Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Sirri saxlamağı bacaraq
2013-04-15, 2:05 AM | |
Sirr gərək gizli qalsın, əks halda sirr olmaqdan çıxar. Faş olarsa, sirr zindandan qaçmış məhbusa bənzəyər. Ox ki, kamandan çıxar, bir daha həmin kamana qayıtmaz. Sirr də həmin zindanlı və kamandır. Bu zindandan qaçan və kaman – bizim dilimizdir. Hələ ki, bu haqda bir şey deməsən, zindanda məhbus olar. Ancaq o zaman ki, məhbus qaçar və sən oxu atmış olarsan, sənin ixtiyarından çıxar. İndiyə qədər sən onun sahibin idi, indi isə o, sənin sahibin olmuşdur. İmam Əli (ə) buyurur: "Sirrin sənin əsirindir. Əgər aşkar olarsa, səni onun əsiri olarsan”. Ona görə də insanların arasında bəzən kin və küdurətə gətirib çıxaran amillərdən biri də insanın sirri saxlaya bilməməsidir. Sirri dostlara belə demək olmaz. Əgər sirdirsə, gərək gizli saxlanılsın. Sənin səmimi dostlarının öz səmimi dostları vardır. Ola bilsin ki, sənin sirrini o dostlarına danışmış olsunlar. İmam Əli (ə) buyurur: "Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar”. Sirri qoruyanlar hər nə qədər az olarsa, onu daha sağlam saxlamış olar. Hər nə qədər sandıqların sayı artarsa, ifşa olmaq təhlükəsində olar. İki nəfərdən çox insanın bildiyi şey sirr olmaqdan çıxar. Özünüzün sirrindən başqa insanların sirrini də saxlamağı bacarın. Öz sirrini faş etmədiyin kimi başqalarının da sirrini faş etmə. Sirri faş etmək - nəfs zəifliyinin, iradə süstlüyünün əlamətidir. Əksinə, sirr saxlamaq ruhun qüvvətinin və nəfs kəramətinin nişanəsidir. Çünki insanların abır-həyasından söhbət gedir. Abır saxlamağı Allah Təaladan öyrənməliyik. Allah hamıdan çox bizim eyb və nöqsanlarımızdan agahdır. Onun səbiri və sirr saxlaması – mütləqdir. Əgər Allah bəndələrinin sirrini ifşa etsəydi, heç kim bir-biri ilə dost ola bilməzdi. Allah Kərimdir və insanların səhvini gizlədir, üstünü örtür. İnsanın abır və heysiyyəti hər şeydən üstündür. İmam Əli (ə) buyurur: "Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz”. İmam Sadiq (ə) buyurur: "Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır”. İmam Rza (ə) buyurur: "Mömində bu üç xislət olmasa, mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət Peyğəmbərindən (s) və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah Təala buyurmuşdur: "Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz”. İmam Əli (ə) buyurur: "Əmanətə sadiq olmayana sirr vermə”. (Tebyan/ Deyerler.org) | |
Views: 827 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |