Cümə axşamı, 2019-08-22, 2:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yetimlərin haqqına ciddi riayət etməli
2013-04-21, 5:10 AM
Yetimlərin haqqına ciddi riayət etməli

Qurani-Kərimin bir çox ayələrində yetimlərdən söz açılır və onların haqq və hüququndan bəhs edilir. Quran yetim haqqına riayət etməyə xüsusi əhəmiyyət verir. Hər kim yetimin malını yeyərsə, atəş yemiş kimi olar.

"Və yetimin malına gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla, o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın)”. ("İsra” 34).

Bu ayə onu vurğulayır ki, yetim həddi-büluğa çatana qədər onun malına toxunmaq olmaz. Zalımların yetim malını yeməsi ən böyük günahlardan hesab edilər.

Bu ayə nazil olan zaman müsəlmanlar yetim süfrəsindən kənarlaşıb, onlardan uzaqlaşdılar. Onların niyyəti yetim malından sui-istifadə etməmək idi. Çünki saleh insanlar təqva bəhanəsi ilə yetimləri buraxmazdılar. Bu ayədən sonra başqa bir ayə nazil olur. "Dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir”. ("Bəqərə” 220).

Bu ayələrdən aldığımız nəticələr:

- İslam məhrumların, zəiflərin, yetimlərin dayağıdır.

- Harada sui-istifadə görsəniz, daha çox bu məsələni tövsiyə edin.

- Uşaqların malikiyyət haqqı vardır.

- Mal-dövlətin cazibəsi o qədər çoxdur ki, ona yaxınlaşmaq bəzən ardınca günah da gətirər.

- İrs, malikiyyətin bir hissəsidir.

- Yetimin malını tətbiq etmək daha səmərəli yollardan asılıdır. (Əgər yetimin malını ticari bazarda dövriyyə etdirmək daha səmərəlidirsə, bunu etmək lazımdır).

- Maliyyə qərarları verilən zaman yetimlərin mənafeyinə ciddi riayət edilməlidir.

- Yetimin malını yersiz yerə zəbt etmək qadağandır.

- Yetim öz malından fikri, iqtisadi və cismi büluğa çatandan sonra istifadə edə bilər.

- Hər kimlə əhd bağlamışıqsa, ona sadiq olaq.

- Məsuliyyətə diqqət etmək insanı günahdan saxlayar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 781 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0   Spam
1 AGAHUSEYN   (2013-04-30 3:42 PM)
Yetimimin  malina deymek olmaz,o mal dusduyu yeri yandirar,axi yetimin malinda insanlarin niye gozu var?onsuzda onlar atadan, anadan yoxsuldular,onlarin ruzilerini ellerinden alanlar heÇ dusunmedilermi?

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]