Cümə axşamı, 2024-04-18, 9:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Uğurun 1-ci düşməni -Qorxu
2014-02-17, 0:56 AM
Uğurun 1-ci düşməni -Qorxu

Yaşadığımız bu dünyanı çətinləşdirən iki kateqoriya insanlardır: Təkəbbürlü məqam sahibləri və savadsızlar. Halbuki bu həyatda rahat yaşamaq çətin deyil, əsl həqiqətdə asandır. Sadəcə necə deyərlər bizim gözümüzün odunu alıblar, qorxudublar.
 Bəzən də valideynlər səhv tərbiyə üsulu seçərək uşaqlarına həyatın, pul qazanmağın, uğur qazanmağın çox çətin və əlçatmaz olduğunu aşılayırlar. Bu da uşaqda özünə və insanlara qarşı güvənmək hissini zəiflədir.
Həyatda uğur qazanan insanların 1-ci xüsusiyyəti qorxuya qalib gələ bilmələridir. Dünyada gördüyümüz bütün kəşflərin, ixtiraların, yeniliklərin hamısının əsasında risk dayanır. Məsələn: 16 mərtəbəli yaşayış binasına nəzər salaq. İlk baxışda bizə çox vahiməli görünür. Zəlzələ, aşmaq təhlükəsi və s. Amma düşünürük ki, indiyə kimi hadisə baş versəydi, verərdi. Gəlin bir bu hündür binanın layihəsini hazırlayanı düşünək. Bu mütəxəssis əgər qorxaq, risksiz, mühafizəkar tipli biri olsaydı, bu layihəni əminliklə təqdimat edə bilərdimi? Əlbəttə ki, xeyr. Başqa bir misal tibb sahəsindən çəkək. Göz , ürək, böyrək köçürmə əməliyyatları və s. Bu əməliyyatlar da böyük bir riskdir əslində. Amma məhz nikbin və uğurlu mütəxəssislərin hesabına bu kəşflər baş vermişdir və verməkdədir də. Deməli bu dünyadakı qorxaq insanlar dünyadakı bütün kəşflərə və yeniliklərə görə uğurlu yəni riskli, nikbin insanlara borcludur. Çünki qorxaq insanlar yeniliklər kəşf edə bilməzlər.
 
Qorxunun səbəbi:
Qorxunun səbəbi sadəcə hisslərə aldanmaqdır. Təfəkkür, ağıl, rasioonallıq qorxunu rədd edir. Əslində qorxularımızın çox azı həqiqətə çevrilir. Qorxunun əsası ailə və yaxın çevrəmizin təsirləridir. Şüuraltı qorxular bizi idarə edir bəzən. Uğursuz insanların yersiz təsirlərinə məruz qalırıq. Əlbəttə ki, bu hissi özümüzdən tədricən uzaqlaşdırmalıyıq. Əgər uzaqlaşdırmasaq, bu hiss bizim xarakterimizə təsir edərək yeni əlavə xüsusiyyətlər gətirəcəkdir. Qorxunun özüylə  gətirdiyi mənfi xüsusiyyətlər:
 
Tənbəllik
Mühafizəkarlıq
Aqressivlik
Bədbinlik
Paxıllıq
Xəsislik
Laqeydlik
 
Uğur qazanmağımıza 1-ci maneə olan  qorxunu necə dəf edək? Bir məsələni anlamalıyıq ki, bu həyatda uğur qazanan insanların 1-ci xüsusiyyəti  qorxuya qalib gələrək çalışmaqdır. Məhz davamlı çalışmaq insanı məqsədə çatdırır. Əgər tənbəllik edərsək, layiqli olmayan birisi yerimizi tutacaqdır. Çünk bu dünyada uğur qazanmaq xüsusi insanlara məxsus deyil. Kim işləyir, məqsədyönlü çalışırsa, zirvəni o fəth edir. Digərləri də elə hesab edir ki, o şəxsin xüsusi istedadları var imiş.
Beləliklə də insanların çoxunda "qorxu” yaranır. Yəni "mən bunu bacarmaram” kimi düşüncələr. Yəni şüurlatı qorxunu insan özü- özünə təlqin edir, aşılayır. Avtomatik olaraq düşüncəmiz çərçivəyə salınır, məhdudlaşır. Düşüncəmizin qarşısını özümüz alırıq. Özümüz özümüzü böyük düşüncədən məhrum edirik. Amma dərindən təfəkkür, uğurlu insanlar haqda tanışlıqdan sonra görürük ki, yox. Həyat mən düşündüyüm qədər çətin deyilmiş. Bu nümunəvi insanların da xüsusi qabiliyyəti yox imiş. Onlar məqsədyönlü və qərarlı olduqları üçün pillə-pillə bu zirvələrə gəlib çatmışlar:
 
1- Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandi: "Böyük bir qabiliyyətli insan deyildim. Mənim qədər cəhd edən, bəslədiyim ümidi bəsləyən hər insanın bu nailiyyətimi əldə edə biləcəyindən heç şübhəm yoxdur”
2- Dünya şöhrətli fizik Albert Eynşteyn: "Mənim xüsusi bir istedadım yox idi. Sadəcə inadla çalışmaq məni bu zirvəyə çatdırdı”
Qorxununun dəf olunmasının 1-ci addımı qərarlılıqdır. Qərarlı olmağın əksi qərarsızlıqdır. Qərarsızlığın kökü özünə güvənin zəifliyindədir.  Sadəcə bilməliyik ki, hərhansı bir hadisədə 51%  üstünlük varsa, qərar vemək məqamıdır. Əks halda qərarsızlıq xəstəliyinə mübtəla olacağıq.
Əlbəttə ki, məşğul olacağımız işimizi, peşəmizi seçərkən də diqqətli olmalıyıq. Maraq dairəmiz, bilik və bacarıqlarımızı ön plana çəkərək "peşə seçimi” qərarını veririk. Amma konkret. Ən azı 51%-lə. Qərar verdikdən sonra dərhal hərəkətə keçirik. Fəaliyyətimizə start veririk. İlk mərhələ zirvə mərhələsi deyil. Tədricən zirvəyə çıxacağıq. Çalışmaqla, tənbəlliklə və ümidsizliklə mübarizə edərək çalışmalıyıq. Yalnız bu ciddi və davamlı çalışmaq əhval- ruhiyyəsi və halı bizi zirvəyə çatdıracaqdır.
Əgər inadla çalışmasaq, özümüzü aldadıb bəhanələr uyduracağıq. Bu səhvi etməməliyik. Dünyadakı bir çox insan bu özünü aldatma və tənbəlliyi, cəsarətsizliyi səbəbindən layiqli yerini tuta bilməmişdir. Meydan boş qaldığı üçün mütləq birisi sizin yerinizi tutacaqdır. Halbuki siz ondan daha layiqli idiniz o yerə. Amma tənbəllik sizi o zirvədən məhrum etdi. İntensiv və davamlı çalışmaqla Allahın bizlərə verdiyi bacarığı ortaya qoyaraq özümüzə və insanlığa fayda verməliyik. Arzuladığımız zirvə bizi gözləyir...

ihq.az

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 981 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]