Bazar günü, 2024-12-22, 5:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yaxşı insan olmaq üçün 5 qayda
2014-01-07, 2:41 PM
Yaxşı insan olmaq üçün 5 qayda
 

"Nəhcul-bəlağə” başdan başa nəsihətlərlə və tövsiyərlərlə dolu bir kitabdır. Əgər onlara qulaq assaq, dünya və axirət səadətinə çata bilərik. (Tebyan)
 
İmam Əli (ə) "Nəhcul-bəlağə”nin 82-ci xütbəsində buyurur: "Sizə beş şeyi tövsiyə edirəm. Əgər onların hər biri üçün dəvələrinizi sürətlə çapsanız, səfərin əziyyətinə dözsəniz - daha layiqli olar: 1. Sizlərdən heç kəs Allahdan qeyrisinə ümidvar olmasın. 2. Öz günahınızdan qeyrisindən qorxmayın. 3. Əgər birinizə sual verilsə və cavabını bilməsə, xəcalət çəkməsin, desin ki, bilmirəm. 4. O kəs ki, bilmədiyini öyrənərsə, xəlacət çəkməsin. 5. Səbir etmək, imanda səbir - mömin üçün bədənin başı kimidir. Səbirsiz olan iman - başsız bədən kimidir və dəyəri yoxdur”.
 
1. Allahdan qeyrisinə ümid bəsləmək olmaz.
 
İbrahim ibni Davud Yəqubi qardaşının dilindən nəql edir: "Bir nəfər Peyğəmbərdən (s) istəyir ki, ona elə bir şey öyrətsin ki, onu yerinə yetirən zaman Allah səmada və insanlar yerdə onu sevsinlər. Həzrət (s) ona buyurur: "(Ancaq) Allahın yanında olana ümid bəslə ki, Allah səni sevsin. İnsanların yanında olana meylsiz və rəğbətsiz ol ki, insanlar da səni sevsinlər”. Beləliklə, bu hədisdən də göründüyü kimi əgər insan Allaha ümid bəsləyər və qeyrisindən ümidini kəsərsə, Allah onu sevər.
 
Malik ibni Əşcəyi nəql edir: "Peyğəmbərin (s) yanında 9, ya 8, ya 7 nəfər idik. Həzrət (s) buyurdu: "Siz Allahın Rəsulu ilə beyət etmək istəmirsiniz?”. Dedik: "Məgər biz indiyə qədər sizinlə beyət etməmişikmi?”. Yenə buyurdu: "Siz Allahın Rəsulu ilə beyət etmək istəmirsinizmi?”. Biz əllimizi açıb, Həzrətlə (s) beyətimizi təzələdik. Bizlərdən biri dedi: "Nə beyəti edək?”. Həzrət (s) buyurdu: "Allaha ibadət edin və heç bir şeyi Allaha şərik etməyin. Beş vədə namazınızı qılın, qulağınız əmrdə olsun və itaətkar olun”. Bir sözü yavaşdan buyurdu: "İnsanlardan heç nə istəməyin”.
 
2. Günahından başqa heç nədən qorxmayın.
 
Qorxunun növü beş cürdür. Günahkarın qorxusu, alimlərin qorxusu, məzlumun qorxusu, abidlərin qorxusu, ariflərin heybəti. Allah Təala buyurur: "Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır”. ("Rəhman” 46).
 
Qorxu ona görədir ki, özümüzü təqsirli hesab edək. Allah Təala buyurur: "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar”. ("Fatir” 28).
 
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).
"Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər”. ("Ənbiya” 90).
 
Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, o zaman ki, namaz qılardı, Allah qorxusundan sinəsindən səs gələrdi.
 
3. Bilmirəm deməkdən xəcalət çəkməyək.
 
İmam Əli (ə) buyurur: "O kəs ki, bilmirəm deməkdən üç çevirər - həlakətə və məhvə çatar”. Bir insan dünyada baş verən hər şeyi bilə bilməz ki. Ona görə də bu cavabı verməkdə xəcalət çəkməyək.
 
4. Öyrənməkdən xəlacət çəkməyin.
 
Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir. Ona görə də elmi əhlindən öyrənin. Elm öyrənmək Allah yanında həsənə hesab edilir və elm istəmək ibadətdir. Elmi demək təsbih və ona əməl etmək - cihaddır. Nadana öyrətmək - sədəqə və elm toxumu səpmək - Allaha yaxınlaşmaqdır. Elm - halal və haramın nişanəsidir. Behiştin yolunu aydınladar. Vəhşət zamanı insanın munisi, qürbətdə isə insanın rəfiqidir. Xəlvətdə insanla söhbət edər, dara düşən zaman yol göstərər. Elm düşmənə qarşı silahdır və dostların yanında zinətdir.
 
5. Səbirli olun.
 
Həyat enişli və yoxuşludur. Bu yolda səbirli olmasaq, yolu davam edə bilmərik. Bu yolda səbirli olmaqdan başqa yol yoxdur. İmam Sadiq (ə) buyurur: "Səbirin mənası acı dadı olan hər şeydir və iztiraba yaxın deyildir. Ona görə də o şey ki, acı olar və iztiraba yaxın olarsa, onu səbir adlandırmazlar”.
 
Abdullah ibni Abbas nəql edir: "Peyğəmbər (s) Kəsranın ona hədiyyə etdiyi qatıra minmişdi. Atın tükündən yapışıb məni də öz arxasından əyləşdirdi. Buyurdu: "Ey cavan! Allahı yada sal ki, Allah səni hifz etsin. Allahı yada sal ki, Allahı həmişə qarşında görəsən. Allah Təalanı süstülük və büdrəmələrdə yada sal ki, Allah çətinliklərdə sənin əlindən tutsun. Nə zaman sual etsən, Allahdan sual et. Nə zaman kömək istəsən, Allahdan yardım istə. Əgər səbir edə bilsəniz, yəqinlə bir yerdə bu işi görün. Əgər bacarmasanız, səbir edin ki, sənin üçün çətin olanda səbir etməkdə çoxlu xeyir vardır. Bil ki, səbir - qələbə ilə bir yerdə olar. Hər bir çətinliyin ardınca asanlıq gələr”.
 
Beləliklə, İmamın (ə) bu beş tövsiyəsinə əməl edib yaxşı insan olmağa çalışaq.
 
/Deyerler.org/
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1896 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]