Çərşənbə günü, 2024-05-08, 7:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytana qalib gəlmək üçün Allahın qalasına daxil olmaq
2013-04-04, 9:54 AM
Şeytana qalib gəlmək üçün Allahın qalasına daxil olmaq

Allah Təala mübarək "Yasin” surəsində buyurur ki, alimlər ehtiyatlı olsunlar ki, İblis sonuna qədər onlardan əl çəkməyəcəkdir. Onların ən qatı düşmənidir.


Ayətullah Cavad Amuli buyurur: "İlahi qalaya daxil olmaq bizim xeyirimizədir və şeytanla vuruşmaq yolunda amanda qalmaqdır. Çünki elə insanlar vardır ki, filan qədər il ibadətə baxmayaraq şeytanın qarşısında müqavimət göstərə bilməyiblər.

Peyğəmbəri-Əkrəm (s) də Allaha etdiyi duasında Ondan istəmişdi ki, haqqı İmam Əlinin (ə) ətrafında qərar versin. Çünki, İmam Əli (ə) Quran ayələri kimi cəvahirul-kəlamdır. Haqq Allahdandır. Allah - haqqın özüdür. Çünki tayı-bərabəri yoxdur.

Allahın Quranda bəyan etdiklərinin bir çoxu, eləcə də Həzrət Peyğəmbərə (s) və İmamlara (ə) buyurduqlarının əksərinin kamil nümunəsi İmam Əlidir (ə).

Bizim düşmənimiz olan İblis 6 min ibadət etmişdir. O, rəhimsiz olduğu kimi, həm də qatı düşmən və rəqibdir. Elə bir rəqib ki, heç özünə də rəhm etmədi. Özünün 6 min illik ibadətini atəşə verdi. Biz əbədi varlıqlarıq və ölümü özümüz öldürərik. İblis də öz qüdrəti ilə bizim qarşımızda hazır dayanmışdır. Biz bu göz və qulağımızla onunla mübarizə apara bilmərik. Çünki döyüşümüz bərabər döyüş olmaz.

Şeytan bizdən müəyyən mənada güclüdür. O, bütün qüvvəsi ilə döyüş meydanına gəlmişdir. Şeytanın qüvvələri bizi görür, ancaq biz onu görmürük.

İmam Əli (ə) buyurur ki, insan elə bir şey əldə edə bilər ki, ona kömək edəni görsün. Ancaq şeytan o, kömək edəni görməz.

Əgər Allahın möhkəm qalasına daxil olsaq, bu döyüş bizim xeyirimizə bitəcəkdir. Ola bilsin ki, insan 40 il dərs oxusun. Müctəhid və ya filosof olsun. Ancaq bunlar 6 min il ibadət edən İblislə mübarizəyə kifayət etməz. İmam Əli (ə) İlahi insanları təsvir edən zaman buyurur: "Bu insanlar elə şeyləri görür və eşidir ki, başqaları görmür və eşitmirlər”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 595 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]