Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Şeytanın qidasını məhv edək
2013-04-07, 5:00 AM | |
İlham və vəsvəsə. Xəyalımıza gələn şeylər iki cür olur. İnsan fikrini xeyir işlərə tərəf aparan ilhamlar və nalayiq rəftarlara sövq edən vəsvəsələr. Mələklər ilham edər, şeytan vəsvəsə. Həzrət Peyğəmbər (s) buyurur: "Şeytan insanın qanı kimi bütün bədənində gəzər. Atəşdən olduğu üçün getdiyi hər yeri yandırar”. İnsanların Allah qarşısında vəzifələri vardır. Bu vəzifələrini düzgün yerinə yetirməyə görə savab və yanlış yerinə yetirməyə görə isə cəzalanarlar. İnsan xəyalının ixtiyarına sahib deyildir. Allah onu buna görə məzəmmət etməz. Ancaq əgər xəyalında özünü başqalarının işlədiyi günahda şərik olmadığı üçün məzəmmət edərsə, o günahın cəzasında payı olar. O zaman ki, xəyal qəlbinə daxil olar, bax gör bu xəyal ilham cinsindəndir, yoxsa vəsvəsədir. Əgər aqibəti xeyirdirsə, fürsət bil və ona tərəf tələs. Ancaq əgər bilsən ki, bu rəftar başqaları üçün dərd-sər yaradacaqdır, ondan çəkin ki, dəyəri yoxdur. Şeytan başqa qüvvələrdən daha çox insanın qəzəb və şəhvətindən yardım alar. Çünki bu iki halda insanın həyəcanı artar. Qəlb - sanki bir qaba bənzəyir ki, içərisi hava ilə doludur. İçərisi hava ilə dolu olan qab heç bir zaman havasız olmaz. Məgər o halda ki, maye ilə dolmuş olsun. Əgər qəlbimizin havayı-nəfsdən uzaq olmasını istəyiriksə, Allahı yada salmaqla onu dolduraq. Şeytan vəhşi və ac itə bənzəyər. Sənin həyəcanlı sifətlərin onun qidasıdır. O it ki, bir evdə yemək görər, heç bir zaman həmin evi tərk etməz. Rəftarını islah et. Gör yalan danışırsan, töhmət atırsan? Şeytanın qidasını özün məhv et. Allahı daima yada salmaq şeytanın qarşısnda ən güclü silahındır. Çalış ki, Allahı yada salmaqdan qafil olmayasan. Allahın adını müxtəlif bəhanələrlə dilinə gətirə bilərsən. Ya qəlbində davamlı olaraq Allah haqqında düşünəsən. Allahın ən mühüm zikri - namazdır. Bunu bil ki, şeytan Adəmə səcdə etmədiyi üçün Allah dərgahından qovulmuşdur. Ona görə də o ibadətdə ki, səcdə var, ona qarşı çox həssasdır. Namazda olan zaman daha çox sirağına gələr ki, səni bu mühüm zikrdən saxlasın. Ona görə də insan namazda olan zaman dünyada olan bütün fikirlər zehninə gələr. Əgər Allaha həqiqi zikr etmək istəyirsənsə, gərək bu dörd mərhələni keçəsən: 1. Dilində Allahın adlarını səsləndir: Ya Allah! Ya Rəhman!... 2. Zikri bir dəfədən çox deyirsən və yavaş-yavaş mənasını dərk etməyə başlayırsan. Bu mərhələdə zikr qəlbinə daxil olmağa başlayır. 3. Qəlbini zikrə adət etdirirsən, Allahı yada salmaqla artıq tanışsan. 4. İndiyə qədər sən qəlbinə zikri təlqin edirsin və bundan sonra qəlbin özü öz işini bilir və zikrləri deyir. Əgər Allahı davamlı olaraq həm dilində və həm də qəlbində zikr edərsənsə, şeytanın qidasını məhv edərsən. (Tebyan/ Deyerler.org) | |
Views: 685 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |