Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Sözün yerini bilmək
2013-11-01, 10:00 AM | |
Sözün yerini bilmək Nə qədər ki, insan kəlmə kəsib danışmır, onun haqqında hansısa rəy vermək, yaxud onu tanımaq mümükün deyil. İnsanın şəxsiyyəti, düşüncələri sözlərinin vasitəsilə üzə çıxır. Bəzən o, sözünün qədrini bilmir, bəzən isə yerini. Əksinə, elə insanlar da var ki, həm sözünün qədrini bilir, həm yerini. Həmin insanlar elə bu xasiyyətinə görə cəmiyyətdə özünə hörmət qazanır. Harda susub, harda danışmaq lazım gəldiyini bilən insan doğrudan da fərasətlidir. İmam Əli (Ona salam olsun) buyurub: "Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi, hikmət və elmlə (lazım olan zaman) susmaqda da xeyir yoxdur”. İmam bu kəlamda iki mühüm nöqtəyə toxunmuşdur: Bilmədiyini danışmaqdan çəkinmək. Haqqı gizlətməkdən çəkinmək. Haqqa şəhadət verməmək və onu gizlətmək böyük günahlardan sayılır. "Üsuli-Kafi” kitabının 2-ci cildinin 258-ci səhifəsində İmam Cavaddan (Ona salam olsun) nəql olunan hədisdə haqqı gizlətməyin böyük günahlardan olmasını sübut etmək üçün İmam Qurani-Kərimdən ayə gətirir: "Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!” ("Bəqərə” surəsi, ayə 283) Əziz peyğəmbərimiz həzrət Muhəmməd (Allahın salamı Ona və pak Əhli-beytinə olsun) bilmədiyini söyləməyin pis olması barəsində buyurmuşdur: "Hər kim bilmədiyi şey barədə camaata hökm versə, onun dinə olan zərəri islahından çox olar”.(Bihərul-ənvar kitabı, c.2, s.121) Əmirəl-möminin Əli (ə) həmçinin buyurmuşdur: "Əgər nadan sakit olsa ixtilaf aradan gedər” ("Nəhcül-bəlağə”, hikmət 182) İnsanın danışdıqları qarşısında məsuliyyət daşıması İmam Əli (Ona salam olsun) buyurmuşdur: "Bilmədiyini demə. Hətta bildiyin hər şeyi də demə, çünki eyb və nöqsan sifətlərindən uzaq olan Allah sənin bütün bədən üzvlərinə bir sırsa hökmlər vacib edib və Qiyamət günü onlarla sənə qarşı dələl gətirəcək”. ("Nəhcül-bəlağə”, hikmət 374) Beləliklə, bu hədisin birinci hissəsinin (bilmədiyini demək) açıqlamasını artıq qeyd etdik. Hədisin ikinci hissəsində isə buyurur: "Hətta bildiyin hər şeyi də demə ”, bu ehtiyatın səbəbi bundan ibarətdir ki, insan özünün bütün bədən üzvləri qarşısında məsuliyyət daşıyır və insan ona verilən dil müqabilində də ciddi məsulıiyyət daşıyır. Həmçinin insan bildiyi elə bir şeyi deyə bilər ki, onunla başqasının sirrini və ya eybini aça bilər, yaxud onu başqa məsələlərlə bağlı pis vəziyyətdə qoya bilər. Allah-Taala Qurani-Kərimdə buyurur: "(Ey insan!)Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz, ürək və bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. ("İsra”surəsi, ayə 36) Hazırladı Zəhra zeka.az | |
Views: 753 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |