Çərşənbə axşamı, 2024-04-23, 9:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

6 adət-ənənə, xurafat, bidət
2012-11-19, 9:08 PM

6 adət-ənənə, xurafat, bidət

   Hər il Məhərrəmlik ayında İmam Hüseyn (ə), Kərbəla faciəsi anılır. Lakin hər il də bir çox yad adət-ənənələrə yol verilir. İmam Hüseyni (ə)  İslamın parlaq günəşi, Kərbəla hadisəsinin də İslam tarixinin qara səhifələrindən biri olduğunu nəzərə alaraq bu adət-ənənələri xurafat və bidət adlandırmağı özümüzə lazım bilirik. Sizə təqdim edəcəyimiz xurafat ənənələrinə onların yalnız bir neçəsi aid olacaq. Əgər bu vaxta qədər onlara inanıb əməl etmişsinizsə çalışın və başqalarına da İlsamı olduğu kimi, yəni xurafat (cəfəngiyat) və bidətlərdən (dinə edilən əlavə) uzaq din kimi təqdim edin.

    1. Kərbəla şəhidlərinin faciəsini anmaq məqsədi ilə qılıncla baş yarmaq.

    2. Kərbəla əsirlərinin yaşadıqları çətinlikləri yaşamaq məqsədi ilə zəncir vurmaq. (Nəzərdən qaçırmayaq ki, hər iki hal, yəni bilərəkdən bədənə xəsarət yetirmək dini nöqteyi nəzərdən haram və yolverilməzdir).

    3. Matəm ab-havası ilə yaşamaq məqsədi  ilə biləyə qara sap və ya parça bağlamaq və onu aylarla qolda saxlamaq. (Nəzərə alaq ki, İslam paklıq və təmizlik dinidir, aylarla qolda saxlanılan parçaya hansı mikrobların toplandığı isə...)

    4. Ələm gəzdirmək (və ya ələm uçurma mərasimi). Əzadarlıq günlərində müşahidə olunan və heç bir tarixi  kökü olmayan ələmlərin (üzərində əl təsviri olan qara bayraqları yellədərək meydanda gəzdirmək).

    5. Camaatı ağlatmaq və kövrəltmək məqsədi ilə saxta mərsiyyələr oxumaq.

    6. Əzadarlıq məclislərini daha maraqlı olması üçün insanlara yalan əhvalatlar nəql etmək. (İmam Hüseynin (ə), Həzrət Əbulfəzlin (ə), Həzrət Abbasın (ə) xüsusi qəhrəmanlıq göstərərək yüzlərlə düşmən əsgərlərini öldürməsi, İmam Hüseynin (ə) qızını qardaşı oğlu Qasimə ərə verməsi və s.) (İmam Hüseynin (ə) aşura gecəsində öz qızını Qasimə ərə verdiyi barədə rəvayətlər də 15-ci əsrdə "ixtira" edilmişdir. Bundan qabaq qələmə alınmış mö"təbər tarix kitablarında bu barədə heç bir mə"lumat yoxdur. ).



Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 1118 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Dizayner555   (2012-11-20 7:57 PM) [Daxil et]
Bezi weyleri cixmaq werti ile zencir vurmaq ve xencel vurmaq bidehet deyil.eger imam Husen ezadarisansa yeqinki etdiyin emelin deyerin bilirsen

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]