Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Salam verməyin əhəmiyyəti
2013-05-04, 10:54 AM | |
Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) vəsiyyətində deyilir: "Üç şey günahları gizlətməyə səbəb olar: aşkarda salam vermək, yemək vermək və insanlar yatan zaman gecə namazı qılmaq”. Salam vermək - İslam dininin mühüm sünnətlərindəndir. Bir müsəlman gərək bu sünnətə əməl etsin. Salam verməyin də hər bir əməl kimi öz qayda və qanunları vardır. Bu sünnət din qardaş və bacıları arasında ülfət və dostluq yaradar. Allah Təalanın sifət və adları onun pak zatının həqiqətini bəyan edir. Salam da bu cür sifət və adlardandır. Mənası salamat və dostluqdur. Allah "Həşr” surəsində özünü belə tanıdır: "O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır”. ("Həşr” 23). Allah Təala öz bəndələrinə icazə vermişdir ki, bir-biri ilə görüşən zaman Allahın adını hədiyyə etsinlər. Bu yolla bütün xeyir və bərəkət onlara nəsib olar. Ona görə də salam vermək çox tövsiyə edilən əməllərdəndir. Hər kim by sünnətə əməl etməkdə tələsər, daha çox bərəkətə nail olar. Həzrət Peyğəmbər (s) buyurur: "Allah və Rəsulu (s) yanında ən layiqli insan o kəsdir ki, salamla başlayar”. İmam Sadiq (ə) buyurur: "Salamla başlayan Allah və Rəsuluna (s) daha yaxındır”. Salam verməyin qaydalarından biri - salamı yüksək səslə verməkdir. İmam Baqir (ə) buyurur: "Allah Təala yüksəkdən salam verməyi sevir”. İmam Sadiq (ə) buyurur: "Hər kim dörd şeyi mənim üçün öhdəsinə götürsə, mən onun üçün behiştdə dörd evi təzmin edirəm. Onlardan biri aşkar şəkildə hər yerdə salam verməkdir”. Salamı verməkdən çəkinmək isə paxıllıq əlaməti kimi tanıdılmışdır. İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: Paxıl o kəsdir ki, salam verməkdə paxıllıq edər”. Bu mövzu o yerə qədər əhəmiyyətlidir ki, uşaqlara belə salam vermək tövsiyə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: "Beş şeyi ömrümün axırına qədər buraxmayacağam. (Onlardan biri) uşaqlara salam verməkdir ki. məndən sonra sünnət olsun”. Həmçinin bir müsəlman salam verən zaman insanların arasında fərq qoymamalıdır. İmam Rza (ə) buyurur: "Hər kim yoxsul müsəlmanla görüşər, ona verdiyi salamla zəngin insana verdiyi salamda fərq olarsa, Qiyamət günü Allahla qəzəblənmiş halda görüşəcəkdir”. İmam Sadiq (ə) həmişə insanlara tövsiyə edirdi ki, bir nəfər sizə salam verməmiş nəyisə desə, ona cavab verməyin. Həzrət (ə) buyurur: "Danışmamışdan qabaq salam verin, əgər kimsə salam verməmişdən qabaq bir söz desə, ona cavab verməyin”. Məsələn, yolda gedən zaman əgər saatı soruşmaq istəyirsinizsə, bir müsəlman kimi gərək birinci salam verəsiniz, sonra sualınızı verəsiniz. Bunu bütün müsəlmanlar bilir ki, salamın cavabını vermək vacibdir. İmam Sadiq (ə) buyurur:"Məktuba cavab vermək, salama cavab vermək kimi vacibdir. Salamla başlayan Allah və Rəsulu (s) yanında daha layiqlidir”. Salam vermək İslam sünnətlərindəndir ki, ola bilsin ki, onu çox deməyimizə görə bizim üçün adi bir əməl sayılsın. Ancaq əgər bu sünnət bütün ədəb və qaydaları ilə yerinə yetirilərsə, insan üçün maddi və mənəvi səmərə gətirər. Ona görə də ona xüsusi diqqət edək. (Tebyan/ Deyerler.org) | |
Views: 731 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |