Bazar günü, 2024-12-22, 5:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Zahidliyin ən gözəli
2013-02-03, 11:41 PM
Zahidliyin ən gözəli
İmam Əli (ə) zahidliyin tərifində buyurmuşdur: "Ey insanlar! Zahidlik ibarətdir: arzunun qısalığı, nemətlərə şükür və haramdan çəkinmək”.

"Nəhcul-bəlağə”də ən mühüm moizələrdən biri də zahidlikdir. Zahidlik və təqva həmişə Həzrətin (ə) diqqət mərkəzində olmuşdur. Zahidlik - dünyanı tərk etməklə eyni mənanı verir. Zahidlik rəğbətin əksidir. Zahidlik, yəni meylsizlik. Rəğbət isə meyl və cazibədir.

İmam Əli (ə) buyurur: "Allah Təala buyurur: Əlinizdən gedənlərə görə qəmgin olmayın, sizə verilən şeylərə görə sevinməyin. Hər kim keçmişinə görə qəm yeməzsə, gələcəyə görə də sevinməsin”.

Ən gözəl zahidlik hansıdır?

İmam (ə) buyurur: "Dindarlığın ən üstün növü - gizli olan dindarlıqdır”.

İmam (ə) bu sözləri o kəslərə şamil etmişdi ki, həm o zamanda və həm də hər bir zamanda riyakarlır edirdilər və bu yolla insanların gözünə girmək üçün özlərini ibadət əhli kimi göstərərlər. Özləri üçün sadə paltar seçər və sadə yeməklər yeyərlər. Onlar bu riyakarlıq ilə cəmiyyətdə müəyyən məqama çatmağa çalışırlar. Onlar mal-dövləti gizli toplayırlar. Daxili ilə xaricləri bir-birindən fərqlənir. Riyakarlıq şirkin bir növüdür. Onlar zahirdə zahid və daxildə isə müşrik olurlar. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır.

Həqiqi zahid o kəsdir ki, dünyanın sorağına getməz. Əksinə, dünya onun sorağına gələr. Ancaq zahid onu qəbul etməz, zahidlik həyatını dünya nemətlərinə üstün hesab edər.

İmam Əli (ə) buyurur: "Onların bəzisi elə kəslərdir ki, gücsüzlikləri onların cah-cəlal və məqama çatmağına imkan verməz, əlləri hər yerdən üzülər. Özlərini qənaət zivəri ilə bəzəyərlər. Zahidlik libası geyinərlər. Halbuki heç bir zaman-gecə və gündüz həqiqi zahidlik yolçusu olmayıblar”.

Zahid o kəsdir ki, dünyaya bağlı olmasın, onun əsiri olmasın. İmam (ə) buyurur: "Zahidlik onun (ibadətin) ən dəyərlisi və ən az tapılanıdır. Hamı onu mədh edir. Ancaq insanların əksəriyyəti ona əməl etmirlər”.

Bəs necə zahid olub, onu gizli saxlamaq olar ki?

İlk növbədə zahid insan cəmiyyətdə başqaları kimi rəftar etməlidir. Məsələn, süfrə başında əyləşən zaman müxtəlif çeşid yeməklərin hamısının dadına bir az baxsın. Nəinki onları kənara itələyib, yeməsin. Paltar geyinən zaman sadə paltar seçməlidir. Bu yolla daxildə zahid ola bilər, zahirdə isə adi insan.

Bunu da qeyd etmək lazımdır ki, hər kim zahidliyini elan edər və onunla fəxr edər, həqiqi zahid olmaz. Çünki zahidliklə fəxr etmək və buna görə də insanların rəğbətini qazanmağa çalışmaq - zahidliyə zidd olan bir sifətdir.



(Tebyan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 673 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]