Bazar günü, 2024-12-22, 11:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sükut etməyi bacarmaq
2013-04-16, 9:23 PM
Sükut etməyi bacarmaq
 Biz adətən danışmağı yaxşı bacarırıq. Ancaq sükut etməyi bacarmırıq. Çünki sükut edən zaman bilmədiklərimizi öyrənirik. Ona görə də sükut etməyi sevmirik. Sükut daxildən qaynanır. Fikir və təfəkkürün nəticəsidir. Sükut - hikmətin nişanəsidir. O kəs ki, az söz danışar, çox düşünər. Daha çox inkişaf edər.

Sükut insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Ona görə də ürfan yolunun mühüm proqramlarındandır. Ola bilsin ki, əvvəl çox asan görünsün. Ancaq sükut hər kəsin işi deyildir.

Sükut etmək İslam hədislərində də bəyənilən əməllərdən hesab edilir. Əxlaqi fəzilətlərdən biridir. İnsana təhlükəli günahlardan pak qalmağa yardım edər: qeybət, töhmət kimi.

Həzrət Peyğəmbər (s) Əbuzərə nəsihət verən zaman buyurur: "Dörd şey vardır ki, mömindən başqasının ona əli çəkməz. Sükut - ibadətin ilk addımıdır”.

İmam Rza (ə) buyurur: "Sükut - hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər. Sükut insanı xeyir və yaxşılığa doğru hidayət edər”.

İmam Həsən (ə) buyurur: "Sükut edən insan çox heybətlidir”.

İmam Sadiq (ə) buyurur: "Sükut - zəngin xəzinədir, səbirlilərin zivəri və nadanların libasıdır”.

İmam Əli (ə) buyurur: "Sükut - düşüncənin çəmənidir”.

Beləliklə, deyə bilərik ki, bu hədislərdən göründüyü kimi, insanın sükut etməyə öyrənməsi ona fayda və xeyirdən başqa bir şey gətirməz. Ona görə də sükut etməyi öyrənək və özümüzü bu əxlaq zinəti ilə bəzəyək. Bu yolla həm dilin bəlalarından amanda qalarıq, həm də sükut etməyin bərəkətindən faydalanmış olarıq.

Biz özümüzdən asılı olmayaraq, az danışan insanlara ehtiram bəsləyirik. Onları vüqarlı və etimad bəslənən bir insan kimi qəbul edirik. Biz də bu cür insanların sırasına qoşulaq və dünya və axirətimizi yersiz sözlərimizlə hədər verməyək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 753 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]