Şənbə günü, 2024-04-20, 4:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əziz Peyğəmbərimiz (s) bu dünya ilə necə vidalaşdı...
2014-01-01, 8:41 AM
Əziz Peyğəmbərimiz (s) bu dünya ilə necə vidalaşdı...
 

Xeybər döyüşü sona çatan zaman Xeybərin qəniməti müsəlmanlar arasında bölünür. Zeynəb adında bir yəhudi qadın kabab olmuş bir quzunu hədiyə olaraq Peyğəmbərə (ə) və səhabələrinə verir. Ancaq bu quzunu verməmişdən qabaq səhabələrdən soruşur ki, Peyğəmbər (s) quzunun hansı tərəfini daha çox sevir? Səhabələri də qolunu daha çox sevdiyini söyləmişdilər. (Tebyan)
Bundan sonra həmin qadın quzunu zəhərə bulayıb, xüsusilə də qol tərəfinə çox zəhər vurub, Həzrətin (s) qarşısına qoyur. Həzrət (s) bu kababdan bir qədər yeyir və sonra səhabələrinə buyurur: "Onu yeməkdən əl saxlayın. Çünki zəhərlənmişdir”. Həzrət Peyğəmbər (s) yəhudi qadını çağırıb ondan soruşdu: "Niyə belə etdin?”. O, dedi: "Çünki mən öz-özümə deyirdim ki, əgər bu şəxs peyğəmbərdirsə, ona heç bir ziyan dəyməz. Əks halda isə onun şərindən azad olarıq”.
Həzrət (s) onun sözlərini eşidib onu bağışladı. Ancaq o hadisədən sonra Həzrət (s) davamlı olaraq deyərdi: "Xeybər yeməyi məni həlak etdi və daxilimi bir-birinə vurdu”.
Bu zəhər Həzrət Peyğəmbəri (s) yavaş-yavaş əldən saldı və nəhayət şəhid etdi.
İmam Baqir (ə) nəql edir: "Əziz İslam Peyğəmbərinin (s) bərəkətli ömrünün son günlərində İmam Əli (ə) onun yatağının kənarında idi. Mübarək başını qucağına almışdı. Həzrətin evində mühacir və ənsarlar toplanmışdılar. Bəziləri onun yatağının ətrafında dövrə vurmuşdular. Nəhayət Həzrət gözlərini açır və İmam Əliyə (ə) xitab edərək buyurur: "Qardaşım! Mənim vəsiyyətimi qəbul edərsənmi? Mənim tövsiyələrimi yerinə yetirərsənmi?”. İmam Əli (ə) buyurur: "Bəli, ya Rəsulallah!”. Sonra ağlamağa başladı və o qədər ağladı ki, az qalmışdı ki, qəşş etsin. Peyğəmbər (s) Bilala buyurdu: "Ey Bilal! Qılıncımı, zirehimi, papağımı, atımı, dəvəmi və ibadət zamanı qarnıma bağladığım parçanı gətir”. Bilal Həzrətin əmrini yerinə yetirib dediklərini gətirdi. Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurdu: "Ey Əli! Bu şeylər sənə aiddir, onları al və evinə apar”. İmam Əli (ə) də bu əşyaları götürüb hamının gözü önündə gözünə və başına sürtdü və sonra da onları evinə apardı”.
İmam Baqir (ə) buyurur: "Peyğəmbərin (s) xəstəliyi şiddətlənən zaman bir nəfər girmək üçün icazə istədi. İmam Əli (ə) Həzrətin evindən bayıra çıxıb həmin şəxsə dedi: "Nə hacətiniz vardır?”. O, şəxs dedi: "İstəyirəm ki, Peyğəmbərin (s) xidmətinə gedim”. İmam (ə) buyurdu: "Həzrət çox xəstədir və indi onun hüzuruna gedə bilməzsən. İstəyini mənə de”. Həmin şəxs deyir: "Onun yanına getməkdən başqa bir çarəm yoxdur”. İmam Əli (ə) evə müraciət edir və Həzrət girmək üçün icazə verir. Həmin şəxs evə daxil olur və Həzrətin (s) yatağının kənarında əyləşir. Buyurur: "Ey Allahın peyğəmbəri! Mən Allahın məmuruyam”. Peyğəmbər (s) buyurdu: "Hansı dəstədənsən?”. Buyurdu: "Mən ölüm mələkiyəm. Allah sənə ixtiyar vermişdir ki, Allahla görüşməklə - ölümlə bu dünyada qalmaq arasında seçim edəsən”. Həzrət (s) buyurdu: "Mənə möhlət ver ki, Cəbrayil (ə) nazil olsun və mən də onunla məsləhətləşim”. Cəbrayil (ə) nazil oldu və buyurdu: "Ey Muhəmməd! Axirət sənin üçün daha yaxşı olar”. Ona görə də Həzrət (s) dünya ilə vidalaşmağı və Allahla görüşü seçir. Cəbrayil (ə) Əzrayildən (ə) xahiş edir: "Tələsmə və bir qədər səbir et ki, mən Allaha tərəf gedib, Ona müraciət edim”. Əzrayil (ə) deyir: "Xeyr, icazəm yoxdur”. Elə bu zaman Həzrətin müqəddəs ruhu mələkut aləminə uçur”.
Allah Təala bizləri o Həzrətin (s) ardıcıllarından qərar versin!
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 905 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]