Bazar günü, 2024-12-22, 4:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şad yaşamağın əməli yolları
2013-06-22, 8:36 AM

Şad yaşamağın əməli yolları


 

(Tebyan saytına istinadən)

 

Quran ayələrinin bir çoxunda Allah Təala insanlara şad yaşamağın yollarını öyrədir. Sevinc və şadlıq - Allahın bizə verdiyi nə böyük nemətlərdəndir.

İnsan həyatı boyu çalışır ki, həyat tərzini yaxşılaşdırsın. Quranda təyyibə həyatının adı çəkilmişdir. Bu həyat - insan kimi yaşamaq deməkdir.

Bəzən insanlar yollarını səhv gedirlər. Həyatın keyfiyyətini düşünmək yerinə, onun kəmiyyətinə görə qəmgin olarlar. Günü-gündən maddi cəhətdən ehtiyacsız olmaqlarına baxmayaraq, buna görə sevinməz və şadlanmazlar.

Bu gün çox az insanı sevincli və  şad görmək olar. Ancaq Quran bizlərə həyatdan necə ləzzət almağımızın yollarını öyrədir. Hansı əməl və rəftarın bizə ziyan vuracağını xəbərdar edir. İnsana haram əməlləri sayır və onlardan uzaq olmağı əmr edir. Çünki haram əməllər həm cismimizə və həm də ruhumuza ziyan vurar, onu xəstə edər.

 

O kəs ki, əlacı olmayan xəstədir, bu dünyadan necə ləzzət ala bilər ki? Bunun üç yolu vardır:

 

1. Allahın rəhmətinə şad olar.

Öz şadlığını heç kimə tapşırma, çalış ki, həmişə ona malik olasan. Ləzzəti tez qurtaran maddiyyatla şad olduğumuz üçün, sona çatan zaman qəmgin oluruq. Ona görə də Allahın rəhmətinə şad olmalıyıq ki, o, heç bir zaman sona çatmır. "De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. ("Yunus” 58).

Bütün xeyir və bərəkət Allahın pak varlığında cəm olduğu üçün, O, bütün xeyir və yaxşılıqlar mənbəyidir. Öz rəhmət xəzinəsindən kimə istəsə əta edər. Allahdan başqa heç kimə ümid bəsləmə. Çünki ruhuna tək rahatlıq bəxş edə biləcək qüvvə - Allahdır. Nə zaman gündəlik məsələlər sizi narahat etsə, Allah Təalanın mehribanlığını və lütfünü xatırlayın. Yada salın ki, necə Allah həmişə çətinliyə düşən zaman sizə yardım edib, əlinizdən tutmuşdur.

 

2. Müsbət şeyləri düşünün.

Həmişə şükür etməyi bacaraq. İnsanların bəziləri həyatın ancaq mənfi tərəflərini görməyə adət etmişdilər. Həmişə pulsuzluqdan nalə çəkər və ətrafdakılarıdan giley edərlər. Həyatlarından narazı olarlar.

Bu məsələnin həll olması üşün Allah bizlərə münasib yolları təqdim edir:

Belə düşünməyək ki, ətrafımızda baş verənlərin hamısı bizim istək və meylimizə uyğun olmalıdır. Belə ki, bəzi haidisələr sənin xeyrinə və faydana ola bilər. Alim Allah hamıdan yaxşı bilir ki, hansı şey bəndəsi üçün yaxşı və hansı pisdir. Ola bilsin ki, sən istədiyin şeylərin bir çoxu imanına və özünə ziyan və zərər vursın. Ancaq sən bundan qafil olasan. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. ("Bəqərə” 216).

Ona görə də icazə vermə ki, xoşagəlməz hadisələr ruhiyyəni xarab etsin. Əmin ol ki, mənfi düşüncələrinlə sağlam bədənə malik ola bilməyəcəksən. Bacardığın qədər səy et və nəticəsini isə Alim Allaha tapşır. Müsbət düşünməyi təmrin et. Bədbinlik eynəyini çıxart. Özünün və başqalarının yaxşılıqlarını görməyə çalış. Onların hamısı üçün şükür edən ol və namaz qıl.

Sadəcə 2-rükətli şükür namazı qılmaq bir çox çətinliklərini həll edər. Bu namazla özünü bədbinliyin əsirliyindən qurtarıb mənfi düşüncədən azad ola bilərsən.

 

3. Faydalı rabitələr saxlamağa çalış.

İnsanın bu dünyadakı rabitələri 4 tərəflidir: Allahla, özü ilə, başqaları ilə, təbiətlə.

Bu cəhətlərin hər biri üçün münasib yolları  bəyan edilmişdir. Bəzən yersiz istəklər bizim zehnimizi o qədər məşğul edir ki, dəyərli enerjimizi hədər edirik. Ona görə  də əgər sevincli bir həyatının olmasını istəyirsənsə heç kimdən heç nə umma. Çünki əgər başqasına görə istəklərin olmasa, sənə çox sayda fayda gətirə bilər:

 

a) Ruhi rahatlıq əldə edərsən.

b) Bu hal sizi güclü və qüdrətli bir insana çevirər ki, heç bir kəsə söykənməyi sevməzsiniz.

c) Zehniniz daima Allahın qüdrətini diqqət edər, İlahi yardıma ümidinizi artırar.

d) Həyatda üzən olmaq yerinə üzgüçü olmağa çalış.

e) Nəfsinin izzət və kəramətini qoru və heç bir haramla bu izzəti əldən verməyə çalışma.

 

Həyatında hədəfin olsun və hədəfinə  çatmaq üçün səy göstər. Ən mühüm hədəfini İlahi razılıq qərar ver. Başqaları ilə ünsiyyətdə şad olmaq üçün şadlıq gətirməyə çalış. Ancaq yersiz bəhslərlə enerjini sərf etmə. Əmin olmadan heç kimin haqqında tez qərar vermə.

 

Başqalarının hörmətsizliyinə qarşı laqeyd ol və onu qəlbinə salma. Çalış ki, bu eybləri özündən uzaq edəsən. Qoy, başqaları sənin necə aram və sakit insan olduğuna inansınlar. "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. ("Furqan” 63). Allah Öz həqiqi bəndələrini bu cür bəyan edir və onlar başqaları ilə rabitə quran zaman təvazökardırlar. Başqalarına heç bir ziyan vurmazlar.

 

Ona görə də başqalarını bağışlamağı və güzəşt etməyi bacaraq ki, bu, bizin yükümüzü azaldacaqdır.

 

Hazırladı: Məşhədi Xanım,

/Deyerlər/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 597 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]