Cümə günü, 2024-05-03, 9:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əxlaq dənizindən qurtum-qurtum içək
2013-04-18, 5:14 AM

Əxlaq dənizindən qurtum-qurtum içək

Hüccətül-İslam Fatemi-Niyanın əxlaq dənizindən bir neçə qurtum içək.

1. Hər ayın öz nuru vardır və hər bir gündüzün nuru vardır. Bu, bizik ki, gərək bu nurları hifz edək. Əmirəl-mömininin (ə) davamçıları Allah yanında əzizdirlər. Əgər onlar namazlarına, valideynə ehtiram, qeybət kimi məsələlərinə diqqət etsələr, bu nur hər gün evlərinin qapısına gələr. Ancaq biz nə edirik? Bu nuru qorumuruq. Böyük din alimi olan Ayətullah Noxudəki İsfahanidən soruşurlar ki, bu məqama necə çatmışdır? O, cavab verib ki, hər nə əldə edibsə, qoruyub saxlayıbdır. Ancaq biz nuru zay edirik. Gecə durub gecə namazını qılırıq, səhər durub başqasının qeybətini edirik. Bir acı söz deməklə gecə namazının nuru aradan gedər.



2. Mən bəzilərinə baxıb təəccüb edirəm. Bir möminə xanım 20 dəfə ümrəyə getmişdir. 21-ci dəfə ona deyirlər ki, gəl bu ümrə pulunu bir yetim qıza ver. Deyir: "Yox, mən bacarmaram. Çünki dostlarımın hamısı gedir, mən necə getməyə bilərəm ki?” Bəli, Allah evini ziyarət etməklə hər şey bitmir. İnsan o yerlərə gedir ki, əxlaqını düzəltsin. Əgər düzəltmirsə, ibadəti zay olar.



3. Müstəhəbbin caizlə fərqi vardır. Müstəhəb o əməldir ki, nə zaman yerinə yetirərsən, savaba layiq olarsan. Bir qazinin müstəhəb əməli odur ki, əgər yanına məhkumu gətirsələr, görsə ki, ittihamı insanların hüququna görədir, gərək sakit olub, şahid toplasın. Ancaq əgər məsələ Allah hüququna aid məsələdirsə, müstəhəbdir. Yəni nafilə namazı hökmündədir. Məsələn elə bir məhkum gətirsələr ki, bu, şərab içmişdir. Soruşarsan: Nə zaman? Diş ağrısını aradan aparmaq üçün bəzi dərmanlar vardır ki, pis iy verir. Allahın bu bəndəsi onlardan istifadə etmişdir.



4. Allah bir neçə günahı bağışlamaz: 1. Bilərəkdən namaz qılmamaq. 2. Haqsız yerə insan öldürmək. 3. Ağvalideyn olmaq. 4. Abır-həyanı aparmaq. Bu günahlar o qədər böyükdür ki, bəzən sahibləri tövbə etməyə fürsət tapmırlar. Böyük din alimlərindən biri mənə demişdi ki, atama dedim ki: "Sən elm dənizisən. Əgər mənə nəsihət verməli olsaydın, nə deyərdin?” Atam başını aşağı saldı və sonra qaldırdı və buyurdu: "Heç kimin abırını tökmə”. İmam Əli (ə) Haris Həmədaniyə buyurur: "Əgər hər eşitdiyini desən, yalançı olarsan”.



5. Günahkarlar bir neçə növdür. Bəziləri günah edir və sonra peşman olub narahat olurlar. Tövbə edir və bir gün bu tövbəni sındırmağı düşünmürlər. Ancaq ikinci dəfə yenə də bu günahı edər və hər dəfə də tövbə edərlər. Əgər tövbə edən zaman onun qəlbində həqiqi yangı və nigarançılıq varsa, şeytana qələbə çalar. Ancaq əgər olmazsa, birinci dəfə yanğısı çox olar, ikinci dəfə bir qədər az və sonra onun üçün adi bir işə çevilər. Şeytanın qidasına çevrilər. Ən şiddətli günah o günahdır ki, sahibi onu kiçik hesab etsin.



6. Bir insan Qiyamət bazarına daxil olar və təəccüb edər. Fikirləşər ki, Allah, bəs qıldığım namazlar nə oldu, ümrələrim nə oldu? Deyərlər ki, sən qəlb sındırmısan, riya etmisən. Ey əziz! Əgər yuxarı qalxmaq istəyirsənsə, evindən başla. Cavanların çoxu saqqal saxlayır, üzük taxır, ətir vurur. Ancaq ev əhlindən soruşsan, heç biri ondan razı deyildir.



7. Təqvanın mərhələləri vardır. O zaman ki, Quran nazil olur, bir çoxları deyir ki, qulaq asmayın. Ancaq bəziləri deyir ki, sakit olun, görək nə deyir. Bir çoxları Quran nazil olandan sonra hidayət oldular. Boş yerə deyildi ki, öz şəhər və kəndlərini buraxıb Peyğəmbərin (s) əsgəri olur və onunla bir yerdə vuruşurdular.



8. Quranın incəlikləri vardır ki, onu ancaq təqva əhli dərk edər.



9. Allahın süfrəsi böyükdür. Bir kor qadın Həzrət Musanın (ə) qarşısına keçir və deyir ki, mənim üçün dua et ki, görə bilim. Həzrət Musa (ə) deyir ki, yaxşı. Qadın deyir: "Dua et ki, gözəlliyim də qayıtsın”. Musa bir qədər dayanır və fikirlərşir ki, gözlərini Allah açacaq, bəs gözəllik nə üçündür? Vəhy gəlir ki, Musa! Niyə fikirləşirsən? Məgər səndən istəyir?



10. Allah Quranda buyurur ki, Mənim bəndəmə heç kim hakim ola bilməz. Şeytan o kəslərə hakimdir ki, ardınca gələrlər. Ey cavan! Əgər namazlarını davamlı olaraq, qılsan, əxlaqını gözəl etsən, valideyn haqqını qorusan, vəzifələrinə əməl etsən, yəqin bil ki, şeytan gedəcəkdir.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]