Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Yalanın iyi çox üfunətlidir...
2013-05-27, 6:09 PM | |
Həzrət Peyğəmbər (s) buyurur: "Mömin nə zaman üzrü olmadan yalan danışarsa, 70 min mələk ona lənət edər. (Yəni Allahdan istəyər ki, onu öz rəhmətindən uzaqlaşdırsın.) Yalan nəticəsində insanın qəlbindən üfunətli iy bayıra çıxar ki, hər yeri bürüyər. Allahın ərşinə qədər qalxar”. Hər bir günahın pərdə arxasında başqa bir siması olar. Bəsirət aləmində nümayiş olar. O kəs ki, bu pərdəni aralamağa layiqdir, günahın çirkin simasını görə bilər. Yaxşı işlərin də bu cür siması olar. Əgər insanın bəsirət gözü açılarsa, bu gözəl simanı görəcəkdir. Yalançının da bu aləmdə çirkin siması olar. Ondan iylənmiş iy gələr. Bu iy həmin insanın qəlbindən çıxar. Yer və göy əhli bu iyə nifrət edər. Yalan danışanı mələkut aləminə buraxmazlar. Bu aləm xoşbəxtlik və rahatlıq yeridir. Yalançı bu aləmdə rüsvay olar, sözləri hər kəsin yanında dəyərsiz olar. Deyərlər: yalan uzaqdan gələn zaman bir ayağı axsayar. Yəni, hamı yalanı ayırd edə bilər. Mümkündür ki, başqaları yalanı yalançının üzünə vurmasın, ancaq qəlblərində ondan bezar olarlar. Sözlərinə etibar etməzlər. Yalançının arxasınca isə onu rüsvay edərlər. Ona görə də yalandan uzaq olaq. Çünki yalan günah qapısının ən böyük açarıdır. Hər kim bu qapını açarsa, başqa günahların da bu qapıdan girməsi üçün şərait yaradar. (Tebyan/ Deyerler.org) | |
Views: 640 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |