Cümə günü, 2024-11-22, 0:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yalan tövbə vasitəsilə bagışlanırmı?
2013-10-27, 6:24 AM
Sual: Yalan tövbə vasitəsilə bagışlanırmı?

Cavab:

Bütün günahlarda həmin günahın mənfi təsirinin dərəcəsi, günahkarın peşmançılığı və s. onun əfv edilib-edilməməsi üçün vasitədir. Əlbəttə, bəzi böyük günahlar qeyd olunan şərtlər olsa belə bağışlanmaz, bəziləri isə əksinə, Allahın mərhəməti ilə əfv olunar.

Günahların bağışlanması üçün bizim edə biləcəyimiz tək şey Allahdan əfv diləməyimizdir.

 

Əlavə:

Bu barədə məsum din rəhbərlərindən gələn hikmətli sözlər də çoxdur. 

İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:

«Allah-təala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:) «Yalan danışmaq, şərab içməkdən də pisdir».

 

İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu:  «Sizin kişilərinizin ən pisi bunlardır:

1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.

2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.

3. Öz qulunu vuran.

4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yəni öz ailəsinin dolanışığını təmin etmədiyi üçün onlar başqalarına möhtac olanlar)

 

İslam Peyğəmbəri (s) buyurur: Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də, oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur

1. Əlinə əmanət düşsə ona xəyanət edə.

2. Onun sözləri yalan ola.

3. Vədinə əməl etməyə.

 

İmam Əli (ə) buyurur: «Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya».

 

Bir nəfər Peyğəmbərdən (s) soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»

Peyğəmbər (s) buyurdu: «Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».

ihq.az
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 752 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]