdanın təsdiqləmədiyi, göstərişlərə bel bağlayırlar. Məsələn, üzərriyi yandırıb tüstülətmək, yaxud da onu bir dəstə halında evin qapısının yuxarısından, maşın və binalardan asmaq, şorluğu vasitəsilə gözün şorluğunu aradan qaldırmaq üçün duz qoymaq, yumurta sındırmaq
və gözvurmaları ehtimal olunan şəxslərin adlarını saymaq, bədnəzərin qarşısını almaq üçün maşının təkərləri altına yumurta qoymaq və s...
Bu qondarma məsələlər, bəbnəzərin qarşısını almaqda təsirsiz olub, bəzən də başqalarına böhtan atmaq, lazımsız yerə pul xərcləmək, mübahislərin meydana gəlməsi və s. kimi mənfi hallarla nəticələnir.
Xatırladaq ki, bədnəzər çox deyil; belə şəxslər çox azdır. Buna görə də, insan bədnəzərin həqiqət olması bəhanəsi ilə başqalarını günahlandırmamalı və dözülməz əməllər, adətlərlə özü və yaxınları üçün həyatı çətinləşdirməməlidir.
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 875 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]